Məhkəmə qərarları › İş №2-1(102)-1348/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1348/2021

14.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1348/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının mübahisələndirilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1, Cavabdehin vəkili X3 iş tirakları ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv olunması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 27 aprel tarixli, 2-1(107)-149/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Vergilər Nazirliyi 13 saylı Ərazi Vergilər İdarəsinin 2019cu il 10 dekabr tarixli, **********194355 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ilə iddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir. İ Ş ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı 2020-ci il 24 yanvar tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikası Vergilər Nazirliyi 13 saylı Ərazi Vergilər İdarəsinin 2019-cu il 10 dekabr tarixli, **********194355 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərarının ləğv olunmasını və 2019-cu il 24 oktyabr tarixli, **********144923 nömrəli səyyar vergi yoxlaması haqqında aktın etibarsız hesab edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 13 saylı Ərazi Vergilər İdarəsinin 2019-cu il 10 dekabr tarixli, **********194355 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin p ozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi 13 saylı Ərazi Vergilər İdarəsinin 2019-cu il 10 dekabr tarixli, **********194355 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərarı ilə iddiaçı 45241.17 manat dəyərində əlavə vəsait və maliyyə sanksiyası tətbiq olunaraq vergi məsuliyyətinə cəlb edilmişdir. Qərar İddiaçı MMC-də keçirilmiş növbədənkənar səyyar vergi yoxlamasının nəticələri haqqında 2019-cu il 24 oktyabr tarixli, **********144923 nömrəli akta və 2019-cu il 3 dekabr tarixli, **********1805500 nömrəli sənədə (sənədin məzmunu iddiaçıya məlum deyildir) əsasən qəb ul edilmişdir. Bildirilmişdir ki, bu Qərar vergi ödəyicisinin hüquqları və həmçinin qanunvericiliyin bir sıra tələbləri pozulmaqla qəbul edilmişdir. Cavabdehin etirazları:

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd etmişdir ki, yoxlamanın aparılması müddəti lüzumsuz olaraq uzadılmış və yoxlama bir neçə dəfə dayandırılmışdır. Eləcə də bildirmişdir ki, yoxlama müddətinin uzadılması barədə vergi orqanı tərəfindən əsaslandırılmış qərar qəbul edilməmiş və səyyar vergi yoxlamasının keçirilməsi, həmçinin yoxlama müddətinin dayandırılması, uzadılması barədə qərarlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışda qeydiyyata alınmamışdır. Azərbaycan Respublikas ının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarına aid edilmişdir. Vergi ödəyicisinin rəhbəri tərəfindən səhhətində yaranmış problemlərlə əlaqədar əmək qabiliyyətinin itirilməsi ilə bağlı müxtəlif tarixli ərizələrlə səyyar vergi yoxlamasının dayandırılması barədə vergi orqanına müraciət olunmuş və məhz həmin müraciətlər əsasında vergi yoxlaması əsaslandırılmış qərarlarla bir neçə dəfə dayandırılmışdır. Həmçinin keçirilən səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhviltəslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün yoxlamanın keçirilməsi müddəti əsaslandırılmış şəkildə müvafiq qərarlarla artırılmışdır. Bundan əlavə “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 2018-ci il 19 mart tarixli qərar və eləcə də yoxlamanın dayandırılması və uzadılması barədə bütün qərarlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışda qeydiyyatdan keçmişdir.

6. İddiaçı bundan əlavə mənfəət vergisinin azaldılmasına görə hesablanmış 26976,56 manat verginin və həmin məbləğə tətbiq edilmiş 13488,28 manat maliyyə sanksiyası məbləğinin əsassız olduğunu, düzgün müəyyən edilmədiyini bildirmişdir. Onu da qeyd etmişdir ki, yoxlamanın gedişatı ilə bağlı bütün zəruri sənədlər vergi orqanına təqdim olunmuşdur. Qeyd olunanlarla bağl ı cavabdeh bildirmişdir ki, vergi ödəyicisinin vergi orqanına təqdim etdiyi ilkin mühasibat sənədləri və digər zəruri sənədlər araşdırılarkən həmin sənədlərin yoxlama dövrü üzrə müəssisənin fəaliyyətini tam əhatə etmədiyi və müəssisənin xərclərinin uçot-hesabat sənədlərində tam əks etdirilmədiyi müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim olunmuş 2017-ci il üzrə mənfəət vergisi bəyannaməsində xərclərin tam əhatə olunmadığı və xərclərin artıq göstərildiyi müəyyən olunmuşdur. Məhz buna görə də Vergi Məcəlləsinin 83.9-cu maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənf əətin hesablanması” Qaydası əsasında vergilər hesablanmışdır (876734,10/ 120*20=146122,35*20%= 29224,47 29224,472247,91=26976,56). Bundan əlavə səyyar vergi yoxlamasının gedişatı ilə bağlı sənədlər vergi ödəyicisi tərəfindən tam deyil, natamam qaydada vergi orqanına təqdim olunmuşdur (malların anbar uçot sənədi, mal-materialın istehsala silinməsi sənədləri və s. sənədlər yoxlamaya təqdim olunmamışdır). Yoxlama ilə əlaqədar “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 2018-ci il 20 dekabr tarixli, **********172157 nömrəli qərar qəbul edilmiş və həmin qərar əsasında 2018-ci il 26 dekabr tarixli, **********172901 nömrəli protokol tərtib edilmişdir. Lakin müəssisənin rəhbəri və ya səlahiyyətli nümayəndəsi sənədlərin götürülməsi prosesində iştirak etmədiyinə görə protokol 2018-ci il 26 dekabr tarixli, **********219700 nömrəli məktubla rəsmi qaydada vergi ödəyicisinə göndərilmişdir. Həmçinin, səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş 2019-cu il 10 dekabr tarixli, **********194355 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar sifarişli poçtla 2019-cu il 11 dekabr tarixdə müəssisənin hüquqi ünvanına göndərilmişdir. Göndərilmiş qərarda vergi ödəyicisinin şikayət etmək hüququnun qaydası və müddəti göstərilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin 2020-ci il 24 noyabr tarixli, 2-1(116)-587/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarında olan Vergi Cinayətlərinin İbtidai Araşdırı lması Baş İdarəsinin 2020-ci il 8 iyul tarixli, **********477800 nömrəli məktubuna əlavə edilmiş 2020-ci il 28 fevral tarixli, Q2000299 nömrəli qərarına əsasən, xeyli miqdar təşkil edən 30134,11 manat məbləğində vergilərin qanunla müəyyən edilmiş müddətdə dövlət büdcəsinə ödəməkdən yayındığına görə "xxxx" MMC-nin direktoru X2 barəsində cinayət işinin başlanması, bu əməli ilk dəfə törətməsi və vurulmuş ziyanı tamamilə ödəməsi ilə əlaqədar, cinayət qanunu müddəalarının qüvvəsinə görə onun cinayət məsuliyyətindən azad olduğundan, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.4-cü maddəsinə əsasən rədd edilmişdir. Həmin qərarın təsviri hissəsindən müəyyən olunmuşdur ki, iddiaçı MMC-nin direktoru 2020-ci il 28 fevral tarixdə ərizə ilə müraciət edərək, qanunla müəyyən edilmiş müdd ətdə dövlət büdcəsinə ödəməkdən yayındırılmış vergilərin dövlət büdcəsinə tam ödənildiyini nəzərə alaraq barəsində cinayət işinin başlanmasının rədd edilməsini xahiş etmişdir. İddiaçı 2020-ci il 10 yanvar tarixdə poçt vasitəsi ilə məhkəməyə müraciət etmiş, onun iddia ərizəsi 2020-ci il 24 yanvar tarixdə məhkəməyə daxil olmuş, buna baxmayaraq "xxxx" MMC-nin direktoru X4 məhkəmə müraciət etdiyi tarixdən 48 gün sonra özü mübahisələndirdiyi vergi məbləğini dövlət büdcəsinə ödəmişdir. İddia ərizəsinin məhkəmənin icraatında olduğu dövrdə onun tərəfindən mübahisəli qərarla müəyyən olunmuş vergi məbləğinin (əsas borc) dövlət büdcəsinə ödənilməsini məhkəmə onun tərəfindən həmin borcun qanuniliyinin qəbul olunması kimi dəyərləndirir.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğ v edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 27 aprel tarixli, 2-1(107)-149/2021 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 2020-ci il 24 noyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bunda n əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə məhz qanunvericiliyin tələblərinə əsasən, ilk növbədə vergi borcu yaratmış inzibati aktın - 13 saylı Ərazi Vergilər İdarəsinin 2019-cu il 10 dekabr tarixli Qərarının qanunvericiliyə uyğun qəbul edilib-edilmədiyini araşdırmalı və hüquqi qiymət verməli idi. Belə ki, inzibati icraat üzrə münasibətlər obyektiv xarakter daşımaqla, subyektiv faktorlara əsasən qiymətləndirilə bilməz. Mübahisələndirmə haqqında iddianın əsaslı olması üçün inzibati akt qanuna zidd olmalı və qanuni zidd olma ilə iddiaçının hüquqlarının pozulması arasında səbəbli əlaqə olmalıdır. Qanunazidd olma formal hüquqi baxımdan və maddi hüquqi baxımdan yoxlanılmalıdır. Mübahisələndirmə haqqında iddia hələ mövcud olan əlverişsiz inzibati akta yönəlmişdir. Bu mənada, iddiaçı tərəfind ən vergi borcunun ödənilməsi inzibati aktın qanunsuz olmasını aradan qaldırmadığı və inzibati aktı xitam etmədiyi kimi, eyni zamanda bu qanunsuz akt nəticəsində iddiaçının pozulmuş hüquqlarının bərpa edilməsi kimi qiymətləndirilə bilməz. Əksinə, əlverişsiz inzibati akt üzrə ödəmə etmiş iddiaçının vəziyyəti daha da pisləşmiş olur. Sözügedən inzibati akt inzibati orqanın iddiaçıdan aldığı ödənişi özündə saxlaya bilməsi üçün hüquqi əsasdır və qüvvədədir. Daha əvvəl də qeyd olunduğu kimi, inzibati aktın qanunsuz olubolmaması yalnız onun qəbul edilməsi ilə zamanı tətbiq edilən prosessual və maddi hüquq normalara əməl etmənin yoxlanılması ilə müəyyən edilə bilər. Mülki hüquq sahəsində “estopel” anlayışı mövcuddur. Həmin prinsipə əsasən, öhdəliyi könüllü icra etmiş tərəf artıq daha sonra onu mü bahisələndirmə hüququnu itirir. Qeyd olunan mülki hüquqi münasibətləri üçün xarakterik olan öhdəliyin icra edilməsi ilə bağlı yanaşma ümumi hüquq sahəsi olan inzibati hüquq münasibətləri üçün tətbiq oluna bilməz. Ümumi hüquq sahəsinə aid tətbiq edilməli hüquq yalnız mövcud qanunvericiliyə əsaslanmalıdır. Qanunvericilikdə də bu mənada hər hansı norma və ya göstəriş mövcud deyildir və məhkəmənin qanunvericiliyin heç bir norması ilə əsaslandırılmamış mövqeyi qanunsuzdur. Qeyd olunanlardan əlavə, məhkəmənin bu mövqeyi iddiaçının “məhkəməyə çatımlılıq” prinsipini məhdudlaşdırır. Apellyasiya məhkəməsinin mövqeyindən belə başa düşülür ki, qanunsuz hesablanmış vergi borcunu ödəmiş şəxsin sonradan onu mübahisələndirmək hüququ yoxdur. Bu hal konstitusion hüquqların birbaşa pozuntusudur. kassasiya şi kayətinə etirazın dəlilləri

14. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsinə qarşı etirazda göstərilənlər təşkil edir. Bundan başqa, etirazda göstərilmişdir ki, iddiaçının iddia ərizəsi 2020-ci il 24 yanvar tarixdə məhkəmənin icraatına daxil olmuş və bundan sonra Cəmiyyətin direktoru X4 özü mübahisələndirdiyi vergi məbləğini dövlət büdcəsinə ödəmişdir. Ödədikdən sonra VCİABİ-yə müvafiq qaydada ərizə ilə müraciət edərək, dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergi məbləğini tam ödədiyini etiraf etməklə, onun barəsində cinayət işinin başlanmasının rədd edilməsini xahiş etmişdir. Ərizə nəzərə alınaraq, VCİABİ-nin müvafiq şöbəsi tərəfindən 2020-ci il 28 fevral tarixli, Q2000299 nömrəli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qər ar qəbul edilmişdir. Hal-hazırda da həmin qərar qüvvədədir. Göründüyü kimi iddiaçının direktoru X4 yoxlama nəticəsində yayındırılmış vergi (əsas vergi borcu) borcu məbləğini ödəməklə, həmin borcun qanuniliyini qəbul etmiş və bu hal məhkəmələr (birinci və apellyasiya instansiyası məhkəmələri) tərəfindən dəyərləndirilmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

16. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarını n izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qald ırıla bilər.... Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 58.8. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində bax ır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv e dərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslı dır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

21. Apellyasiya instansiyası məhkəməsi, ilk növbədə iddianın mümkünlük şərtlərinə münasibət bildirərkən, hazırkı iddianı öhdəliyin icrası haqqında iddia kimi qiymətləndirmiş, iddianın mümkünlüyünü də həmin iddia növünə dair prosessual normalara əsaslanmaqla qiymətləndirmişdir.

22. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı cavabdehin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv olunmasını tələb edir.

23. İPM-in 32.1-ci maddəsinin tələbindən göründüyü kimi, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər.

24. Beləliklə, hazırkı iddia mübahisələndirmə haqqında iddia olduğundan, apellyasiya instansiyası məhkəməsi iddianın mümkünlük şərtlərini həmin növ iddiaya dair prosessual normaların tələbləri üzrə yoxlamalı və qiymətləndirməli idi.

25. Nəzərə alınmalıdır ki, işin hallarının araşdırılması prinsipinin tələbləri iddianın mümkünlüyünə də aiddir.

26. İddianın mahiyyətinə gəlincə, apellyasiya instansiyası məhkəməsi iddianın və apellyasiya şikayətinin əsassızlığına dair gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, iş materiallarında olan Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 2020-ci il 08 iyul tarixli, **********477800 nömrəli məktubuna əlavə edilmiş 2020-ci il 28 fevral tarixli, Q2000299 nömrəli qərarına əsasən, xeyli miqdar təşkil edən 30134,11 manat məbləğində vergilərin qanunla müəyyən edilmiş müddətdə dövlət büdcəsinə ödəməkdən yayındığına görə "xxxx" MMC-nin direktoru X2 barəsində cinayət işinin başlanması bu əməli ilk dəfə törətməsi və vurulmuş ziyanı tamamilə ödəməsi ilə əlaqədar, cinayət qanunu müddəalarının qüvvəsinə görə onun cinayət məsuliyyətindən azad olduğundan, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.4-cü maddəsinə əsasən rədd edilmişdir. Həmin qərarın təsviri hissəsindən müəyyən olunur ki, iddiaçı MMC-nin direktoru 2020-ci il 28 fevral tarixdə ərizə ilə müraciət edərək, qanunla müəyyən edilmiş müddətdə dövlət büdcəsinə ödəməkdən yayındırılmış vergilərin dövlət büdcəsinə tam ödənildiyini nəzərə alaraq barəsində cinayət işinin başlanmasının rədd edilməsini xahiş etmişdir. İddiaçı 2020-ci il 10 yanvar tarixdə poçt vasitəsi ilə məhkəməyə müraciət etmiş, onun iddia ərizəsi 2020-ci il 24 yanvar tarixdə məhkəməyə daxil olmuş, buna baxmayaraq "xxxx" MMCnin direktoru X4 məhkəmə müraciət etdiyi tarixdən 48 gün sonra özü mübahisələndirdiyi vergi məbləğini dövlət büdcəsinə ödəmişdir. İddia ərizəsinin məhkəmənin icraatında olduğu dövrdə onun tərəfindən mübahisəli qərarla müəyyən olunmuş vergi məbləğinin (əsas borc) dövlət büdcəsinə ödənilməsini məhkəmə onun tərəfindən həmin borcun qanuniliyinin qəbul olunması kimi dəyərləndirir.

27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin dəyərləndirməsini əsaslı hesab etmir. Belə ki, İPM-in 58.8-ci maddəsinin tələbinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hiss əsində məcburidir.

28. Normanın məzmunundan göründüyü kimi, yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı (məhz məhkəmənin digər qərarı) inzibati mübahisəyə baxan məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir.

29. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi cinayət prosesini (məhkəməyədək) həyata keçirən orqanın qərarı fiziki şəxsə münasibətdə qəbul edilmişdir. Hazırkı işdə iddiaçı vergi ödəyicisi, barəsində yükləyici inzibati akt qəbul edilmiş hüquqi şəxsdir. Həmin hüquqi şəxs də inzibati icraat qaydasında onun barəsində qəbul edilmiş inzibati aktı mübahisələndirir.

30. İddiaçı haqlı olaraq qeyd edir ki, məhkəmə mübahisə olunan qərarın qanunvericiliyə uyğun qəbul edilib-edilmədiyini araşdırmalı və hüquqi qiymə t verməli idi.

31. Məhkəmə kollegiyası nəzərə alır ki, inzibati məhkəmə istintaq (təhqiqat) orqanının qanunla müəyyən edilmiş qaydada əldə etdiyi sübutlardan istifadə edə bilər. Lakin həmin sübutlar İPM-in tələblərinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılan işdəki digər sübutlarla birlikdə yoxlanılmalı və qiymətləndirilməlidir.

32. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 58.7, 82ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.

33. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya bax ışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 27 aprel tarixli, 2-1(107)-149/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar