Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1350/2021 14.09.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: işlə təmin olunma tələbi; cavabdehin hərəkətlərinin qanuniliyi araşdırılmayıb; İPM-in 12-ci maddəsinin pozuntusu) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “işlə təmin olunması, 4 il 5 ay müddətində onu əsassız olaraq işlə təmin etmədiklərinə və bu müddətdə maddi, mənəvi və psixoloji iztirab verdiklərinə görə 15000 manat məbləğində təzminat ödənilməsi” tələbinə dair iş üzrə Şəki Apel lyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.03.2021-ci il tarixli, 2-1(107)-66/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Cavabdehndə “işaxtaran” kimi qeydiyyatdadır. 2. “X” İB və X1 İdarəsində vakansiyalar olsa da, iddiaçı tələb olunan vəzifəyə uyğun olmadığı üçün işəgötürən orqan tərəfindən işlə təmin olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “işlə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması, 4 il 5 ay müddətində onu əsassız olaraq işlə təmin etmədiklərinə və bu müddətdə maddi, mənəvi və psixoloji iztirab verdiklərinə görə 150 00 (on beş min) manat məbləğində təzminat ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı 2016-cı ilin mart ayında Cavabdehnə heç bir yerdə işləməməsi barədə arayış təqdim etmiş, lakin Mərkəz onu işaxtaran kimi qeydə almışdır. İddiaçı dəfələrlə işlə təmin olunması üçün şifahi şəkildə Mərkəzə müraciət etsə də, Mərkəz 4 il ərzində iddiaçını işlə təmin etməmişdir. COVİD-19 pandemiyası dövründə iddiaçıya məlum olmuşdur ki, Mərkəzdə “işsiz” və ya “işaxtaran”kimi qeydiyyata düşmək arasında fərqlər vardır. Buna görə də o, işlə təmin edilməsi üçün Mərkəzə ərizə ilə müraciət etmişdir. 15.05.2020-ci il tarixli cavab məktubunda iddiaçıya şəxsiyyəti təsdiq edən sənədlə Mərkəzə yaxınlaşması bildirilmişdir. İddiaçıya Mərkəzin Şahin adlı əmə kdaşı şifahi olaraq bildirmişdir ki, iyun ayının 15-də yaxınlaşsın, onu işlə təmin edəcəkdir. İddiaçı Mərkəzi tərk etdikdən sonra aldadıldığını düşünmüş və 18.05.2020-ci il tarixdə yenidən ərizə ilə Mərkəzə müraciət etmişdir. Məktub 20.05.2020-ci il tarixdə cavablandırılsa da, verilən cavab iddiaçını qane etmədiyi üçün o, yenidən 24.05.2020-ci il tarixində Mərkəzə üçüncü dəfə ərizə ilə müraciət etmişdir. İddiaçının Mərkəzə ünvanladığı sonuncu ərizəyə cavabdeh tərəfindən münasibət bildirilməmişdir. Bundan sonra iddiaçı özü Mərkəzə yaxınlaşmış, Mərkəzin rəhbəri və Şahin adlı şəxsin qəbulunda olmuş, lakin onunla kobud və aqressiv şəkildə davranılmışdır. Sonra Mərkəzdə iddiaçıya bir neçə iş yeri arasında seçim etməsini bildirmişlər, iddiaçı isə “X” İB seçərək Mərkəzdən rəsmi göndəriş verilməsi ni xahiş etsə də, ona göndəriş verilməmişdir. Bundan sonra iddiaçı 15 iyun 2020-ci il tarixdə Ağsu rayon Prokurorluğuna müraciət etmişdir. Prokurorluğun əməkdaşı telefon vasitəsi ilə Məşğulluq Mərkəzi ilə əlaqə saxlamış və məlum olmuşdur ki, “X” İB ümumiyyətlə iş yoxdur.
5. Şəki İnzibati Məhkəməsinin 26.10.2020-cu il tarixli, 2-1(116)-1315/2020 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, işçinin seçimi işəgötürən tərəfindən sərbəst həyata keçirildiyindən cavabdeh orqanın üzərinə belə bir öhdəlik qoyula bilməz. İddiaçı ona dəymiş ziyanın cavabdehin qanunsuz hərəkətləri nəticəsində yarandığını iddia etsə də, bu hal öz təsdiqini tapmamışdır.
7. Məhkəmə qərarından iddiaçı apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəmə sində icraat
8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.03.2021-ci il tarixli 21(107)-66/2021 saylı qərarına əsasən (sədrlik edən Rövşən Rəfiyev, hakimlər Vəzirxan Məlikov və İmanverdi Şükürov) apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin 26.10.2020-cu il tarixli, 2-1(116)-1315/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
9. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
10. İddiaçı 03.06.2021-ci il tarixində dövlət büdcəsi hesabına vəkillə təmin edilmiş, 14.06.2021-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.03.2021-ci il tarixli 2-1(107)-66/2021 saylı qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması b arədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
11. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə qərar maddi və prosessual hüquq normalarının düzgün tövsif olunmaması və həmin hüquq normalarının kobud surətdə pozulması ilə qəbul edilmişdir. Məhkəmə iddiaçının dəlillərini qiymətləndirməmiş, qərar qəbul edərkən yalnız cavabdehin cavabına istinad etmiş, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır. Beləliklə, məhkəmə İnzibati Prosessual Məcəllənin 58.2-ci və 58.7-ci maddələrinin, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 60cı və 71-ci maddələrinin tələblərini pozmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şika yətinə qarşı etiraz təqdim edilməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.
14. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Məşğulluq haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınması qaydas ını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
16. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən şəxslər elektron informasiya sistemində elektron ərizəni doldurduqdan sonra işaxtaran kimi qeydiyyata alınırlar.
17. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən işaxtaran kimi qeydiyyata alınmaq üçün elektron ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
18. Həmin Qanunun 5.4-cü maddəsinə əsasən şəxs işaxtaran kimi qeydiyyata alındığı zaman onun elektron informasiya sisteminə daxil etdiyi məlumatlar əsasında avtomatlaşdırılmış qaydada fərdi məşğulluq vərəqi tərtib edilir.
19. Həmin Qanunun 5.5-ci maddəsinə əsasən şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 (beş) iş günü ərzində ona münasib iş təklif olunmadığı və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəxsin işsiz kimi qeydiyyata alınması haqqında qərar qəbul edir və bu barədə şəxsin fərdi məşğulluq vərəqində müvafiq qeyd aparır.
20. Həmin Qanunun 9.1.6-cı maddəsinə əsasən məşğulluq sahəsində şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) və yaxud onun vəzifəli şəxslərinin hərəkət və ya hərəkətsizliyindən inzibati və ya məhkəmə qaydasında şikayət etmək hüququ var. 21. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
22. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməy ə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.
23. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
24. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur.
25. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödə nilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
26. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
27. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
28. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibat i aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
29. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
31. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qəra rı qətidir.
32. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 9-cu bəndinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərinə əməl etməmiş, işin hallarına maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
36. Belə ki, hazırkı qərarın 15-19-cu bəndlərində göstərilən normaların məzmunundan görünür ki, işaxtaran və işsiz şəxslərin qeydiyyatına dair ümumi tələblər “Məşğulluq haqqında” Qanunda, əsasən də həmin Qanunun 5-ci maddəsində təsbit olunmuşdur.
37. Hazırkı mübahisə də öhdəliyin icrası haqqında iddia növünə aid olmaqla i şaxtaran şəxsin məşğulluqla bağlı hüquqlarının cavabdeh orqan tərəfindən pozulubpozulmaması ilə bağlıdır.
38. Belə olan halda, cavabdehin hərəkətlərinin qanuni olub-olmamasını müəyyən etmək üçün yuxarıda göstərilən Qanuna istinad olunmaqla iddiaçının işlə təmin olunması üçün zəruri prosedur qaydalara riayət edib-edilməməsi araşdırılmalı idi.
39. İşə baxan məhkəmələr isə göstərilən normalara ümumiyyətlə istinad etməmiş, cavabdehin qeyd edilən prosedura riayət edib-etməməsini araşdırmamışdır. Məhkəmə qərarlarında mülki hüquq pozuntuları ilə bağlı Mülki Məcəllənin normalarına istinad olunmuşdur. Halbuki, hazırkı mübahisə inzibati mübahisədir və mübahisə predmeti cavabdeh inzibati orqan tərəfindən inzibati icraatın qanuni və əsaslı formada aparılması, məşğulluq sahəsində iddiaçının hüquqlarını n pozulmasına yol verilməməsidir. Bu halları müəyyən edə bilmək üçün isə məhkəmə cavabdehin hərəkətlərini tam, hərtərəfli araşdırmalı, onun hərəkətlərinin, apardığı inzibati icraatın hazırkı qərarın 15-24-cü bəndlərində göstərilən normalara uyğun olub-olmadığını müəyyən etməli idi.
40. İddia tələbinin “15000 manat kompensasiya ödənilməsi” hissəsi ilə bağlı isə qeyd edilməlidir ki, hazırkı qərarın 25-ci bəndində göstərilən normanın məzmunundan, eləcə də Ali Məhkəmə Plenumunun hazırkı qərarın 26-cı bəndində göstərilən hüquqi mövqeyindən göründüyü kimi, maraqlı şəxs kompensasiyanın ödənilməsi məqsədilə ilk növbədə inzibati orqana müraciət etməlidir və inzibati orqan bundan imtina etdiyi təqdirdə orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
41. Məhkəmə iddia tələbini mümkün hesab e tsə də iddiaçının cavabdeh inzibati orqana kompensasiya tələbinə dair ilkin müraciətinin olub-olmadığını araşdırmamışdır. Göründüyü kimi, məhkəmə həm iddia tələbinin mümkünlük şərtlərinin yoxlanılması, həm də iddia tələbinə mahiyyəti üzrə qiymət verilməsi zamanı işin hallarını tam, hərtərəfli araşdırmamış, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallara qiymət verməmiş, bununla da hazırkı qərarın 26-27 və 32-ci bəndlərində göstərilən prosessual hüquq normalarının tələblərini pozmuşdur.
42. Odur ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.03.2021-ci il tarixli 2-1(107)-66/2021 saylı qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
43. İşə təkrar baxan məhkəmə Ali Məhkəmənin yuxarıda qeyd edilən mövqeyinə uyğun olaraq cavabdehin hərəkətlərinin “Məşğulluq haqqında” və “İnzibati icraat haqqında” Qanunların tələblərinə uyğunluğu istiqamətində araşdırma aparmalı, iddiaçının hüquqlarının pozulub-pozulmadığını müəyyən etməlidir. Məhkəmə iddiaçının hüquqlarının pozulduğunu müəyyən edərsə, bundan sonra iddia tələbinin “kompensasiyanın ödənilməsi” hissəsinə qiymət verməli, bu zaman da ilk növbədə iddianın mümkünlük şərtlərini araşdıraraq iddiaçının cavabdeh inzibati orqana kompensasiyanın ödənilməsi məqsədilə ilkin müraciətinin olub-olmadığını araşdırmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.03.2021-ci il tarixli 21(107)-66/2021 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.