Məhkəmə qərarları › İş №2-1(102)-1350/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1350/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1350/2024 06.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: nəzarət kassa aparatında olan nasazlıq, ödəmələrin qeydiyyat qaydası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarə sinə qarşı qərarın ləğv olunması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3571/2023 nömrəli, 08 dekabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********7741 nömrəli qərarla vergi qanunvericiliyinin pozulmasına görə 1000 manat maliyyət sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə m üraciət edərək, əməlində inzibati xətanın tərkibinin olmadığının nəzərə alınaraq işin icraatına xitam verilməklə, cavabdeh tərəfindən onun barəsində çıxarılmış xx.xx.2022-ci il tarixli **********7741 №li qərarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2022-ci il tarixli **********7741 №li qərarı ilə vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunaraq barəsində 1000.00 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsinə dair qərar qəbul edilmişdir. Həmin qərardan narazıdır. Belə ki, ilin əvvəlində kiçik sahibkarlıqla məşğul olur və vergi ödəyicisidir. İşlədiyi müddət ərzində dövlət vergilərini vaxtlı- vaxtında ödəmişdir. xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən vergi nəzarəti aparılarkən kassa a paratı təmirdə olduğu üçün vurulmuş çekin təqdim olunmaması səbəbindən barəsində akt tərtib olunmuşdur. Həmin aktın araşdırılması zamanı bildirmişdir ki, kassa aparatı xarab olduğu üçün təmirə verilmiş və bu barədə akt tərtib olunmuşdur. Lakin cavabdeh tərəfindən kassa aparatı olmadığı dövrdə vurulacaq çeklərin qeyd olunması üçün qeydiyyat kitabçası təqdim edilməmişdir. O, ilk dəfə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün bu barədə məlumatı olmamışdır. Cavabdeh tərəf həmin qeyd kitabçasını ona təqdim etməmişdir. Lakin buna baxmayaraq o, kassa olmadığı dövrdə apardığı əməliyyatların hamısını kompüterdə olan proqram vasitəsilə qeydləri mütəmadi aparmışdır. Həmin qeydləri cavabdeh tərəfə təqdim edib vergidən yayınmaq niyyətində olmadığını sübut etməyə çalışsa da cavabdeh onunla razılaşma yaraq, barəsində maliyyə sanksiyası tətbiq etmişdir. Kassa aparatını təmirə verdiyi zaman cavabdeh tərəfindən ona mütləq qaydada qeydiyyat aparılması üçün kitabça təqdim edilməli idi.

4. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, əsl olmayan cavabdeh Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Vergi Xidməti X6 üzrə Baş İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2-1(112)-5915/203 nömrəli qərardadı ilə ərizə icraata qəbul edilmiş, Azərbaycan Respublikası Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Vergi Xidməti X6 üzrə Baş İdarəsi ilə əvəz edilmişdir.

6. Cavabdeh iddiaya qarşı yazılı münasibət bildirərək qeyd etmişdir ki, araşdırma zamanı İqtisadiyyat N azirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********8211 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2022-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) ünvan 1 ünvanda yerləşən "X10" obyektində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq, xx.xx.2022-ci il tarixli DVX seriyalı 001371 nömrəli "Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması barədə" aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalanmadığı və bir nüsxəsini qəbul etməkdən imtina edildiyi müə yyən edilmişdir. Tərtib edilmiş aktın bir surəti vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2022-ci il tarixli **********935700 №li məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə saat 11:54:28-də oxunduğu müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2022-ci il tarixli **********7741 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul olunaraq vergi ödəyicisinə 1000 (bir min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə a şkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2022-ci il tarixli **********947700 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə saat 16.06.45-də oxunduğu müəyyən edilmişdir. İddiaçı ərizəsində operativ vergi nəzarəti tədbiri zamanı kassasının xarab olduğunu, təmirə verdiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 18:32-də İddiaçı məxsus "X10" kafesində müştəri tərəfindən 2 ədəd kapuçino üçün 11,80 manat ödəniş edilsə də ödəniş müqabilində NKA-nın fiskal yaddaşına həmin məbləğ vurulmamış və çek müştəriyə təqdim edilməmişdir. Keçirilmiş OVN tədbiri zamanı məlum olmuşdur ki, NKA na sazdır və obyektdə NKA-nın işləmədiyi dövrdə aparılmış əməliyyatların uçotu kitabı olmadığı üçün həmin məbləği bərpa etmək mümkün olmamışdır. Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydalan”nın 2.3.3-cü bəndinə görə Vergi Məcəlləsinin 50.8-ci maddəsində nəzərdə tutulmuş NKA çekini çap etməyə imkan verən müvafiq çap qurğusu ilə təchiz edilən NKA əhali ilə hesablaşmaların aparılmasında istifadə edilə bilər. Həmin Qaydaların 8.3.16-cı bəndinə əsasən pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək istifadəçinin vəzifəsi kimi təsbit edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2-1(112 )-5915/203 nömrəli qərarı ilə (hakim X2) iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin İddiaçı barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********7741 №li qərarı ləğv edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının fəaliyyət göstərdiyi obyektdə keçirilmiş operativ vergi nəzarətinin nəticələri xx.xx.2022-ci il tarixli aktla rəsmiləşdirildiyi halda, yoxlamanın materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri tərəfindən vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb olunması (maliyyə sanksiyasının tətbiq olunması) haqqında qərar qanunla müəyyən edilmiş 10 günl ük müddət ötürülməklə (1 (bir) ay 3 (üç) gün sonra) yəni məsuliyyətə cəlb etmə müddəti bitdikdən sonra xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Halbuki, Vergi Məcəlləsinin 54.0cü maddəsinə əsasən şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz

9. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3571/2023 nömrəli, 08 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X4 /məruzəçi/, X1 və X5) apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 21(112)-5915/203 nömrəli qərarı ləğv edilmiş, iddia təl əbi təmin edilməmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş idarəsinin xx.xx.2022-ci il tarixli **********8211 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən, xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən “X10” adlı obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2022-ci il tarixli DVX seriyalı 001371 nömrəli “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması barədə” akt tərtib edilmiş və aktın vergi ödəyicisi tərəfindən imzalanmadığı və bir nüsxəsini qəbul etməkdən imtina edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş idarə tərəfindən xx.xx.2022-ci il tarixli **********7741 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 1000 (bir min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmışdır.

12. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin də lilləri

13. Kassasiya şikayətində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.1, 58.7-ci maddələrinə, eləcə də “İnzibati icraat haqqında” Qanunun 24.1, 24.2 və 24.3-cü maddələrinə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.

14. Belə ki, iddiaçı ilk dəfədir ki, sahibkarlıqla məşğul olur və kassa-aparatından əlavə ona qeydiyyat kitabçası təqdim edilməmişdir. Cavabdeh tərəf həmin qeyd kitabçasını ona təqdim etməməsinə baxmayaraq iddiaçı kassa olmadığı dövrdə apardığı əməliyyatları hamısını kompüterdə olan proqram vasitəsi ilə mütəmadi qeydlər aparmışdır. Həmin qeydləri cavabdeh tərəfə təqdim edib vergidən yayınmaq niyyətində olmadığını sübut etməyə çalışsa da cavabdeh onunla razılaşmayaraq barəsində maliyyə sanksiyası tətbiq etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2.24. Nəzarət-kassa aparatı - malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı aparılan pul hesablaşmaları barədə məlumatların toplanması, emal edilməsi, saxlanması və internet vasitəsilə ötürülməsi imkanına malik olan elektron avadanlıq və ya kompüter sistemləri. Maddə

16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır:... 16.1.10. istismar zamanı nəzarət-kassa aparatının plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda vergi orqanlarına dərhal məlumat verməklə, nəzarət-kassa aparatından istifadəni müvəqqəti day andırmaq və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etmək; Maddə

58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarətkassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya t exniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ö dənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində;

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 avqust 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları” 1.2. Bu Qaydalar Azərbaycan Respublikasının ərazisində tətbiq olunan nəzarətkassa aparatlarının (bundan sonra – NKA) meyarları, qeydiyyatı, dövlət reyestri, onlara servis texniki xidmətin göstərilməsi, habelə NKA operatoruna dair tələblər və onların qeydiyyatı ilə bağlı qaydaları müəyyən edir və bununla bağlı yaranan münasibət ləri tənzimləyir.

5. NKA işləmədikdə həyata keçirilməli tədbirlər 5.1. İstismar zamanı NKA-da nasazlıqlar yarandıqda İstifadəçi vergi orqanlarına və Operatora dərhal bu barədə məlumat verir.

8. İstifadəçinin hüquq və vəzifələri 8.1. İstifadəçi bu Qaydaların 3.7-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, yalnız müqavilə bağladığı Operatorun xidmətlərindən istifadə edə bilər. 8.2. İstifadəçinin hüquqları:... 8.3.15. NKA-nın istismarı zamanı istənilən nasazlıq meydana çıxarsa, bu barədə vergi orqanlarına və Operatora dərhal məlumat vermək;

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəm ə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə is tinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə araşdırmanı təmin etmiş, qanuni və əsaslı qərar qəbul edərək iddia tələbini rədd etmişdir.

24. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. Vergi Məcəlləsinin 39.4-cü maddəsinə görə, vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir.

26. İşin hallarından məlumdur ki, yoxlama aktı iddiaçı tərəfindən imzalanmamşdır və cavabdeh tərəfindən tərtib edilmiş aktın surəti vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, xx.xx.2022-ci il tarixli **********935700 məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə saat 11:54:28-də oxunduğu müəyyən edilmişdir.

27. Vergi Məcəllənin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazın ı) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır.

28. Həmin Məcəllənin 39.6-cı maddəsinə əsasən bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır.

29. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə, yoxlama materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri 10 gün müddətində qərar qəbul edir.

30. Göründüyü kimi, operativ vergi nəzarətinin nəticələri üzrə müvafiq qərar yoxlama aktından 55 gün (30+15+10) müddətində qəbul edilməlidir. İş materiallarından isə həmin müddətin buraxılmadığı açıq-aydın görünür.

31. Odur ki, bu hissədə kassasiya şikayətinin dəlilləri əsaslı olmamışdır.

32. Kassasiya şikayətindən dəlillərindən görünür ki, iddiaçı sahibkarlıqla məşğul olur və kassa-aparatından əlavə ona qeydiyyat kitabçası təqdim edilməmişdir. Cavabdeh tərəf həmin qeyd kitabçasını ona təqdim etməməsinə baxmayaraq iddiaçı kassa olmadığı dövrdə apardığı əməliyyatları hamısını kompüterdə olan proqram vasitəsi ilə mütəmadi qeydlər aparmışdır. Həmin qeydləri cavabdeh tərəfə təqdim edib vergidən yayınmaq niyyətində olmadığını sübut etməyə çalışsa da cavabdeh onunla razılaşmayaraq barəsində maliyyə sanksiyası tətbiq etmişdir.

33. Cavabdeh tərəfindən id diaçıya qeydiyyat kitabçasının təqdim edilməməsi ilə bağlı iddiaçının kassasiya şikayətində qeyd etdiyi dəlillə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 avqust 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 7.2.25-ci maddəsinə əsasən istifadəçiyə Operatorun imzası və möhürü ilə təsdiq edilməklə texniki xidmət jurnalı və NKA-nın nasaz olduğu dövrdə aparılan əməliyyatların uçotu kitabı ilə təmin etmək, habelə istifadəçilərdə saxlanılan texniki xidmət jurnalında göstərilən servistexniki xidmətlər barədə müvafiq qeydlər aparmaq operatorun vəzifəsidir.

34. Qeyd edilən normanın məzmunundan anlaşılır ki, vergi orqanı vergi ödəyicisini nəzarət kassa aparatı ilə təmin edərkən həmin nəzarət kas sa aparatı ilə birlikdə ona texniki xidmət jurnalı və NKA-nın nasaz olduğu dövrdə aparılan əməliyyatların uçotu kitabını verir.

35. Bu səbəbdən də qeydiyyat kitabçasının təqdim edilməməsi ilə əlaqədar iddiaçının gətirdiyi dəlillər inandırıcılıq prinsipindən kənardır.

36. İddiaçı həmçinin bildirir ki, cavabdeh qeyd kitabçasını ona təqdim etməməsinə baxmayaraq kassa olmadığı dövrdə aparılan əməliyyatların hamısı kompüterdə olan proqram vasitəsi ilə mütəmadi olaraq qeyd edilmişdir.

37. Məhkəmə kollegiyası bu dəlili əsassız hesab edərək bildirir ki, norma nəzarət kassa aparatının nasaz olduğu dövrdə aparılan əməliyyatların uçot kitabında qeydiyyatının aparılmasını tələb edir. Bu səbəbdən də qeydiyyatın digər alternativ vasitələrlə, o cümlədən kompüterdə olan proqram vasitəsi ilə aparılması ver gi orqanı tərəfindən qəbul edilməməsi tam qanuni və əsaslıdır.

38. Bu yanaşma Vergi Məcəlləsinin 16.1.10-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddədə qeyd edilir ki, istismar zamanı nəzarət-kassa aparatının plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda vergi orqanlarına dərhal məlumat verməklə, nəzarət-kassa aparatından istifadəni müvəqqəti dayandırmaq və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etmək vergi ödəyicisinin vəzifələrindəndir.

39. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanı iddiaçıya maliyyə sanksiyası tətbiq edərkən qanunauyğun davranış sərgiləmiş, iddiaçıya münasibətdə hər hansı qanun pozuntusuna yol verilməmişdir.

40. Məhkəmə kollegiyası bəhs oluna nlara əsasən hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3571/2023 nömrəli, 08 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar