Məhkəmə qərarları › İş №2-1(102)-1347/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1347/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1347/2025 25.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bayramova (Kərimxanova) Leyla Rəhimovnanın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı QƏRARİ (Açar sözlər: qərarların ləğv edilməsi və əlavə dəyər vergisi məbləğinin geri qaytarılması; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı Bayramova (Kərimxanova) Leyla Rəhimovnanın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliy i yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində "xxxx" Mənzil Tikinti Kooperativi cəlb olunmaqla) «cavabdehin qərarlarının ləğv edilməsi və əlavə dəyər vergisi məbləğinin geri qaytarılması barədə məlumatın müvəkkil banka ötürülməsi» tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)175/2025 nömrəli, 14 yanvar 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Satıcı "xxxx" Mənzil Tikinti Kooperativi ilə “Alıcı” X4 arasında bağlanmış 0162 №-li, xx.xx.2022-ci il tarixli “Alqı-satqı” müqaviləsindən müəyyən olunur ki; “Satıcı” ünvan 1 ünvanında tikilməkdə olan “Av ant park” Yaşayış Kompleksinin 7-ci binasında, 7-ci blokunda, 5-ci mərtəbə, 3 nömrəli 3 otaqlı mənzili “Alıcf’ya satmağı, “Alıcı” isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) “Satıcfya ödəməyi öhdəsinə götürür (bənd 1). Həmin müqavilənin ikinci bəndinə əsasən mənzilin xarici perimetr üzrə sahəsi 108.07 kv.m, daxili perimetr üzrə 94.14 kv.m, qiyməti isə 146975 manat təşkil edir. 0162 nömrəli, xx.xx.2022ci il tarixli payçı müqaviləsinə dəyişiklik haqqında 1 nömrəli müqavilədən görünür ki, müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 140028 manat müəyyən edilmişdir.

2. Satıcı "xxxx" Mənzil Tikinti Kooperativi ilə “Alıcı” X4 arasında bağlanmış 0104 №-li, 03.11,2022-ci il tarixli “Alqı-satqı” müqaviləsindən m üəyyən olunur ki; “Satıcı” ünvan 1 ünvanında tikilməkdə olan “Avant park” Yaşayış Kompleksinin 7-ci binasında, 7-ci blokunda, 1-ci mərtəbədə qaraj sahəsini “Alıcı”ya satmağı, “Alıcı” isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı qarajın dəyərini (qiymətini) “Satıcı”ya ödəməyi öhdəsinə götürür (bənd 1). Həmin müqavilənin ikinci bəndinə əsasən qarajaltı sahə 18 kv.m, qiyməti isə 14000 manat təşkil edir. 3. 29 noyabr 2022-ci il tarixli maliyyə arayışlarına əsasən 0104 №-li, 03.11,2022-ci il tarixli və 0162 №-li, xx.xx.2022-ci il tarixli “Alqı-satqı” müqavilələri qaraj sahəsinin və mənzilin dəyəri alıcı X4 tərəfindən tam olaraq ödənilmişdir.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan imtina məktubundan, o cümlədən Bakı şəhəri Lokal Gəl irlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” **********434700 və **********435400 nömrəli №-li, xx.xx.2023-cü il tarixli qərarlarından görünür ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 6.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini Qayda qüvvəyə mindiyi tarixədək nağdsız qaydada satıcının bank hesabına ödənildiyini (ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq), Qayda qüvvəyə mindiyi tarixdən sonra isə 5.1.2-ci bəndinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən sənədləri satıcının uçotda olduğu vergi orqanına təqdim etməlidir. Lakin, alıcı X4 tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Bu səbəbdən də X2 xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılmasının təmin edilməməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ а. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi i lə məhkəməyə müraciət edərək, «qərarın ləğv edilməsi və vergi məbləğinin geri qaytarılması» barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmənin 18 dekabr 2023-cü il tarixli qərardadı ilə iddia dəyişdirilərək «cavabdehin 16 mart 2023-cü il tarixli **********434700 nömrəli və **********435400 nömrəli qərarlarının ləğv edilməsi və əlavə dəyər vergisinin məbləğinin geri qaytarılması barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» kimi qəbul edilmiş və "xxxx" MTK inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizələrlə cavabdeh Dövlət Verg i Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 20 fevral 2023-cü il tarixli müraciət etmişdir. Müraciətə cavab olaraq qəbul edilmiş 16 mart 2023-cü il tarixli qərarlarda qeyd edilmişdir ki, alıcı Bayramova (Kərimxanova) Leyla Rəhimovna tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Bu səbəbdən 20 fevral 2023-cü il tarixli ərizələr üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. İddiaçı bununla razılaşmayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına 16 mart 2023-cü il tarixli **********434700 nömrəli və **********435400 nömrəli qərarların ləğv edilməsini xahiş etmişdir. Lakin 27 aprel 2023-cü il tarixli məktubla şikayətlə rin təmin edilmədiyi bildirilmişdir. Məktub iddiaçıya 24 may 2023-cü il tarixdə təqdim edilmişdir. İnzibati orqanın imtinası əsassızdır. «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikası Qanununun 3.1.3-cü maddəsinə əsasən nağdsız hesablaşma dedikdə birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nəzərdə tutulur. Bayramova (Kərimxanova) Leyla Rəhimovna da yaşayış sahəsinin dəyərini satıcının bank hesabına ödəmişdir. Bu da yuxanda qeyd edilən normanın tələbinə uyğun olaraq nağdsız hesablaşma hesab olunur. Buna görə də vergi orqanının imtinası qanunsuz və əsassız sayılır.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1506/2024 nömrəli, 13 mart 2024-cü tarixli qərarı ilə (hakim R.Kərimli) iddia rədd edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, ƏDV ödənişin in yuxarıda qeyd olunan formad aparılması texniki xarakterli səhv və ya formal xəta qismində də qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası»nın 5.4-cü bəndində təqdim edilmiş sənədlərlə çatışmazlıqların dairəsi təsbit olunmuşdur. Lakin bu dairəyə ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməməsi halı daxil edilməmişdr. Həmçinin qeyd olunmalıdır ki, ƏDV-nin məbləğinin ödənişinin düzgün aparılmamasının hətta ödəniş etmiş şəxs kimi iddiaçının iradəsindən asılı olmaması öz təsdiqini tapsa belə, bu hal vəziyyəti onun xeyri nə dəyişmir. Bundan başqa, yaşayış və qeyri-yaşayış sahələrinin alıcısı kimi iddiaçı Bayramova (Kərimxanova) Leyla Rəhimovna ilə satıcısı "xxxx" MTK arasında bağlanmış müqavilədə həqiqətən də ƏDV-nin ayrıca ödənilməsi şərti və bunun üçün MTK-nın ƏDV depozit hesabının qeyd edilmədiyi, alıcıya satıcının ƏDV depozit hesabının hər hansı formada verilmədiyi və məbləğin ayrıca ƏDV depozit hesaba ödənilməli olmasının iddiaçıya izah olunmadığı halda, iddiaçı hesab edərsə ki, ona zərər dəymişdir, bu barədə "xxxx" MTK-ya qarşı müvafiq məhkəmədə iddia qaldırmaq hüququ ona izah olunur. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaçı Bayramova (Kərimxanova) Leyla Rəhimovnaya münasobətdə “Yaşayış və qeyri-yaşayış sahələrinə gör ə ödənilmiş ƏDV-nin qaytarılmasından imtina edilməsi haqqında” 16 mart 2023-cü il tarixli **********434700 və **********435400 nömrəli qərarları qənul etməkdə haqlı olmuşdur və həmin qərarlar «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13, 15, 17, 24, 58.1 -ci maddələrinin tələblərinə uyğundur

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-175/2025 nömrəli, 14 yanvar 2025-ci il tarixli qərarı ilə (hakimlər: R.Səmədov - sədrlik edən və fnəruzəçi, E.Əliyev və X.Cəmilova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********434700 nömrəli və **********435400 nömrəli qərarları ləğv edilmiş, əlavə dəyər vergisinin məbləğinin iddiaçı Bayramova (Kərimxanova) Leyla Rəhimovnaya geri qaytarılması barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilmişdir.

12. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən yaşayış sahəsinin dəyəri s atıcıya tam şəkildə ödənilmiş (iş materiallarında olan mədaxil qəbzləri ilə sübut olunur) və tələb olunan müddətdə əlavə dəyər vergisinin qaytarılması məqsədilə portaldan qeydiyyatdan keçərək müvafiq orqana müraciət etmişdir. İddiaçının təqsiri ilə bağlı olmamaqla ƏDV məbləğinin geri qaytarılmasından imtina üçün əsas hesab edilə bilməz. Belə ki, hüquqi şəxs olan MTK-nın, bankın və notariat orqanının iştirakı ilə həyata keçirilən alqı-satqı zamanı müqavilənin standart şərtlərini müəyyən etmək və ödənişin qeyd edilən qaydada, yəni bütün məbləğin satıcının hesabına köçürülməsini seçmək iddiaçının iradəsindən asılı olmamışdır. İddiaçının aldığı, müqavilənin predmeti olan mənzilin cəmi məbləği (ƏDV məbləği də daxil olmaqla) MTK-nın hesabına ödənildiyindən, MTK da öz növbəsində həmin məbləğlər d ə (ƏDV depozit hesabına köçürülməsi nəzərdə tutulmuş, lakin MTK-nın hesabına köçürülmüş) daxil olmaqla həmin ay üzrə ümumi dövriyyəyə cəlb olunan məbləğdən ƏDV ödəmiş və hesabat təqdim etmişdir. Hüquqi şəxs olan MTK-nın, bankın və notariat orqanının iştirakı ilə həyata keçirilən alqısatqı zamanı müqavilənin standart şərtlərini müəyyən etmək və ödənişin qeyd edilən qaydada, yəni bütün məbləğin satıcının hesabına köçürülməsini seçmək iddiaçının iradəsindən asılı olmamışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

14. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, X4 tərəfindən təqdi m edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli olduğu halda, onun tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Bu da “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinin tələblərinə uyğun deyil.

15. Bir daha məhkəmənin diqqətinə çatdırırıq ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə təsdiq e dilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1,2-ci bəndinə əsasən, fiziki şəxs tərəfindən digər sənədlərlə yanaşı, alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədi təqdim edildiyi təqdirdə ƏDV-nin qaytarılması həyata keçirilir.

16. Məhkəmənin mövqelərinə münasibətdə bildirir ki, mənzilin və qeyri-yaşayış sahəsinin əldə edilməsinə görə məbləğin əsas və depozit hesaba ödənilməsi müqavilənin standart şərti yox, Azərbaycan Respublikası Prezidentinin 25may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydaları ilə nəzərdə tutulmuş məcburi haldır. Ona görə də, iddiaçının belə bir halı bilməməsi onu məsuliyyətdən azad etmir.

17. Həmçinin bildirir ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydaları”nın5-ci bəndində birb aşa qeyd edilmişdir ki, mənzilə və qeyri-yaşayış sahəsinə görə ödənişin müvafiq hesablara düzgün qaydada ödənilməsi Alıcının üzərinə vəzifə olaraq qoyulmuşdur.

18. Həmin Qaydaların 2.0.8-ci bəndinə əsasən portal bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemidir. Portal yalnız vətəndaşın müraciətinin elektron qaydada qeydiyyata alınması, bu sahədə asanlaşdırılmanın təmin edilməsi üçün yaradılmış informasiya sistemidir. İddiaçı tərəfindən ödənişlərin edildiyi qəbzlərə nəzər salsaq görərik ki, qəbzlərin böyük bir hissəsi Fərmanın qüvvəyə mindiyi tarixdən sonrakı dövrə uyğun gəlir. Belə olduğu təqdirdə isə, yuxarıda qeyd edildiyi kimi iddiaçı ödənişin düzgün olaraq iki hesaba ödənilməsini təmin etməli idi. Lakin iddiaçı tərəfindən bu həyata keçirilməmişdir.

19. Bu faktın sübut edilməsi məqsədilə məhkəməyə X3, X5 və X1 mənzilə görə ƏDV-nin geri qaytarılması istiqamətində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə etdiyi müraciətlərlə bağlı inzibati icraat materiallarını təqdim edirik.

20. Həmin inzibati icraat materiallarından da görmək mümkündür ki, yuxarıda adıçəkilən vətəndaşlar Qaydaların qüvvəyə mindiyi tarixlə Portalın rəsmi istifadəyə verildiyi tarixlər arasında mənzilin alışı ilə əlaqədar müvəkkil bank vasitəsilə ödənişlər etmiş və ödənişlərin edilməsi zamanı qanunvericiliyin tələbləri gözlənilərək ƏDV məbləği Satıcının ƏDV depozit hesabına ödənilmişdir. Bunun məntiqi nəticəsində isə həmin vətəndaşların inzibati orqana mür aciətləri təmin edilmişdir.

21. Qeyd olunan halları isə hazırkı iş üzrə Bayramova (Kərimxanova) Leyla Qeyd olunan halları isə hazırkı iş üzrə Bayramova (Kərimxanova) Leyla Rəhimovnanın xx.xx.2022-ci il (68228 manat), xx.xx.2022-ci il (2050 manat), xx.xx.2022-ci il (2050 manat), xx.xx.2022-ci il (2050 manat), xx.xx.2022-ci il (2050 manat), xx.xx.2022-ci il (2050 manat) tarixli ödənişlərində müşahidə etmək mümkün deyildir.

22. Vergi Məcəlləsinin 23.1,5-ci maddəsi nə əsasən qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanının hüquqları olaraq müəyyən edilmişdir. Göründüyü kimi maliyyə sanksiyalarının tətbiqi vergi orqanının vəzifəsi yox, hüququdur. Hüququ olmasına baxmayaraq maliyyə sanksiyasının tətbiq edilməməsi faktına görə cavabdehin dəlillərinin əsassız olması qənaətinə gəlmək qanunvericiliyin tələblərinin kobud pozulmasıdır.

23. Hazırkı iş üzrə 3-cü şəxs "xxxx" MTK yaşayış və qeyriyaşayış sahələrinin alıcısı olan fiziki şəxslərə ƏDV üzrə ödənişlərin düzgün həyata keçirilməsi ilə bağlı müvafiq şərait yaratmaq və ƏDV depozit hesabın rekvizitlərini təqdim etmək yerinə portalın istifadəyə verilməməsi, eləcə də, elektron qaimənin kəsilməsi ilə bağlı hər hansı əngəllərin olması kimi əsassız arqumentlər irəli sürməkdədir. Halbuki, göstərilənlər Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydaların tələblərinə uyğun şəkildə ödənişlərin həyata keçi rilməsinə hər hansı əngəl törətməmişdir.

24. Həmçinin, "xxxx" MTK ilə iddiaçı arasında bağlanmış payçı müqavilələrində həqiqətən də ƏDV-nin ayrıca ödənilməsi şərti və bunun üçün "xxxx" MTK-nın ƏDV depozit hesabı qeyd edilmədiyi müəyyən olunur. Odur ki, göstərilən səbəblərdən, yəni MTK-nın alıcıya (hazırkı iddiaçıya) verginin depozitə ödənilməsi üçün depozit hesabı verməməsi, ƏDV məbləğinin ayrıca depozit hesaba ödənilməli olması izah edilməməsi ilə əlaqədar iddiaçı ona zərər dəydiyini hesab edirsə, bu barədə müvafiq qaydada məhkəmədə iddia qaldıra bilər.

25. Bununla yanaşı, 3-cü şəxs başqa şəxslərə eyni əsaslar üzrə ƏDV-nin qaytarıldığını iddia edərək, xx.xx.2025-ci il tarixdə elektron məhkəmə sisteminə payçı müqavilələri və ödəniş qəbzləri əlavə etmişdir. Həmin sənədlərə nəzər saldıqda gö rünür ki, digər fiziki şəxslərlə bağlı olan müqavilələr və ödənişlər Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanın qüvvəyə minməsinə qədər olan münasibətləri əhatə edir.

26. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

27. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məlum olduğu kimi, iddiaçı Bayramova (Kərimxanova) Leyla Rəhimovna cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı məhkəməyə iddia ilə müraciət edərək «cavabdehin 16 mart 2023-cü il tarixli **********434700 nömrəli və ******* ***435400 nömrəli qərarlarının ləğv edilməsi və əlavə dəyər vergisinin məbləğinin geri qaytarılması barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə yuxarıda göstərilmiş nəticəyə gələrkən qəbul etdiyi 14.01,2025-ci il tarixli qərarında həmin nəticəni onunla əsaslandırmışdır ki, “Cavabdeh vergi orqanı tərəfindən ƏDV-nin qaytarılm asından im tina edilm əsi və m übahisələndirilən qərarın qəbul edilm əsi üçün əsas kimi Kərimxanova Leyla R əhim ovna tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi bildirilm işdir. Bu hal, iddiaçının təqsiri ilə bağlı olm am aqla ƏDV məbləğinin geri qaytarılm asından im tina üçün əsas hesab edilə bilməz. Belə ki, hüquqi şəxs olan MTK-nın, bankın və notariat orqanının iştirakı ilə həyata keçirilən alqı-satqı zam anı m üqavilənin standart şərtlərini m üəyyən etm ək və ödənişin qeyd edilən qaydada, yəni bütün məbləğin satıcının hesabına köçürülm əsini seçm ək iddiaçının iradəsindən asılı olm am ışdır. İddiaçının aldığı, m üqavilənin predm eti olan m ənzilin cəmi məbləği (ƏDV məbləği də daxil olm aqla) MTKnın hesabına ödənildiyindən, MTK-da öz növbəsində həm in m əbləğlər də (ƏDV depozit hesabına köçürülm əsi nəzərdə tutulmuş, lakin M TK-nın hesabına köçürülm üş) daxil olm aqla həmin ay üzrə ümumi dövriyyəyə cəlb olunan məbləğdən ƏDV ödəmiş və hesabat təqdim etmişdir.’’

32. Həmçinin apellyasiya məhkəməsi qeyd etmişdir ki, “alqı-satqı müqaviləsinin predmeti o lan mənzilin cəmi məbləği (ƏDV məbləği də MTK-nın hesabına ödənildiyindən, MTK-da öz növbəsində həmin məbləğlər də (ƏDV depozit hesabına köçürülməsi nəzərdə tutulmuş, lakin MTK-nın hesabına köçürülmüş) daxil olmaqla həmin ay üzrə ümumi dövriyyəyə cəlb olunan məbləğdən ƏDV vergisi ödəm iş və hesabat təqdim etmişdir. Belə olan halda, ƏDV məbləğinin cavabdehdən (dövlət büdcəsindən) deyil, MTK-dan tələb edilməsi, MTK-nın əsassız olaraq artıq ƏDV vergisi ödəməsinə, həmçinin ƏDV məbləğinin alıcılara qaytarılmasından yaranan ikiqat ziyana uğramasına səbəb ola bilər. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mənzili və qarajı aldığı dövrdə (xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə) cavabdeh inzibati orqanın elektron portalı (proqram təm inatı) fəa liyyət göstərm ədiyinə görə onun fiziki olaraq ƏDV məbləğini ayrı hesaba (ƏDV depozit hesabına) ödəmək imkanı olmamışdır.”

33. Eyni zamanda apellyasiya məhkəməsi hesab etmişdir ki, “birinci instansiya m əhkəm əsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipi pozmuşdur. ”

34. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi sözügedən nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

35. İş materiallarından göründüyü kimi, iddiaçı ilə 3-cü şəxs arasında “payçı müqaviləsi” adlanan 13 aprel 2022-ci il və 03 n oyabr 2022-ci il tarixli müvafiq olaraq 0162 saylı və 0104 saylı müqavilələr bağlanmış, 13 aprel 2022-ci il tarixli müqavilə üzrə ünvan 3 ünvanında tikilməkdə olan “AVANT PARK” yaşayış kompleksinin 7-ci binasında 7-ci blok, 5-ci mərtəbə 3 nömrəli, 3 otaqlı mənzilin 3-cü şəxs tərəfindən iddiaçıya, ƏDV daxil olmaqla 146.975 manat məbləğində (ilkin ödəniş 73500 manat təşkil edir) satılması, 03 noyabr 2022-ci il tarixli müqavilə üzrə isə eyni ünvanın birinci mərtəbəsində yerləşən 18 kv.m. qaraj sahəsinin, ƏDV daxil olmaqla 14.000 manata satılması nəzərdə tutlmuşdur.

36. Eyni zamanda işdə olan xx.xx.2022-ci il tarixli, 0162 saylı xx.xx.2022-ci il tarixli payçı müqaviləsinə 1 saylı dəyişiklik edilməsi barədə sənədə əsasən müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 140.028 manat məbləğində, o cüm lədən ümumi dəyərinin qalıq dəyəri 54228 manat müəyyən edilmişdir.

37. Bununla yanaşı işin 97 və 98-ci səhifələrində olan 29 noyabr 2022-ci il tarixli maliyyə arayışlarına görə 18 kv.m. qaraj sahəsinin payı dəyəri və 7-ci bina, 7- ci blok, 5-ci mərtəbə 3 nömrəli, 3 otaqlı mənzilin pay dəyəri tam olaraq payçı L.R.Kərimxanova tərəfindən ödənilmişdir (məbləğ hər iki halda göstərilməmişdir).

38. Eyni zamanda işdə olan (iş səh. 99, 100, 101) bank mədaxil qəbzlərinin kserosurətlərindən görünür ki, iddiaçı tərəfindən 3-cü şəxsin ABB-dəki bank hesabına xx.xx.2022-ci il tarixdə 73.500 manat, xx.xx.2022-ci il tarixdə 2050 manat, xx.xx.2022- ci il tarixdə 2050 manat, xx.xx.2022-ci il tarixdə 2050 manat, xx.xx.2022- ci il tarixdə 2050 manat, xx.xx.2022-ci il tarixdə 2050 manat, xx.xx.2022- ci il tarix də 2050 manat, xx.xx.2022-ci il tarixdə isə 68.2288 manat ödənilmişdir.

39. Xüsusi olaraq qeyd edilməlidir ki, bütün yuxarıda göstərilmiş sənədlərdə 3- cü şəxsin ƏDV-nin depozit hesabı qeyd edilməmiş, yəni sözügedən ödənişlər 3-cü şəxsin bankdakı ödəniş hesabına köçürmüşdür.

40. Lakin burada vurğulamaq zəruridir ki, mübahisə predmetini təşkil edən məsələ iki normativ hüquqi norma ilə tənzimlənir.

41. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDVnin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.

42. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası»na görə: - (5.1) Alıcı yaşayış və qeyri-y aşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: - (5.1.1) yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; - (5.1.2) alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 1) ödənişi aparan alıcının soyadı, adı və atasının adı; 2) ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi; 3) ödənişin təyinatı. - (5.2) Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: - (5.2.1) elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; - (5.2.2) ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş

43. Sözügedən Qaydanın 6-cı bəndi keçid müddəaları nəzərdə tutmuşdur. Keçid müddəaları Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il 01 yanvar tarixdən Qaydanın qüvvəyə mindiyi 2022-ci il 25 may tarixədək (xüsusi portal isə 21.11.22ci il tarixdə yaradılmışdır) olan dövrə ərzində yaranmış münasibətləri tənzimləmiş, Qaydanın zaman etibarilə qanunun qüvvəyə minməsindən xeyli müddət sonra qüvvəyə minməsinin şəxslərə münasibətdə yarada biləcəyi əlverişsiz vəziyyətləri onların maraqlarını nəzərə almaqla nizamlamağa yönəlmişdi r.

44. Keçid müddəalarına görə Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən Fərmanla təsdiq edilmiş Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyriyaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizinin Qaydanın qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq qaytarılması qaydası müəyyən edilmişdir.

45. Beləliklə, bu qəbildən olan mübahisələrə baxılarkən məhkəmələr tərəfindən aydınlaşdırılmalı olan əsas məqamlardan biri mübahisənin keçid normalarının təsiri altına düşüb-düşmədi yi ilə bağlı məsələdir. Keçid normalarını təsiri altına düşə bilməsi üçün yaşayış və qeyri-yaşayış sahələri Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək (əslində isə hamıya məlum olan faktdır ki, sözügedən elektron portal yalnız 2022-ci ilin noyabr ayında yaradılmışdır) əld edilmiş olmalıdır. Əldə edilmə dedikdə isə 2020-ci il yanvarın 1-dən 2022-ci il mayı 25-dək yaşayış və qeyri-yaşayış sahələrinə dair qanunvericiliklə müəyyən edilmi qaydada müqavilələrin bağlanılması nəzərdə tutulur. Həmin tarixlər arasınd müqavilə bağlamaqla və ödəniş etməklə sahə əldə etmiş şəxslərdən ƏD məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi tələb olunmur.

46. Bundan fərqli olaraq, yaşayış və qeyri-yaşayış sahələrini Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən (faktiki noyabr 2022-ci il tarixdən) sonra müqavilə bağlamaqla əldə etmiş şəxslərə münasibətdə isə Qaydanın 5.1.2-ci bəndi tətbiq olunmalıdır. Yəni, həmin şəxslər alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödədikləri halda, onların ödənilmiş ƏDV-nin 30 faizini geri almaq hüquqları yaranır.

47. İddiaçı yaşayış sahəsinə dair müqaviləni 13 aprel 2022-ci il tarixdə, qərara görə müqaviləni 03 noyabr 2022-ci il tarixdə bağladığından hazırkı iş üzrə mübahisə Qaydanın keçid normalarına görə həll olunmalıdır.

48. Burada xüsusi olaraq qeyd edilməlidir ki, apellyasiya məhkəməsi təkrar işə baxarkən, İnternet Vergi İdarəsində müvafiq portalın yaradılması tarixini nəzərə almalıdır.

49. Məhkəmə kollegiyası hesab edi r ki, apellyasiya məhkəməsi tərəfindən bu halların aydınlaşdırılmasına yönəlmiş lazımi araşdırma aparılmamışdır. Həmin halların təsdiq olunması mübahisənin həllinə təsir edə bilər.

50. ƏDV-nin qaytarılması Şərtləri və Qaydasının tələblərinə görə ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti operator vəzifəsini yerinə yetirir, Dövlət Vergi Xidməti bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsı z qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi olan portal yaradır, operator olaraq bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini, alıcıya təqdim edilmiş yaşayış və qeyriyaşayış sahələri üzrə elektron qaimə-fakturaların tərtib edilməsi və həmin elektron qaimə-fakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsini təmin edir (2.0.4, 2.0.8 və 3.1-ci bəndlər).

51. Apellyasiya məhkəməsi, iddiaçı 2022-ci ilin müxtəlif aylarında ödəniş edən zaman, Dövlət Vergi Xidmətinin, o cümlədən cavabdehin portal yaratmasını və istifadəyə verməsini, ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsini, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə etməsini araşdırmamışdır.

52. Apellyasiya instansiyası məhkəməsi həmçinin portalın istifadəyə verilməsindən, habelə onun aktiv olmasından asılı olaraq, Vergi Məcəlləsinin 165.6-ci maddəsinin, 2022ci il 25 may tarixli 1693 nömrəli Fərmanın və Fərmanla təsdiq edilmiş ƏDV-nin qaytarılması Şərtləri və Qaydasının tələblərinə uyğun olaraq portal istifadəyə verildikdən sonra iddiaçının ƏDV məbləğini satıcının (üçüncü şəxs "xxxx" MTK) ayrıca olaraq ƏDVnin depozit hesabına ödəmək üçün texniki imkanı olmasını, ƏDV məbləğini ƏDV-nin depozit hesabı na ayrıca ödəməsinəTnane' olan halların baş verməsini araşdırıb müəyyən etməmişdir. Bəhs edilən hallar mübahisənin düzgün həlli üçün əhəmiyyət daşıyır.

53. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

54. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (103)-175/2025 ömrəli, xx.xx.2025-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar