Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1347/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı Iddiaçı vəkili Vəkil, cavabdeh Suraxanı rayon nümayəndəsi Nümayəndə iştirakı ilə İcra Hakimiyyətinin İddiаçı Iddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “Ünvan mənzilin xidməti mənzillər siyahısından çıxarılmaqla yaşayış sahəsinin kirayə müqaviləsinin dörd nəfərdən ibarət ailə üzvü ilə bağlanması barədə sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 43/19 saylı 25 yanvar 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 17.04.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Iddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək Ünvan mənzilin xidməti mənzillər siyahısından çıxarılmaqla yaşayış sahəsinin kirayə müqaviləsinin dörd nəfərdən ibarət ailə üzvü ilə bağlanması barədə sərəncam verilməsini xahiş etmiş, cavabdeh ********* saylı, 29.05.2018-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsinə əsasən xidməti yaşayış sahələrinin xüsusi təyinatlı mənzil fonduna aid edildiyi nəzərə alaraq sözügedən mənzilin xüsusi təyinatlı mənzi l fondundan çıxarılmaqla Sizinlə yenidən kirayə müqaviləsinin bağlanılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və balanssaxlayıcı təşkilatın sözügedən məsələyə dair razılıq məktubları RİHnə təqdim olunduqdan sonra müraciətinizdə qaldırdığınız məsələyə müvafiq qaydada yenidən baxılacaqdır. İddiaçı Iddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ünvan mənzilin xidməti mənzillər siyahısından çıxarılmaqla yaşayış sahəsinin kirayə müqaviləsinin dörd nəfərdən ibarət ailə üzvü ilə bağlanması barədə sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3119/2018 saylı, 13 se ntyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-43/19 saylı 25 yanvar 2019-cu il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3119/2018 saylı, 13 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən xüsusi təyinatlı yaşayış sahələrinin xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir və onların özgəninkiləşdirilməsi, icarəyə və kirayəyə verilməsi qadağan olunduğundan cavabde hin imtinası əsaslıdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-43/19 saylı 25 yanvar 2019-cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instanisya məhkəməsi qərar qəbul edərkən nəzərə almamışdır ki, cavabdeh tərəfindən AR Nazirlər Kabinetinin 25.06.2010-cu il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatl mənzil fonduna aid edilməsi” Qaydalarının 3.1-ci bəndi pozulmaqla əsassız olaraq onun müraciəti təmin olunmamışdır. Bundan əlavə, işə mahiyyəti üzrə baxılan zaman balans saxlayıcı təşkilat olan Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 3-cü şəxs kimi cəlb olunma lıdır. Kassator İnzibati Prosessual Məcəllənin 90-96-cı maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-43/19 saylı 25 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçı Iddiaçı vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-43/19 saylı 25 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə icla sında iştirak edən cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-43/19 saylı 25 yanvar 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçı Iddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək Ünvan mənzilin xidməti mənzillər siyahısından çıxarılmaqla yaşayış sahəsinin kirayə müqaviləsinin dörd nəfərdən ibarət ailə üzvü ilə bağlanması barədə sərəncam verilməsini xahiş etmiş, cavabdeh ********* saylı, 29.05.2018-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, Az ərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsinə əsasən xidməti yaşayış sahələrinin xüsusi təyinatlı mənzil fonduna aid edildiyi nəzərə alaraq sözügedən mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılmaqla Sizinlə yenidən kirayə müqaviləsinin bağlanılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və balanssaxlayıcı təşkilatın sözügedən məsələyə dair razılıq məktubları RİH-nə təqdim olunduqdan sonra müraciətinizdə qaldırdığınız məsələyə müvafiq qaydada yenidən baxılacaqdır. “İnzibati icraat haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 24.1-ci maddəsinə əs asən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 32.2-ci madd əsinə əsasən ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. Həmin Qanunun 32.2-1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllə sinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. Həmin Qanunun 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Göründüyü kimi hazırkı iş üzrə cavabdeh iddiaçıya ünvanladığı imtina məktubu ilə yuxarıda sadalanan hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, cavabdeh iddiaçıdan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və balanssaxlayıcı təşkilatın sözügedən məsələyə dair razılıq məktublarını tələb etmiş, halbuki həmin sənədləri özü yuxarıda sadalana normaların tələblərinə müvafiq olaraq əldə edə bilər və ərizəçinin müraciətini icra edə bilərdi. Beləliklə cavabdeh tərəfindən inzibati icraat barədə qanunvericiliyin tələbləri pozulmuş işə b axan apellyasiya instansiya məhkəməsi isə cavabdehin apardığı inzibati icraatın qanuniliyinə hüquqi qiymət vermədən qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsi ni rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: İddiаçı Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-43/19 saylı 25 yanvar 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1347/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1347/2019
17.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver