Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1346/2024 06.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl iyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 noyabr 2023-cü il tarixli, 2-1(104)-812/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1994-cü il tarixdə döyüşlərdə yaralanmışdır.
2. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli 260 nömrəli qərarında iddiaçının hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı və şəxsin müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri kimi “hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirər kən alınmışdır” qeyd edilmişdir.
3. İddiaçıya xx.xx.2001-ci ildə 1 il müddətinə səbəbi hərbi xidmət dövrü ilə əlaqədar olmaqla üçüncü dərəcə əlillik, xx.xx.2014 və xx.xx.2015-ci illərdə hər biri 1 il müddətində olmaqla səbəbi hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcə əlillik, xx.xx.2016-cı ildə yenidən səbəbi hərbi xidmət dövrü ilə əlaqədar olmaqla 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. 4. xx.xx.2021-ci il tarixdə iddiaçıya səbəbi ümumi xəstəliklə əlaqədar olan üçüncü dərəcə müddətsiz əlillik təyin edilmişdir.
5. İddiaçı əlilliyin qiymətləndirilməs ilə əlaqədar olaraq cavabdeh Tibbi Sosial Ekspert Komissiyasına şikayət etmiş, Tibbi Sosial Ekspert Komissiyasının avqust 2022-ci il tarixli qərarı ilə iddiaçının əyani müayinəsi həyata keçirilmiş və onun barəsində olan xx.xx.2021ci il tarixli ümumi xəstəlik səbəbi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır.
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əlilliyinin hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar alması ilə bağlı olmasının müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. Daha sonra iddiaçı iddia tələbinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının avqust 2022-ci il tarixli, **********4 nömrəli qərarının qismən ona aid hissə də ləğv edilməsi və əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi” barədə ərizə vermişdir.
8. Gəncə İnzibati Məhkəməsinin 31 avqust 2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
9. Gəncə İnzibati Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2-1(114)-2887/2023 nömrəli qərarı ilə (hakim X3) iddia təmin edilmiş, Dövlət Tibbi-Sosial Ekspertiza və X1sosial ekspert Komissiyasının avqust 2022-ci il tarixli, **********4 nömrəli qərarı qismən, İddiaçı aid hissədə ləğv edilmiş, İddiaçı təyin edilmiş əlilliyin səbəb əlaqəsinin “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” olaraq dəyişdirilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.
10. Cavabdeh apelya siya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
11. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 noyabr 2023-cü il tarixli, 2-1(104)-812/2023 nömrəli qərarı (X4 /sədrlik edən və məruzəçi/, X9 və X5) ilə apelyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2-1(114)-2887/2023 nömrəli qərarı İddiaçı təyin edilmiş əlilliyin səbəb əlaqəsinin «hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar» olaraq dəyişdirilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılmışdır.
12. Gəncə Apelyasiya Məhkəməsinin eyni nömrəli, eyni tarixli qərar dadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2887/2023 nömrəli qərarı “Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının avqust 2022-ci il tarixli, **********4 nömrəli qərarı qismən, İddiaçı aid hissədə ləğv edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iddia mümkün sayılmamışdır.
13. İddianın təmin edilən hissəsi ilə əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından da göründüyü kimi iddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, onun əlilliyinin əsasını təşkil edən tibbi diaqnozda dəyişiklik baş verməmişdir. Bundan başqa Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli 260 nömrəli qərarına əsasən İddiaçı hərbi xidmət vəzifələrini yerin ə yetirərərkən aldığı və şəxsin müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri “hərbi travmadır, hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi qiymətləndirilmişdir və həmin qərar hazırda qüvvədədir.
14. Belə olan halda iddiaçının əlilliyinin səbəb əlaqəsinin ümumi xəstəlikdən yaranması istisna olunur və cavabdeh inzibati orqan qeyd olunan qərarın ləğvi və ya xəstəliyin səbəb əlaqəsinin dəyişməsini sübut edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.
15. Beləliklə, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqla rının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.
16. İddia tələbinin mümkün sayılmayan hissəsi ilə əlaqədar isə apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının avqust 2022-ci il tarixli, **********4 nömrəli qərarından görünür ki, 35 vətəndaşın əlilliyin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsi həyata keçirilmiş və İddiaçı barəsində xx.xx.2021-ci il tarixli ümumi xəstəlik səbəbi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır.
17. Qərarın məzmunundan aydın olur ki, bu iddiaçının və digər şəxslərin əlilliyinin qiymət ləndirilməsindən imtinadır. Belə ki, iddiaçının hazırkı tələbi məcburetmə haqqında iddia tələbidir. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Cavabdeh orqanın iddiaçının arzuladığı inzibati aktın qəbulundan imtina edildiyi hallara da bu şamil edilir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspertiza Komissiyasının avqust 2022-ci il tarixli qərarı inzibati akt sayıla bilməz, faktiki olaraq iddiaçının arzuladığı inzibati aktın qəbulundan imtinadır. Odur ki, həmin hissədə iddia tələbi mümkün sayılmamışdır.
18. Cavabdeh kassasiya şikayəti verər ək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının 2021-ci il tarixə qədər Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin tələbləri ilə müəyyən olunmamışdır. Sonuncu dəfə 2015-ci ilin iyun ayında hal-hazırda qüvvədən düşmüş Nazirlər Kabinetinin 29 avqust 1997-ci il tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən edilərək aparılmışdır. Eyni zamanda iddiaçıya verilmiş imtinaların elektron yoxlamanın nəticəsində verildiyi halda məhkəmə cari dövrdə xüsusi səbəbdən əlil lik təyinatına əsas verən diaqnozun həqiqiliyini aşkara çıxarmaq məqsədi ilə müayinə edilməsi üçün məhkəmə tibbi eksperti təyin etməmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
21. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məs ələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət i şin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, ş ikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
22. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
23. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə t əcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (E.Hacıyev Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon şöbəsinə qarşı xx.xx.2021-ci il tarixli 21(102)-313/2021, V.X11 Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2022-ci il tarixli, 2-1(102)-222/2022, M.X12 Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2023-cü tarixli, 2-1(102)-2550/2023, N.X10 Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-2118/2023 və s.) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin hərbi xidmətlə əlaqədar əlillik səbəbi Hərbi Həkim Komissiyası tərəfindən tərtib edilmiş qərar əsasında təyin edildiyindən, əlilliyin əsasını təşkil edən tibbi diaqnozda dəyişiklik baş vermədiyindən cavabdeh tərəfindən əlilliyin səbəb əlaqəsinin (hərbi xidmət dövründə aldığı xəstəlikdən ümumi xəstəliyə) dəyişdirilməsi qanuni olmamışdır.
24. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə müb ahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.
25. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İPM-in 92- ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 noyabr 2023-cü il tarixli, 2-1(104)-812/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.