Məhkəmə qərarları › İş №2-1(102)-1349/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1349/2023

24.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1349/2023 24.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslim oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilita siya Agentliyinə qarşı (üçüncü şəxs Ağsu Rayon Mərkəzi Xəstəxanası) “əlilliyin müəyyən edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-623/2023 nömrəli, 3 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İşin hallarından görünür ki, Ağsu Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2011-ci il tarixli göndərişi əsasında iddiaçıya cavabdeh tərəfindən 2011-ci il tarixdən etibarən İİ dərəcə əlillik təyin edilmiş, o, xx.xx.2021-ci il tarixədək fasiləsiz əlillik dərəcəsi olan şəxs olmuşdur.

2. İddiaçı əlillik vəziyyətinin növbəti qiymətləndirilməsi üçün Ağsu Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında cava bdehə müraciət etmiş, lakin ona əlilliyin növbəti dəfə təyinindən göndərişin natamam doldurulması əsası ilə imtina edilmişdir.

3. İddiaçı əlillik vəziyyətinin növbəti qiymətləndirilməsi üçün Şamaxı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında yenidən cavabdehə müraciət etmiş, lakin ona əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlilliyin təyinindən imtina edilmişdir.

4. Sonradan, Bakı İnzibati Məhkəməsində inzibati icraat zamanı cavabdeh tərəfindən yuxarıda qeyd edilən xx.xx.2021-ci il tarixli göndəriş nəzərə alınaraq iddiaçıya xx.xx.2021-ci il tarixdən növbəti dəfə əlilliyin təyin edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı 13 iyul 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Ba kı İnzibati Məhkəməsinə müraciət edərək, ona verilmiş əlillik dərəcəsinin bərpa edilməsi və ömürlük əlillik dərəcəsinin təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2011-ci il tarixdən 2016-cı il tarixədək iddiaçının əlillik dərəcəsi hər dəfə1 il müddətinə artırılmışdır. 2016-cı il tarixdən 5 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. 2021-ci il tarixdə daimi əlillik dərəcəsinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin əlavə müayinəyə ehtiyacın olması əsası ilə əlillik müddəti uzadılmamışdır. İddiaçı hesab etmişdir ki, onda olan xəstəlik əlillik dərəcəsinin bərpa edilməsi üçün əsas yaratdığından, cavabdehin imtinası qanunsuz və əsassızdır.

7. Cavabdeh iddia ərizəsinə qarşı etirazın da hazırkı qərarın 1-3-cü bəndlərində qeyd olunanları sadalamış, əlavə olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qitmətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın müvafiq bəndlərinə istinad etməklə, iddia tələbinin əsassız olduğundan, təmin edilməməsini xahiş etmişdir.

8. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadına əsasən, Ağsu Rayon Mərkəzi Xəstəxanası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

9. Sonradan, iddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək, əlillik dərəcəsinin xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə məhkəmə iclasında protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir.

10. Daha sonra, iddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək, əlillik müddətinin 01 aprel 2021-ci il tarixdən müəyyən edilməsini xahiş etmiş, ərizə məhkəmə iclasında protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir.

11. Daha sonra, iddiaçı yenidən iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddət daxil olmaqla İİ dərəcəli əlilliyi olan şəxs hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmə iclasında protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir.

12. Məhkəm ənin xx.xx.2021-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1576/2022 nömrəli, 25 iyul 2022-ci il tarixli qərarı ilə (hakim O.X.Həsənov) iddia təmin edilmiş, iddiaçının 1 aprel 2021-ci il tarixdən 17 iyun 2021-ci il tarixədək müddət daxil olmaqla İİ dərəcəli əlilliyi olan şəxs hesab edilməsi qərara alınmışdır.

14. Birinci instansiya məhkəməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Belə olan halda iddiaçı iddia tələbində haqlıdır və tələb q anuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, yuxarıda adıçəkilən maddənin tələbindən də göründüyü kimi əgər şəxsin əlillik müddəti bitmiş və həmin əlillik aidiyyəti orqan, yəni cavabdeh tərəfindən 6 ay ərzində təkrar qiymətləndirilmiş və cavabdeh şəxsin əlilliyini yenidən müəyyən etmişdirsə, həmin şəxs ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab edilməlidir.

15. İddianın təmin edilməsi üçün aşağıdakı şərtlər iddiaçıya münasibətdə mövcud olmalıdır: 1) Əlillik müddəti bitməli, 2) Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində təkrar qiymətləndirmə aparılmalı, 3) Təkrar qiymətləndirmə nəticəsində şəxsə münasibətdə əlillik yenidən müəyyən edilməlidir.

16. İşin faktiki hallarında görünür ki, hər üç şərt iddiaçıya münasibətdə ödənilir. Belə ki, iddiaçının əlillik müddəti 3 1 mart 2016-cı ildən 5 il keçdikdən sonra, yəni 31 mart 2021-ci il tarixdə bitmişdir. Bundan sonra isə, iddiaçı 07 aprel 2021-ci il tarixli göndərişlə müraciət etmiş, lakin ona əlilliyin növbəti dəfə təyinindən natamam doldurulma əsası ilə imtina edilmişdir. Daha sonra isə, iddiaçı yeni göndərişlə cavabdehə yenidən müraciət etmişdir. Doğrudur, cavabdeh ilkin olaraq 16 iyun 2021-ci il tarixli göndərişlə əlaqədar əlilliyin təyinindən imtina etmiş, əlavə müalicəyə ehtiyacın olması səbəbindən hesab etmişdir ki, əlillik iddiaçıya təyin edilməməlidir. Lakin, məhkəmə icraatı gedişində cavabdeh başqa göndəriş olmadan, məhz 16 iyun 2021-ci il tarixli göndərişin əslində nəzərə alınmalı olmasını, bu səbəbdən də onun 17 iyun 2021-ci il tarixdən əlilliyin təyin edilməsini qərara almışdır.

17. Göründüyü kimi iddiaçıya münasibətdə 2-ci və 3-cü şərtlər də ödənilmişdir. Belə ki, iddiaçı 1 aprel 2021-ci il tarixdən 3 ay sonra, yəni 6 aylıq müddət keçməmiş, apardığı təkrar qiymətləndirmə nəticəsində 17 iyun 2021-ci il tarixdə iddiaçıya əslində əlilliyin təyin edilməli olduğunu müəyyən etmiş və iddiaçıya məhz 16 iyun 2021-ci il tarixli göndəriş əsasında 17 iyun 2021-ci il tarixdən əlillik təyin etmişdir.

18. Bundan başqa, iş materiallarında mövcud olan ekspert rəyi də vəziyyəti cavabdehin xeyrinə dəyişmir. Belə ki, hər nə qədər ekspert rəyində 16 iyun 2021-ci il göndərişdə ilkin cavabdehin imtinasının düzgün olduğunu qeyd etsə də, rəyin mötəbərliyindən söhbət gedə bilməz. Rəyin nəticə hissəsində əlavə müalicəyə ehtiyac olması qənaətini aşkar edilən xəstəliklərlə bağlı ağırlaşmalar tam formalaş madığından düzgün hesab etmək olar ifadəsi konkretlikdən uzaq ifadədir. Belə ki, məhkəmə düzgün hesab etmək olar ifadəsi ilə verilmiş ekspert rəyinin mötəbərliyinə şübhə etməkdə haqlıdır.

19. Lakin, hal-hazırda həmin rəy mötəbər olsa belə, həmin rəyin mövcud halı qiymətləndirmədə sübut qismində tanınmasına zərurət də aradan qalxmışdır. Belə ki, cavabdeh özü 16 iyun 2021-ci il tarixli göndərişin qanuniliyinə qiymət vermiş və həmin göndərişi əlilliyin müəyyən edilməsi üçün əsas hesab etmişdir ki, bu zaman ekspert rəyinin iddiaçının ziyanına olması hazırkı iş üzrə heç bir əhəmiyyət daşımır. Məhkəmə özü də yekunda nəticəyə gələrkən qəbul edir ki, hazırkı iş üzrə ümumiyyətlə həmin rəyin alınmasına zərurət də mövcud olmamışdır. Belə ki, cavabdehin apardığı təkrar inzibati icraat ekspert rəyi ilə məhkəmə tərəfindən qiymətləndirilməli məsələyə artıq qiymət vermişdir.

20. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-623/2023 nömrəli, 3 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, R.Ə.Qurbanov və V.Ə.Baxışova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1576/2022 nömrəli, 25 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

23. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğ v edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

24. Kassasiya şikayətində işin halları və iddia ərizəsinə qarşı təqdim edilmiş etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, iddiaçıya xx.xx.2021-ci l tarixdən əlillik təyin edilməsinə baxmayaraq, məhkəmə əsassız olaraq iddiaçının əlilliyinin xx.xx.2021-ci il tarixdən hesablanması qənaətinə gəlmişdir. Cavabdeh MPM-nin 417 və 418-ci maddələrinə, həmçinin İPM-nin 90 və 96-cı maddələrinə istinad edərək şikayətin təmin edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etir azın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: -1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; -1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; -1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasi ya imkanlarının qiymətləndirilməsi. Maddə

3. Əlilliyin müəyyən edilməsi -3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Qaydanın 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

28. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar g östərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. K assasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Ağsu Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2011-ci il tarixli göndərişi əsasında iddiaçıya cavabdeh tərəfindən 2011-ci il tarixdən etibarən İİ dərəcə əlillik təyin edilmiş və o, xx.xx.2021-ci il tarixədək fasiləsiz əlillik dərəcəsi olan şəxs olmuşdur.

32. Bundan sonra, iddiaçı əlillik vəziyyətinin növbəti qiymətləndirilməsi üçün Ağsu Ra yon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında cavabdehə müraciət etmiş, lakin ona əlilliyin növbəti dəfə təyinindən göndərişin natamam doldurulması əsası ilə imtina edilmişdir.

33. İddiaçı əlillik vəziyyətinin növbəti qiymətləndirilməsi üçün Şamaxı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında yenidən cavabdehə müraciət etmiş, lakin yenə, ona əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlilliyin təyinindən imtina edilmişdir.

34. İddiaçı ona təyin edilmiş əlillik dərəcəsinin bərpa olunması ilə bağlı məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəfindən yuxarıda qeyd edilən xx.xx.2021-ci il tarixli göndəriş nəzərə alınaraq iddiaçıya xx.xx.2021-ci il tarixdən növbəti dəfə əlilliyin təyin edilməsi qərar a alınmışdır.

35. Sonradan iddiaçı tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş iddiadan görünür ki, iddiaçı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-cü maddəsinin ona münasibətdə tətbiqində maraqlıdır. Maddənin tələbinə görə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İddiaçı da ona əlilliyin təyin olunduğu 17 iyun 2021-ci il tarixdən yox, məhz 1 aprel 2021-ci il tarixdən 17 iyun 2021-ci il tarixədək müddət daxil olmaqla İİ dərəcəli əlilliyi olan şəxs hesab edilməsini xahiş etmişdir.

36. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı, 7 aprel 2021-ci il tarixdən 16 iyun 2021-ci il tarixədək əlilliyi ol an şəxs sayılması, nəticədə bu dövr üzrə ona pensiya ödənişinin həyata keçirilməsi barədədir.

37. Bununla bağlı İlk öncə qeyd edilməlidir ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina barədə 4 aprel 2021-ci il tarixli qərarı “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edilir.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 3.4-cü bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 39. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsi nə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2).

40. Qeyd edilməlidir ki, cavabdehin yuxarıda göstərilən 7 aprel 2021-ci il tarixli imtina qərarı məhkəmə qaydasında iddiaçı tərəfindən mübahisələndirilməsi iş materialları ilə müəyyən olunmur. İddiaçı ona əlillik təyin edilməsindən imtina olunması barədə cavabdehin 7 aprel 2021-ci il tarixli qərarından İPM-in 38-ci maddəsi ilə müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etməmişdir.

41. Cavabdehin 7 aprel 2021-ci il tarixli imtinası, inzibati akt olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və hazırda da qüvvədədir, bu səbəbdən 7 aprel 2021-ci il tarixdən 16 iyun 2021-ci il tarixədək əlilliyi olan şəxs sayılması barədə iddiaçının tələbi qanunvericiliyin bəhs olunan tələbləri baxımından əsaslı deyildir.

42. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan qanunvericilik normalarına istinadən qeyd edir ki, iddiaçının barəsində xx.xx.2021-ci il tarixli TSEK-in imtina qərarı qüvvədə olduğu müddətcə, onun xx.xx.2021-ci il tarixdən əlil hesab edilməsı barədə tə ləbi qanunvericiliyin tələbi baxımından əsaslı deyildir.

43. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 3 fevral 2023-cü il tarixli qərarı ləğv edilməli və iddia rədd edilməlidir.

44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-623/2023 nömrəli, 3 fevral 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçının 1 aprel 2021-ci il tarixdən 17 iyun 2021-ci il tarixədək müddət daxil olmaqla İİ dərəcəli əlilliyi olan şəxs hesab edilməsi” tələbinə dair iddia rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar