Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1347/2023 31.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyə görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1979-cu il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-411/2023 nömrəli, 07 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ИТ-İ ******* nömrəli əmək kitabaçasına əsasən, iddiaçı xx.xx.1999-cu ildən xx.xx.2004-cü ilə qədər Astara RMX-də kiçik tibb işçisi, xx.xx.2005-xx.xx.2008-ci illərdə "xxxx" MMC-də xadimə, xx.xx.2012-xx.xx.2012-ci, xx.xx.2013-xx.xx.2014-cü illərdə "xxxx" Mənzil Tikinti Kooperativində xadimə, xx.xx.2017-xx.xx.2018-ci illərdə "xxxx" MMC-də dezinfektor işləmişdir.
2. İddiaçı 15 dekabr 2005-ci il tarixdən "xxxx" MMC-də xadimə peşəsində işləyir və aylıq əmək haqqı 80,00 (səksən) AZN təşkil edir.
3. İddiaçıya xx.xx.2020-ci il tarixdə “ümumi xəstəlik” səbəbi ilə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir.
4. İddiaçı cavabdehə müraciət edərək, ona əlilliyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
5. Cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi xx.xx.1999-cu il tarixində tərtib edilmiş ИТ-İ ******* saylı əmək kitabçasına əsasən sığorta stajı 7 il 9 ay olmaqla tələb olunan müddətdən (8 il 8 aydan) azdır. İddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********152700 nömrəli məktubunda qeyd edilmişdir ki, qurumun qeydiyyat qovluğunda olan xx.xx.2007-ci il tarixli Nizamnaməsinə əsasən xx.xx.2007-ci ildə 1107-T27-4408 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2005-ci ildə 0105P160-4420 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisidir. Cəmiyyətin təşkilatı-hüquqi formasını dəyişməsi və ləğv olunması barədə məlumat aşkar edilməmişdir. Şəxsi hesab vərəqəsinə əsasən, Cəmiyyət tərəfindən fəaliyyət dövrü ərzində vergilər üzrə 65619,80 manat ödənişin həyata keçirildiyi müəyyən edilmiş, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı üzrə ödənişləri müəyyən edilməmişdir. xx.xx.2021-ci il tarixə olan uçot məlumatlarına əsasən Cəmiyyətin fəaliyyət i xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək dayandırılmış, lakin vergi ödəyicisi tərəfindən xx.xx.2008-ci il və xx.xx.2009-cu il tarixlərdə təqdim edilmiş “Əlavə dəyər vergisi bəyannamə”lərinə əsasən müvafiq olaraq xx.xx.2008-ci il və xx.xx.2009-cu il tarixlərdə fəaliyyəti aktivləşmişdir. Təkrar olaraq vergi ödəyicisinin müraciəti əsasında fəaliyyəti xx.xx.2010-cu il tarixdən dayandırılmış və xx.xx.2010-cu il tarixdə vaxtı çatdığı üçün bərpa edilmişdir. Eyni zamanda, vergi ödəyicisinin müraciəti əsasında fəaliyyəti xx.xx.2011-ci il tarixdən dayandırılmış və xx.xx.2015-ci il tarixdə vaxtı çatdığı üçün bərpa edilmişdir. Hazırda fəaliyyəti aktiv vəziyyətdədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara Mərkəzi rayon Xəstəxanasında 5 il 1 ay 16 gün, "xxxx" MMC-də 3 il 1 gün, "xxxx" MTK-da 9 ay 7 gün və 9 ay 15 gün (cəmi 1 il 6 ay 23 gün), "xxxx" MMC-də 9 ay 7 gün işlədiyi müddətlərin nəzərə alınaraq iddiaçıya birinci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1979-cu ildə doğulmuşdur, xx.xx.1999-cu ildən xx.xx.2004-cü ilə qədər Astara RMX-də kiçik tibb işçisi, xx.xx.2005-ci ildən xx.xx.2008-ci ilə qədər "xxxx" MMC-də xadimə, xx.xx.2012-ci ildən xx.xx.2012-ci ilə qədər, xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilə qədər “Lalə" MTK-da xadimə, xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilə qədər "xxxx" MMC-də dezinfektor i şləmişdir. Dövlət Sosial Sığorta Şəhadətnaməsinə malikdir. xx.xx.2020-ci ildə iddiaçıya “Paranoid şizofreniya. Şizofreniya paranoid forma. Fasiləsiz gedişli, psixi qüsur halı” diaqnozu ilə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir, kənar şəxsin qulluğuna ehtiyacı vardır. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 97 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamı ilə iddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və bacısı Nümayəndə1 onun üzərində qəyyum təyin edilmişdir. Cavabdehə müraciət olunaraq ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi xahiş edilsə də, müraciətin təmin edilməsindən imtina olunmuşdur. İmtinanın səbəbi kimi sığorta stajının tələb olunan 8 il 8 aydan az olaraq 7 il 9 ay təşkil etməsi göstərilmişdir. Halbuki, onun tələb olunan 8 il 8 a y əmək stajı vardır. Belə ki, İddiaçı Astara MRX-da 5 il 1 ay 16 gün, "xxxx" MMC- də 3 il 1 gün, "xxxx" MTK-da 9 ay 7 gün və 9 ay 15 gün (cəmi 1 il 6 ay 23 gün) “San- Prof’ MMC-də 9 ay 7 gün işləmişdir. Ümumi iş stajı 10 il 10 ay 16 gün təşkil edir. "xxxx" MMC-də İddiaçı işləməyini və əmək haqqı almağını həm əmək kitabçası, həm də "xxxx" MMC-nin 38 nömrəli, xx.xx.2007-ci il tarixli, MMC-nin direktor müavini və baş mühasibi tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş arayışı təsdiq edir.
9. Cavabdehin iddiaya qarşı etirazında qeyd olunmuşdur ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının (bundan sonraTSEK) xx.xx.2020-ci il tarixli qərarı ilə əlillik səbəbi – “Ümumi xəstəliklə əlaqədar” olmaqla müddətsiz İ dərəcəli əlillik müəyyən edilmiş və o, əlillik statusu qazanmışdır. Daha sonra İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə müvafiq olaraq əlilliyə görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Cavabdeh inzibati orqan isə İddiaçı əlilliyə görə əmək pensiyasının təyin olunmasından imtina barədə qərar qəbul etmişdir. Qanunun tələblərinə müvafiq olaraq İddiaçı münasibətdə qanunla tələb olunan sosial sığorta stajı aşağıdakı kimidir: 41 il (yaş) – 15 il (əmək qabiliyyətli olmadığı yaş dövrü) = 26 il (əmək qabiliyyətli yaş dövrü); 26 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 104 ay; 104 ay: 12 ay= 08 il 08 ay. Qeyd edilən hesablamadan da göründüyü kimi, İddiaçı əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün sözügedən qanuna müvafiq olaraq tələ b olunan sosial sığorta stajı 08 il 08 aydır. İş materiallarına əlavə edilən, İddiaçı məxsus ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçının əmək kitabçasında qeyd edilən müəssisələrdə işlədiyi bütün dövrlər nəzərə alındıqda onun sosial sığorta stajı ümumilikdə 10 il 10 ay 11 gündür. İddiaçı sosial sığorta stajı ilə bağlı işin mübahisələndirilməyən halları aşağıdakılardan ibarətdir: İddiaçı xx.xx.1999-xx.xx.2004 (05 il 01 ay 15 gün), xx.xx.2012-xx.xx.2012 (09 ay 06 gün), xx.xx.2013-xx.xx.2014 (09 ay 14 gün), xx.xx.2017-xx.xx.2018-ci (01 il 02 ay 06 gün) illər ərzində işlədiyi dövrlər. İddiaçı mübahisələndirilməyən sosial sığorta stajı ümumilikdə 07 il 10 ay 11 gündür. İddiaçı sosial sığorta stajı ilə bağlı işin mübahisələndirilən halları aşağıdakılardan ibarətdir: İddiaçı xx.xx.2 005-xx.xx.2008-ci (03 il) illər ərzində "xxxx" MMC-də işlədiyi dövr. İddiaçı mübahisələndirilən sosial sığorta stajı ümumilikdə 03 ildir. İddiaçı xx.xx.2005-xx.xx.2008-ci illərdə "xxxx" MMC-də işlədiyi dövr ərzində onun əldə etdiyi gəlirdən müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Belə olan halda, sözügedən dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunun tələblərinə ziddir. Bununla yanaşı, müvafiq qurumlara lazımi sorğular ilə müraciət edilmiş, AR Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli, 4/2426 nömrəli cavab məktubunda "xxxx" MMC-nin arxiv sənədlərinin Dövlət Arxivinə və Bakı filialına təhvil verilmədiyi, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********152700 nömrəli cavab məktubunda "xxxx" MMC-nin xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alındığı, həmçinin fəaliyyət dövrü ərzində məcburi dövlət sosial sığorta haqqının, işsizlikdən sığorta haqqı üzrə ödənişlərin müəyyən edilmədiyi qeyd olunmuşdur.
10. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq:
11. DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 01 noyabr 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixindən müddətsiz 1-ci dərəcəli əlillik təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, xx.xx.1979-cu il təvəllüdlü vətəndaşa hüququnun yarandığı tarixdən əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta stajı 8 il 8 aydır ((41 yaş -15 yaş ə mək qabiliyyətli olmayan yaş dövrü = 26il) x 4 ay = 104 ay/12 = 8 il 8 ay). İddiaçı təqdim etdiyi ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1999-cu il tarixindən xx.xx.2004-cü il tarixinədək işlədiyi dövr nəzərə alınmaqla sığorta stajı xx.xx.2006-cı il tarixə 5 il 1 ay 15 gün təşkil edir. Sözügedən əmək kitabçası üzrə vətəndaşın xx.xx.2005-ci il tarixdən xx.xx.2008-ci tarixədək əmək fəaliyyəti dövrləri Qanunun 1.0.2-ci maddəsinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları’’nın 3.1.2-ci bəndinə müvafiq olaraq məcburi dövlət sosial sığorta haqları ödənilmədiyi üçün sosial sığorta stajına daxil edilməmişdir. Vətəndaşın əmək kitabçasın a və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 altisteminə əsasən, xx.xx.2012-xx.xx.2012-ci illər; xx.xx.2013-xx.xx.2014-cü illər və xx.xx.2017-xx.xx.2018-ci illər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixdən sonra sosial sığorta stajı cəmi 2 il 8 ay, sığorta kapitalı 1550,49 manat təşkil edir. Beləliklə, İddiaçı sığorta stajı cəmi 7 il 9 ay 15 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən azdır. Bu səbəbdən vətəndaşa 1-ci dərəcəli əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Vətəndaşa xx.xx.2020-ci il tarixdən proaktiv qaydada İ qrup əlilliyə görə sosial müavinət və İ qrup əlilliyə görə sosial müavinət alan bəzi kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilər ək ödənilir.
12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 08 fevral 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə əsasən dövlət əmlakının Registrində müəssisə haqqında məlumatların qeydiyyata alınması həmin müəssisələr tərəfindən təqdim olunan məlumatlar əsasında aparılır. Müraciətdə adıçəkilən müəssisə haqqında dövlət əmlakının Registrinə heç bir məlumat təqdim edilməmiş və həmin müəssisə barədə məlumat qeydə alınmamışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Res publikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 3.0.11-ci yarımbəndinə əsasən, kommersiya hüquqi şəxslərin, publik hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin dövlət qeydiyyatını həyata keçirmək və dövlət reyestrini aparmaq Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir.
13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********758100 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixə olan uçot məlumatlarına əsasən, "xxxx" MMC xx.xx.2005-ci il tarixdə, ********** nömrəli VÖEN-lə vergi orqanında uçota alınmış və fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktiv vəziyyətdədir. Cəmiyyətin şəxsi hesab vərəqəsinin məlumatlarına əsasən, vergi ödəyicilərinin dövlət sosial sığorta haqlarına dair müvafiq saldo məlumatları DSMF-dən vergi orqanına köçürülərkən Cəmiyyət üzrə xx.xx.2018-ci il tarixə “İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər” vərəqəsi üzrə ümumilikdə 0,65 manat artıq ödəmə köçürülmüşdür və xx.xx.2018-ci il tarixdən cari tarixədək vergi ödəyicisi tərəfindən məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir.
14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********179100 nömrəli məktubunda qeyd edilmişdir ki, Cəmiyyətin fəaliyyəti və vergi tutulan digər əməliyyatları xx.xx.2007-ci il tarixli “Hüquqi şəxsin fəaliyyətinin dayandı rılması” ərizəsinə əsasən, xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək dayandırılmış, xx.xx.2007-ci il tarixdən etibarən yenidən aktivləşmiş, xx.xx.2008-ci il və xx.xx.2008-ci il tarixli ərizələrinə əsasən, xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək dayandırılmış, xx.xx.2008-ci il tarixdən etibarən təqdim edilmiş bəyannaməyə əsasən yenidən aktivləşmiş, xx.xx.2010-cu il tarixli ərizəsinə əsasən, xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək dayandırılmış, xx.xx.2010-cu il tarixdən etibarən yenidən aktivləşmiş, xx.xx.2011-ci il tarixli ərizəsinə əsasən isə xx.xx.2011-ci il tarixdən xx.xx.2015-ci il tarixədək dayandırılmış və xx.xx.2015-ci il tarixdən etibarən yenidən müəssisənin şəxsi hesab vərəqəsinin məlumatlarına əsasən vergi ödəyicilərinin dövlət sosial sığorta haqlarına dair müvafiq saldo məlumatları DSMF-dən vergi orqanına köçürülərkən Cəmiyyət üzrə xx.xx.2018-ci il tarixə “İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər” vərəqəsi üzrə ümumilikdə 0,65 manat artıq ödəmə köçürülmüşdür və xx.xx.2018- ci il tarixdən cari tarixədək vergi ödəyicisi tərəfindən məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir.
15. DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubu ilə sığortaedən "xxxx" MMC (SUN: **********6) tərəfindən 1 oktyabr 2005-ci il tarixindən 1 yanvar 2009-cu il tarixinədək ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat təqdim edilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikas ı Qanununun tətbiqinə 1 yanvar 2006-cı il tarixdən başlandığı üçün, həmçinin sığortaedən tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində 2006 2008-ci illər üzrə məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanlar haqqında hesabatlar təqdim edilmədiyindən sığortaedən tərəfindən sığortaolunan İddiaçı (SSN: **********344) xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların təqdim edilməsi mümkün olmamışdır. Məktuba əlavə edilmiş həmin məlumatlara əsasən, "xxxx" MMC (SUN: **********6) tərəfindən 2006-cı il üzrə 1236,98 manat, 2007-ci il üzrə 8627,04 manat, 2008-ci il üzrə 6918,74 manat məcburi dövlət sosial sığorta haqları ödənilmişdir.
16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2350/2022 nömrəli, xx.xx.2022 -ci il tarixli qərarı ilə (hakim H.A.Ağalarov) iddiа təmin edilmiş, İddiaçı hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir.
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı "xxxx" MMC-nin mübahisələndirilən dövrdə mövcudluğu və dövlət qeydiyyatına alınması öz təsdiqini tapmışdır. Digər tərəfdən, iddiaçının "xxxx" MMC-də işlədiyi dövrün 2006-cı il yanvarın 1-dək olan hissəsinin iş stajı kimi nəzərə alınmalı olması ilə bağlı məhkəmə qeyd edir ki, “Qaydalar”da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiya sı hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Bundan əlavə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir.
18. Göründüyü kimi, sığortaedənin (hazırkı halda, iddiaçının işlədi yi müəssisələrin) 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin 1 aprel tarixdə tam məbləğdə silinmiş olurdu. İddiaçının "xxxx" MMC-də işlədiyi dövrün 2006-cı il yanvarın 1-dən sonrakı hissəsi ilə bağlı isə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı "xxxx" MMC (SUN: **********6) tərəfindən 1 oktyabr 2005-ci il tarixindən 1 yanvar 2009-cu il tarixinədək ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat əldə edilmişdir.Həmin məlumata əsasən, müəssisə tərəfindən 2006-cı il üzrə 1236,98 manat, 2007-ci il üzrə 8627,04 manat, 2008-ci il üzrə 6918,74 manat məcburi dövlət sosial sığorta haqları ödənilmişdir.
19. Məhkəmə həmçinin, hesab etmişdir ki, 2006 - 2008-ci illər üzrə ümumilikdə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi təsdiq olunduğu halda, sığortaedən tərəfindən sığortaolunanlar haqqında adbaad hesabatların təqdim edilməməsinin iddiaçının həmin müəssisədə rəhbər vəzifədə deyil, xadimə işləməklə aşkar surətdə iradəsindən və müdaxilə imkanından kənar olması, üstəgəl onun əmək haqqından müvafiq tutulmaların həyata keçirilməsi nəzərə alındıqda, cavabdehin üstündə durduğu “konkret olaraq iddiaçının xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatın olmaması” dəlili iddianın əsaslılığına təsir edə bilməz. Ona görə də iddiaçının xx.xx.2005xx.xx.2008-ci illər ərzində "xxxx" MMC-də işlədiyi dövr sığorta stajına daxil edilməlidir. Əks yanaşma, şəxsin hüquqlarının məhdudlaşdırılmasına münasibətdə heç də ədal ətli hesab edilə bilməz.
20. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-411/2023 saylı, xx.xx.2023-ci il tarixli qərarı ilə (hakimlər S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/ M.N.Tağızadə və K.H.Əkbərov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2350/2022 saylı, 09 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
22. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılm ışdır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
23. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
24. Kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın və apellyasiya şikayətinin məzmununa əsaslanır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçının hüququnun yarandığı xx.x x.2020-ci il tarixdə qüvvədə olan redaksiyada) Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 12.1. Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiy a təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir.
27. İddiaçının hüququnun yarandığı xx.xx.2020-ci il tarixd ə qüvvədə olan, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” Maddə 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrl ərinə bölünür. Maddə 3.2. Bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Maddə 3.2.1. Qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır.
28. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə
87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri
1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 29. “İnzibati icraat haqqında” Qanun Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.7. Sübutlar məhkəmə tərəf indən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsasl andırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsas lı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
35. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddiaya etirazın və apellyasiya şikayətinin dəlil lərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
36. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlilliyə görə əmək pensiyanın təyin edilməsi üçün tələb olunan əsasların mövcudluğu, o cümlədən onun əmək kitabçasında qeyd olunmuş dövrlərin sığorta stajı kimi nəzərə alınması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini n əzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
37. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
38. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
39. Hazırkı mübahisəyə münasibətdə cavabdehin kassasiya şikayətinin əsas dəlili iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.2005-ci il tarixdən xx.xx.2008-ci il tarixədək işlədiyi dövr üzrə iş stajının düzgünlüyünün qarşılıqlı yoxlanılmasının mümkün olmaması ilə bağl ıdır.
40. Bununla bağlı qeyd olunmalıdır ki, bu qərarın 26-28-ci bəndlərində istinad edilən normaların müddəaları baxımından iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu n 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir.
41. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının əmək kitabçasındakı qeydlərin və məlumatların mötəbərliyini şübhə altına alan hər hansı dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Odur ki, məhkəmə haqlı olaraq iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirmişdir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növünd ən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları”nın 3.2-ci və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Hazırki münasibətdə iddiaçının mübahisələndirilən tarixlərdə "xxxx" MMC-də işlədiyi onun əmək kitabçasında öz əksini tapmışdır.
42. Bundan başqa, Ali Məhkəmənin oxşar işlər üzrə formalaşmış hüquqi mövqeyi də nəzərə alınmalıdır. Həmin mövqeyə görə, iddiaçının müvafiq müəssisələrdə əmək fəaliyyəti və müvafiq stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan, digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 iyul 2020-ci il tarixli, 2-1(102)-1431/2020 nömrəli, 28 yanvar 2021-ci il tarixli, 2-1(102)45/2021 nömrəli qərarları).
43. Bu baxımdan iddiaçının xx.xx.2005-ci il tarixdən xx.xx.2008-ci il tarixədək olan əmək fəaliyyəti barədə onun əmək kitabçasında qeyd olunmuş məlumatlar mötəbər sayılmalı və həmin dövrlər cavabdeh tərəfindən sığorta stajı kimi nəzərə alınmalı və yuxarıda istinad olunan normalara uyğun olaraq onun pensiya kapitalına hesablanmalıdır.
44. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ona əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan sığorta stajına malik olduğu işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur.
45. Məhkəmə kollegiyası həmçinin xüsusi olaraq qeyd edir ki, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
46. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddə sinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
47. Beləliklə, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
48. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-411/2023 nömrəli, 07 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.