Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-135/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü; müddət ötürülüb) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.07.2021-ci il tarixli 2-1(103)-760/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı iddia ərizəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddiaçıya güzəşt li şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, təyin edilmiş əmək pensiyasının təyin edilməli olduğu 55 yaşdan hal-hazıradək fərqin müəyyən edilərək cavabdehdən tutularaq, birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 08.10.2020-ci il tarixli, 2-1(112)-3745/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.07.2021-ci il tarixli 21(103)-760/2021 nömrəli qərarına əsasən apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 08.10.2020-ci il tarixli, 2-1(112)-3745/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Məhkəmə qərarı iddiaçıya 02.08.2021-ci il tarixində təqdim edilmişdir.
5. İddiaçı 30.09.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.07.2021-ci il tarixli 2-1(103)-760/2021 nömrəli qərarının ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı 10.12.2021-ci il tarixində məhkəməyə vəsatət təqdim edərək ötürülmüş prosessual müddəti üzrlü sayaraq kassasiya şikayətinin mümkün hesab edilməsini xahiş etmişdir.
7. Vəsatəti belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı onun ünvanına deyil, nümayəndəsi olmuş şəxsin ünvanına göndərilmiş və iddiaçının bundan xəbəri olmamışdır. Həmin qərarın iddiaçının nümayəndəsinin ünvanına göndərilməsindən 28.09.2021-ci il tarixində xəbəri olmuşdur. Bundan sonra da dərhal vəkil i lə müqavilə bağlanmış və kassasiya şikayəti hazırlanaraq 30.09.2021-ci il tarixində poçt vasitəsilə göndərilmişdir. Bundan başqa, iddiaçı 81 yaşı olmaqla müxtəlif xəstəliklərdən əziyyət çəkir. TƏTBİQ EDİLƏN HÜQUQ
8. İnzibati Prosessual Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.
9. Həmin Məcəllənin 20.3-cü maddəsinə əsasən məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddə lərinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir.
10. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
11. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
12. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir.
13. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
14. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
15. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri ndən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.
16. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. İddiaçı müddətin bərpası barədə vəsatət təqdim etsə də, məhkəmə kollegiyası vəsatətin dəlillərini əsassız hesab edir. Belə ki, iddiaçının qərardadının onun ünvanına yox, nümayəndəsinin ünvanına göndərilməsi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərardadın 8-16-cı bəndlərində göstərilən normaların məzmunundan aydın olur ki, məhkəmə aktı iddiaçının nümayəndəsinə təqdim edildiyi hallarda da məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
18. Bununla yanaşı, işin hallarından görünür ki, mübahisələndirilən qərar iddiaçının ünvanına 02.08.2021-ci il tarixində çatdırılmış və özünə təqdim edilmişdir (iş v. 100). İddiaçı isə 30.09.2021-ci il tarixində kassasiya şikayəti verərək məhkəmə qərarından şikayət verilməsi üçün nəzərdə tutulmuş 1 ay müddətini ötürmüş, hazırkı qərardadın 10-cu bəndində qeyd olunan prosessual hüquq normalarının tələblərini pozmuşdur.
19. Məhkəmə kollegiyası, iddiaçının vəsatətində sadaladığı digər halları da üzrlü hal hesab etmir. İddiaçı kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti üzrsüz səbəbdən ötürmüşdür. Odur ki, iddiaçının kassasiya şikayəti mümkün sayılmamalıdır.
20. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.07.2021-ci il tarixli 21(103)-760/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. İddiaçının kassasiya şikayətinin qəbulundan imtina edilsin.