Məhkəmə qərarları › İş №2-1(102)-135/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-135/2020

17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-135/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Şirkətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-135/2020 Bakı şəhəri xx xxxx 2020-ci il Açar sözlər: iddianın müddətlə bağlı mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Gündüz Quliyev və Hafiz Nəsibovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı Şirkətinin nümayəndəsi Rəşadət Qərayzadənin və vəkili Tərlan Azayevin, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi xxxun və vəkili Abil Bayramovun iştirakları ilə, İddiaçı Şirkətinin direktoru xxx1 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2376/2019 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı Şirkəti (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıda xx xxxxxx 2009-cu il tarixdən xx xxxxxx 2015-ci il tarixədək olan dövr üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş xx xxxx 2016-cı il tarixli, **********982256 saylı “Səyyar vergi yoxlaması” aktının lə ğv edilməsi, həmin aktın nəticəsi üzrə Bakı Vergilər Departamenti tərəfindən çıxarılmış “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxx 2016-cı il tarixli, **********028354 saylı qərarın, müəssisəyə kameral vergi şəklində 2015-ci il üçün əsassız hesablanmış mənfəət vergisinin hesablanmasına əsas verən xx xxx 2016-cı il tarixli, **********023400 saylı “Vergilərin hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, yoxlama ilə əhatə olunan dövrlərdə vergi orqanı tərəfindən müəssisədə 5 dəfə səyyar vergi yoxlaması aparılmış, yoxlamaların nəticələri müvafiq aktlarla rəsmiləşdirilmiş, yoxlanılan dövrlər üzrə yol verilmiş nöqsanlar aradan qaldırılmış, akt lar üzrə əlavə hesablanmış vergi məbləğlərinin və tətbiq edilmiş maliyyə sanksiyası məbləğlərinin büdcəyə ödənilməsi təmin edilmiş və həmin məbləğlər müəssisənin şəxsi hesab vərəqəsinə işlənmişdir. Lakin müəssisədə aparılan təkrar vergi yoxlaması ilə müəssisənin şəxsi hesab vərəqəsinə 74.468,89 manat məbləğində vəsait bərpa olunmuş, yoxlamanın nəticələri gözlənilmədən, bərpa olunmuş vəsaitin 55.940,38 manatı 2015-ci ilin mənfəət vergisi, 2800 manatı 2016-cı ilin birinci rübünə, 13.985,1 manat və 1553,45 manat isə 2016-cı ilin ikinci rübünə görə mənfəət vergisi üzrə cari vergi ödəməsi adı ilə müəssisənin şəxsi hesab vərəqəsindən azaldılmışdır. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, vergi orqanı tərəfindən iddiaçının xx xxxxxx 2009-cu il tarixdən xx xxxxx xx 2015-ci il tarixədək olan fəaliyyət dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq 2009-2010-cu illər üzrə yoxlama keçirilməmiş, iddiaçının topdansatış və mülki təmir-tikinti işləri ilə bağlı xammal-material xərcləri baza məlumatlarına və toplanmış sənədlərə əsasən tam təsdiqini tapmadığından, şərti rentabellik tətbiq edilməklə mənfəət vergisi bəyannaməsində göstərilən məbləğin göstərilməli olan məbləğə nisbətən azaldılmasına görə 37.270,62 manat əlavə olaraq mənfəət vergisi hesablanmışdır. Bundan başqa, yoxlama zamanı əldə olunmuş ekspert rəyi ilə müəyyən edilmiş əmək tutumuna əsasən, iddiaçı tərəfindən hesablanmış əmək haqqı nəzərə alınmaqla ödəmə mənbəyində tutulan vergi üzrə 26.004,11 manat, habelə vergi tutulan əmə liyyatların aparıldığı vaxt ayrı-ayrı aylar üzrə düzgün müəyyən edilmədiyindən və ƏDV üzrə əvəzləşdirmənin düzgün aparılmaması səbəbindən ƏDV üzrə ümumilikdə 15.179,8 manat əlavə hesablama aparılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-1(82)3077/2016 saylı qərarı ilə (hakim Zaur Tağıyev) iddia təmin edilməmişdir. Həmin məhkəmə hesab etişdir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan tərəfindən həmin aktın qəbul olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu öz təsdiqini tapmışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 2-1(103)-872/2017 saylı qərarı ilə (sədrlik edən Həmid Həmidov, h akimlər Elmira Nağıyeva və Elşanə Vəliyeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli, 2-1(102)-1881/2017 saylı qərarı ilə (sədrlik edən Nigar Rəsulbəyova, hakimlər Zakir Quliyev və İlqar Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qərarı ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası bildirmişdir ki, apellyasiya məhkəməsi cavabdeh tərəfindən hesablanmış vergi məbləği ilə razılaşsa da, öz mövqeyini əsaslandırma mış, iddiaçı tərəfindən təqdim olunmuş hansı sənədlərin uçot baza məlumatları ilə öz təsdiqini tapmaması, o cümlədən hansı sənədlərin cavabdeh tərəfindən xərc sənədi kimi qəbul edilməməsinə dair araşdırma aparmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, vergi qanunvericiliyi vergi ödəyicisi tərəfindən hüquq pozuntusunun törədildiyi andan 3 il keçdiyi təqdirdə onun məsuliyyətə cəlb olunmasını istisna etdiyindən, cavabdeh iddiaçının barəsində 2009-2012-ci illər üzrə ödəmə mənbəyində tutulan vergi, 2010-2012-ci illər üzrə ƏDV, 2011-2012-ci illər üzrə mənfəət vergisi hesablamaqda haqlı olmamış, apellyasiya məhkəməsi isə buna hüquqi qiymət verməmişdir. Bundan başqa bildirilmişdir ki, cavabdeh tərəfindən iddiaçının barəsində ödəmə mənbəyində tutulan vergi üzrə əlavə hesablama mütəxəssis rəyi nə əsasən aparılsa da, apellyasiya məhkəməsi hesablamanın hansı qaydada və hansı sənədlər əsasında aparılması istiqamətində də heç bir araşdırma aparmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-1(103)-261/2018 saylı qərarı ilə (sədrlik edən Cahangir Yusifov, hakimlər Valeh Ağayev və Afaq Nuriyeva) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia qismən təmin edilmişdir. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxx 2016-cı il tarixli, **********028354 saylı qərarı qismən, 14516,68 manat mənfəət vergisi, 8459,23 manat əlavə dəyər vergisi, 26004,11 manat ödəmə mənbəyində tutulan vergi, eləcə də, büdcəyə hesabla nmalı verginin azaldılmasına və hesabatın vaxtında təqdim edilmədiyinə görə 3654 manat maliyyə sanksiyası hesablanması ilə əhatə olunan, ümumilikdə, şirkətin 52274 manat məbləğindəəlavə vergi məsuliyyətinə cəlb edilməsi hissəsində, kameral yoxlamanın nəticələrinə dair “Vergilərin hesablanması barədə” xx xxx 2016-cı il tarixli, **********023400 saylı qərarı isə tam ləğv edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-1(102)-1266/2018 saylı qərarı ilə (sədrlik edən Azər Hüseynov, hakimlər Rahib Nəbizadə və Xəqani Məmmədov) kassasiya şikayə ti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qərarı qismən “Vergilərin hesablanması barədə” xx xxx 2016-cı il tarixli, **********023400 saylı qərarının ləğv edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə həmin məhkəməyə göndərilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası bildirmişdir ki, cavabdeh inzibati orqanın mübahisələndirilən qərarı 2009-cu ildən 2012-ci ilin 2-ci rübünə qədər olan dövr üzrə hesablanmış vergilər üzrə vergi qanunvericiliyi ilə müəyyən edilmiş tələbetmə müddəti ötürüldüyündən həmin hissədə, iddiaçıya “xxxx” ASC tərəfindən ödənilmiş 320.000 manat pul vəsaitinin 40.000 manat istifadə olunmamış hissəsi nağd şəkildə banka qaytarıldığından 2014-cü il üzrə 6.120 manat ƏDV-nin hesablanması və 3.060 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində, habelə mənbəyi bəlli olmayan məlumatlar əsasında tərtib olunmuş mütəxəssis rəyinə əsasən ödəmə mənbəyində tutulan vergi üzrə 26.004,11 manat və verginin azaldılmasına görə 554 manat vəsaitin hesablanması hissəsində qanuni və əsaslı olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-308/2019 saylı qərarı ilə (sədrlik edən Ülvi Mayılov, hakimlər Mirzə Tağızadə və Kəmalə Abiyeva) apellyasiya şikayəti yoxlanılan hissədə təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı apellyaisya şikayəti üzrə yoxlanılan hissədə ləğv edilmiş, iddia həmin hissədə təmin edilmiş, cavabdehin “Vergilərin hesablanması barədə” xx xxx 2016-cı il tarixli, **********023400 saylı qərarı ləğv edilmişdir. Həmin qərardan cavabdeh kassa siya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(102)-1782/2019 saylı qərarı ilə (sədrlik edən Kəmaləddin Bədəloov, hakimlər İlqar Dadaşov və Qəhrəman Allahverdiyev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qərarı ləğv eidlmiş, cavabdehin “Vergilərin hesablanması barədə” xx xxx 2016-cı il tarixli, **********023400 saylı qərarının ləğv edilməsi məsələsinə təkrar baxılması üçün iş həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası bildirmişdir ki, iddiaçı mübahisələndirilən qərarı aldığı vaxtdan 3 ay müddətində yuxarı vergi orqanına şikayət vermək hüququndan istifadə edərək xx xxxxxx 2016-cı il tarix li inzibati şikyətlər Vergilər Nazirliyinə müraciət etmişdir. İddiaçı məhkəmə qarşısında iddia qaldırmaq üçün 30 günlük müddəti ötürdüyündən, verdiyi izibati şikayət üzrə yuxarı vergi orqanı tərəfindən qəbul ediləcək qərarı gözləməli olduğu halda bunu etməmiş, müddətin ötürülməsinə baxmayaraq xx xxxxxx 2016-cı il tarixdə məhkəmə qarşısında iddia qaldırmış, eyni predmtlə bağlı iddianın qaldırılması səbəbindən isə, yuxarı vergi orqanı tərəfindən onun şikayəti üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2376/2019 saylı qərardadı ilə (sədrlik edən İlham Əhmədov, hakimlər Səriyyə Seyidova və Vidadi Məmmədov) ) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı müb ahisələndirilən hissədə, yəni cavabdehin “Vergilərin hesablanması barədə” xx xxx 2016-cı il tarixli, **********023400 saylı qərarın ləğv edilməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə mümkün sayılmamışdır. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçı birinci növbədə qərarın alındığı vaxtdan 3 ay müddətində yuxarı vergi orqanına şikayət vermək hüququndan istifadə edərək inzibati şikayətlə müraciət etmiş, artıq məhkəməyə müraciət edilməsi ilə bağlı qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürmüşdür. İddiaçı məhkəmədə yenidən iddia qaldırmaq üçün mütləq qaydada yuxarı vergi orqanına ünvanladığı inzibati şikayət üzrə qəbul ediləcək yekun qərarı gözləməli idi. Lakin qərarı gözləmədən 30 günlük iddia verilməsi müddətini ötürməklə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Gəldiyi nəti cəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.2, 62.3, 64-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardaddan iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsi və xx xxx 2016-cı il tarixli, **********023400 saylı inzibati aktın ləğv və ya dəyişdirilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı kassasiya şikayətində bildirmişdir ki, cavabdehin qəbul etdiyi xx xxx 2016-cı il tarixli, **********023400 saylı inzibati aktın ləğvi ilə bağlı qaldırdığı iddia mübahisələndirmə haqqında iddia növünə düzgün olmayaraq aid edilmişdir, artıq icra edilmiş inzibati aktın qanunsuz sayılması iddia növünə aiddir. Artıq icra olunmuş inzibati aktın qanunsuz sayılması Azərbaycan Respublikası İPM-nin 36.2-ci maddəsinin tələbinə görə, müəyyən etmə və ya tanınma haqqında iddia növünə aiddir. Qeyd edilən halda sonuncu iddia növü ilə bağlı müddət qeyd edilməmişdir. Məhkəmə tərəfindən iddia növünün əvəzləşdirilməsində köməklik göstərilməmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 36.2, 38, 13, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.3-cü maddəsinə istinad etmişdir. Kassasiya şikayətinə etiraz Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürməsi iş materialları ilə öz təsdiqini tapmış, iddiaçı apellyasiya məhkəməsi nin qərardadından kassasiya şikayəti versə də, şikayətində işin faktiki halları ilə bağlı formal mülahizələrini təkrarlamış, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması hallarının konkret olaraq nədən ibarət olduğunu şikayətində əsaslandırmamışdır. Etirazda göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 62.2, “Elektron sənəd mübadiləsi haqqında” xx xxxx 2013-cü il tarixli müqavilənin 2.1.1, 2.7, 4.1.7-ci bəndlərinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdirlər. Məhk əmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmişdirlər. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı birinci növbədə qərarın alındığı vaxtdan 3 ay müddətində yuxarı vergi orqanına şikayət vermək hüququndan istifadə edərək xx xxxxxx 2016-cı il tarixli inzibati şikayətlə Vergilər Nazirliyinə müraciət etmişdir. İddiaçı artıq məhkəməyə müraciət edilməsi ilə bağlı qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürmüşdür. İddiaçı inzibati şikayətə baxılması ilə əlaqədar yekun qərarın qəbul edilməsini gözləmədən, aşkar surətdə 30 günlük iddia verilməsi müddətini ötürməklə, yəni xx xxxxxx 2016-cı il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçının yuxarı vergi orqanına ünvanlandığı xx xxxxxx 2016-cı il tarixli inzibati şikayəti ilə əlaqədar icraata, eyni iddia predmeti ilə məhkəmə müraciət etdiyi üçün xx xxxxxxxx 2016-cı il tarixli, **********589200 nömrəli qərarla xitam verilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərardadın ləğv olunması xahiş edildiyind ən, məhkəmə kollegiyası həmin qərardadın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verilmədiyini apellyasiya məhkəməsi müəyyən etmiş və iddiaçı tərəfindən məsələ mübahisələndirilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı məhkəməyə müraciət edilməsi ilə bağlı qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürmüşdür. İddiaçı məhkəmədə yenidən iddia qaldırmaq üçün mütləq qaydada yuxarı vergi orqanına ünvanladığı inzibati şikayət üzrə qəbul ediləcək yekun qərarı gözləməli idi. Lakin qərarı gözləmədən 30 günlük iddia verilməsi müddətini ötürməklə məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyindən, iddianın mümkünlük şərti ödənilməmiş dir. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, inzibati aktın ləğvi ilə bağlı qaldırdığı iddia mübahisələndirmə haqqında iddia növünə düzgün olmayaraq aid edilmişdir, artıq icra edilmiş inzibati aktın qanunsuz sayılması iddia növünə aiddir ki, bu növ iddianın qaldırılması üçün müddətlərə riayət edilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası dəlillə razılaşmadığını aşağıdakılardan irəli gəldiyini qeyd edir. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia va sitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər; - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır; - 38.1-ci maddə sinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Müddəaların tələblərinə görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər mübahisələndirmə haqqında iddia növünə də aiddir. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması və müddətlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Mübahisələndirmə iddia növü ilə iddiaçı onun hüquq və vəzifələrinə müdaxilə edən inzibati orqanın qəbul etdiyi inzibati aktın ləğv və ya dəyişdirilməsini xahiş edir. Mübahisələndirilən inzibati akt icra edildiyi təqdirdə, onun ləğvi ilə birlikdə iddiaçı həmin inzibati aktın icrası ilə bağlı yaranmış nəticələrin da aradan qaldırılmasınıtələb edə bilər. Sonuncu məsələnin həlli Azərbaycan Respublikası İPM-nin həmçinin aşağıdakı müddəalarında da öz əksini tapmışdır: - 70.3-ci maddəsinə əsasən, inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər; - 71.1-ci maddəsinə əsasən, inzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticə lərini aradan qaldırmaq barədə öhdəlik qoya bilər. Maddələrin tələblərinə görə, inzibati aktın qanuna zidd olduğu hallarda məhkəmə həmin aktı ləğv etməklə iddiaçının əlavə olaraq verdiyi ərizəsi əsasında icra edilmiş inzibati aktın nəticələrinin aradan qaldırılması məqsədilə inzibati orqanın üzərinə müvafiq öhdəliyin yerinə yetirməsi barədə qərar qəbul edə bilər. Yuxarıda göstərilmiş maddələrin sonuncu maddələrlə əlaqəli təhlili o nəticəni yaradır ki, mübahisələndirmə haqqında iddia növünün qaldırılması üçün inzibati aktın icra edilib-edilməməsi əhəmiyyətə malik deyildir, çünki həm icra edilmiş, həm də icra edilməmiş inzibati akt ləğv oluna bilər. İcra edilmiş qanunsuz inzibati akt ləğv edildiyi halda, onun icrası ilə bağlı yaranmış nəticələrin aradan qaldırılmasının prosessual imkanları n əzərdə tutulmuşdur. Bu iddia növündən fərqli olaraq müəyyən etmə və ya tanınma haqqında iddiaya münasibətdə Azərbaycan Respublikası İPM-nin: - 2.2.5-ci maddəsinə əsasən, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 36.1-cı maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər; - 36.2-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər; - 36.3-ci mad dəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər; - 36.4-ci maddəsinə əsasən, hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Sadalanmış maddələrin tələblərindən isə göründüyü kimi, qeyd edilmiş iddia növü üzrə iddianın predmetini aşağıdakı məsələlər təşkil edə bilər: (1) iddiaçı və inzibati orqanarasında olan mübahisəli hüquq münasibətinin aydınlaşdırılmasının müəyyən edilməsi, (2) yaxud inzibati aktın etibarsız olmasının müəyyən edilməsi, (3) yaxud artıq icra olunmuş inzibati aktın q anunsuz olmasının müəyyən edilməsi. İddiaçı hesab etmişdir ki, onun qaldırdığı iddia o əsasla müəyyən etmə və ya tanınma haqqında iddia növünə aid oluna bilər ki, onun barəsində qəbul edilmiş inzibati akt artıq icra edilmişdir. Mübahisələndirmə haqqında iddia növü müəyyən etmə və ya tanınma haqqında iddia növü ilə eyniliki təşkil etdiyindən, onun tələbi daha uyğun olan iddia növü üzrə qiymətləndirilməli idi. Məhkəmə kollegiyası iddiaçının bu dəlili ilə o əsasla razılaşmır ki, qeyd edilmiş iddialar inzibati prosessual qanunvericiyin yuxarıda əks olunmuş tələblərinə uyğun olaraq müxtəlif növ iddialara aiddir, bir-biri ilə eynilik təşkil etmir və onlar bir-birini əvəz edə bilməz. Belə ki, yuxarıda qeyd edildiyi kimi, mübahisələndirmə iddia növü üzrə icra edilmiş qanunsuz inzibati akt ləğv olu nmaqla, onun nəticələrinin aradan qaldırılması mümkünlüyü nəzərdə tutulmuşdur. Bu iddia növündən fərqli olaraq müəyyən etmə və tanınma haqqında iddia növü üzrə artıq icra edilmiş inzibati akt yalnız qanunsuz hesab edilir. Başqa sözlə, iddiaçının hüquq münasibətlərinin qısa müddət ərzində müəyyənləşdirilməsində yalnız hüquqi, iqtisadi və ya ideya xarakterli marağı olur, çünki həmin qanunsuz inzibati aktın nəticələrinin aradan qaldırılması artıq mümkün deyildir. Göstərilən əsaslara görə müəyyən etmə və tanınma haqqında iddia yalnız o halda verilə bilər ki, iddiaçının marağına cavab verən məsələnin həlli üçün digər növ iddiaların qaldırılması qeyri-mümkündür. Bu səbəbdən həmin növ iddia xüsusilə öhdəliyin icrası haqqında və müddətlərlə bağlı olan iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır, çünki bu növ iddiadigər iddia növləri üçün nəzərdə tutulmuş mümkünlük şərtlərindən yayınmağa xidmət etmir. Apellyasiya məhkəməsi iddianı mübahisələndirmə haqqında iddia növünə aid etməklə, həmin növ iddia üzrə mümkünlük şərtlərini yoxlamış və müddətlərə riayət edilməməsi əsası ilə iddianı mümkün hesab etməmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu hissədə apardığı hüquqi qiymətləndirməni inzibati prosessual qanunvericiliyin tələblərinə uyğun olduğunu qeyd edir. Kassasiya şikayətinin digər dəlilində iddiaçı bildirmişdir ki, məhkəmə tərəfindən iddia növünün əvəzləşdirilməsində köməklik göstərilməmişdir. Məhkəmə kollegiyası bu dəlillə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İPM-nin: - 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən forma l xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur; - 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddələrin tələblərindən göründüyü kimi, iddia tələbləri ilə bağlı məhkəmənin yardım etmək vəzifəsi yol verilən formal xətaların aradan qaldırılmasından, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsindən və yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasından ibarətdir. Eyni zamanda, t ələbə qiymət verərkən, məhkəmə iddia tələbindən kənara çıxmamalıdır. İddiaçı tərəfindən verilmiş iddia tələbində formal xəta olmamış, tələb aydın surətdə inzibati aktın ləğvindən ibarət olmuş və müvafiq iddia növü kimi verilmişdir. Qeyd edilənləri nəzərə almaqla aşağı instansiya məhkəmələri düzgün olaraq qaldırılmış tələb üzrə qiymətləndirməni aparmaqla nəticəyə gəlmişdirlər. Beləliklə, Ali Məhkəmənin İnzibati Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərardadın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.9-cı maddəinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Şirkətinin direktoru xxx1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2376/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar