Məhkəmə qərarları › İş №2-1(102)-1348/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1348/2024

28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1348/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Balaxanı bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və ölçülərinin dəqiqləşdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Balaxanı bələdiyyəsinə qarşı “torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və ölçülərinin dəqiqləşdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 noyabr 2023-cü il tarixli, 2-1(103)-3371/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Sabunçu rayon Balaxanı bələdiyyəsi üzvlərinin yığıncağının xx.xx.2005-ci il tarixli, 12 nömrəli iclas protokoluna əsasən, iddiaçıya 12 sot torpaq sahəsinin ayrılması qərara alınmış, bu barədə bələdiyyə tərəfindən xx.xx.2005-ci il tarixli, 88 nömrəli sərəncam verilmişdir. Həmin sərəncama əsasən iddiaçıya şəxsi yaşayış evinin tikintisi üçün Yeni Balaxanı yaşayış massivində 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. 2. xx.xx.2005-ci il tarixli, 9 nömrəli ödəniş qəbzinə əsasən, iddiaçı tərəfindən torpaq sahəsinin alınması üçün Sabunçu rayon Balaxanı bələdiyyəsinin hesabına ******* manat pul ödənilmişdir. 3. xx.xx.2005-ci il tarixdə Sabunçu rayon Balaxanı bələdiyyəsinin Torpaq komissiyası tərəfindən iddiaçıya ayrılmış 68 nömrəli torpaq sahəsinin eskiz sxemi tərtib edilmiş və təsdiq olunmuşdur.

4. Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan sənədlərə baxış nəticəsində Bakı şəhəri, Yeni Balaxanı yaşayış massivində yerləşən sözügedən torpaq sahəsi ilə bağlı sənəd aşkar edilməmişdir.

5. İddiaçı cavabdehin xx.xx.2005-ci il tarixli, 88 nömrəli sərəncamı ilə ona ayrılmış torpaq sahəsinin müəyyən edilməsinə və ölçülərinin dəqiqləşdirilməsinə köməklik göstərilməsi barədə cavabdehə müraciət etmi ş, lakin cavabeh tərəfindən müraciətinə cavab verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Sabunçu rayon Balaxanı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 88 nömrəli sərəncamı ilə ona ayrılmış torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və istifadəsinə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2004-cü il tarixdə cavabdehə müraciət edərək şəxsi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Bir müddət sonra cavabdeh tərəfindən ona bildirilmişdir ki, ərizəsinə baxılmış və Yeni Balaxanı yaşayış massivində X1 küçəsində yerləşə n (68 nömrəli) 1200 kv.metr torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün ona ayrılmışdır. İddiaçı torpağın rüsumunu xx.xx.2005-ci il və xx.xx.2005-ci il tarixlərində Azərbaycan Beynəlxalq Bankının Sabunçu filialına tam ödəmiş və xx.xx.2005-ci il tarixdə cavabdehin 88 nömrəli sərəncamı ilə torpaq sahəsi onun adına sənədləşdirilmişdir. İddiaçı 2007-ci ildə avtomobil qəzası keçirdiyinə görə uzun illər cavabdeh tərəfindən ona ayrılmış torpaq sahəsinə gedə bilməmişdir. Hazırda X1 küçəsində çoxlu sayda evlər tikildiyinə görə ona ayrılmış torpaq sahəsini müəyyən edə bilmir. Ona görə də, cavabdehə müraciət edib bələdiyyənin xx.xx.2005-ci il tarixli, 88 nömrəli sərəncamı ilə ona ayrılmış torpaq sahəsinin müəyyən edilməsinə və ölçülərinin dəqiqləşdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən ərizəsinə hər hansı cavab verilməmişdir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim: Səlma Salahova) 19 aprel 2023-cü il tarixli, 2-1(112)-2338/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyə əsasən, torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və yerində dəqiqləşdirilməsi ilkin torpaqayırma zamanı həyata keçirilir. İşdən görünür ki, mübahisəli torpaq sahəsi cavabdehin xx.xx.2005-ci il tarixli sərəncamı ilə iddiaçının adına sənədləşdirilmiş və bu barədə torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsinin izahatından məlum olmuşdur ki, iddiaçı ona ayrılmış torpaq sahəsinin yerini bilsə də, həmin torpaq sahəsindən digər ş əxslər istifadə etdiyindən hazırkı iddianı qaldırmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh torpaq sahəsinin təhvil verilməsi öhdəliyini torpaqayırma zamanı daşıdığından, torpaqayırma isə 2005-ci ildə yekunlaşdığından, hazırkı vaxtda cavabdehin sonradan digər şəxslər tərəfindən zəbt edilmiş torpaq sahəsinin həmin şəxslərdən alınaraq iddiaçıya təqdim etmək öhdəliyi mövcud deyildir. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üçün əsas yoxdur. O da qeyd edilməlidir ki, iddiaçı torpaq sahəsini zəbt edən şəxslərə münasibətdə mülki mühakimə icraatı qaydasında iddia qaldıra, həmin şəxslərə hüquqmüəyyənedici sənədlər verilmişsə, bu sənədləri məhkəmə qaydasında mübahisələndirə bilər.

10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunm asını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rəşid Səmədov /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Aytən Oruczadə) 07 noyabr 2023-cü il tarixli, 2-1(103)-3371/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiya məhkəməsi birinci instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

14. İddiaçının kassasiya şikayətinin əs asını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (iddiaçıya torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olan redaksiyada) Maddə 65.2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Maddə 65.3. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Maddə 65.5. Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhə dlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 65.6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Maddə 65.7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Maddə 65.8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Maddə 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fi ziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 17. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçıya torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olan redaksiyada) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublik asının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətin ə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.

18. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə” (iddiaçıya torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olan redaksiyada) Maddə

18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Maddə

19. Ayrılması nəzər də tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Maddə

21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Maddə

22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiy i halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. Maddə

23. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə veri lir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kas sasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xü susilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona cavabdehin müvafiq sərəncamı ilə ayrılmış torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və istifadəsinə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə nail olmaqdan ibarətdir. İş üzrə aşağı instansiya məhkəmələri tərəfindən aparılmış məhkəmə araş dırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı ona ayrılmış torpaq sahəsinin yerini bilir, lakin həmin torpaq sahəsindən digər şəxslər istifadə etdiyindən, hazırkı iddianı qaldırmışdır.

26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya ayrılmış torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və istifadəsinə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Apellyasiy a instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 noyabr 2023-cü il tarixli, 2-1(103)-3371/2023 nö

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar