Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1349/2020 05.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinin nümayən dəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinə (bundan sonra cavabdeh) qarşı “iddiaçının 01.06.2001-31.12.2007-ci il tarixlərdə “xxxx” MMC-də işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə BakıApelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-197/2020 saylı, 29 yanvar 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 5 avqust 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx.xx.1958-ci il ta rixdə Quba şəhərində anadan olmuşdur. Əmək kitabçasına əsasən 05.01.1995-ci il tarixdən 19.02.1998-ci il tarixədək Eksperimental təcrübə müəssisəsində, 01.06.2001-31.12.2007-ci il tarixlərdə “xxxx” MMC-də işləmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 01.04.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə və ya azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı toplanmadığından və ya 25 il sığorta stajınız olmadığından Sizə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyildir. İddiaçı 12 iyun 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının 01.06.2001-31.12.2007-ci il tarixlərdə “xxxx” MMC-də işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(81)-2756/2019 saylı iş) 29 oktyabr 2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilərək iddiaçının 01.01.200631.12.2007-ci il tarixlərdə “xxxx” MMC-də işlədiyi illər sosia l sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkənəmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edərək qeyd etmişdir ki, iddiaçının 1997-2002-ci illərdə əmək fəaliyyətində olduğu müddət ərzində müəssisə tərəfindən Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqqının ödənilməməsi iddiaçının (işçinin) təqsiri kimi qəbul oluna bilməz və bu hal iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir.İddiaçının “xxxx” MMC-də 2001-2007-ci illərdə işləməsi, “xxxx” MMC tərəfindən (SUN: **********7) 20062007-ci illər ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında” məlumatların (forma B3) təqdim edilməsi işin mübahisələndirilməyən halı olduğundan, iddia tələbi iddiaçının 01.01.2006-31.12.2007-ci il tarixlərdə “xxxx” MMC-də işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsi hissəsində təmin edilməli, qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhər İdarəsi məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, “X1 Sistemi”nin Sığorta AS (Hesabat) alt sistemində “xxxx” MMC (SUN: **********7) tərəfindən təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlara əsasən 2006-cı ildə 10895,76 manat, 2007-ci ildə isə 15802,00 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, sığortaedən “xxxx” MMC (SUN: **********7) tərəfindən 2006-2007-ci illər üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda vətəndaş (sığortaolunan) İddiaçı (SSN: **********220) məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcədə xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar əks olunmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli qərarı ilə razılaşan BakıApelyasiya Məhkəməsinin İnzibat i kollegiyası (hakimlər X2-məruzəçi, X5 və X3, 2-1(103)-197/2020 saylı iş) 29 yanvar 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh 16 mart 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Cavabdeh Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 29.01.2020-ci il tarixli qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensi ya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə və ya azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı toplanmadığından, həmçinin, 25 il sığorta stajı təsdiq olunmadığından ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Qeyd olunan hal Məhkəmə tərəfindən nəzərə alınmamış, nəticədə qanunsuz və əsassız qərar qəbul edilmişdir. Bununla da həmin qərar ilə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da öz növbəsində qərarın kasasiya instansiya məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsasdır. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uy ğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı 01.06.2001-31.12.2007-ci il tarixlərdə “xxxx” MMC-də işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Hazırk ı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının 01.01.2006-31.12.2007-ci il tarixlərdə “xxxx” MMC-də işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində iddia təmin edilmiş, iddianın təmin edilməyən hissəsindən iddiaçı müvafiq olaraq apelyasiya və kasasiy a şikayəti verməmişdir. İddianın təmin edilən hissəsindən cavabdeh kasasiya şikayəti verdiyindən İPM-in 91-ci maddəsinə əsasən apelyasiya məhkəməsinin qərarı cavabdehin şikayəti həddində yoxlanılacaqdır. “Əmək pensiyaları haqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Bəhs olunanlara əsasən, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla 03.01.2019-cu ildə 61 yaşı tamam olmuşdur və bu vaxtdan onun pensiya hüquq yaranmış olur. Araşdırılmalı hal iddiaçının 61 yaşı tamam olarkən qanunda tələb olunan sığorta stajının olmasıdır. Hazırkı vəziyyətdə mübahisə iddiaçının 01.01.2006-31.12.2007-ci il tarixlərdə “xxxx” MMC-də işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınması ilə bağlıdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlər inin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Apelyasiya məhkəməsinin mövqeyinə görə iddiaçının işlədiyi “xxxx” MMC tərəfindən (SUN: **********7) 2006-2007-ci illər ərzində Dövlət Sosial Müdafiə Fonduna “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında” məlumatlar (forma B3) təqdim edilmişdir, iddiaçının həmin illər üzrə MMC-də əmək fəaliyyətində olduğu müddət ərzində müəssisə tərəfindən Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqqının (iddiaçının adına müstəqil şəkildə ayrıca göstərilməməsi) ödənilməməsi iddiaçının (işçinin) məsuliyyət dairəsinə aid edilə bilən məsələ kimi qiymətləndirilməklə iddiaçıya əmək pensiyası təyin edilməsindən imtinaya əsas kimi qəbul edilmir. İddiaçının 01.06.2001-31.12.2007-ci il tarixlərdə “xxxx” MMC-də işləməsi ona məxsus əmək kitabçası ilə təsdiq edilir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yan ında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhər İdarəsinin məktubundan görünür ki, “X1 Sistemi”nin Sığorta AS (Hesabat) alt sistemində “xxxx” MMC (SUN:**********7) tərəfindən təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlara əsasən 2006-cı ildə 10.895,76 manat, 2007-ci ildə isə 15.802,00 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Dövlət Sosial Müdafiə Fondu məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 10 oktyabr 2019-cu il tarixli məktubunda bildirmişdir ki, sığortaedən “xxxx” MMC (SUN: **********7) tərəfindən 2006-2007-ci illər üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda vətəndaş (sığortaolunan) İddiaçı (SSN: **********220) məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcədə xeyrinə ödənilmi ş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar əks olunmamışdır. İddiaçı iddia edir ki, 01.06.2001-ci il tarixdən 31.12.2007-ci il tarixə qədər “xxxx” MMC-də işlədiyi müddətdə Şirkət tərəfindən onun maaşından dövlət sosial sığorta haqları hər zaman tutulmuşdur. Lakin ona məlum olmayan səbəblərdən, bu ödəmələr DSMF-də onun hesabında öz əksini tapmamışdır. “Sosial sığorta haqqında” Qanunun 1-ci maddəsinə əsasən, sosial sığorta-bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. So sial sığorta hadisəsinə aşağıdakılar daxildir: pensiya yaşına çatmaq... (4-cü maddə) Sosial sığorta hadisəsi baş verdikdə aşağıdakı sığorta ödəmələri verilir: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları...(6-cı maddə). Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir (14.1-ci maddə). Məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir (14.6-cı maddə). İddiaçının 1 yanvar 2006-cı ildən sonrakı dövr üzrə iş stajının sosial sığorta stajına aid edilməsi üçün əmək haqqından qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sığorta haqlarının ö dənilməsi müəyyən edilməlidir. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin o qənaəti ilə razılaşır ki, iddiaçının əmək haqqından tutulan məcburi dövlət sosial sığorta haqqının aidiyyəti üzrə köçürülməməsi iddiaçının təqsiri kimi qəbul edilə bilməz. Lakin işdən görünür ki, apelyasiya məhkəməsi 2006-2007-ci illərdə iddiaçının “xxxx” MMC-də işlədiyi dövrdə həqiqətən onun əmək haqqından məcburi dövlət sosial sığorta haqqı tutulmasını araşdırmamışdır. İşdə olan sübutlarla iddiaçının əmək haqqından məcburi dövlət sosial sığorta haqqı tutulması görünmür. Ayrıca olaraq iddiaçının əmək haqqından məcburi dövlət sosial sığorta haqqı tutulması müəyyən edilmədən “X1 Sistemi”nin Sığorta AS (Hesabat) alt sistemində “xxxx” MMC (SUN:**********7) tərəfindən təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlara əsasən 2006-cı ildə 10.895,76 manat, 2007-ci ildə isə 15.802,00 manat məcburi dövlət sosial sığorta haqqının ödənilməsinə dair məlumat iddiaçının da əmək haqqından sığorta tutulması kimi qəbul edilə bilməz. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, 2006-2007-ci illərdə iddiaçının əmək haqqından həqiqətən məcburi dövlə t sosial sığorta haqqı tutulmasını yoxlamamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, şikayətin dəlilləri əsaslı olduğundan, təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir. Apelyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi hissəsində təmin oluna bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiy a Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-197/2020 saylı, 29 yanvar 2020-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1349/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1349/2020
05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver