Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1346/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 fevral 2023-cü il tarixli, 21(103)-747/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının 31 dekabr 2021-ci il tarixdə pensiya hüququ yaranmışdır və onun təqdim etdiyi sənədlərə əsasən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ona 21 il 5 ay staj tətbiq edərək pensiya hesablamışdır.
2. İddiaçının dövlət qulluğunda iş stajının 21 il 05 ay nəzərə alınması işin mübahisələndirilməyən haldır. İddiaçının tələbi və cavabdehin mübahisələndirdiyi və dövlət qulluğu stajı kimi nəzərə alınmayan iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1993cü il tarixədək Azərbaycan SSRİ X3 komitəsi yanında təsərrüfat hesablı uçot və nəzarət sektorunda böyük təftişçi mühasib vəzifəsində işlədiyi dövrlə bağlıdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 05 iyul 1989-22 oktyabr 1993-cü illər üzrə iş stajının dövlət qulluqçusu kimi nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanmasının cavabdehə həvalə edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona xx.xx.2021-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən 1.183,05 manat məbləğində sabiq dövlət qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçi hazırki iddia tələbi ilə onun xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək Azərbaycan SSRİ X3 komitəsi yanında təsərrüfat hesablı uçot və nəzarət sektorunda böyük təftişçi mühasib vəzifəsində işlədiyi müddəti dövlət qulluğuna aid edilməklə pensiyanın yenidən hesablanmasını xahiş edir.
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.11.1-ci və 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci madəsinə əsasən, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 (on beş) il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Təqdim edilən sənədlərə əsasən, İddiaçı dövlət qulluğu stajı 21 il 5 ay (xx.xx.1977-xx.xx.1979, xx.xx.1979xx.xx.1086, xx.xx.1986-xx.xx.1989, xx.xx.2009-xx.xx.2019) hesablanmış dır. İş üzrə icraat materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “X2 xx.xx.2022-ci il tarixli məktubuna əsasən, İddiaçı xx.xx.1989-1993-cü illərdə Azərbaycan SSR Dövlət AqrarSənaye Komitəsi yanında təsərrüfat hesablı nəzarət və uçot şöbəsində işlədiyi dövrlərin dövlət qulluğu stajı kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət,sovet,partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımcı vəzifələrinin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"na uyğunlaşdırılması barədə hər hansı məlumat göstəril məmiş, sadəcə məhkəmə qərarları sadalanmışdır. Qeyd edilən məktubda “Azərbalı” X1 fəaliyyətini tam təsərrüfatı hesablı, özxərciniödəmə,özünümaliyyələşdirmə və özünüidarə əsasında həyata keçirən müəssisə və təşkilatların birliyi olduğu üçün dövlət orqanı hesab edilmədiyi, bu səbəbdən həmin Konserndə,o cümlədən onun tabeliyində olan idarədə iş müddəti dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmadığı bildirilmişdir. İddiaçının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin su hövzələrində bioloji resursların artırılması və mühafizəsi departamentində xx.xx.2004xx.xx.2019-cu il tarixədək işlədiyi dövr “Dövlət orqanlarınının aparatlarının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onların bölmələrinin adları” xx.xx.2009-cu ildə edilmiş əlavələrə uyğun olaraq,m əhz həmin tarixdən sözügedən departament dövlət orqanı siyahısına əlavə edilməklə dövlət orqanı statusu əldə etmişdir. Məktubda qeyd edildiyi kimi göstərilən səbəblərdən iddiaçının işlədiyi xx.xx.2004-xx.xx.2009-cu ilədək olan dövr dövlət qulluğu stajına daxil edilmir.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9848/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı (hakim-O.Həsənov) ilə iddia təmin edilərək, İddiaçı 05 iyul 1989-22 oktyabr 1993-cü illər üzrə iş stajının dövlət qulluqçusu kimi nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.
7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “məhkəmə qərarlarında (X2 də istinad etdiyi) göstərilən şəxsin eyni müəssisədə işlədiyi müdd ət dövlət qulluğu kimi nəzərə alındığından, həmin şəxsin vəziyyəti ilə hazırkı işin halları eyni mühüm faktiki hallara malikdir. Buna baxmayaraq cavabdeh inzibati orqan iddiaçı ilə həmin şəxslər arasında ayrıseçkiliyə yol vermişdir”.
8. Cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 fevral 2023-cü il tarixli, 2-1(103)-747/2023 nömrəli qərarına əsasən (sədrlik edən M.Tağızadə, hakimlər S.Bəktaşi, K.Əkbərov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21(112)-9848/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə s axlanılmışdır.
10. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır və əlavə olaraq qeyd etmişdir ki, oxşar mübahisə üzrə qəbul edilmiş və yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmış qərarların surətindən müəyyən edilir ki, Azərbaycan SSR Nazirlər Sovetinin Balıqçılıq Təsərrüfatı İdarəsi 1988-ci ildə ləğv edilərək Azərbaycan Respublikası X3 Komitəsinə (DASK) birləşdirilmiş, bu İdarə isə Azərbaycan SSR Nazirlər Sovetinin İdarəsi olmuş, sonra isə Dövlət Komitəsi ilə birləşdirilmişdir. Bu Komitə 1991-ci ildə ləğv edilərək onun bazasında Azərbaycan Respublikası Ərzaq və Kənd Təsərrüfatı Nazirliyi, 1993-cü ildə isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yaradılmışdır. Yuxarı instansiya məhkəmələri bu hallara əsaslanaraq digər v ətəndaşın həmin müddətdə işlədiyi vəzifəni dövlət qulluğu kimi tanımışdırlar. Apellyasiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyası: İ.Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİİ.Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. V.Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyə ti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. İnzibati İcraat Haqqında Qanunun 12-ci maddəsi: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. İnzibati İcraat Haqqında Qanunun 13-cü maddəsi: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika i lə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.
11. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə qarşı etirazın və apelyasiya şikayətinin məzmunu ilə oxşardır.
13. Kassator kassasiyanın hüquqi mövqeyini “Dövlət qulluğu haqqında” qanunun 7.1-ci və “Əmək pensiyaları haqqında” qanunun 20.11.1-ci, 20.11.2-ci normaları ilə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikası Konstitusiya sı. İ.Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİİ.Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. V.Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. 16. “İnzibati İcraat Haqqında” Qanunun. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabər dir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.
17. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmə dən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
18. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılı ğı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
22. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bil ər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya dəlillərini təkrarlamaqla həmin dəlillərlə eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.
24. Kollegiya qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən verilmiş arayışın surətindən görünür ki, 1989-1993-cü illərdə Azərbaycan SSR X3 Komitəsinin (1991-ci ildə Ərzaq və Kənd Təsərrüfatlı Nazirliyi, 1993-cü ildə Kənd Təsərrüfatı Nazirliyi) təsərrüfat hesablı Nəzarət və uçot şöbəsində işlədiyi müddətə münasibətdə bildirmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1981)-713/2016 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(103)-1423/2016 nömrəli və Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 yanvar 2017-ci il tarixli 2-1(102)-155/2017 nömrəli qərarları ilə həmin şöbənin bilavasitə Komitənin, sonradan isə Nazirliyin strukturunda mövcud olduğu müəyyən edilmiş və həmin şöbədə iş müddətinin dövlət qulluğu stajı kimi tanındığını bildirmişdir.
25. Bundan başqa kollegiya apelyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, iş materiallarında olan oxşar mübahisə üzrə qəbul edilmiş və yuxa rı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmış qərarların surətindən müəyyən edilir ki, Azərbaycan SSR Nazirlər Sovetinin Balıqçılıq Təsərrüfatı İdarəsi 1988-ci ildə ləğv edilərək Azərbaycan Respublikası X3 Komitəsinə (DASK) birləşdirilmiş, bu İdarə isə Azərbaycan SSR Nazirlər Sovetinin İdarəsi olmuş, sonra isə Dövlət Komitəsi ilə birləşdirilmişdir. Bu Komitə 1991-ci ildə ləğv edilərək onun bazasında Azərbaycan Respublikası Ərzaq və Kənd Təsərrüfatı Nazirliyi, 1993-cü ildə isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yaradılmışdır. Yuxarı instansiya məhkəmələrə bu hallara əsaslanaraq digər vətəndaşın həmin müddətdə işlədiyi vəzifəni dövlət qulluğu kimi tanımışdırlar.
26. Apellyasiya məhkəməsinin nəticəsi hazırkı qərarın “15-16” bəndlərində qeyd olunan maddi hüquq nor maları tələblərinə cavab verir.
27. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 fevral 2023-cü il tarixli, 21(103)-747/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.