Məhkəmə qərarları › İş №2-1(102)-1349/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1349/2022

13.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1349/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə əlili kimi avtomobillə təmin edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cəlb edilməklə) iş üzrə “2-ci qrup Qarabağ müharibəsi əlili kimi avtomob illə təmin edilmə” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 2-1(103)-668/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilıtasıya Xidməti tərəfindən tərtib edilmiş iddiaçının əlilliyi barədə altsistemdən xxxxxxx0002 nömrəli 17 oktyabr 2019-cu il tarixli çıxarışın məlumatlarına əsasən, iddiaçıya 3 aprel 2009-cu il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə müddətsiz 2-ci dərəcə əlillik təyin edilmişdir.

2. Bakı şəhəri Qaradağ rayonu RHK tər əfindən verilmiş 8 avqust 2000-ci il tarixli 042545 nömrəli vəsiqənin məlumatlarına əsasən iddiaçı müharibə veteranıdır.

3. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələrindən görünür ki, 0092003AACDF nömrəli 5 oktyabr 2019-cu il tarixli göndəriş əsasında müayinə zamanı iddiaçının 413 nömrəli qərara əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə tibbi göstəriş meyarında imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olduğu üçün səhiyyə müəssisənin 0092003AACDF nömrəli 5 oktyabr 2019-cu il tarixli göndərişi əsasında minik avtomob ili ilə təmin edilməsi barədə tibbi göstərişin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında könüllü iştirak etdiyinə və yaralandığına görə müharibə veteranı adını və vəsiqəsini almışdır. Hal-hazırda 2-ci qrup Qarabağ müharibəsi əlilidir. Hələ 20 may 2004-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib xahiş etmişdir ki, onu minik avtomobili almaq üçün növbəyə götürsünlər. Lakin iddiaçını növbəyə götürməmişlər. Səbəb kimi Tibbi göstərişin olmamasını göstərmişlər. Bu tibbi göstərişin nədən ibarət olduğunu göstərən yoxdur. Bu göstərişin kimlərdən gəldiyi iddiaçıya məlum olmasa da, hesab edir k i, bu əlillər arasında ayrı-seçkilik yaratmaqdan ibarətdir. 17 oktyabr 2019-cu ildə təkrarən maşın növbəsinə dayanmaq üçün sənədlərini təqdim etmişdir. Yenə də onu növbəyə götürməkdən imtina etmişlər. İddiaçı bunu qərəzli hesab edir. Buna görə iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Cavabdeh məhkəməyə ünvanladığı **********9 nömrəli 26 mart 2020-ci il tarixli məktubla bildirmişdir ki, “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar”, “20 Yanvar hadisələri ilə əlaqədar” səbəbindən əlilliyi olan şəxslər, həmçinin müharibə əlili və onlara bərabər tutulan əlillər tibbi göstəriş olduğu halda minik avtomobili ilə təmin olunurlar. Əlilliyi olan şəxslərə pulsuz minik avtomobilinə tibbi göstəriş səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməklə müəyyən edilir. İddiaçı 3 aprel 2009-cu il tarixdə tibbi-sosial ekspert komissiyasında “Şəkərli diabet İİ tip, Diabetik angiopatiya, diabetik polineyropatiya və retinopatiya, Sol təpə nahiyəsinin qəlpə yaralanmasının qalığı” diaqnozu ilə təkrar müayinə edilmiş və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə əlilliyi olan şəxs kimi iddiaçının avtomobilə tibbigöstəriş vəziyyəti səhiyyə müəssisəsinin 0092003AACDF nömrəli göndərişi əsasında 17 oktyabr 2019-cu il tarixdə qiymətləndirilmiş və tibbi göstərişin təyinindən imtina qərarı verilmişdir. Səhiyy ə müəssisəsinin 0092003AACDF nömrəli göndərişində qeyd edilən diaqnozlar Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin 5.2.3-cü bölməsində nəzərdə tutulan hallara uyğun gəlmədiyinə görə avtomobilə tibbi göstərişin təyinindən imtina qərarı verilmişdir. Belə ki, göndərişdə qeyd edilən “İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet – İİ tip, orta ağır forma, Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Başın sol təpə nahiyəsinin qəlpə yaralanmasından sonrakı vəziyyət. Qeyri-stabil stenokardiya. Şiddətlənən stenokardiya, ÜİX. Qeyri stabil gərginlik stenokardiyası-ll f.s. Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi-ll m.” diaqnozlarının heç biri Əsasnamənin 5.2.3. böl məsinə uyğun olaraq avtomobilə tibbi göstərişin təyininə əsas vermir. Qeyd edilənləri nəzərə alaraq iddiaçıya avtomobilə tibbi göstərişin təyinindən imtina qərarı əsaslı verilmişdir. İddiaçıya avtomobilə tibbi-göstərişin təyini istiqamətində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 1 sentyabr 2020-ci il tarixli 2-1(112)-2340/2020 saylı qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazi rliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

8. Məhkəmənin 17 mart 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, T 117/2021 nömrəli, 19 may 2021-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının adına doldurulmuş “Səhiyyə müəssisəsinin 0092003AACDF göndərişində əsas diaqnozda qeyd edilmiş “insulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet İİ tip, orta ağır forma, hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, başın sol təpə nahiyəsinin qəlpə yaralanmasından sonrakı vəziyyət, qeyri-stabil gərginlik stenokardiyası İİ f.s, essensial (birincili) hipertenziya, hipertoniya xəstəliyi İİ mərhələ” xəstəlikləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamə”nin avtomobillə təmin olunması tibbi göstərişin təyininə dair bölməsinin heç bir bəndinə uyğun gəlmir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-501/2021 saylı 15 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakim M.C.Qarayeva) iddia təmin edilmiş, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olduğu üçün səhiyyə müəssisəsinin 0092003AACDF nömrəli, 5 oktyabr 2019-cu il tarixli göndərişi əsasında minik avtomobili ilə təmin edilməsi barədə tibbi göstərişin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əlillik səbəbinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydasının 3.1-ci bəndinə əsasən minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarının 1.5.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyini təyin edilməsinin xüsusi səbəbi kimi göstərilmişdir. Belə o lan halda, cavabdeh iddiaçını minik avtomobili ilə təmin etməkdən imtinası qanunsuzdur. Həmçinin, cavabdehin **********9 saylı 26 mart 2020-ci il tarixli məktubunda imtinanın əsası kimi Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş Əsasnamənin 5.2.3-cü bölməsinə istinad etmişdir ki, həmin normalar da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 2021-ci il tarixli 163 nömrəli Qərarı ilə ləğv edilmişdir.

11. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli 2-1(103)-668/2022 nö mrəli qərarına əsasən (sədrlik edən S.İ.Bəktaşi, hakimlər A.S.Hüseynov, A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-501/2021 saylı 15 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilməmişdir.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının adına doldurulmuş “Səhiyyə müəssisəsinin 0092003AACDF göndərişində əsas diaqnozda qeyd edilmiş “insulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet İİ tip, orta ağır forma, hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, başın sol təpə nahiyəsinin qəlpə yaralanmasından sonrakı vəziyyət, hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, başın sol təpə nahiyəsinin qəlp ə yaralanmasından sonrakı vəziyyət, qeyri-stabil stenokardiya, şiddətlənən stenokardiya, ürəyin işemik xəstəliyi, qeyri-stabil gərginlik stenokardiyası İİ f.s, essensial (birincili) hipertenziya, hipertoniya xəstəliyi İİ mərhələ” xəstəlikləri “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavəsində qeyd olunmuş konkret xəstəliklərin siyahısında heç bir bəndinə uyğun gəlmir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının adına doldurulmuş Səhiyyə müəssisəsinin 0092003AACDF göndərişində əsas diaqnozda qeyd edilmiş xəstəliklər istər iddiaçının müraciət etdiyi vaxt qüvvədə olmuş (sonradan xx.xx.2021-ci il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ləğv edilmiş ləğv edilmiş) Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş Əsasnamənin 5.2.3. bölməsində, istərsə də qüvvədə olan “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavəsində göstərilən siyahılarda nəzərdə tutulmamışdır. İddiaçı avtomobillə təmin edilməsindən cavabdeh orqanın imtinasında hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyinə yol verilməmişdir.

14. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 2-1(103)-668/2022 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd ol unanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə işi tam araşdırmamış və düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da pozuntuya yol vermişdir. Belə ki, məhkəmə iş üzrə qərarın əsaslandırıcı hissəsini iddiaçının avtomobillə təmin edilməsindən cavabdeh orqanın imtinasında hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsi ilə əsaslandırmağa çalışmışdır. Halbuki, iddiaçının əlillik səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərlə əlaqədar əlil olduğu kimi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə qərarın nəticə hissəsində qeyd etmişdir ki, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiy a şikayəti təmin edilməsin. Halbuki, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı işdə tərəf olmadığına görə hazırkı iş üzrə apellyasiya şikayəti vermək səlahiyyətinə malik olmamışdır. Məhkəmə isə İPM-in tələblərinə məhəl qoymadan, ziddiyyətli məqamları araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Etirazın əsasını iddia ərizəsinə etirazda qeyd olunanlar təşkil edir. Etirazda əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının kassasiya şikayəti heç bir dəlilə əsaslanmır, prosesin süni şəkildə uzadılmasına xidmət edir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun Maddə

30. Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsi 30.1. Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsi hesabına həyata keçirilir. 30.2. Əlilliyi olan şəxslərin bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 30.3. Bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018- ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2018-ci il tarixli № 213 Fərmanının 2.4-cü bəndinə əsasən, həmin Qanunun 30.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əsasən: 1.1. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” (bundan sonra – Qayda) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən hazırl anmışdır və əlilliyi olan şəxslərin (bundan sonra – Şəxs) reabilitasiya vasitələri ilə təmin edilməsinin şərtlərini və qaydasını müəyyən edir. 1.2. Şəxsin reabilitasiya vasitələri ilə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) və Sosial Xidmətlər Agentliyi vasitəsilə Nazirlik üçün hər il üzrə dövlət büdcəsindən ayrılan vəsait çərçivəsində həyata keçirilir. 1.4. Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X1 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xid mətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki X3 (bundan sonra – Mərkəz) tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 2.1. Bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq, X1 reabilitasiya vasitələrinə dair müvafiq göstərişlərin müəyyən edildiyi tarixdən etibarən minik avtomobilləri Sosial Xidmətlər Agentliyi və ya Nazirliyin tabeliyindəki “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin “DOST” mərkəzləri (bundan sonra – “DOST” mərkəzi), digər reabilitasiya vasitələri isə Mərkəz və ya “DOST” mərkəzi tərəfindən Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında onlara təhvil verilir. 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. 3.2. Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X2 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir. 3.3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar.

20. Həmin Qərarın “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavəsinə əsasən, minik avtomobili aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir: 1. ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığı; 2. ağciyər çatışmazlığı, İİ dərəcəli; 3. bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi; 4. hemiplegiya, nəzərəçarpan hemiparez; 5. nəzərəçarpan ataksiya, hi-perkinetik amiostatik sindrom; 6. hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, İİ dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda İİ-İİİ dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla; 7. hər iki aşağı ətrafın fillik xəstəliyi; 8. hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü; 9. aşağı ətrafın baldır və yaxud bud səviyyəsində güdülü; 10. hər iki bud-çanaq oynağının ankilozu; 11. onurğanın ayaq üstə durmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyaları. Onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan İİİ-İV dərəcəli əyilmələr; 12. bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boşluqların olması ilə); 13. aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2-dən böyük) olduqda; 14. hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda; 15. əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya gö rmə sahəsi 5 (beş) dərəcədən aşağı olduqda.

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bü tövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə i stinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası bir daha vurğulayır ki, iddiaçının adına tərtib edilmiş Səhiyyə müəssisəsinin 0092003AACDF göndərişində əsas diaqnozda qeyd edilmiş xəstəliklər istər iddiaçının müraciət etdiyi vaxt qüv vədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş Əsasnamənin (7 iyun 2021-ci il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə ləğv edilmişdir) 5.2.3-cü bölməsində, istərsə də qüvvədə olan “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavəsində göstərilən siyahılarda nəzərdə tutulmamışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddia tələbini təmin etməmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaş ır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Məhkəmə kollegiyası, eyni zamanda nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsinin qərarının nəticə hissəsinin mətnində aşkar yanlışlığa yol verilmiş, apellyasiya şikayətini verən qisimdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilıtasıya Xidmətini deyil, həmin Nazirliyin tabeliyində olan publik hüquqi şəxs Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı göstərilmişdir. Lakin həmin yanlışlıq apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticənin düzgünlüyünə təsir etmir və yanlışlıq İPM-in 76.1-ci maddəsinə əsasən aradan q aldırılmalı, qərarın mətnində “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan publik hüquqi şəxs Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət TibbiSosial Ekspertiza və Reabilıtasıya Xidmətinin” sözləri ilə əvəz edilməlidir.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 2-1(103)-668/2022 nömrəli qərarı – qərarın nəticə hissəsində “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan publik hüquqi şəxs Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə T əyinat üzrə Mərkəzi Filialının” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilıtasıya Xidmətinin” sözləri ilə əvəz edilməklə - dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar