Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1348/2020 15.09.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: hüququn vəfat etmiş şəxsə məxsus olması haqqında çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili Vəkil, üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmət inin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi) “hüququn vəfat etmiş şəxsə məxsus olması haqqında çıxarışın (arayışın) verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-238/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ünvan 1 ünvanında yerləşən 3 otaqlı ev iddiaçının atasına əvvəlcə xidməti mənzil kimi ayrılmış, sonradan isə Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli sərəncamı ilə həmin mənzil xidməti yaşayış sahəsi sırasından çıxarılmış və iddiaçının atasının adına 031514 nömrəli order verilmişdir.
2. İddiaçının atası 2017-ci ildə və fat etmişdir. İddiaçının atası vəfat etdikdən sonra iddiaçı vərəsəlik hüququnu rəsmiləşdirmək üçün notariat kontoruna müraciət etmiş, lakin vərəsəlik hüququnu rəsmiləşdirə bilməmişdir.
3. İddiaçı həmin əmlak üzərində hüquqların rəsmiləşdirilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan isə xx.xx.2019-cu il tarixli, **********38 nömrəli məktubla iddiaçının müraciətindən imtina edərək bildirmişdir ki, aparılan araşdırma zamanı yoxlamaölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislərə daşınmaz əmlaka baxış keçirilməsinə şərait yaradılmadığından cavabdehin ərizəsinin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Re yestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanda yerləşən 3 otaqlı evə dair qanun üzrə vərəsəyə hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasi barədə qərar qəbul edilməsini xahiş etmişdir və iddiasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8, 11, 12, 15.1, 22.2-ci maddələri, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1, 5-ci maddələri ilə əsaslandırmışdır.
5. Cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, idarənin mütəxəssisləri tərəfindən yoxlama ölçmə işlərinin görülməsi üçün iddiaçı şərait yaratmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)2643/2019 nömrəli qərarına əsasən, iddia tələbinin təmin edilərək ünvan 2 ünvanda yerləşən 3 otaqlı evə dair hüququn ölmüş şəxsə (iddiaçının atasına) məxsus olması barədə qanun üzrə vərəsəyə arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçının atası vəfat edənə qədər qanuni əsaslarla ünvan 2 ünvanda yerləşən 3 otaqlı ev üzərində mülkiyyət hüququnu əldə etdiyi ü çün, lakin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü üçün onun qanun üzrə vərəsəsi olan iddiaçının qanunvericiliyə əsasən qeyd edilən ev üzərində mülkiyyət hüququnun ölmüş şəxsəa məxsus olması barədə arayışı cavabdehdən tələb etmək hüququ mövcuddur. Bundan başqa, məhkəmə tərəfindən yerində baxış keçirilən zaman həmin əmlakın yaşayış üçün yararsız vəziyyətdə olsa da mövcud olması müəyyən edilmişdir ki, əmlakın istifadəyə yararsız vəziyyətdə olması onun üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas deyildir.
8. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Koll egiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-238/2020 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2643/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi, iddianın rədd edilməsi qərara alınmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ölən şəxs Vəliyev Vahid Firüddin oğluna order xx.xx.1998-ci ildə verilmiş, lakin tərəflər arasında icarə müqaviləsi bağlanmamışdır. Həmin orderdə isə qeyd edilmişdir ki, iddiaçının atası və onun ailə üzvləri Ünvan1-ə köçə bilərlər. Göründüyü kimi, qanunvericiliyin tələbi olan daşınmaz əmlak üzərində ölmüş şəxsin istifadə hüququ yaranmadığından sözügedən mənzil notariat orqanı tərəfindən miras kütləsinə daxil edilməmişdir. Bundan başqa, öl müş şəxs iddiaçının atası tərəfindən ünvan 3 ünvanda yerləşən mənzilə çıxarışın verilməsi ilə bağlı da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməmiş, bununla da iddiaçının atası sağ olarkən iradə ifadəsini bildirməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, ünvan 2 ünvanda yerləşən 3 otaqlı evə dair qanun üzrə vərəsəyə hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi üçün qanunvericlikdə nəzərdə tutulmuş tələblərə riayət edilməməsi məhkəməyə daxil olmuş sorğularla müəyyən edildiyindən və iddiaçı tərəfindən bunun əksini təstiq edən sübutlar təqdim edilmədiyindən birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassız olmuşdur.
11. Məhkəmə qərar ı tərəflər xx.xx.2020-ci il tarixində rəsmi qaydada əldə etmişdir.
12. Həmin qərardan iddiaçı xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-238/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ c) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin hüdudlarından kənara çıxmaqla qanunsuz qərar qəbul etmişdir. Apellyasiya şikayətində cavabdeh yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislərə daşınmaz əmlaka baxış keçirilməs inə şərait yaradılmadığına görə qərarın ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. İddiaya etirazlarının da əsasını bu təşkil etsə də, cavabdehin özü tərəfindən işin bu halı pozulub ki, bunun da əsasında əsassız imtina məktubu verilmişdir. Bundan başqa qeyd edilən mənzil xidməti order əsasında iddiaçının mərhum atasına verilmişdir və həmin order hal-hazırda da qüvvədədir. Apellyasiya instansiyası məhkəməsi isə bu halı qiymətləndirməmişdir.
14. İddiaçı kassasiya şikayətinin hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8, 11, 12, 15.1, 22.2-ci maddələri, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1, 5-ci maddələrinə, Mülki Məcəllənin 178.1, 1133.1, 1151.1, 1159.1, 1243-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x x.xx.1999-cu il tarixli qərarına, İnzibati Prosessual Məcəllənin 2.2.2, 68.2, 90.3, 92, 96-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 417-ci maddəsinə istinad etmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. e) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Üçüncü şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə onun izahatı dinlənilməmişdir.
18. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdeh in iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 19. xx.xx.1982 ildən qüvvədə olmuş və xx xxxx 2009-cu il tarixli 845-İİİQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş Azərbaycan SSR Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən dövlət və ict imai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. 20. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinə görə mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 6-cı maddəsinə görə təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Həmin Qanunun 8-ci maddəsinə görə Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ ola n şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Həmin Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakim iyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının X1 şikayəti ilə əlaqədar xx.xx.2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına yğunluğunun yoxlanılmasına dair A zərbaycan Respublikası Konstitusiya Məhkəməsnin Plenumunun xx.xx.2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, “..əvvəlki MM-nin müddəalarına görə mülki hüquq və vəzifələr qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan, habelə vətəndaşların və təşkilatların qanunda nəzərdə tutulmasa da mülki qanunvericiliyin ümumi əsaslarına və mənasına əsasən mülki hüquq və vəzifələr yaradan hərəkətlərindən əmələ gəlir (əvvəlki MM-nin 4-cü maddəsi). Həmin Məcəllənin 9-cu maddəsinin 2-ci hissəsi isə müəyyənləşdirmişdir ki, vətəndaşın hüquq qabiliyyəti onun anadan olması ilə əmələ gəlir və ölümü ilə xitam edilir. Qanuna uyğun olaraq vətəndaşların şəxsi mülkiyyətdə əmlaka, yaşayış binasından və sair əmlakdan istifadə etmək hüququna, əmlakı miras almaq, əmlakı vəsiyyət etmək hüquqlarına və s. malik olmaq imk anları onların hüquq qabiliyyətinin məzmununu təşkil edir (əvvəlki MM-nin 10-cu maddəsi). Bu müddəalar baxımından mənzilin (evin) özəlləşdirilməsi ilə bağlı şəxsin müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq hərəkətlər etməsi də (zəruri sənədlərin toplanaraq səlahiyyətli orqanlara təqdim olunması) şəxsin hüquq qabiliyyətindən irəli gəlməklə iradə ifadəsinin göstəricisidir və müsbət keyfiyyətli hüquqi nəticəyə nail olmaq məqsədi güdür. Lakin özəlləşdirmə hüququnun faktiki olaraq onun reallaşdırılması mərhələsindən çıxmaqla subyektiv hüquqa transformasiya etməsinə (mənzilə (evə) mülkiyyət hüququ barədə qeydiyyat vəsiqəsinin alınmaması) iradədən asılı olmayan bioloji faktor kimi ölümün maneə törətməsi, digər tərəfdən isə ölən şəxs barəsində mənzilin (evin) özəlləşdirilməs indən imtina edilməsinə dair qanunverijilikdə nəzərdə tutulan əsasların mövcud olmaması xüsusi mülkiyyət hüququnun artıq formalaşması kimi dəyərləndirilməlidir...”
23. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimovanın Azərbaycana qarşı” iş üzrə qərarına görə, order gözlənilən mülkiyyət hüququ olduğundan öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adı və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Həmin Məhkəmə əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə baglı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ "şərti və qeyri-sabit” xarakter almış olur.
24. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. 2
5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının t əqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilsə də, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Lakin apellyasiya instansiyasının gəldiyi nəticə düzgün olduğundan qərarın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Kas sasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinin hüdudlarından kənara çıxmaqla qanunsuz qərar qəbul etdiyini bildirsə də, məhkəmə kollegiyası iddiaçının bu dəlilini əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsinin qərarını cavabdeh bütövlükdə mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlamışdır və bununla bağlı hər hansı prosessual pozuntuya yol verməmişdir.
30. İddiaçının kassasiya şikayətinin digər dəlilini də əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1998-ci il tarixli, 1661 nömrəli Sərəncamına görə iddiaçının mərhum atasına 4 nəfər ailə üzvü ilə Ünvan1-də yerləşən yaşayış sahəsi 54,6 kv.m. olan 3 otaqlı mənzilə order verilməsi qərara alınmışdır. Həmin orderə 4 nəfər ailə üzvü, eləcə də İddiaçı qeyd olunmuşdur.
31. Hazırkı qərarın 19-22-ci bəndlərində göstərilən normalara, eləcə də məhkəmələrin formalaşdırdığı hüquqi mövqeyə görə mənzilə verilən order gözlənilən mülkiyyət hüququ olduğundan mülkiyyət hüququna təminat verir.Odur ki, iddiaçının mübahisəli mənzilə dair “mülkiyyətçi” hüquqi statusu vardır.
32. Hazırkı qərarın 20-ci bəndində göstərilən normalardan görünür ki, orderdə adı qeyd olunan hər bir şəxs həmin mənzilin özəlləşdirilməsi üçün müraciət edə bilər və qanunvericilikdə mənzilin özəlləşdirilməsinin iki halı nəzərdə tutulmuşdur: a) kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə verilə bilər. b) kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin bir neçəsinin və ya bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Beləliklə, iddiaçının adı orderdə qeyd olunduğundan orderdə adı yazılmış digər ailə üzvlərinin razılığı ilə həmin mənzilə mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə edə bilər.
33. İddiaçının bu hüququ hazırkı qərarın 21-ci bəndində qeyd olunan normada da öz əksini tapmışdır. Həmin normanın məzmunundan da aydın olur ki, şəxsin adına order olması onun müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır.
34. Apellyasiya instansiyası məhkəməsi işə göstərilən mövqedən qiymət verməsə də, iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını ləğv edərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul etmiş, bununla da düzgün nəticəyə gəlmişdir.
35. Eyni zamanda, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imti nasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.
36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri əsassız olduğundan rədd edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-238/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.