Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1348/2022 14.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan Həbsxanasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pozulmuş hüquqlarının bərpası üçün kompensasiya ödənilməsi, iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1972-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan Həbsxanasına qarşı “pozulmuş hüquqlarının bərpası üçün kompensa siya ödənilməsi və s.” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2022-ci il tarixli, 2-1(103)203/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya Ağır Cinayətlərə X1 Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmünə əsasən xx.xx.2000-ci ilə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 94-cü maddəsinin 1, 6, 7-ci bəndləri, xx.xx.1993-cü ildə qüvvədə olmuş CM-nin 88-ci maddəsinin 2-ci hissəsinin 1, 2, 6-cı bəndləri ilə təqsirli bilinərək CM-nin 94-cü maddəsinin 1, 6, 7-ci bəndləri ilə ömürlük azadlıqdan məhrumetmə cəzasına, CM-nin 88-ci maddəsinin 2-ci hissəsinin 1, 2, 6-cı bəndləri ilə 15 (on beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Türkmənistan Respublikasının Aşqabad şəhər Kopertdağ Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmünə əsasən CM-nin 90-cı maddəsinin 4-cü hissəsi və digər maddələri ilə ona təyin edilmiş 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərə alınaraq, xx.xx.2000-ci il tarixədək qüvvədə olan CM-nin 38-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə yolu ilə barəsində qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.
2. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 15 avqust 2001-ci il tarixli qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin olunmamış, Ağır Cinayətlərə X1 Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx.xx.2001-ci il tarixli h ökmü dəyişdirilmədən saxlanılmışdır.
3. İddiaçı Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə 05 ay müddətinə azadlıqdan məhrum edilmiş və Azərbaycan Respublikası CM-nin 67.6-cı maddəsinə əsasən iddiaçıya təyin olunmuş cəza Ağır Cinayətlərə X1 Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx.xx.2001-cu il tarixli hökmü ilə təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunaraq üzərində qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli 19 iyun 1994-cü il tarixdən hesablanmışdır.
4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli 7(002)1094/2019 saylı qərarına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Hə bsxanada cəza çəkən iddiaçı ərizə ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edib, ona təyin edilmiş ömürlük azadlıqdan məhrumetmə cəzasının iyirmi beş ilini çəkdiyini bildirərək, şərti olaraq vaxtından əvvəl azad edilməsini xahiş etmişdir. Məhkəmənin sözügedən qərarı ilə iddiaçının cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsi təmin olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun barəsində şər-böhtan xarakterli xasiyyətnamə verməkdən çəkindirmək, onun ümumi hüquqi öhdəliyini pozduğu üçün onun xeyrinə 10.000 manat təzminat tutulması, cavabdehin üzərinə tərəflərindən onun barəsində tərtib olunmuş şər-böhtan xarakterli xasiyyətnamələri sübut etmək öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1972-ci ildə Gəncə şəhərində doğulmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır, ailəlidir və orta təhsillidir. Ağır Cinayətlərə X1 Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx.xx.2001ci il tarixli hökmü ilə ömürlük həbs cəzasına məhkum edilmişdir. Hal-hazırda Qobustan həbsxanasında saxlanılır. Qanunvericiliyin tələblərinə uyğun olaraq, 25 il cəzasını çəkməsi ilə əlaqədar şərti olaraq azadlığa çıxması məqsədilə məhkəməyə müraciət edərkən barəsində saxlandığı həbsxananın rəhbərliyi tərəfindən şər-böhtan xarakterli xasiyyətnamə təqdim edilmişdir. Həmin xasiyyətnamədə göstərilmişdir ki, onun əməyə münasibəti mənfidir, hansı ki həbsxana rəhbərliyi tərəfindən onu n hər hansı işlə təmin edilməsi barədə hər hansı bir müraciəti və göstərişi olmamışdır. Çünki qapalı rejimdə saxlanılmışdır. Orada hər hansı fərdi əmək işi yoxdur. Digər işlər isə həbsxananın təsərrüfat işləri tərəfindən həyata keçirilir.
7. Bakı İnzibati Məhkəməsinin 5 may 2021-ci il tarixli, 2-1(112)-5975/2021 nömrəli qərardadı (hakim N.İ.Abıyev) ilə iddia mümkün sayılmamışdır.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə uyğun olaraq hazırki iddia ərizəsi azadlıqdan məhrumetmə cəzası çəkən məhkum iddiaçının adından verilsə də, iddia məhkəməyə cəzaçəkmə müəssisəsinin müdiriyyətinin müşayiətedici məktubu ilə göndərilməmişdir. İddiaçı tərəfindən hazırki iddia ərizəsində qeyd olunan tələblə (ziyanla) b ağlı cavabdehə heç bir müraciət olunmamışdır. xx.xx.2005-ci il tarixdə qəbul edilmiş və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə eyni gündə qüvvəyə minən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.1-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət prosessual fəaliyyətinə şamil olunmur.
9. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2022-ci il tarixli, 2-1(103)-203/2022 nömrəli qərarı (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati M əhkəməsinin 5 may 2021-ci il tarixli, 2-1(112)-5975/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələblər üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmadığından birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir.
12. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və inzibati işin mahiyyəti üzrə baxılması üçün aidiyyəti məhkəməyə göndərilməsin i xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı hesab edir ki, məhkəmənin iddiaçı tərəfindən hazırki iddia ərizəsində göstərilən tələblə (ziyanla) bağlı cavabdehə müraciət etməli olduğu və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.1-ci maddəsinə əsasən bu Qanunun inzibati orqanların cinayət təqibi üzrə cinayət prosessual fəaliyyətinə şamil olunmadığı barədə mülahizələri tamamilə əsassızdır. Belə ki, iddianın predmetini cavabdehin qeyriobyektiv xarakterli xasiyyətnamə verməkdən çəkindirilməsi, təzminatın ödənilməsi və cavabdehin üzərinə xasiyyətnamədə qeyd edilənlərin sübut edilməsi öhdəliyinin qoyulması təşkil edir. İddia ərizəsindən göründüyü kimi iddiaçının tələbi öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia növünə aid olduğuna görə həmin tələblə (ziyanla) bağlı cavabdehə müraciət edilməsi İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmamışdır. İddiaçı hal-hazırda məhkum olunaraq həbsxanada cəza çəkir, başqa sözlə ona qarşı cinayət təqibi üzrə cinayət prosessual fəaliyyət həyata keçirilmir, yəni iddiaçıya cəza təyin olunduğu andan həmin fəaliyyət artıq başa çatdırılmış hesab edilir. Cəzaçəkmə müəssisəsində isə cavabdeh ona münasibətdə qanunla inzibati qərar qəbul etmək səlahiyyəti verilmiş inzibati orqandır. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərardadının əsaslandırıcı hissəsində göstərdiyi “cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd olunan tələblər üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının po zulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmadığı” barədə mülahizəsi də qanuna ziddir. Belə ki, iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq 25 il ərzində cəza çəkdikdən sonra şərti olaraq azadlığa çıxması məqsədilə məhkəməyə müraciət edərkən, onun barəsində saxlandığı həbsxananın rəhbərliyi tərəfindən məhkəməyə qeyri-obyektiv xarakterli xasiyyətnamə təqdim edilmişdir. Həmin xasiyyətnamədə heç bir əsas olmadan göstərilmişdir ki, onun əməyə münasibəti mənfidir. Halbuki, həbsxana rəhbərliyi tərəfindən iddiaçının hər hansı bir işlə təmin edilməsi barədə hər hansı bir müraciəti və göstərişi olmamışdır. Çünki o, qapalı rejim şəraitində saxlanılır. Belə olan halda həbsxananın rəhbərliyi tərəfindən məhkəməyə iddiaçı barəsin də obyektiv xasiyyətnamə təqdim edilsə idi, onda məhkəmənin qərarı fərqli ola bilərdi və iddiaçının hüquqları pozulmazdı. İddiaçı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi üçün məhkəməyə müraciət edərək, şikayətə apellyasiya məhkəməsində baxılanda onun bilavasitə iştirakının təmin edilməsini xahiş etmişdir. Məhkəmə isə onun qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini pozaraq, ona öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmamışdır. Bakı Apellyasiya Məhkəməsi İnzibati Prosessual qanunvericiliyə məhəl qoymadan, ziddiyyətli məqamları araşdırmamış hazırki iş üzrə bu faktların heç birinə hüquqi qiymət verməmişdir. Məhkəmə apellyasiya şikayətində göstərilən dəlillərin heç birinə münasibət bildirməmiş, həmin dəlilləri nə tə sdiq, nə də ki, inkar etməmişdir. İddianın mümkün sayılmaması üçün əsaslandığı maddi və prosessual hüquq normalarına düzgün istinad etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddi aya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqın da iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır....
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. K assasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜ NLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetinin yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlil lərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasının yoxlanılmasından əvvəl iddianın mümkünlüyü ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
23. Bununla belə, məhkəmə kollegiyası iddia tələbinin cinayət prosessual fəaliyyətlə bağlı o lmaması, iddiaçıya cəza təyin edilməklə barəsində olan cinayət prosessual fəaliyyətin artıq başa çatması ilə bağlı kassasiya şikayətində göstərilmiş dəlilə dair əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
25. Göründüyü kimi şəxsin barəsində tətbiq edilən cinayət prosessual fəaliyyət ona məhkəmə hökmünə əsasən cəzanın təyin edilməsi ilə yekunlaşmır və onun həmin cəzanı çəkdiyi müddətə də şamil edilir. Yuxarıdakı no rmanın tələbindən də göründüyü kimi cəza cinayət-hüquqi xarakterli tədbirdir və onun icra edilməsi cinayət prosessual qanunvericilik əsasında həyata keçirilir.
26. İddia tələbinin və kassasiya şikayətinin məzmununa əsasən iddiaçının hüquqi marağı cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən müsbət xarakterizə olunması ilə bağlı xasiyyətnamə almaqla ona təyin edilən ömürlük azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilə bilməsi ilə əlaqədardır. Bu hal, yəni cəzanın icrası və çəkilməsi cinayət hüquq münasibətlərinə aiddir və cinayət prosessual qanunvericiliyi ilə tənzimlənir.
27. Bundan başqa, iddiaçının kassasiya şikayətində onun qapalı rejimdə saxlanılması, buna görə əməyə cəlb edilməməsi ilə bağlı göstərdiyi dəlillərə də qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, i ddiaçının cəza çəkməsi, cəza çəkmə yerindəki hüquqları, saxlanma şəraiti və çəkdiyi cəza ilə bağlı digər məsələlər cinayət hüquq münasibətlərinə aid olan Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsi ilə həyata keçirilir. Göründüyü kimi, iddiaçının hazırkı iddia tələbi inzibati (publik) hüquq münasibətlərinə şamil oluna bilməz, belə ki, həmin xüsusatlar cinayət prosessual qanunvericiliyi ilə tənzimlənir.
28. İddiaçının kassasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, o, şikayətə apellyasiya məhkəməsində baxılanda onun bilavasitə iştirakının təmin edilməsini xahiş etsə də, məhkəmə onun qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini pozaraq, ona öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmamışdır.
29. Bunu nla bağlı, məhkəmə kollegiyası göstərir ki, icraatda qənaət prinsipinə əsasən iddiaçının dinlənilməsinin təmin edilməsi iddianın inzibati məhkəmə icraatında baxılması və iddianın mümkün sayılması ilə nəticələnməyərək lüzumsuz yazışmalara və vaxt itkisinə səbəb olacağından apellyasiya instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasında hər hansı pozuntuya yol verilməmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2022-ci il tarixli, 21(103)-203/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsı