Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1348/2019 14.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil və nümayəndəsi oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı yeni məlumat vərəqinin verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kol legiyasının 2-1(103)-2277/2018 saylı iş üzrə 13 noyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 14 may 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pensiyanın yenidən hesablanması və keçən müddət ərzində ödənilməmiş məbləğin ödənilməsi üçün gömrük əməkdaşlarının vəzifə maaşını büdcədənkənar fonddan daxil olmuş 60% əlavəyə dair məlumat vərəqəsinin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12.06.2015-ci il tarixində “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 3-cü bəndinə əsasən pensiya hüququ verən xidmət illərinə görə komitə sədrinin müvafiq əmrinə əsasən gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilən məlumat vərəqi əsasında vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası və aylıq vəzifə maaşlarına əlavə olan Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadə ləşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” 25 fevral 2011-ci il tarixli, 388 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 %-i təminat xərcinə daxil edilmiş və bunlara əsasən ümumi formalaşmış əmək haqqından ona pensiya təyin edilmişdir. Sözügedən Fərmana sonradan 2 dəfə dəyişiklik edilmiş, Azərbaycan Respublikası Prezidentinin 29 fevral 2016-cı il tarixli 810 nömrəli Fərmanı ilə büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 50 %-i və 24 yanvar 2017-ci il tarixli 1207 nömrəli Fərmanla isə 60 %-i Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşına əlavə edilmişdir. Beləliklə, gömrük əməkdaşlarının vəzifə maaşına edilmiş yuxarı da qeyd edilmiş əlavələr (25%in 60%-lə əvəz edilməsi) nəticəsində hal-hazırda gömrük orqanlarında xidmət edən gömrük əməkdaşlarının əmək haqqı (təminat xərcliyi) artmış və hal-hazırda gömrük orqanlarında pensiyaya çıxan gömrük əməkdaşlarına pensiya həmin artımla, 60 % və digərləri ilə hesablanır. Lakin, gömrük əməkdaşlarının təminat xərcliyinin artmasına baxmayaraq onun büdcədənkənar inkişaf fondundan 25 % əlavə ilə pensiyaya çıxmasına baxmayaraq pensiyasında artım baş verməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3114/2018 saylı, 18 iyul 2018-ci il tarixli qərarı (hakim - A.A.Abdullayeva) ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Prezidentinin 24.01.2017-cı il tarixli, 1207 saylı Fərmanına uyğun olaraq gömrük orqanı əməkdaşlarının aylıq vəzifə maaşına edilən əlav ələrin İddiaçı təminat xərcliyinə (pul təminatına) hesablanmaqla yeni məlumat vərəqəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə təqdim edilməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2277/2018 saylı, 13 noyabr 2018-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – K.N.Abiyeva, hakimlər - M.N.Tağızadə və Ü.A.Mayılov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 iyul 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını ləğv edib iddianın rədd edilməsinə d air yeni qərar çıxarılması xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən işin halları tam və hərtərəfli araşdırılmamış, maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin 29.02.2016-cı il tarixli 810 nömrəli və 24.01.2017-ci il tarixli 1207 nömrəli Fərmanlarından əvvəl xidmətinə xitam verildiyindən, o, pensiyaya çıxdığı gün həmin Fərmanlarla müəyyən edilmiş (müvafiq olaraq 50 faiz və 60 faiz) əlavələri almadığından onun pensiyasının qeyd edilən Fərmanlara əsasən yenidən hesablanması üçün yeni məlumat vərəqəsinin verilməsi mümkün deyildir. "Əmək pensiyaları haqqında" Qanununun 1.0.5-ci maddəsindən görünür ki, təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətd ən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinə əsasən, «hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə verilən və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən təminat xərcliyinə (pul təminatına) daxil edilməyən ödənişlər istisna olunmaqla bütün növ digər ödənişlərdən məcburi dövlət sosial sığorta haqqı ödənilir. Göründüyü kimi qanunvericilik aktlarına əsasən hərbi qulluqçulara xidmət il lərinə görə təyin edilən əmək pensiyasının məbləği təminat xərcliyindən hesablanır. Təminat xərcliyinə isə hərbi qulluqçunun xidmətdə olduğu zaman aldığı və həm də yalnız məcburi sosial sığorta haqqı ödənilmiş vəsaitlər daxildir. İddiaçı isə hazırda istinad etdiyi ödənişi almamış və həmin ödənişə məcburi sosial sığorta haqqı hesablanmamışdır. İddiaçı xidmət müddəti həm təqvim hesabı ilə və həm də imtiyazlı xidmət müddəti ilə düzgün hesablandığından, habelə ona ödənilməli olan təminat xərcliyinə daxil olan bütün ödənişlər nəzərə alınmaqla pensiya təyin edildiyindən, hazırda Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən pensiya məbləğinə əlavə hesablanması üçün məlumatın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondun un Hərbi qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilməsinin heç bir hüquqi əsası yoxdur. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı kassasiya şikayətinin təmin edilmədən, apellyasiya məhkəməsinin qərarının isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilm işdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsi tərəfindən mübahisənin faktiki halları ilə bağlı olaraq müəyyən edilmişdir ki, 12 iyun 2015-ci il tarixdən iddiaçının gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Bundan sonra isə ona Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilən məlumat vərəqəsinə əsasən pensiya təyin olunmuşdur. Təminat xərcliyinə həmçinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbir lər haqqında” 25 fevral 2011-ci il tarixli 388 saylı Fərmanına əsasən Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25%-i də daxil edilmişdir. İddiaçının qənaətinə görə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi, şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” 25 fevral 2011-ci il tarixli, 388 saylı Fərmanı ilə Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin müəyyən faizi (əvvəl 50, hazırda isə 60 faizi) Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavə kimi verilməyə başlanıldığ ı üçün cavabdeh fəaliyyətdə olan əməkdaşların aylıq vəzifə maaşlarına edilən həmin əlavələri təminat xərcliyinə (pul təminatına) hesablamaqla barəsində yeni məlumat vərəqəsini Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə təqdim etmək vəzifəsi daşıyır. Cavabdehin mövqeyinə görə isə Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011-ci il tarixli, 388 saylı Fərmanı ilə nəzərdə tutulmuş və təminat xərcliyinə daxil edilən əlavəni (müvafiq olaraq 50 və 60 faizi) iddiaçı xidmətdən buraxıldığı gün almamışdır. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin büdcədənkənar inkişaf fondundan Komitənin xüsusi rütbəsi olan əməkdaşlarına və mülki işçilərinə əlavənin ödənilməsi haqqında Təlimata əsasən aylıq vəzifə maaşlarına ödənilən əl avə əmək haqqı barədə məlumatın təminat xərcliyinə yazılması mümkün deyildir. Bunun səbəbi isə ondan ibarətdir ki, əmək haqqına əlavənin hesablanması büdcədənkənar inkişaf fonduna daxil olan aylıq yığımların həcminə uyğun olaraq həyata keçirilir və tətbiq edilən əmsal stabil deyildir. Belə ki, büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin həcmi idxal-ixrac əməliyyatlarının həcmindən asılı olduğu üçün hər ay dəyişir. Kollegiya hesab edir ki, mübahisənin həlli baxımından ilk növbədə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi, şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011-ci il tarixli, 388 saylı Fərmanı ilə Dövlə t Gömrük Komitəsinin fəaliyyətdə olan xüsusi rütbəsi olan əməkdaşlarına və mülki işçilərinə verilməyə başlanılan vəsaitin hüquqi təbiətinə aydınlıq gətirilməlidir. Sözügedən Fərmanın özündə həmin vəsaitin aylıq vəzifə maaşına əlavənin verilməsi üçün istifadə olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin artıq ləğv edilmiş 1997-ci il 25 dekabr tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları”nda və hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli, 437 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə” Qaydada da həmin vəsaitdən aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edildiyi göstərilmişdir. Göründüyü kimi qeyd olunan vəsait məhz aylıq vəzifə maaşlarına əlavə kimi ödənilir. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi, şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011-ci il tarixli, 388 saylı Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunması nəzərdə tutulmu şdur. Həmin Fərmanla həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 25 dekabr tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları”nı bu Fərmana uyğunlaşdırmaq Nazirlər Kabinetinə tapşırılmışdır (4.1-ci bənd). Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 25 dekabr tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları”na müvafiq əlavə və dəyişikliklər edilərək inkişaf fonduna daxil olan vəsaitin 60 faizinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşların ın və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə yönəldilməsi təsbit edilmişdir. Daha sonra isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli, 437 nömrəli qərarı ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə” Qaydası təsdiq edilmiş və bununla əlaqədar olaraq “Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları baradə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 25 dekabr tarixli 140 nömrəli qərarı ləğv edilmişdir. Hazırda qüvvədə olan “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə” Qaydasının 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Gömrük M əcəlləsinin 334-cü maddəsinə əsasən hazırlanmışdır və gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsaitdən, cərimələrdən və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə tutulan gömrük ödənişlərindən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin (bundan sonra - Komitə) hesabına köçürülən vəsaitlərdən (bundan sonra - vəsait) istifadə qaydasını müəyyən edir. Həmin Qaydanın 1.3-cü bəndində isə təsbit edilmişdir ki, vəsaitin 60 (altmış) faizi Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşl arına əlavənin verilməsi üçün istifadə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 3-cü bəndinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasını n təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Həmin Qaydaların 4-cü bəndinə görə isə hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)- hərbi qulluqçuların hərbi xidmətdən b uraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Qeyd edilməlidir ki, 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 1.0.5-ci maddəyə “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilmişdir və həmin dəyişiklik 01 yanvar 2019-cu il tarixdən qüvvəyə minmişdir. Kolle giya hesab edir ki, sözügedən dəyişiklik 01 yanvar 2019-cu il tarixdən qüvvəyə mindiyi üçün yalnız həmin tarixdən sonra pensiya hüququ əldə etmiş şəxslərə münasibətdə tətbiq edilə bilər. Belə ki, şəxsin pensiya hüququna təsir edən məsələlərə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinin 01 yanvar 2019-cu il tarixədək qüvvədə olmuş redaksiyası tətbiq edilməlidir. Çünki iddiaçı dəyişiklik edildiyi tarixədək pensiya hüququ əldə etmişdir, eləcə də Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizi dəyişiklik edildiyi tarixədək Dövlət Gömrük Komitəsinin xüsusi rütbə si olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavə kimi verilməyə başlanılmışdır. Beləliklə, iddiaçının halına tətbiq edilməli olan qanunvericiliyin yuxarıda göstərilmiş normalarına görə təminat xərcliyinə cavabdehin bildirdiyi kimi yalnız xidmətdən buraxılmış günə alınmış ödənişlər deyil, həm də Qanunun özündə də təsbit edildiyi kimi “digər əlavələr, artımlar” formasında verilməyə başlanılan sonrakı artımlar da daxil edilməlidir. Bu mənada, Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011-ci il tarixli, 388 saylı Fərmanı ilə Dövlət Gömrük Komitəsinin fəaliyyətdə olan xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavə kimi verilməyə başlanılan sözügedən vəsait sonrakı artım kimi təminat xərcliyinə daxil edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində təsbit olunmuş “sonrakı artımlar da nəzərə alınmaqla” ifadəsi məhz elə halların tənzimlənməsinə yönəlmişdir ki, xidmətdən buraxılan günə alınmamış vəsait sonradan hansısa formada fəaliyyətdə olan əməkdaşlara ödənilməyə başlanılırsa, bu hal həm də artıq əmək pensiyaçısı olan şəxslərin pensiyalarının yenidən hesablanmasına (və ya pensiyalarına əlavə edilməsinə) səbəb olsun. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 4-cü bəndinə məhz bu halın tənzimlənməsinə yönəlmiş müddəalar nəzərdə tutmuşdur. Qanunvericinin belə yanaşması pensiya təmina tı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində hüquq bərabərliyi prinsipini və bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasını təmin etməyə yönəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun " "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair" 01.12.2010-cu il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirməklə göstərilmişdir ki, “Hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol vermədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqlar ın həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsı belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər”. Bütün göstərilənləri nəzərə almaqla kollegiya hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011-ci il tarixli, 388 saylı Fərmanı ilə Dövlət Gömrük Komitəsinin fəaliyyətdə olan xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına verilməyə başlanılan əlavələr baş vermiş sonrakı artım kimi təminat xərcliyinə daxil edilməlidir. Apellyasiya məhkəməsi bununla bağlı olaraq düzgün nəticəyə gəlmişdir. Cavabdehin əsas dəlillərindən biri də ondan ibarətdir ki, əmək haqqına əlavənin hesablanması büdcədənkənar inkişaf fonduna daxil olan aylıq yığımların həcminə uyğun olaraq həyata keçirilir və tətbiq edilən əmsal stabil deyildir. Belə ki, büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin həcmi idxal-ixrac əməliyyatlarının həcmindən asılı olduğu üçün hər ay dəyişir. Ona görə də, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin büdcədənkənar inkişaf fondundan Komitənin xüsusi rütbəsi olan əmək daşlarına və mülki işçilərinə əlavənin ödənilməsi haqqında Təlimata əsasən aylıq vəzifə maaşlarına ödənilən əlavə əmək haqqı barədə məlumatın təminat xərcliyinə yazılması mümkün deyildir. Bununla bağlı olaraq isə kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, cavabdehin bildirdikləri inzibati orqanların təcrübəsindəki mümkün çətinliklərlə bağlı məsələdir. Lakin hətta həmin hal mövcuddursa belə, bu, vətəndaşlara qanunvericiliklə verilmiş hüquqların həyata keçirilməsindən imtinaya səbəb ola bilməz. Yuxarıda da qeyd olunduğu kimi iddiaçının halında qanunvericilik sonrakı artımların təminat xərcliyinə daxil edilməli olduğunu birmənalı olaraq təsbit etmişdir. Bu halda, inzibati orqanların üzərinə düşən vəzifə həmin hüququn reallaşdırılması mexanizmlərini müəyyən etməkdən ib arətdir. Sözügedən mexanizmlərin olmaması və ya təkmil olmaması şəxsin əsas hüquqlarından biri olan pensiya hüququnun məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Sözügedən məsələlərə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqelər də məhz bu istiqamətdədir. Belə ki, "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasının və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2014-cü il tarixli Qərarında göstərmişdir ki, “Qanunverici digər demokratik hüquqi dövlətlərdə o lduğu kimi, dövlət hakimiyyətini səmərəli həyata keçirmək üçün Konstitusiyanın 94-cü maddəsində öz əksini tapmış məsələləri tənzimləyərkən, onların ən mühüm və əsaslı xarakter daşıyan tərəflərini müəyyən etməklə artıq qanunvericilik qaydasında nizamlanmış normaları konkretləşdirmək və həyata keçirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanına qaydalar müəyyən etmək səlahiyyəti verə bilər. Konstitusiya ilə nəzərdə tutulan əsas hüquqların həyata keçirilməsi qaydasının tənzimlənməsi və ya bu hüquqların həyata keçirilməsində məhdudiyyətlərin müəyyən edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini nəzərdə tutan qanun norması aydın və dəqiq olmalıdır. Qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərin aydın və ya birmənalı olmadığına istinad etməklə şəxsin əsas hüquqlarının mə hdudlaşdırılması yolverilməzdir”. Bununla əlaqədar olaraq kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, oxşar mübahisələrlə bağlı artıq daha əvvəl Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası tərəfindən müvafiq qərarlar (Əliyev Saleh Şamil oğlunun işi üzrə 2-1(102)-1461/14 saylı, 16 dekabr 2014cü il tarixli qərar, Mirzəyev Divangir Bəşir oğlunun işi üzrə 2-1(102)-1463/14 saylı, 02 dekabr 2014-cü il tarixli qərar, Qəribov Namiq Bəkir oğlunun iş üzrə 2-1(102)-1842/17 saylı, 14 noyabr 2017-ci il tarixli qərar ) qəbul edilmişdir. Həmin qərarlarda kassasiya məhkəməsi Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011-ci il tarixli, 388 saylı Fərmanına müvafiq olaraq gömrük orqanı əməkdaşlarının aylıq vəzifə maaşlarına edilən əlavələrin iddiaçıların təminat xərcliyinə hesablanmaqla ye ni məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə təqdim edilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilməsini qanuni və əsaslı hesab etmişdir. Kollegiya eyni zamanda hesab edir ki, hazırkı işdə Ali Məhkəmənin mübahisəli məsələyə dair artıq müəyyən edilmiş əvvəlki hüquqi mövqeyinin dəyişdirilməsinə dair hər hansı hallar və əsaslar da mövcud deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2277/2018 saylı iş üzrə 13 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1348/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1348/2019
14.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver