Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-135/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsinin təyinatının düzgün qeyd edilərək çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazir liyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “RX seriyalı 000911 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda torpaq sahəsinin təyinatının sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar qeyd edilməklə yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-238/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Seriya MH ******* №-li (300805401 qeydiyyat nömrəli) çıxarışa əsasən Qax rayonu İlisu kəndində yerləşən 0.5 ha torpaq sahəsi X7 mülkiyyətindədir. Torpaq sahəsinin təyinatı – “kənd təsərrüfatı təyinatlı torpaqlar”, məqsədli istifadə növü - “əkin” qeyd edilmişdir.
2. JN-0753 kod 40308018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Qax rayonu İlisu kənd bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 04 saylı qərarı ilə X2 təsərrüfatı məqsədi ilə 1.00 hektar torpaq sahəsinin satıldığı qeyd edilmişdir.
3. Qax rayon İlisu bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 5 saylı iclas protokolundan çıxarışa əsasən Bakı şəhər sakini X3 “Qarabulaq” sahəsindən kənd təsərrüfatı məqsədi ilə 1.0 ha torpaq sahəsi satılmışdır.
4. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının naturada istifadə etdiyi t orpaq sahəsi 0.48 hektardır. Elektron məlumat bazasında həmin torpaq sahəsi Qax rayonu İlisu kəndinin kompleks yerquruluşu layihələrinə əsasən kənd təsərrüfatına yararsız daşlıq, qumluq ərazilər kimi işlənilmişdir. Həmin torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDRX tərəfindən verilmiş seriya MH ******* reyestr nömrəsi **********86 saylı Çıxarışa əsasən hüquq sahibi olan iddiaçınındır.
5. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının naturada istifadə etdiyi torpaq sahəsi 0.48 hektardır. Elektron məlumat bazasında həmin torpaq sahəsi Qax rayonu İlisu kəndinin kompleks yerquruluşu layihələrinə əsasən kateqoriyası sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq lara, uqodiyası sair sahələr (kənd təsərrüfatına yararsız, daşlıq, qumluq, şoranlıq) əraziyə aiddir. Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDRX tərəfindən verilmiş seriya MH-0009111, reyestr nömrəsi **********88 saylı Çıxarışa əsasən hüquq sahibi olan iddiaçınındır.
6. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, qeyd olunan torpaq sahəsi Qax rayonu İlisu kəndinin kompleks yerquruluşu xəritəsində (“dwg” xəritə materiallarında kodu 8011 olmaqla) kənd təsərrüfatında istifadə olunmayan torpaqlar, şoranlıqlar kimi qeyd olunmuşdur. 7. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Şəki İnzibati Məhkəməsinin icraatında olan 2-1(116)37/2022 nömrəli mülki iş üzrə mübahisəli torpaq sahəsinin kateqoriyasının müəyy ənləşdirilməsi ilə bağlı əvvəllər təqdim olunmuş məlumatların dürüstləşdirilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ünvanladığınız məktuba aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 21(116)-576/2021 nömrəli müraciəti əsasında Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Şəki Layihə-Tədqiqat idarəsinin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilərkən sözügedən torpaq sahəsinin yararsız olduğu, faktiki olaraq kənd təsərrüfatı məqsədləri üçün istifadə edilmədiyi və həmin torpaq sahəsinə qonşu və ona yaxın ərazilərdə yerləşən digər torpaq sahələrinin bir hissəsinin yaşayış məntəqələri torpaqları, bir hissəsinin isə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kimi qeydiyyata alındığı müəyyən edilmişdir. Bu səbəbdən ərazinin faktiki istifadə vəziyyəti və eləcə də baza məlumatlarında (kompleks yerquruluşu layihəsində) kənd təsərrüfatına yararsız daşlıq, qumluq ərazi kimi qeyd olunduğu nəzərə alınaraq sözügedən torpaq sahəsinin sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aid olması barədə rəy verilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyində olan Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin müvafiq layihə-tədqiqat idarələri, o cümlədən Şəki Layihə-Tədqiqat İdarəsi struktur islahatı ilə bağlı ləğv edildiyindən İddiaçı iddia etdiyi torpaq sahəsi ilə əlaqədar “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin arxiv və elektron məlumat bazasında araşdı rma aparılarkən tədqiq olunan ərazinin faktiki olaraq kənd təsərrüfatı məqsədləri üçün istifadə edilmədiyinə baxmayaraq mülkiyyətçiyə ilkin verilmiş JN 753 saylı (kod ********) “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı’nda torpağın məqsədli istifadə növü kənd təsərrüfatı kimi, həmçinin sözügedən 0,50 ha torpağa verilmiş ******* nömrəli çıxarışda həmin sahənin kateqoriyası kənd təsərrüfatı torpaqları kimi qeyd olunmuşdur.
8. Cavabdehin xx.xx.2020-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
9. İddiaçı 9 fevral 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, “mülkiyyətində olan Qax rayonu İlisu kəndində yerləşən 0,5 ha torpaq sahəsinə dair RX seriyalı 000911 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın dəyişdirilməsi, “Təyinatı (kateqoriyası)” sətrində - “digər” qeyd edilməklə yeni Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi – hüquq varisi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi il ə əvəz edilmişdir.
11. İddiaçı, tələbində qeyd etmişdir ki, mülkiyyətində olan torpaq sahəsinin kənd təsərrüfatı ehtiyacları üçün yararlı olmadığı, məqsədli təyinatı və hüquqi rejimi baxımından torpağın hansı kateqoriyaya aid olduğu bilinmədiyi və torpaq sahəsi faktiki olaraq kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün yararlı olmadığı halda müvafiq hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin məqsədli təyinatı və hüquqi rejimi baxımından kateqoriyası “kənd təsərrüfatı təyinatlı” torpaqlar, uqodiyası isə əkin kimi göstərilmişdir.
12. İddiaçı tələbini dəqiqləşdirərək cavabdehin üzərinə RX seriyalı 000911 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda torpaq sahəsinin təyinatının sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar qeyd edilməklə yeni çıxarışın ve rilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
13. Cavabdeh, iddia ərizəsinə qarşı etiraz olaraq bildirmişdir ki, iddiaçı DTXK-nın Qax rayon şöbəsi tərəfindən verilmiş kod 40308018, JN-753 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Qax rayonu, İlisu kəndində yerləşən 1.0 ha torpaq sahəsinin 0.50 ha hissəsini Qax DNK-nın 17 iyul 2008-ci il tarixli, 4Ə-395 saylı alqı-satqı müqaviləsi ilə iddiaçıya satmış, sonuncunun adına 03 sentyabr 2008-ci il tarixdə ********* qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Torpağa mülkiyyət hüququna dair Dövlət aktına və Qax rayonu, İlisu kəndinin kompleks yerquruluşu xəritəsinə əsasən 03 sentyabr 2008-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarı ş verilərkən torpaq sahəsinin kateqoriyası “kənd təsərrüfatı təyinatlı torpaqlar” olaraq göstərilmişdir. Qax rayonu İlisu kəndinin kompleks yerquruluşu xəritəsində sözügedən torpaq sahəsinin kateqoriyası “yaşayış məntəqələri torpaqları” və “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara” aid olmadığından həmçinin Azərbaycan Respublikasında məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq ərizəçinin ərazi idarəsinə ünvanladığı müraciətdə göstərdiyi “digər” torpaq kateqoriyası mövcud olmadığından müraciətin təmin edilməsi mümkün olmamışdır.
14. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-37/2022 nömrəli, 31 may 2022-ci il tarixli qərarı ilə (hakim V.Ə.Musayev) iddia təmin edilmiş, RX seriyalı 000911 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda torpaq sahəsinin təyinatı nın sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar qeyd edilməklə, yeni çıxarışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
15. Məhkəmə qeyd etmişdir ki, cavabdeh orqan sözügedən torpaq sahəsinin xüsusiyyətləri barədə məlumat verərəkən həmin torpaq sahəsinin Qax rayonu İlisu kəndinin kompleks yerquruluşu xəritəsində (“dwg” xəritə materiallarında kodu 8011 olmaqla) kənd təsərrüfatında istifadə olunmayan torpaqlar, şoranlıqlar kimi qeyd edildiyini, həmçinin Qax rayonu İlisu kəndinin kompleks yerquruluşu xəritəsinə əsasən torpaq sahəsinin kateqoriyasının “kənd təsərrüfatı təyinatlı torpaqlar” olaraq göstərildiyini bildirmişdir.
16. İş üzrə mütəxəssis qismində cəlb edilmiş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Elektron məlum at bazasında həmin torpaq sahəsinin Qax rayonu İlisu kəndinin kompleks yerquruluşu layihələrinə əsasən kateqoriyası - sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara, uqodiyası sair sahələr (kənd təsərrüfatına yararsız, daşlıq, qumluq, şoranlıq) əraziyə aid olmasını bildirmişdir.
17. Məhkəmə qeyd etmişdir ki, həm cavabdeh orqan, həm də Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti PHŞ torpaq sahəsinin kateqoriyası ilə bağlı məlumat verərkən Qax rayonu İlisu kəndinin kompleks yerquruluşu layihələrinə və Elektron məlumat bazasına istinad etmişlər. Lakin, buna baxmayaraq torpaq sahəsinin kateqoriyası ilə bağlı müvafiq qurumlar fərqli məlumatlar təqdim etmişlər.
18. Yaranmış ziddiyətə aydınlıq gətirilməsi üçün Azərbaycan Respublikası İqtisadiyat Nazirliyinə sorğu verilmi ş, verilmiş sorğu aidiyyəti üzrə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-ə yönəldilmiş və sonuncu, mübahisələndirilən torpaq sahəsinin kateqoriyasının müəyyən edilməsi ilə bağlı cavab məktubunda sözügedən torpaq sahəsinin baza məlumatlarında (kompleks yerquruluşu layihəsində) kənd təsərrüfatına yararsız daşlıq, qumluq ərazi kimi qeyd olunduğu nəzərə alınaraq sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aid olması barədə Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Şəki Layihə-Tədqiqat idarəsinin mütəxəssisləri tərəfindən rəy verildiyini bildirmişdir. Bununla da cavabdeh orqanın həmin torpaq sahəsinin “kənd təsərrüfatı təyinatlı” torpaq sahəsi olması ilə bağlı dəlilləri təkzib edilmişdir.
19. Cavabdeh apellyasiya şikayəti verərək qeyd olunan qərarın ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
20. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-238/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və M.A.Əsədli) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, iddia tələbi qismən təmin edilmişdir. Şəki İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli 21(116)-37/2022 nömrəli qərarı RX seriyalı 000911 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda 0.5 ha torpaq sahəsinin təyinatının sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar qeyd edilməklə, yeni çıxarışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilərək, cavabdehin üzərinə RX seriyalı 000911 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda 0.5 ha torpaq sahəsinin 0.48 ha hissəsinin təyinatının sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar qeyd edilməklə, yeni çıxarışın iddiaçıya verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində iddiaçının mülkiyyətində olan 0,5 ha torpaq sahəsinin 0.48 ha hissəsi kənd təsərrüfatına yararsız, daşlıq, qumluq ərazi kimi qeyd olunduğu nəzərə alınaraq sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aid olduğundan, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini tam təmin edər ək maddi və prosessual hüquq normalarını pozmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməlidir.
22. Bundan başqa cavabdeh inzibati orqan apellyasiya şikayətində göstərmişdir ki, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti tərəfindən həyata keçirilir. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 yanvar 2017-ci il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmişdir.
23. Apellyasiya məhkəməsi kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən, iddiaçının naturada istifadə etdiyi 0.48 ha torpaq sahəsinin kateqoriyası sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aiddir. Belə olan halda birinci instansiya məhkəməsi qərar qəbul edərkən yuxarıda qeyd edilən məlumatlara əsasən yəni, mübahisələndirilən hal-hazırkı vəziyyətdə olan torpağın hüquqi statusunu, kəmiyyət və keyfiyyət göstəricilərini nəzərə almışdır. Belə ki, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən, dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Göründüyü kimi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə mübahisələndirilən torpağı n bir kateqoriyadan digərinə keçirilməsi ilə bağlı olmamışdır.
24. Cavabdeh kassasiya şikayəti verərək qeyd olunan qərarın ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
25. Kassasiyaçı Torpaq Məcəlləsinin 9-cu maddəsinə istinad edərək qeyd etmişdir ki, apellyasiya məhkəməsi göstərilən maddi hüquq normasının pozulmasına yol verərək nəzərə almamışdır ki, hazırki iş üzrə Qax rayon İlisu bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 5 saylı iclas protokoluna əsasən X4 “Qarabulaq” sahəsindən kənd təsərüffatı məqsədi ilə 1.0 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsinə məhkəmə qərarına əsasən deyil ancaq AR Nazirlər Kabine tinin qərarına əsasən yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 Yanvar 2017-ci il tarixli 10 nömrəli qərarının 1.2,-ci bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir.
26. Bundan başqa Torpaq Məcəlləsinin 56.2-ci maddəsinə istinadən qeyd edilmişdir ki, məhkəmə kollegiyası nəzərə almamışdır ki, Qax rayon İlisu bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 5 saylı iclas protokoluna əsasən X4 “Qarabulaq” sahəsindən kənd təsərrüffatı məqsədi ilə 1.0 ha torpaq sahəsi satılmışdır. Yəni həmin torpaq sahəsi məhz kənd təsərrüfatına azyararlı və yarasız olduğunə görə satılmışdır. Əks halda “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında’’ Qanunun 6.3-cü madd əsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Torpaq Məcəlləsinin 86-cı maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. Yəni torpaq sahəsi X1 onun kənd təsərrüfatına yarasız olması əvvəldən məlum idi. Belə olan halda isə məhkəmə kollegiyasının torpaq sahəsinin kənd təsərrüfatına yararsız daşlıq, qumluq ərazilər olmasına istinad etməklə onun kateqoriyasının dəyişdirilməsini əsaslandırmaq cəhdi qanunvericiliyin tələblərinə ziddir. Bununla yanaşı iddiaçı həmin torpaq sahəsini məhz kənd təsərüfatı təyinatlı olduğu halda alqı-satqı etməklə 0.50 ha hissəsini almış, 03 sentyabr 2008-ci ildə ona çıxarış verilərkən torpaq sahəsinin təyinatı məhz kənd təsərrüfatı təyinatlı olması göstərilmişdir. Ərazi idarəsinin elektron məlumat bazasında həmin torpaq sahəsi Qax rayonu, İlisu kəndinin yerquruluşu layihələrinə əsasən uqodiyası digər sahələr (kəndə təsərrüfatına yararsız, daşqlıq, qumluq, şoranlıq) əraziyə aiddir. Beləliklə də, iddiaçı 2008-ci il tarixindən alqı-saqtı müqaviləsinə əsasən aldığı 0.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququ əldə edir, torpaq sahəsinin münbitliyinin yaxşılaşıdırılması üçün heç bir tədbir görmür, üstündən 14 il keçdikdən sonra torpaq sahəsini hələ də daşlıq, qumluq qalmasına görə torpaq sahəsinin sənayə nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoroyası qeyd edilməsinə nail olmaq üçün məhkəməyə müraciət edir.
27. Kassasiyaçı apellyasiya instansiyası məhkəməsi tərəfindən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulduğunu qeyd edərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
29. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə
9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi: Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondun u təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Maddə
12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi: 1.Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. 2.Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxi li yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. 3.Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. 4.Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir. 5.Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müv afiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar. Maddə 22.1 Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Maddə 56.2 Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. 30. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüq uqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar. 31. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
6. Dövlət torpaq kadastrının məlum atları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.
31. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına u yğun qəbul edilməlidir.
32. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
34. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi təl əb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rəd d etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
37. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
38. Əlavə olaraq, sözügedən torpaq sahəsinin təyinatı ilə bağlı məsələyə münasibətdə məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmə tinin xx.xx.2021 və xx.xx.2021-ci il tarixli məktublarına əlavə edilmiş mütəxəssis rəylərində, həmçinin cavabdehin xx.xx.2021 və xx.xx.2022-ci il tarixli məktublarında mübahisəli torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması bildirilməmişdir. Əksinə, qeyd olunan sənədlərə nəzər saldıqda müəyyən olunur ki, sözügedən torpaq sahəsi kənd təsərrüfatına yararsız daşlıq, qumluq ərazi kimi qeyd edilmişdir. Cavabdehin tabe olduğu yuxarı orqanın 23 noyabr 2021-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində torpaq sahəsinin kateqoriyasının sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aid olduğu qeyd edilmişdir. Belə olan halda, məhkəmələr qərar qəbul edərkən qeyd edilən məlumatlara əsasən yəni, mübahisələndirilən hal-hazırkı vəziyyətdə olan torpağın hüquqi statusunu, kəmiyyət və keyfiyyət göstəricilərini nəzərə almışlar. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanununun 6-cı maddəsinə əsasən, dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Məhkəmələrin gəldiyi nəticə mübahisələndirilən torpağın bir kateqoriyadan digərinə keçirilməsi ilə bağlı olmamışdır. Məhkəmələr tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınarkən torpaq sahəsinin təyinatı düzgün olmayaraq kənd təsərrüfatı təyinatlı torpaq kimi göstərilmişdir.
39. Beləliklə, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddiaçının iddia tələbi ilə bağlı məsələni lazımi qaydada araşdırmı şdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
40. Bəhs olunanlara əsasən, kassasiya şikayəti təmin olunmadan, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-238/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.