Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1349/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1 cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 15 yanvar tarixli 2-1(103)-17/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Pakistan İslam Respublikasının vətəndaşı olan iddiaçı 2018-ci il 18 yanvar tarixdə qaçqın statusunun verilməsi haqqında vəsatətlə cavabdehə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün qeydiyyata alınmış, adına şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin surətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. Cavabdehin 2018-ci il 17 aprel tarixli qərarıilə iddiaçıya qaçqın statusunun verilməsi haqqında vəsatət təmin edilməmişdir. İddiaçı cavabdehin 2018-ci il 17 aprel tarixli qərarından inzibati şikayət verərək qərarın ləğv olunmasını və qaçqın statusunun verilməsi haqqında vəsatətin təmin olunmasını xahiş etmişdir. Şikayət instansiyasının 2018-ci il 21 iyun tarixli qərarı ilə şikayət təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. İddiaçı 2018-ci il 8 avqust tarixdə 1 saylı Bakı İnzibati-İqtis adi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 2018-ci il 18 yanvar tarixli vəsatətinin təmin edilərək ona, arvadı x2 və qızı x3 qaçqın statusunun verilməsi barədə qərar qəbul olunması öhdəliyinin cavabdehə həvalə olunmasını, tərəflər arasındakı hüquq münasibətlərinə aydınlıq gətirilməsi məqsədilə cavabdehin 2018-ci il 17 aprel tarixli, İQ-34/1 nömrəli qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarının və şikayət instansiyasının 2018-ci il 21 iyun tarixli, 49 nömrəli inzibati şikayətin təmin olunmaması haqqında qərarının ləğv olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 2018-ci il 17 aprel tarixli, İQ-34/1 nömrəli və 2018-ci il 21 iyun tarixli 49 nömrəli qərarlarının qanunsuz hesab edilməklə on a, arvadı x2 və qızı x3 qaçqın statusunun verilməsi barədə qərar qəbul olunması öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1998-ci ildə Pakistanın Ravalpindi şəhərində anadan olmuş Pakistan vətəndaşıdır. O, xristiandır, evlidir və bir qızı vardır. Onun üç bacısı və bir qardaşı vardır, onlar Pakistanda yaşayırlar, hər iki valideyni sağdır. 1986-cı il təvəllüdlü iddiaçının arvadı x2 Pakistan vətəndaşıdır, iddiaçının qohumudur. İddiaçı orta təhsilini Ravalpindi şəhərində almışdır. O, 2016-cı ilin yanvar ayından may ayına qədər “Habib Limited Bank”-da işləmişdir. İddiaçının arvadı “Tac Hospital”da tibb bacısı işləmişdir. Xəstəxana Pakistanın Lahor şəhərində yerləşir. İddiaçı və arvadı işləmək üçün Malayzi yaya getmişlər. Malayziyada olan zaman onlar sığınacaq üçün müraciət etmişlər, lakin ərizələri qəbul olunmamışdır. Onlar Malayziyada iki ay qalıb sonradan Pakistana qayıtmışlar. 2017-ci il 14 sentyabr tarixdə onlar Azərbaycana gəlmişlər. İddiaçı 2018-ci il 18 yanvar tarixdə sığınacaq almaq üçün vəsatət ilə cavabdehə müraciət etmişdir. Onun vəsatəti 12-2018 saylı iş nömrəsi ilə qeydiyyata alınmış və iddiaçı ilə müsahibə aparılmışdır. Müsahibə zamanı iddiaçı onun və arvadının müəyyən sosial qrupa mənsubiyyətinə (əxlaq qaydaları pozan şəxslər olmalarına) görə hökumət və qeyrihökumət qurumları tərəfindən təqib oluna bilinəcəyinə istinad edir. 2018-ci il 17 aprel tarixli, 34/3 saylı qərar ilə iddiaçının vəsatəti rədd edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzib ati-İqtisadi Məhkəməsinin 2018-ci il 12 oktyabr tarixli 2-1(81)3787/2018 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, onlar vətəndaşı olduqları ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətlərinə, milliyyətlərinə və dini etiqadlarına görə təqib olunmamış, dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 15 yanvar tarixli 2-1(103)-17/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı qismən - Asma Mushtaqa aid hissədə ləğv edilmiş, iddia ona münasibətdə mümkün sayılma mış, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qərarın dəyişdirilmədən saxlanılması hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddia tələbinin Asma Mushtaqa münasibətdə mümkün sayılmaması ilə əlaqədar bildirmişdir ki, iddiaçı arvadı Asma Mushtaqın nə qanuni, nə də etibarnamə üzrə səlahiyyətli nümayəndəsi deyildir. Bu səbəbdən, iddiaçının onun adından iddia qaldırmaq səlahiyyəti yoxdur. Məhkəmənin qərarı iddiaçıya 2019-cü il 4 fevral tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 20 fevral tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstəri lənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki,işə beynəlxalq hüquq normaları, daxili qanunvericilik, eləcə də “yumşaq hüquq” normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasında sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmi n beynəlxalq müqavilələr tətbiq edilir. Hazırkı işə tətbiq edilməli beynəlxalq müqavilə - BMT Baş Məclisinin 1951-ci il 28 iyul tarixli qətnaməsi ilə qəbul edilmiş “Qaçqınların statusu haqqında” Konvensiya (bundan sonra mətndə - Konvensiya) və 1967-ci il 31 yanvar tarixli qətnaməsi ilə qəbul edilmiş “Qaçqınların statusu haqqında” Protokoludur (bundan sonra mətndə - Protokol). Hazırkı işə tətbiq edilməli olan digər beynəlxalq müqavilə Avropa İnsan Hüquqları Konvensiyası (bundan sonra mətndə – AİHK) və onun 1, 4, 6, 7 saylı Protokolları və AİHKi şərh və tətbiq edən orqan olan Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq presedent hüququdur. İşin hallarından asılı olaraq AİHK-in 3, 8 və 13-cü maddələri qaçqın işlərinə tətbiq edilə bilər. Cavabdeh “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəs ini pozaraq iddiaçının dinlənilmə hüququnu təmin etməmişdir. İddiaçının müsahibəsi cavabdehin müvafiq əməkdaşı tərəfindən alınmışdır. Bundan sonra, iş mahiyyəti üzrə Qaçqın statusu verilməsinə dair Komissiyada müzakirə edilmişdir. Lakin iddiaçının həmin Komissiyada iştirakı və dinlənilməsi təmin edilməmişdir. İddiaçı hesab edir ki, sığınacaq verilməsindən imtina edilməklə onun aşağıdakı hüquqları pozulub: sığınacaq hüququ (Azərbaycan Respublikası Konstitusiyasının 70-ci maddəsi); inzibati icraat və ədalət mühakiməsi hüququ (Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi); pis rəftara məruz qalmamaq hüququ (AİHK-in 3-cü maddəsi 3); şəxsi həyata hörmət hüququ (AİHK-in 8-ci maddəsi); səmərəli vasitələr hüququ (AİHK-in 13-cü maddəsi). Nəticə, etibarilə, cavabdehin qərarı maddi-hüquqi və prosessual (formal-hüquqi) baxımdan qanuni deyil. Eləcə də həmin qərar əsassızdır. Cavabdeh tərəfindən qaçqın statusunun verilməsindən imtina edilməsinə dair inzibati akt qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 73.1-ci maddəsinə əsasən bu halda, məhkəmə qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoymalıdır. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının v ə iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfində n imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İşin araşdırılmış hallarına görə, iddiaçının cavabdehə müraciəti ilə bağlı cavabdeh tərəfindən inzibati icraat başlanmış, təqdim edilmiş sənədlərin surətləri inzibati icraata dair işə əlavə edilmiş, iddiaçının dinlənilmə hüququ təmin olunaraq onunla müsahibələr keçirilmiş, inzibati icraatın nəticəsi olaraq vəsatətin təmin olunmaması, yəni iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsindən imtina barədə əsaslandırılmış qərar edilmişdir. İddiaçının müraciətinə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının təl əblərinə uyğun baxılmış və qərar qəbul edilmişdir. Həmin Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. İddiaçının müraciəti ilə başlanmış inzibati icraat materialları məhkəmə araşdırmasının predmeti olmuşdur. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı iddiaçı Pakistanın Pəncab vilayətinin Ravalpindi şəhərində ana dan olduğunu, xristian dininə etiqad etdiyini, yaşadığı şəhərdə 12 illik orta təhsil aldığını, 2016cı ilin may ayına qədər bankda çalışdığını və orada təmizlik işləri ilə məşğul olduğunu bildirmişdir. O, arvadı x2 Lahor şəhərində xəstəxanada tibb bacısı vəzifəsində çalışdığını, 2016-cı ilin iyun ayında həmin xəstəxanada Quran ayələri yazılmış lövhələrin naməlum şəxs tərəfindən qaralandığını, xəstəxana rəhbərliyi tərəfindən bu hadisədə arvadının təqsirləndirildiyini və onun (arvadının) barəsində polisə şikayət edildiyini söyləmişdir. İddiaçı bu hadisədən sonra naməlum şəxslər tərəfindən x2 telefonuna hədələyici zənglər edildiyini, özünün və arvadının bu zənglərdən narahat olduqlarını, bu səbəbdən Pakistanı tərk edərək 2017-cı il 16 iyun tarixdə Malayziyaya getdikləri və təxminən 2 ay orada yaşadıqlarını bildirmişdir. İddiaçı Malayziyada olarkən müsəlman üləmaları tərəfindən arvadının barəsində ölüm fətvasının verildiyini, bu səbəbdən Malayziyada qaçqın statusu almaq üçün müraciət etdiklərini, lakin müraciətləri qeydiyyata alınmadığından oranı tərk etmək məcburiyyətində qaldıqlarını və Pakistana, Lahor şəhərinə geri qayıtdıqlarını demişdir. İddiaçı Pakistanda qalacaqları təqdirdə özünün və arvadının həyatı üçün gələcəkdə təhlükə yaranacağından ehtiyat etdiyi, bu səbəbdən Pakistanı tərk edərək 2017-ci il 14 sentyabr tarixdə Azərbaycan Respublikasına gəldiklərini vurğulamışdır. O, arvadının yuxarıda qeyd edilən hadisəni törətmədiyini, onun (arvadının) xristian dininə etiqad etməsi səbəbindən bu hadisədə günahlandırıldığını bildirərək, Pakistana geri qayıtmaq istəmədiklərini söy ləmişdir. İnandırıcılığın qiymətləndirilməsi zamanı ərizəçinin və ailə üzvlərinin Pakistanı tərk etmələrinin və oraya qayıtmaq istəməmələrinin səbəbləri ilə bağlı söylədiyi faktlarda məlumatların uyğunsuzluğu və ziddiyyətli olması aşkar edilmişdir. Belə ki, iddiaçı ərizəanketinin qeydiyyatı zamanı Quran ayələri yazılmış lövhələrin 2016-cı il 16 iyun tarixdə qaralandığını desə də, müsahibə zamanı bunu təkzib edərək hadisənin 2017-ci ildə baş verdiyini söyləmişdir. Bundan əlavə, o, polis tərəfindən axtarışda olduqlarını, həmçinin müsəlman üləmaları tərəfindən barələrində ölüm fətvası (ərizəçi bu barədə sənədlər təqdim etmişdir) verildiyini və bu səbəbdən də Pakistana qayıtmaq istəmədiklərini desə də, onun arvadı x2 keçirilən müsahibə zaman o, ərinin dediklərinin və təqdim etdiyi sənədlərin yalan olduğunu qeyd etmişdir. Belə ki, x2 ərizəçinin dayısı qızı olduğunu, ondan 12 yaş böyük olmasına baxmayaraq aralarında münasibətin yarandığını, nikaha daxil olmadan cinsi əlaqəyə girdiklərini, hamilə qaldığını, ailə üzvlərinin bundan xəbər tutacaqları halda onları öldürəcəklərindən ehtiyat etdiklərini, bu səbəbdən də işləmək adı ilə Pakistanı tərk edərək əvvəlcə Malayziyaya, orada işləri alınmadığından sonradan Azərbaycan Respublikasına gəldiklərini söyləmişdir. x2 Azərbaycana gəldikdən sonra 2017-ci il 4 dekabr tarixdə Abihu adlı qızının dünyaya gəldiyini, bundan özünün və ərinin ailə üzvlərinin məlumatsız olduqlarını vurğulamışdır. Pakistanda dini təriqətlərinə görə hər hansı təqib və təhdidə məruz qalmadıqlarını, iddiaçının söylədiklərinin uydurma olduğunu, yalnız valideynlərinin onların nikahdankənar münasibətdə olduqlarından xəbər tutacaqlarından ehtiyat etdikləri üçün Pakistana qayıtmaq istəmədiklərini bildirmişdir. Göründüyü kimi, iddiaçının və arvadının müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, onlar vətəndaşları olduqları ölkədə heç bır sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətlərinə və dini etiqadlarına görə təqib olunmamış, dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Beləliklə, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş “qaçqın” anlayışı ilə əhatə olunmadığından cavabdehin imtinası əsaslı olmuşdur. Şikayətdə BMT-nin “Qaçqın ların statusu haqqında” Konvensiyasına istinad da vəziyyəti dəyişmir. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş “qaçqın” anlayışı həmin Konvensiyada təsbit edilmiş “qaçqın” anlayışına uyğundur. İddiaçı isə həmin anlayışa uyğun gələn şərtləri təmin etmir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 15 yanvar tarixli 2-1(103)-17/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1349/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1349/2019
24.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver