Məhkəmə qərarları › İş №2-1(102)-1347/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1347/2022

26.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1347/2022 26.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın ləğvi, iddia müddətinin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1969-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 aprel 2022-ci il tarixli, 2-1(103)-1232/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 3 oktyabr 2007-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək ev şəraitinin dözülməz dərəcədə ağır olması ilə əlaqədar atasının həyətində 1,5 sot sahədə ev tikmək üçün sərəncam verilməsini xahiş etmişdir.

2. Cavabdehin 6 noyabr 2007-ci il tarixli, 379 nömrəli sərəncamı ilə: - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Qeydiyyat vəsiqəsinə (30/867, 31 avqust 1988-ci il) əsasən vətəndaş Veyisov Həbib Yaqub oğlunun xüsusi mülkiyyətində olan Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 Mart küçəsində yerləşən 47 saylı evin həyətyanı torpaq sahəsində (121,0 kv.m) təqdim edilən layihə əsası nda bir mərtəbəli kürsülü fərdi yaşayış evinin inşa edilməsinə icazə verilmiş; - Tikinti işləri aparılarkən ətraf ərazinin sanitar-texniki normalara uyğun olaraq təmiz və yanğından mühafizə qaydalarına riayət edilməklə saxlanılması, qonşuluqda yaşayan sakinlərdə narazılıqlar yaradılmaması və tikinti işləri başa çatdıqdan sonra sərəncamın surəti və layihənin müvafiq sənədləşdirmə işlərinin aparılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim edilməsi iddiaçıya tapşırılmış; - Tikilinin su, qaz, işıq və kanalizasiya sisteminin mövcud kommunikasiyalara qoşulmasının və Rayon Yanğın Təhlükəsizliyi Xidməti ilə razılaşdırılmasının qüvvədə olan müvafiq norma və qaydaların tələblərinə uyğun yerinə yetirilməsi iddiaçıya tapşırılmışdır.

3. İddiaçının ərizəsinə cavabdeh tərəfindən verilmiş 06 oktyabr 2021-ci il tarixli, 04/09-11-11/v-30-068 nömrəli cavab məktubuna əsasən cavabdehin 06 noyabr 2007-ci il tarixli, 379 nömrəli sərəncamının ləğv olunmasına köməklik göstərilməsi barədə iddiaçının müraciətinə baxılmış, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda qanunsuz və qanuni inzibati aktların ləğv olunması üçün nəzərdə tutulmuş əsaslar olmadığından müraciətdə qeyd olunmuş məsələnin müsbət həlli mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 7 oktyabr 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 6 noyabr 2007-ci il tarixli, 379 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi on unla əsaslandırılmışdır ki, 1988-ci ildə doğma yurdundan qaçqın düşərkən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi valideynləri tərəfindən alınmışdır. Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edərək yaralanmışdır. İİ qrup Qarabağ müharibəsi əlilidir. 2007-ci ildə yaşayış şəraitinin yaxşılaşdırılması üçün cavabdehə müraciət edərək, ona ev və ya torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Cavabdehin 6 noyabr 2007-ci il tarixli sərəncamı ilə atasına məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Maddi vəziyyəti ilə əlaqədar olaraq hazırki vaxtadək həmin sərəncamda göstərilən evi tikə bilməmişdir. Hazırda həmin sərəncama görə ona dövlət tərəfindən yaşayış şəraitinin yaxşılaşdırılması üçün köməklik göstərilə bilmir. Yaşadığı fərdi yaşayış evi valideynləri tərəfindən o, hərbi xidmətdə olan zaman inşa edilmişdir. 2000-ci ildə ailə həyatı qurarkən valideynləri tərəfindən inşa edilmiş evə arvadını gəlin gətirmişdir. Cavabdehin 6 noyabr 2007-ci il tarixli sərəncamı ilə tikintisinə icazə verilmiş fərdi yaşayış evini inşa etdirə bilmədiyi üçün həmin orqana müraciət edərək sərəncamın ləğv edilməsini xahiş etmiş, cavabdehin məktubu ilə müraciətinə imtina cavabı verilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(112)-3012/2022 nömrəli qərardadı (hakim N.İ.Abıyev) ilə iddia mümkün sayılmamışdır.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mübahisə açdığı qərar 2007-ci ildə verilmişdir. Həmin vaxt qüvvədə olmuş qanunvericiliyə görə maraqlı şəxsin hüququnun pozulduğu barədə ona m əlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etmək hüququ var idi. İddiaçının həmin vaxtdan cavabdehin qəbul etdiyi qərarı mübahisələndirməyə dair subyektiv hüququ yaranmasına baxmayaraq məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddiaçı hazırda mübahisələndirdiyi sərəncamın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüş, yalnız sərəncamın qəbul edildiyi və iddiaçıya təqdim olunduğu vaxtdan (noyabr 2007-ci il) 14 ildən çox vaxt keçdikdən sonra məhkəməyə müraciət etmişdir.

8. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 aprel 2022-ci il tarixli, 2-1(103)-1232/2022 nömrəli qərardadı (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(112)-3012/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanı lmışdır.

10. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işin Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı hesab edir ki, işin mübahisə olunmayan halları müraciətinə (ərizəsinə) cavabdeh tərəfindən 6 oktyabr 2021-ci il tarixli cavab məktubunun alınması və qanunvericiliklə müəyyən olunmuş müddətdə (bir ay) ərzində inzibati məhkəməyə müraciət etməsidir. Məhkəmələr iddia müddətinin hesablanması üçün cavabdehin 379 nömrəli, 6 noyabr 2007-ci il tarixli sərəncamının qəbul olunduğu tarixi başlanğıc tarix olaraq götürm üşlər. Halbuki, sərəncamın qəbul olunma tarixi iddiaçının cavabdehə evin tikintisi ilə bağlı verdiyi müraciətlə eyni vaxtdadır. Həmin vaxt iddiaçı evin tikintisinə icazəni ehtiyaclarının ödənilməsi üçün vacib bilmiş və icra orqanına xahişlə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı məhz 2021-ci ildə cavabdehə müraciət etməmişdən əvvəl sərəncamla tikintisinə icazə verilən evi tikdirə bilməyəcəyinin ona aydın olmasını bildirmiş və bu səbəbdən icra hakimiyyətinə müraciət etmişdir. Yəni sərəncamın ləğvi üçün 14 il müddətin ötürülməsi barədə fikir işin həqiqi hallarına və qanunvericiliyin tələblərinə ziddir. Belə ki, iddia müddəti sərəncamın ləğvi üçün əsasların yaranması tarixindən hesablanmalı idi. Bu səbəbdən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən «İnzibati icraa t haqqında» Qanunun 1.2, 48.1 və 48.2, 73-cü maddələri işin hallarına düzgün tətbiq olunmamışdır. Bundan başqa, «İnzibati icraat haqqında» Qanunun 68 və 69-cu maddələrinin tələbləri işə tətbiq olunmalı olduğu halda tətbiq edilməmişdir. Bununla məhkəmələr yanlış nəticələrə gəlmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);... Maddə

32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.... Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın h ərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə

38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi ad ın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübah isə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərar a qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual h üquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

19. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia tələbinin və apellyasiya şikayətinin dəl illərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

20. Məhkəmə kollegiyası iddiaçının məhz 2021-ci ildə cavabdehə müraciət etməmişdən əvvəl sərəncamla tikintisinə icazə verilən evi tikdirə bilməyəcəyinin ona aydın olması, həmin sərəncamın ləğv edilməsi tələbi ilə iddia qaldırmaq üçün nəzərdə tutulan müddət axımının da cavabdeh tərəfindən 6 oktyabr 2021-ci il tarixdə verilmiş cavab məktubunun alınması ilə başlaması barədə kassasiya şikayətindəki yeni dəlilə dair isə aşağıdakıları qeyd etmə yi zəruri hesab edir.

21. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir.

22. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, t ərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

23. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırki işdə də iddiaçı sözügedən sərəncamı – inzibati aktı qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmiş, irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır.

24. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instan siyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

25. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya instansiya məhkəməsi iddiaçının mübahisələndirilən 6 noyabr 2007-ci il tarixli, 379 nömrəli sərəncamın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüq uq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 aprel 2022-ci il tarixli, 21(103)-1232/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar