Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1349/2021 05.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: döyüş əməliyyatları aparan hərbi hissələrə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara “Müharibə veteranı” adının verilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-188/2021 nömrəli, 26 aprel 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmişdir.
2. Cavabdeh 18 yanvar 2020-ci tarixli, 1/Ə-793 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, N nömrəli hərbi hissə tərəfindən verilmiş 21.06.2019-cu il tarixli, 465 nömrəli arayışa əsasən, döyüş əməliyyatlar ı aparılan bölgələrə İddiaçı ezamiyyətinin məqsədi döyüş tapşırığının yerinə yetirilməsi olmadığı üçün ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçərkən hərbi hissə komandirinin əmri ilə döyüş bölgələrində - 12.05.1992-ci il tarixdək Laçında, 04.04.1993-cü il tarixədək Kəlbəcərdə döyüş tapşırığını yerinə yetirmək üçün ezam edilmişdir. Onun müharibədə iştirakını təsdiq edən mötəbər sübutl ar olmasına baxmayaraq cavabdeh əsassız olaraq ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir.
5. Cavabdeh iddiaya etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir.
6. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-80/2021 saylı, 27 yanvar 2021-ci il tarixli qərarı ilə (hakim: İ.H.Cabbarov) iddia təmin edilmiş, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hərbi xidmət əleyhinə cinayət törətməməsi, hərbi xidmət dövründə cinayət məsuliyyətinə cəlb olunmaması, döyüş əməliyyatları aparılan hərbi hissələrə ezam olunması, döyüş əməliyyatlarında iştirak etməsi və qanuni əsaslarla ordudan tərxis olunması arxiv arayışları ilə təsdiq olunur. Bu da onu deməyə əsas veri r ki, iddiaçıya veteran adının verilməsi üçün hüquqi əsaslar vardır, bunu istisna edən hallar mövcud deyildir.
8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-188/2021 nömrəli iş üzrə 26 aprel 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: R.R.Rəfiyev, hakimlər: V.İ.Məlikov və İ.H.Şükürov) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)80/2021 saylı, 27 yanvar 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh apelyasiya instansiyası məhk əməsinin qərarından kassasiya şikayəti verərək onun ləğv edilməsini və yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının N nömrəli hərbi hissə komandirinin əmrləri ilə ezam olunması yanacaq sürtgü materiallarının təminatı ilə bağlı olmuşdur. İddiaçının döyüş əməliyyatları aparan bölgələrə ezamiyyətinin məqsədi döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar olmamışdır. Apellyasiya instansiya məhkəməsi qeyd edilən halları araşdırmadan birinci instansiya məhkəməsinin qərarını dəyişdirilməd ən saxlayaraq səhv nəticəyə gəlmişdir.
13. Şikayətdə qeyd edilir ki, apellyasiya məhkəməsinin qərarı maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qərarında göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və yeni qərar qəbul edilməlidir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara müharibə veteranı adı verilir. Müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissəyə ezam olunması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də şəxsin həmin hərbi hissəyə döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunması faktı da tam sübuta yetirilməlidir. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
15. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdilər.
16. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun çıxışı dinlənilmədən baxıldı. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
3. Aşağıdakılar müharibə veteranları sayılırlar:.... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Maddə
7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu m addənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nö mrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd
1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazil ərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbayc an Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövl üyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. 19. “İnzibati icraat haqqında” Azərbaycan Respu blikasının Qanunu Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli g əlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı ta m olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, şikayət əsassızdır.
24. Belə ki, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi iş materiallarındakı sənədlərdə istinad edərək hesab etmişdir ki, iddiaçının döyüş əməliyyatları aparılan bölgələrə ezamiyyətinin məqsədi döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar olmuşdur.
25. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək qeyd etmişdir ki, ezamiyyətdə olduğu müddətdə iddiaçının döyüş tapşırığını yerinə yetirilməsi sübuta yetirilmədiyindən apelyasiya instansiyası məhkəməsinin qərarı qanuni sayıla bilməz.
26. Məhkəmə kollegiyası iş materiallarındakı sənədlərə istinad etməklə cavabdehin dəlillərinə münasibət bildirməyi zəruri hesab edir.
27. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin 12.05.1992-ci il tarixli 63 nömrəli, 08.06.1992-ci il tarixli 84 nömrəli, 17.06.1992-ci il tarixli 90 nömrəli, 12.01.1993-cü il tarixli 4 nömrəli, 30.01.1993-cü il tarixli 9 nömrəli, 30.03.1993-cü il tarixli 30 nömrəli əmrlərdən çıxarışlardan görünür ki, iddiaçı məhz döyüş tapşırığının yerinə yetirilməsi üçün Laçın, Cəbrayıl, Ağcabədi-Füzuli, Ağdam, Kəlbəcər rayonlarına ezam edilmişdir. Belə ki, N nömrəli hərbi hissə komandirinin 12.05.1992-ci il tarixli 63 nömrəli əm rindən çıxarışda iddiaçının 12.05.1992-ci il tarixdən döyüş tapşırığının yerinə yetirilməsi üçün Laçın rayonuna getdiyi (səh 74), 15.05.1992-ci il tarixli 66 nömrəli əmrindən çıxarışda iddiaçının 14.05.1992-ci il tarixdə ezamiyyətdən qayıtdığı, 08.06.1992-ci il tarixli 84 nömrəli əmrindən çıxarışda iddiaçının 08.06.1992-ci il tarixdə Cəbrayıl rayonuna döyüş tapşırığının yerinə yetirilməsi üçün texniki təminat aparması və ezam müddətinin 3 gün olması (səh 71), 17.06.1992-ci il tarixli 90 nömrəli əmrindən çıxarışda iddiaçının 17.06.1992-ci il tarixdən Ağcabədi-Füzuli rayonlarına döyüş tapşırığının yerinə yetirilməsi üçün 3 gün müddətinə ezam edildiyi, 12.01.1993-cü il tarixli 4 nömrəli əmrindən çıxarışda iddiaçının 12.01.1993-cü il tarixdən döyüş tapşırığının yerinə yetirilməsi üçün 16 gün m üddətinə Ağdam şəhəri, N nömrəli hərbi hissəyə ezam edildiyi (səh 70), 27.01.1993-cü il tarixli 7 nömrəli əmrindən çıxarışda iddiaçının 27.01.1993-cü il tarixdə ezamiyyətdən qayıtdığı, 30.01.1993-cü il tarixli 9 nömrəli əmrindən çıxarışda iddiaçının 30.01.1993-cü il tarixdən döyüş tapşırığının yerinə yetirilməsi üçün 14 gün müddətinə Ağdam şəhərinə ezam edildiyi (səh 68), 30.03.1993-cü il tarixli 30 nömrəli əmrindən çıxarışda iddiaçının 30.03.1993-cü il tarixdən Kəlbəcər rayonu, N nömrəli hərbi hissəyə döyüş tapşırığının yerinə yetirilməsi üçün 6 gün müddətinə ezam edildiyi (səh 66), 04.04.1993-cü il tarixli 31 nömrəli əmrindən çıxarışda iddiaçının ezamiyyətdən qayıtdığı qeyd edilmişdir.
28. Bundan əlavə, iş materiallarına əlavə edilmiş N saylı hərbi hissənin 18.11.2020-ci il tarixli 670 n ömrəli məktubunda qeyd edilir ki, iddiaçının ezamiyyətinin məqsədi döyüş tapşırığının və döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi olmuşdur. (səh 82)
29. Bu məktub cavabdeh orqanın tabeliyində olan və iddiaçının bilavasitə qulluq etdiyi N saylı hərbi hissə tərəfindən birinci instansiya məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, N saylı hərbi hissə komandiri tərəfindən verilmiş məktubda iddiaçının ezamiyyətinin məqsədinin döyüş tapşırığının və döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi olduğu qeyd edilmişdir.
30. Qüvvədə olan inzibati prosessual qanunvericiliyinin tələbinə əsasən, cavabdeh orqan iddianın əsassiz olmasını israr edirsə, iddiaçının ezamiyyətinin məqsədinin döyüş tapşırığının və döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı olmadığını sübuta yetirməli idi. Lakin hazırki vəziyyətdə inzibati orqan bu halı sübuta yetirə bilmir.
31. Cavabdeh orqanın istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndində döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara “Müharibə veteranı” adının verilməsi nəzərdə tutulmuşdur.
32. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apelyasiya instansiyasının əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüq uqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Cavabdehin kassasiya şikayətində irəli sürdüyü dəlillər onun əvvəlki instansiya məhkəmələrində irəli sürdüyü dəlillərlə eynidir və aşağı instansiya məhkəmələri həmin dəlillərə əsaslı cavab vermişdir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün əsas vermir.
33. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.
34. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməs inin İnzibati Kollegiyasının 2-1(107)-188/2021 saylı iş üzrə 26 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.