Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-135/2025 23.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına q arşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1695/2024 nömrəli, 4 iyul 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2010-cu il tarixdə qüvvədə olan tələblərinə əsasən həmin tarixdən ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh orqana müraciət etmişdir.
3. Cavabdeh tərəfində həmin müraciət imtina verilmiş və qeyd edilmişdir ki, iddiaçının əmək pensiya sının məbləği xx.xx.2023-cü il tarixindən Qanunun 26.4-cü maddəsinə əsasən 809,33 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq 928,30 manata çatdırılmışdır. Əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1966-cı il tarixindən xx.xx.1970-ci il tarixinədək təhsil aldığı illər, xx.xx.1971-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 38 il 5 ay 1 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 22488,48 manat, Qanunun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2010-cu il tarixindən işdən azad olduğu xx.xx.2019-cu il tarixinədək 14923,44 pensiya kapitalı əsasında pensiyası yenidən hesablanmış və pensiyanızın məbləğində (928,30 m anat) dəyişiklik olmamışdır. Bildirilmişdir ki, hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən əmək pensiyanızın orta aylıq əməkhaqqı əsasında yenidən hesablanması mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyasının məbləğinin 62 yaşı tamam olduğu 2009-cu ildə qüvvədə olan qanunvericiliyə əsasən 2004-2005-ci illər üzrə orta aylıq əməkhaqqına uyğun təyin edilməsi və hüququnun yarandığı tarixdən, yəni, xx.xx.2009-cu ildən bu günə kimi ödənilməmiş pensiya məbləğinin fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdi r.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, “...İddiaçı xx.xx.1947-ci il tarixdə anadan olmuşdur. Pensiya yaşı 62 yaşı tamam olduğu xx.xx.2009-cu il tarixinə təsadüf edir. Buna baxmayaraq, ona pensiya təyinatını xx.xx.2010-cu ildən təyin edilib. Məlum olduğu kimi, xx.xx.2010-cu ildən etibarən həm pensiya yaşı 6 ay artırıldı, həm də pensiya məbləğinin hesablanması düsturu əməkhaqqının faizindən staj hesablamasına keçidi ilə yadda qaldı. Elə həmin tarixdən bu günədək, o, DSMF orqanlarına müraciət edir. Məsələ burasındadır ki, onun pensiya yaşı 2009-da başa çatıb. DSMF-yə dəfələrlə “pensiya məbləğinin stajına əsasən deyil, son iki ilin orta aylıq əmək haqqının faizinə əsasən hesablanmalı olduğuna dair” ərizə versə də cavabdeh bildirmişdir ki, “onun pensiya yaşı 62 yaş 6 aya, yəni, xx.x x.2010-cu ilə düşür. Ona görə də, sizə əməkhaqqının faizi ilə deyil, stajla hesablama aparmışıq”. Sonuncu dəfə müraciətinə 11 may 2023-cü il tarixində yenidən imtina verilib…” “İşə əlavə olunmuş həmin imtina məktubunda isə qeyd olunur ki, iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən Qanunun 26.4-cü maddəsinə əsasən 809,33 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq 928,30 manata çatdırılmışdır. Əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1966-cı il tarixindən xx.xx.1970-ci il tarixinədək təhsil aldığı illər, xx.xx.1971-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 38 il 5 ay 1 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək fərdi hesabın ın sığorta hissəsində qeydə alınan 22488,48 manat, Qanunun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2010-cu il tarixindən işdən azad olduğu xx.xx.2019-cu il tarixinədək 14923,44 pensiya kapitalı əsasında pensiyası yenidən hesablanmış və pensiyanızın məbləğində (928,30 manat) dəyişiklik olmamışdır...”
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10861/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia tələbi təmin edilmiş, İddiaçı hüququnun yarandığı xx.xx.2009-cu ildən (62 yaş) yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə xx.xx.2018-ci ilədək olan müddət üzrə yenidən hesablanması və yaranmış məbləğ fərqinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdaf iəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
7. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarında göstərilir ki, N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “Burada xüsusilə qeyd olunmalıdır ki, Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsindəki “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 1 iyul 2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən s onra müraciət etmiş şəxslərə münasibətdə tətbiq olunur və bununla da, məntiqi olaraq pensiyanın yenidən hesablanmasını deyil, ilk dəfə hesablanması hallarını ehtiva edir. Həmin Qanuna 30 noyabr 2018-ci il tarixində yeni məzmunda əlavə edilmiş 32.1-2-ci maddə isə inzibati orqana 2019-cu il yanvarın 1-dən sonra müraciət etmiş pensiyaçıların əmək pensiyasının yenidən hesablanması hallarını tənzimləyir. Göründüyü kimi iddiaçının cavabdeh quruma müraciətləri xx.xx.2017-ci il tarixədək olmuşdur. Bu səbəbdən də cavabdeh iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi tətbiq etməklə pensiyanın yenidən hesablanması iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rə dd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
9. İddiaçı iddia təlbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hüququnun yarandığı xx.xx.2009-cu ildən (62 yaş) yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə xx.xx.2018-ci ilədək olan müddət üzrə yenidən hesablanması və yaranmış məbləğ fərqinin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1695/2024 nömrəli, 4 iyul 2024-cü il tarixli qərarı ilə (hakimlər: C.Yusifov - sədrlik edən və məruzəçi, G.Abbasova və M.Rüstəmlli) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, İddiaçı əmək pensiyasının, pensiya hüququnun yarandığı xx.xx.2009-cu il tarixdən (62 yaşından) həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq, əvvəlki (son) 24 ayın (xx.xx.2007xx.xx.2009) orta aylıq əmək haqqı əsas götürülməklə, xx.xx.2018-ci ilədək olan müddət üzrə yenidən hesablanması və yaranmış məbləğ fərqinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
11. Məhkəmə kollegiyası gəldiyi nəticən i onunla əsaslandırmışdır ki, iddiaçı dəqiqləşdirilmiş tələbində, pensiya hüququnun yarandığı xx.xx.2009-cu ildən (62 yaş) yaşa görə həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq əmək pensiyasının həmin tarixdən əvvəlki son 24 aya görə deyil 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə, xx.xx.2018-ci ilədək olan müddət üzrə yenidən hesablanmasını və yaranmış məbləğ fərqinin ödənilməsini tələb etmiş, məhkəmə isə ona həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərini nəzərə alaraq tələbini dəqiqləşdirməkdə yardımçı olmamış, tələbə uyğun ifadə tərzində iddianı təmin etmişdir. Konkret halda isə iddiaçı hazırkı mərhələdə tələbini həmin vaxt qüvvədə olmuş qanunvericiliyə uyğun dəqiqləşdirmiş və pensiya hüququnun yarandığı vaxt qüvvədə olmuş pensiya qanunvericiliyinə uyğun olaraq, ona son 24 ayın (2007-2009) orta aylıq əmək haqqı əsas götürülməklə, xx.xx.2018-ci ilədək olan müddət üzrə yenidən hesablanmasını və yaranmış məbləğ fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir (son 24 ayın əmək haqqı barədə arayış təqdim edilmişdir).
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı mübahisələndirilməvən iş stajı xx.xx.1966-cı il tarixdən xx.xx.1970-ci il tarixədək təhsil aldığı dövr, xx.xx.1971-ci il tarixdən xx.xx. 1972-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 38 il 05 av 01 gün təşkil edir. 14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uydun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayma bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
15. İstinad olunan Qanunun 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.
16. Əlavə o laraq qeyd edir ki, İddiaçı təyin edilmiş əmək pensiyası keçmiş üç il müddət üçün yenidən hesablanmış və xx.xx.2023-cü il tarixli, 3-17-1/1-H-73190/2023 nömrəli əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilmişdir. Sözügedən yenidən hesablanma qərarı nəzərə alınmaqla iddiaçının pensiya hüququnun yarandığı tarix xx.xx.2009-cu il olaraq dəyişdirilmiş və xx.xx.2023-cü il tarixə 2662,17 manat pensiya məbləği müəyyən edilmişdir.
17. İşin faktiki hallarından da göründüyü kimi, İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 83419,73 manat fərq məbləği hissə-hissə hər ay əmək pensiyasının (2662,17 manat) üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülmüşdür.
18. Lakin həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən maddi hüqu q normalarının tələbləri pozularaq inzibati orqanı cərimə edilməsi qanunsuz və əsassız olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (2009-cu il qüvvədə olan redaksiya): Maddə 7. 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların 5 il sığorta stajı olduqda bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Maddə 37.7. keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir.
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şik ayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apell yasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
24. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəli llərini təkrarlamaqla, onunla eynilik təşkil edir. Bu mənada, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün onun müvafiq iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaş ır.
25. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. Hazırkı iş üzrə xx.xx.1947-ci il təvəllüdlü iddiaçı 62 yaşı tamam olduğu xx.xx.2009-cu il tarixdə yaşa görə pensiya hüququ yarandığı halda, cavabdeh tərəfindən pensiya təyinatı xx.xx.2010-cu il tarixdən aparılmış, beləliklə də, əmək pensiyalar haqqında qanunvericiliyin həmin vaxt qüvvədə olan normaları ilə müəyyən olunan hüquqları pozulmuş və iddiaçı həmin vaxt haqqı çatanları almaqdan məhrum olmuşdur.
27. İşin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən qeyd edilmişdir ki, “Vətəndaşların pensiya təminatı haqında” Qanunun müəyyən etdiyi qaydalara müvafiq olaraq, pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək h aqqı - onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanır.
28. Həmçinin qeyd edilmişdir ki, həmin vaxt qüvvədə olmuş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının “21” avqust 1997-ci il tarixli 29-3 nömrəli qərarı ilə təsdiq edilmiş və “28” 08 1997-ci il tarixdə Ədliyyə Nazirliyində qeydiyyata alınmış “Pensiya hesablanması üçün orta aylıq əmək haqqının müəyyən edilməsi qaydaları” İ bəndi nəzərdə tuturdu ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq pensiya təminatı üçün əsas olan orta aylıq əmək haqqı məbləğindən iki təqvim ilinin 12 ayı ərzindəki gəlirə görə, yəni, qeyd edildiyi kimi son 24 ayın gəlirinə görə hesablana bilər.
29. Məhkəmə kollegiyası bildirir ki, iddiaçı hazırkı mərhələdə tələbini həmin vaxt qüvvədə olmuş qanunvericiliyə uyğun dəqiqləşdirmiş və pensiya hüququnun yarandığı vaxt qüvvədə olmuş pensiya qanunvericiliyinə uyğun olaraq, ona son 24 ayın (2007-2009) orta aylıq əmək haqqı əsas götürülməklə, xx.xx.2018-ci ilədək olan müddət üzrə yenidən hesablanmasını və yaranmış məbləğ fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir (son 24 ayın əmək haqqı barədə arayış təqdim edilmişdir).
30. Göründüyü kimi məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyini haqlı hesab edərək qeyd edir ki, iddiaçının pensiya hüququ 62 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdən yarandığı halda, cavabdeh tərəfindən həmin vaxt qüvvədə olan yuxarıda qeyd olunan maddi hüquq normaları nəzərə alınmamışdır.
31. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1695/2024 nömrəli, 4 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.