Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-135/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: inzibati orqana müraciət etmədən birbaşa məhkəməyə müraciət etdiyinə görə iddianın mümkün sayılmaması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak M əsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr 2020-ci il tarixli 2-1(105)-359/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 2003-cü ildə Quba rayonu, İİ Nügədi kəndi ərazisində vətəndaşların mülkiyyətində olan torpaq sahələrini onlardan alqı-satqı vasitəsilə almışdır. Daha sonra o, həmin müqavilələri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim etməklə həmin torpaq sahələrinə mulkiyyət hüquqlarını əldə etdiyini təsdiq edən dovlət aktları almışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AK TLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq, JN 2715 saylı 30320018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətində olan 2715Z, 2715D, 2715A, 2715B, 27150, 2715P, 2715J, 2715R, 2715E, 2715, 2715V, 2715K, 2715C, 2715T, 2715L, 2715U,2715S və 2715 H saylı, həmçinin JN 2717 saylı 30320018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətində olan 2717İ, 2717J, 2717K, 2717 F, 2717G, 2717H, 2717C, 2717E, 2717L, 2717D, 2717, 2717A, 2717 M, 2717N, 2717O, 2717 P, 2717 Q, 2717 V, 2717 X, 2717B, 2717R, 2717S, 2717 U, 2717V, 2717 X, 2717Y, 2717Z saylı torpaq sahə lərinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
3. Sumqayıt İnzibati Məhkəməsinin 01.06.2020-ci il tarixli 2-1(118)-843/2020 nömrəli qərarı ilə (hakim C.Məmmədov) iddia təmin edilmişdir.
4. Birinci instansiya məhkəməsi hesab etmişdir ki “Daşınmaz Əmlakın Dovlət Reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatı oz hüquqi quvvəsini saxlayır.
5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr 2020-ci il tarixli 2-1(105)-359/2020 nömrəli qərardadı ilə (hakimlər H.Babayeva (sədrlik edən və məruzəçi), Z.Məmmədo v və M.Rzayev) apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 01 iyun 2020-ci il tarixli 2-1(118)-843/2020 saylı qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır.
7. Apelyasiya instansiyası məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, iddiaçı həmin tələblə ilkin olaraq inzibati orqana müraciət etməmişdir.
8. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlillə ri
9. Kassasiya şikayətinin dəlillərinə görə, o həmin torpaq sahələrini vətəndaşlardan notariat qaydada alqı-satqı vasitəsi ilə almışdır. Hal-hazırda torpaq sahləri vətəndaşların adlarına qaldığından pandemiya ilə bağlı verilən 190 manat məbləğləri ala bilmirlər. Bu bürokratik süründürməçilikdən vətəndaşlar əziyyət çəkir, onlara dəymiş maddi ziyanı ondan tələb edirlər. Sumqayıt İnzibati Məhkəməsinin qəbul etdiyi qərar qanuni və əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları müəyyən edilmişdir. Lakin cavabdeh qeyd edilən əsasların heç birinə istinad etmədən tələbin təmin olunmasından imtina etmişdir. b. Kassasiya şikayətinə qarşı etiraz Kassasiya şikayəti nə qarşı etiraz daxil olmamışdır. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina o lunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarı. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
14. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişd ir, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
16. İlkin olaraq bildirilir ki, işə baxmış məhkəmə verilmiş iddianın mahiyyəti üzrə araşdırılmasınadək iddianın mümkünlük şərtlərini yoxlamaqda haqlı olmuşdur.
17. Çünki iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir və məhkəmə iddianın mümkünlük şərtlərinin mövcudluğunu tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
18. Mümkünlük şərtlərinin araşdırılması çərçivəsində aparılan dəyərləndirmə, həm də verilmiş iddia növü üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğunun yoxlanılmasını tələb edir («İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9-cu bəndi).
19. Əgər qanunda verilmiş iddia növü üzrə iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, inzibati orqan onun müraciətinin təmin olunmasından imtina etdiyi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciəti cavablandırılmadığı halda məhkəməyə müraciət edilməsi müəyyən olunubsa və iddiaçı məhkəməyədək bu qaydaya riayət etməmişdirsə, iddia mümkün sayılmaya bilər.
20. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
21. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də hazırki iddianın mümkün sayılmamasını iddiaçının məhkəməyə qədər inzibati orqana - cavabdehə müraciət etməməsi ilə əsaslandırmışlar.
21. Məhkəmənin gəldiyi nəticə əsaslıdır. Çünki Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li q ərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri).
22. Həmçinin iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.
23. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı JN 27 15 saylı 30320018 kodlu, həmçinin JN 2717 saylı 30320018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətində olan torpaq sahələrinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir.
24. İşin hallarından iddiaçının hazırki iddia üzrə torpaq sahəsi üzərinə hüquqlarının qeydiyyata alınması ilə bağlı məhkəməyə müraciət etməmişdən öncə eyni tələbi əks etdirən müvafiq ərizə ilə cavabdehə müraciət etməsi müəyyən olunmur.
25. Apelyasiya instansiyası məhkəməsi bildirmişdir ki, məhkəmə kollegiyasının araşdırması nəticəsində iş materiallarına əlavə olunmuş iddiaçı tərəfindən cavabdehə ünvanlanmış müraciətin-ərizənin məzmunundan görünür ki, iddiaçı Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən torpaqların- JN 2715, JN 2717 və JN 2649 saylı torpağa mülkiyyət h üququna dair dövlət aktlarının kitablarda qeydiyyatdan keçməsi barədə məlumat almaq üçün cavabdehə müraciət etmişdir.
26. İddiaçının müraciətinə cavab olaraq cavabdeh bildirmişdir ki, JN-2715 KOD 30320018 nömrəli, JN-2717 KOD 30320018 nömrəli, “Torpağa mülkiyyət hüququn dair dövlət aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçməmişdir.
27. Göründüyü kimi, iddiaçının 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət məktubunun məzmunu daşınmaz əmlaka dair arxiv məlumatlarının əldə edilməsi ilə bağlı olmuş və Ərazi İdarəsi tərəfindən iddiaçıya göndərilən cavab məktubu hüquqların dövlət qeydiyyatının aparılmasından imtina olunması barədə deyildir.
28. Bundan başqa, apelyasiya ins tansiyası məhkəməsi bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin əlavə edilməsi əsasında aparılır.
29. İstinad olunan normadan da göründüyü kimi hüquqlarının dövlət qeydiyyatının aparılmasını arzulayan hüquq sahibi ilk öncə belə bir ərizə ilə inzibati orqana müraciət etməlidir.
30. Hazırki halda isə iddiaçı inzibati orqana müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir.
31. İşə baxmış birinci instansiya məhkəməsi isə, iddiaçı ilə cavabdeh arasında mübahisəli torpaq sahələrinə dair hüquqların qeydiyyata alınması ilə bağlı mübahisənin mövcud olub-olmamasını araşdırmamış, bununla bağlı iddianın mümkünlüyünə hüquqi qiymət verilməmişdir.
32. İşin bu halları o nəticəyə gəlməyə əsas verir ki, işə baxan məhkəmə qaldırılmış iddianın mümkünlüyünü yoxlamadan, mahiyyəti üzrə baxıb qərar qəbul etmişdir.
33. İddiaçının apelyasiya məhkəməsinin qəradadı çıxarılandan sonra cavabdehə müraciət etməsi və cavabdehin iddiaçının adına çıxarış verməkdən imtina etməsi, apelyasiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyildir.
34. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr 2020-ci il tarixli 2-1(105)-359/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qətidir.