Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1346/2025 16.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: torpaq sahəsinə cizginin verilməsi, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair plan-cizginin və xəritədən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 dekabr 2024-cü il tarixli, 21(103)-2265/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 2189 nömrəli sərəncamı ilə ona ayrılmış 600 kv.metr torpaq sahəsinə dair plan-cizginin və xəritədən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, 2-1(112)-1819/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
3. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, elektron kadastr məlumatlarına əsasən, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 2189 nömrəli sərəncamı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Binəqədi rayon qəsəbələri ərazisində nümayəndəliklər tərəfindən əlavə olunmuş eskizlərdə göstərilən ölçülərə və ünvanlara uyğun olaraq ayrılmış 600 kv.metr torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Torpaq sahəsinin bir hissəsi qaz xəttinin və yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Göstərilən torpaq sahəsi Biləcəri-Binəqədi yolunun kənarında, yolun mühafizə zonasında yerləşir. “Torpaq islahatı haqqında” Qanunun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağmədən sənayesinin, təsdiq edilm iş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 dekabr 2024-cü il tarixli, 2-1(103)-2265/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq Bakı şəhəri Binəqədi rayon İcra Hakim iyyəti başçısının xx.xx.2000-ci il tarixli, 2189 nömrəli sərəncamı ilə iddiaçıya ayrılmış 600 kv.metr torpaq sahəsinə dair plan-cizginin və xəritədən çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
5. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 2189 nömrəli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. İşin hazırkı mübahisələndirilən hallarından göründüyü kimi, iddiaçı həmin torpaq sahəsinə dair cavabdeh tərəfindən vaxtı ilə torpağın yerini müəyyənləşdirməyə imkan verən plan-cizgi və ya ayrıc aktı sərəncamla birlikdə tərtib olunub verilmədiyindən, torpaq sahəsinə dair hüququnu daşınmaz əmlakın dövlət reyestrində rea llaşdıra bilməmişdir. Mübahisəli torpaq sahəsi ayrılarkən qüvvədə olan torpaq qanunvericiliyinin tələblərinə əsasən, cavabdeh tərəfindən torpaqayırma, yerquruluşu qaydalarına riayət edilməmiş, torpağın naturada planı hazırlanmamış, sanki ayrılmış torpağı görmədən və yerini müəyyən etmədən, təkcə, sərəncam qəbul edilməklə kifayətlənilmiş, hal-hazırda da həmin nöqsanın aradan qaldırılması istiqamətində vərəsənin torpağın cizgisinin verilməsi barədə müraciətinin təmin edilməsindən əsassız olaraq imtina edilir. Plan-cizginin yoxluğu isə həmin sərəncamla iddiaçının mərhum atasına ayrılan torpaq sahəsinin yerinin, konfiqurasiyasının və ölçülərinin dəqiqliyi ilə müəyyən olunmasını imkansız edir. Belə olan halda da sərəncamla ayrılan torpağın əraziyə uyğunluğunun müəyyən edilməsini mümkünsüz etm əklə yanaşı, həm də qeydiyyat orqanı, eləcə də məhkəmə tərəfindən yerində baxış keçirilməsini səmərəsiz edir. Cavabdeh, qanunvericiliklə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, o cümlədən, qəbul etdiyi sərəncamla iddiaçıya ayrılan torpaq sahəsinin plan-cizgisini tərtib etməmiş və hal-hazırda da həmin cizginin ona verilməsindən imtina etməklə, onun həmin torpaq sahəsinə mövcud olan hüququnu məhdudlaşdırır və onun “legitim gözlənti” hüququnu pozur. Ən azından, cavabdehin istinad etdiyi torpaq kadastrının daşıyıcısı olan qeydiyyat qurumu torpaq ayıran orqan deyil, ona təqdim edilmiş qərar və cizgi əsasında artıq ayrılmış torpaq sahəsinin koordinat nöqtələrini yerində müəyyənləşdirib kadastr parametrlərini reyestrə daxil edən bir dövlət orqanıdır. Beləliklə, qeyd olunanlarla iddiaçının cav abdehə qarşı iddia tələbində haqlı olduğu, cavabdeh tərəfindən isə ona mübahisəli torpaq sahəsinə dair plan-cizgi tərtib olunub verilməsindən imtina olunmasının əsassız olduğu sübuta yetirilir.
6. İddianı təmin etməyən birinci instansiya məhkəməsinin mövqeyi isə tamamilə əsassızdır. Birincisi, qanunvericiliyin tələblərindən aydın görünür ki, mübahisəli sərəncamla iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılarkən, cavabdeh ona həmin torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən plan-cizgini də tərtib edib verməyə borclu idi. İkincisi, hazırkı mərhələdə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş mühəndis-inventarlaşdırıcı mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşsə də, vahid elektron kadastr baza məlumatlarına əsasən “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olan dövlət mülkiyyətidir. Təqribən 4 metr məsafədən 325 mm-lik qaz xətti keçir. Göründüyü kimi, cavabdeh tərəfindən dövlət mülkiyyətində olan “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid dövlət torpağından iddiaçının istifadəsinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Təbii ki, həmin torpaq sahəsinə istifadəçinin reyestrdə mülkiyyət hüququ qeydə alınmayınca, kadastr baza məlumatlarında başqa məlumat ola bilməz və dövlət mülkiyyəti olaraq göstərilməsi labüddür. Həmin torpağın 4 metr məsafəsindən 325 mm-lik qaz xəttinin keçməsinə gəldikdə, sərəncamdan da qabaq ayrılmalı olan to rpağa dair plan-cizginin verilməsi həmin sərəncamı qəbul edən cavabdehin qanunvericiliklə üzərinə düşən öhdəliyi olduğundan, hazırkı halda bu, cizginin verilməsindən imtina üçün əsas təşkil edə bilməz.
7. Cavabdeh mahiyyətcə imtinasının və iddiaya qarşı etirazının məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
8. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
9. Məhkəmə kollegiyası xatı rladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən mə hkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabi t təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
10. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hes ab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
11. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının tələb etdiyi sənədin tərtib edilməsi torpaq ayırma prosedurunun ayrılmaz tərkib hissəsidir və torpaq ayırma prosedurunun sonunda həmin sənədin sərəncamla birlikdə iddiaçıya, eləcə də arxivə təqdim olunması cavab dehin məsuliyyət sferasına aid olmuşdur. Bu qayda cizginin tərtib və təsdiq olunmasına da şamil edilir. Bu zaman həm də nəzərə alınmalıdır ki, torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə, torpaq ayırma sənədlərinin tamlığının təmin olunması da cavabdehin öhdəliyinə aid edilmişdir. Odur ki, sərəncamın və ya onun tərkib hissəsi olan sənədlərin icra hakimiyyətinin arxivində aşkar edilməməsi, habelə hazırda qüvvədə olan qanunvericiliyin tələbi baxımından onun həmin səlahiyyətə malik olub-olmaması cavabdehi mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş öhdəliyin icrasından azad etmir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-2246/2022 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-1359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-1396/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)1601/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-1595/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2092/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-1755/2023 nömrəli qərarları).
12. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verə rkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.
13. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üç ün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
14. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 dekabr 2024-cü il tarixli, 2-1(103)-2265/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.