Məhkəmə qərarları › İş №2-1(102)-1349/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1349/2024

18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1349/2024 18.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyin də Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixli **********2 nömrəli qərarın ləğv edilməsi və pensiyanın dayandırıldığı xx.xx.2022-ci il tarixdən bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2023-cü il tarixli, 2-1(103)-3295/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmaqla, xx.xx.1985-ci ildən xx.xx.1993-cü il tarixədək və xx.xx.1996-cı il tarixdən xx.xx.2010-cu il tarixədək "xxxx" QSC-nin motorlurels nəqliyyatı, maşın və mexanizmlərin təmiri Yol Emalatxanasında dəmir yolu hərəkəti qaldır ıcı KDE markalı kran maşinisti işləmişdir.

2. İddiaçıya Dövlət Sosial X1 rayon şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, iddiaçının işlədiyi kran maşinisti vəzifəsi dəmiryol xətləri hərəkətində parovozların və buxar kranlarının maşinistləri vəzifəsinə uyğun deyildir. Onun güzəştli iş stajı olmadığından, əmək pensiyasının ödənilməsi xx.xx.2022-ci il tarixdən etibarən dayandırılmışdır.

3. Cavabdehin xx.xx.2022-ci il tarixli **********2 nömrəli qərarı ilə Dövlət Sosial X1 rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının iddiaçıya əmək pensiyası təyin edilməsi haqqında xx.xx.2017-ci il tari xli qərarı ləğv edilmiş, əmək pensiyasının ödənişi dayandırılmış və ona artıq ödənilmiş pensiya məbləğinin müəyyən edilməsi və artıq ödənilmiş pensiyanın dövlət büdcəsinə bərpa edilməsi üçün tədbirlər görülməsi qərara alınmışdır. 4. "xxxx" QSC tərəfindən iddiaçıya verilmiş güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışa əsasən, onun işlədiyi yol montyoru peşəsinin əsas xüsusiyyətləri yolun üst tikililərinin, konstruksiyalarının və dəmir yolu xətlərinin quraşdırılması, sökülməsi və təmiri üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007- ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin S iyahısı”nın 21.4-cü bəndinin 22-ci abzasına uyğundur. O, Biləcəri yol distansiyası magistral dəmir yolları üzrə xidmət göstərmişdir. İddiaçı həqiqətən 1996-ci ildən 2010-cu il də daxil olmaqla, zərərli iş şəraitinə görə 12 faiz miqdarında əlavə əməkhaqqı almışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli **********2 nömrəli qərarın ləğv edilməsi və pensiyanın dayandırıldığı xx.xx.2022-ci il tarixdən bərpa olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 1959-cu ildə Hacıqabul rayonunda doğulmuş, 1980-ci ildə "xxxx" QSC-də kran-maşinist köməkçisi vəzifəsind ə işləməyə başlamış, xx.xx.1985 -xx.xx.1993-cü və xx.xx.1996 - xx.xx.2010-cu illərdə motor-rels nəqliyyatı, maşın və mexanizmlərin emalatxanasında kran maşinisti vəzifəsində işləmişdir. 2016-ci ildə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, 2023-cü ilin noyabr ayında pensiyası əsassız olaraq dayandırılmışdır. Hesab edir ki, tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehin hərəkətləri qanunsuz sayılmalı, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsi davam etdirilməlidir.

7. Cavabdehin iddia tələbinə yazılı etirazının əsasını işin hallarında qeyd olunanlar təşkil edir.

8. İşin məhkəmə araşdırması zamanı "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanmış məktubda bildirilmişdir ki, iddiaçının ADY-nin motorlu-rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri yol emalatxanasında çalışdığı dəmir yolu kran maşinisti peşəsi üzrə vəzifə təlimatına əsasən vəzifə borcu: - yükgötürmə qabiliyyəti 60 tondan yuxarı olan müxtəlif yük tutan vasitələrlə təchiz edilən və uzunluğu 6 metrdən artıq olan yüksək ehtiyatlılıq tələb edən yüklərin yüklənib boşaldılması, yerdəyişməsi və nəql etdirilməsi, eyni zamanda texnoloji avadanlığın və onunla əlaqədar konstruksiyaların, ştapel və seksiyalı məmulatların, aqreqatların, birləşmələrin, maşın və mexanizmlərin yığılması və sökülməsi, hazır məhsulların, yüksək ehtiyatlılıq tələb edən detal, məmulat və birləşmələrin quraşdırılması, kranın bütün mexanizmlərinin, metal konstruksiyanın, digər hissələrinin sazlığının yoxlanılması, ilməkçi ilə birlikdə yük tutan vasitələrin, burazların sazlığının yoxlanılması, ilməkçinin vəsiqə sinin olmasına nəzarət olunması və krana düzgün xidmət edilməsi, kranın avadanlığının və mexanizmlərinin səliqəli və saz vəziyyətdə saxlanılması, bütün mexanizmlərin və burazların yağlanmasıdır. - kran və mexanizmlərin quruluşunu, kinematik və elektrik sxemlərini, xidmət edilən istehsalat sahələrinin yerləşməsini, elektrotexnika və çilingər işini, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğına qarşı mühafizənin qayda və normalarını, işlərin təhlükəsizlik təlimatını, dəmir yoluna aid işarəvermə, hərəkət və manevr işi təlimatlarını, öz vəzifəsi çərçivəsində texniki istismar qaydalarını, həkim gələnə qədər ilk tibbi yardımın göstərilməsi qaydalarını bilməlidir.

9. Bakı İnzibati Məhkəməsinin (hakim: G.A.Sevdimalıyeva) 09 iyun 2023-cü il tarixli, 2-1(112)-6262/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçı barəsində cavabdehin “Dövlət Sosial X1 rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv olunması haqqında” xx.xx.2022-ci il tarixli **********2 nömrəli qərarı ləğv edilmiş, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişi dayandırıldığı xx.xx.2022-ci il tarixdən bərpa edilmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçıya vaxtilə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilərkən iş yeri tərəfindən verilmiş arayışda yerinə yetirdiyi işlərin əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası həssaslıq, zehni gərginliklə bağlı şəraitdə dəmir yolu hərəkətli qaldırıcı kran maşinisti peşəsində çalışdığı və işlədiyi müddətdə əmək şəraitinə görə əlavə 11 təqvim günü məzuniyyət və 12% həcmində əlavə əmək haqqı aldığı qeyd edilməklə həmin arayış birbaşa tabe olduğu istehsalatın rəhbəri, kadrlar üzrə mütəxəssis və həmkarlar ittifaqı komitəsinin sədri, eləcə də əməyin normalaşması üzrə mühəndis tərəfindən təsdiq edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ADY-nin Motorlu-rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri yol emalatxanasında çalışdığı dəmir yolu kran maşinisti peşəsi üzrə vəzifə borcu yükgötürmə qabiliyyəti 60 tondan yuxarı olan müxtəlif yük tutan vasitələrlə təchiz edilən və uzunluğu 6 metrdən artıq olan yüksək ehtiyatlılıq tələb edən yüklərin yüklənib boşaldılması, yerdəyişməsi və nəql etdirilməsi, eyni zamanda texnoloji avadanlığın və onunla əlaqədar kons truksiyaların, ştapel və seksiyalı məmulatların, aqreqatların, birləşmələrin, maşın və mexanizmlərin yığılması və sökülməsi, hazır məhsulların, yüksək ehtiyatlılıq tələb edən detal, məmulat və birləşmələrin quraşdırılması, kranın bütün mexanizmlərinin, metal konstruksiyanın, digər hissələrinin sazlığının yoxlanılması, ilməkçi ilə birlikdə yük tutan vasitələrin, burazların sazlığının yoxlanılması, ilməkçinin vəsiqəsinin olmasına nəzarət olunması və krana düzgün xidmət edilməsi olmaqla kran və mexanizmlərin quruluşunu, kinematik və elektrik sxemlərini; xidmət edilən istehsalat sahələrinin yerləşməsini, elektrotexnika və çilingər işini, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğına qarşı mühafizənin qayda və normalarını, işlərin təhlükəsizlik təlimatını, dəmir yoluna aid işarəve rmə, hərəkət və manevr işi təlimatlarını, öz vəzifəsi çərçivəsində texniki istismar qaydalarını bilməlidir. Odur ki, cavabdeh, Nazirlər Kabinetinin müvafiq qərarında Nəqliyyat bölməsinin (21) Dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) dəmiryol xətləri hərəkətində parovozların və buxar kranlarının maşinistləri vəzifəsinin motorlu-rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri yol emalatxanasında kran maşinisti vəzifəsindən nə ilə fərqləndiyini əsaslandırmadan və vaxtilə işəgötürən tərəfindən təqdim edilmiş aydınlaşdırıcı arayışı nəzərə almamasının səbəbini izah etmədən iddiaçının işlədiyi kran maşinisti vəzifəsinin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ vermədiyi qənaətinə gəlmişdir. Halbuki, hər ikisinin iş mexani zmi oxşardır və iddiaçıya əmək qanunvericiliyinə uyğun olaraq işlədiyi müddətdə əmək şəraiti zərərli və ağır işlərdə işlədiyinə əlavə əmək məzuniyyəti verilmişdir. 11.Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.A.Məmmədova) 14 dekabr 2023-cü il tarixli, 2-1(103)-3295/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cav abdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

15. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

38. Sosial təminat hüququ 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qan unla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (qüvvədən düşüb): Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; Maddə 67.1. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 67. 3 “v”. İş stajına hərbi (alternativ) xidmət müddəti də daxil edilir. 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.... Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmi yyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrind ə nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiy a instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çər çivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Apellyasiya instansiya məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Biləcəri yol distansiyasında xx.xx.1993 - xx.xx.1996-cı illərdə işlədiyi yol montyoru peşəsinin əmək şəraiti zərərli və ağır iş hesab edilməsi mübahisələndirilmir. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən dövrlər xx.xx.1985 -xx.xx.1993-cü il və xx.xx.1996 - xx.xx.2010-cu il tarixləri arasında iddiaçının "xxxx" QSC-nin motorlu-rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri yol emalatxanasında kran maşinisti vəzifəsində işlədiyi dövrdür. Məhkəmə kollegiyası həmin dövrlə bağlı aşağı instansiya məhkəmələrinin apardığı araşdırmaları yetərli hesab e dərək gəlinən nəticə ilə razılaşır və qeyd edir ki, hazırkı qərarın 18-20-ci bəndlərində istinad olunan qanunvericiliyin tələbləri baxımından, apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

28. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2023-cü il tarixli, 21(103)-3295/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar