Məhkəmə qərarları › İş №2-1(102)-1351/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1351/2019

08.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1351/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi İddiaçı, cavabdehin vəkili Vəkil oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qar şı yaşa görə əmək pensiyası tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-53/2019 saylı, 11 yanvar 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 08 may 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1954-cü il tarixdə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuşdur, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. 17.09.1970-ci il tarixli əmək kitabçasındakı qeydlərə əsasən, iddiaçı 09.11.1970-ci ildə əmək fəaliyyətinə başlamış, 05.02.1991-ci il tarixli, 02 saylı əmrlə “xxxx” KM-də usta vəzifəsinə işə qəbul edilmiş, 06.01.1997-ci il tarixli, 01 saylı əmrlə işdən azad edilmiş, 15.01.1997-ci il tarixli, 02 saylı əmrlə “Napet” YDM-də növbə rəisi vəzifəsinə təyin edilmiş və 30.08.2006-cı il tarixli, 07 saylı əmrlə işdən azad edilmişdir. İddiaçı 05.02.1991-ci il tarixdən 06.01.1997-ci il tarixədək və 15.01.1997-ci il tarixdən 30.08.2006-cı il tarixədək işlədiyi dövrün sosial sığorta stajın daxil edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə (bundan sonra cavabdeh) müraciət etmiş, cavabdeh 16/01-3378 nömrəli, 12 iyun 2018-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, iddiaçıya pensiya hüququ yarandığı 23.02.2018-ci il tarixdən 133.04 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya pensiya təyin edi lərkən şöbəyə təqdim etdiyi əmək kitabçasında qeyd olunan 05.02.1991-ci il tarixdən 06.01.1997-ci il tarixədək “xxxx” kiçik müəssisəsində və 15.01.1997-ci il tarixdən 30.08.2006-cı il tarixədək “Napet” YDM-də işlədiyi dövrün sosial sığorta ödəmələrini və iş stajını yoxlamaq mümkün olmadığından həmin illər onun sığorta stajına daxil edilməmişdir. Bu cavabla razılaşmayan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 fevral 1991-ci ildən 06 yanvar 1997-ci ilədək “xxxx” kiçik müəssisəsində və 15 yanvar 1997-ci ildən 30 avqust 2006-cı ilədək “Napet” YDM-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi öhdəliyini cavabdehə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 23 fevral 2018-ci il tarixində yaşa görə əmək pensiyasına çıxmış, lakin əmək pensiyasına çıxarkən 05 fevral 1991-ci ildən - 06 yanvar 1997-ci ilədək “xxxx” kiçik müəssisəsində və 15 yanvar 1997-ci ildən 30 avqust 2006-cı ilədək “Napet” YDM-də işlədiyi dövr sosial sığorta stajina daxil edilməmişdir. İddiaçı göstərilən dövrün sığorta stajına daxil edilməsi üçün cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. İddiaçı tələbini əsaslandırmaq üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci, 60-cı və 71-ci maddələrinə, Azərbaycan Respublikası İPM-in 14.3cü, 15.1-ci, 58.1-ci, 58.7-ci və 73.1-ci maddələrinə istinad etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, 05 fevral 1991-ci ildən 06 yanvar 1997-ci ilədək “xxxx” k içik müəssisəsində və 15 yanvar 1997-ci ildən 30 avqust 2006-cı ilədək “Napet” YDM-də işlədiyi dövr sosial sığorta stajına daxil edilməklə 23.02.2018-ci il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh 18.07.2018-ci il tarixli, 16/1-4006 nömrəli etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının əmək kitabçasında qeyd olunan 05 fevral 1991-ci ildən 06 yanvar 1997-ci ilədək “xxxx” kiçik müəssisəsində və 15 yanvar 1997-ci ildən 30 avqust 2006-cı ilədək “Napet” YDM-də işlədiyi dövrün yoxlanılması mümkün olmadığından həmin illərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3228/2018 saylı 26 sentyabr 2018-ci il tari xli qərarı ilə (hakim: Z.M.Tağıyev) iddia tələbi təmin edilmiş, iddiaçının 05 fevral 1991-ci ildən 06 yanvar 1997-ci ilədək “xxxx” kiçik müəssisəsində və 15 yanvar 1997-ci ildən 30 avqust 2006-cı ilədək “Napet” YDM-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə 23.02.2018-ci il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmuşdur. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-53/2019 nömrəli, 11 yanvar 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: S.S.Seyidova, hakimlər: V.M.Məmmədov və İ.B.Əhmədov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3228/2018 saylı 26 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-53/2019 nömrəli, 11 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədl ərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan redaksiyasının 4.2.7-ci maddəsinə uyğun olaraq, pensiya (pensiya, sosial yardım və müavinətlər) sektorunun əməkdaşı (müvafiq sahə üzrə) ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə 01 yanvar 2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir. İnzibati orqan bu yoxlamanı həyata keçirməyə çalışmış, lakin iddiaçının işlədiyi iddia olunan dövrlə bağlı əmək kitabçasında qeyd olunmuş qeydlərlə bağlı aidiyyəti sənədlər arxivə təqdim edilməmiş, işəgötürən fəaliyyətini dayandırdığı üçün həmin qeydləri başqa cür yoxlamaq mümkün olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-53/2019 nömrəli, 11 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxılmışdır. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin edilərək apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar apelyasiya baxışına qaytarılmalıdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdiklə ri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsində isə təsbit edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlk i qərarlarında təsbit olunmuş mövqeyinə uyğun olaraq qeyd edir ki, məhkəmə tərəflərin, müvafiq olaraq, iddia tələbi və həmin tələbə qarşı etirazla bağlı əsaslandırmalarına, normativ aktlara istinadlarına (o cümlədən, inzibati orqanın müraciətlə bağlı cavabındakı istinadlara), onların qərar, ərizə və etirazlarının ifadə tərzinə bağlı deyil və mübahisənin düzgün həlli üçün iş üzrə gəldiyi nəticəni tərəflərdən fərqli əsaslandıra və mübahisənin aid olduğu münasibətləri tənzimləyən fərqli normalara istinad edə bilər. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Belə ki, iş materiallarında olan əmək kit abçasından görünür ki, iddiaçı 05 fevral 1991ci ildən 06 yanvar 1997-ci ilədək “xxxx” kiçik müəssisəsində və 15 yanvar 1997-ci ildən 30 avqust 2006-cı ilədək “Napet” YDM-də işləmişdir. Lakin apelyasiya instansiya məhkəməsi həmin qeyri-dövlət müəssisələrinin qanunvericiliyə müvafiq qaydada hüquqi şəxs kimi dövlət qeydiyyatına alınıb - alınmamasını yoxlamamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmal ıdır. (maddə 43.1) Hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir. (maddə 48.1) Bundan əlavə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsində qeyd edilir ki, hüquqi şəxslərin dövlət qeydiyyatı - Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlə t reyestrinə daxil edilməsidir. Cavabdeh kassasiya şikayətində bildirmişdir ki, iddiaçının əmək kitabçasında qeyd edildiyi, hazırda iddia etdiyi iş illərinin qarşılıqlı yoxlanılması mümkün olmamışdır. Qeyd olunmalıdır ki, eyni dəlilli cavabdeh apelyasiya şikayətində qeyd etsə də, apelyasiya instansiya məhkəməsi bu dəlilə heç bir münasibət bildirməmişdir. Baxmayaraq ki, Azərbaycan Respublikası İPM-in 87.8-ci maddəsində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbayca n Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” 17 sentyabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, İPM-in inzibati apelyasiya icraatının hədlərini nəzərdə tutan 82-ci maddəsi apelyasiya instansiyası məhkəməsinin mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxmasını nəzərdə tutsa da, eyni zamanda həmin Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutların (sübutetmə vasitələrinin) və faktların (faktiki halların) da nəzərə alınmasını göstərir. İPM-in 12-ci maddəsi apelyasiya məhkəməsinin üzərinə mübahisənin düzgün həlli üçün nəinki proses iştirakçılarının təqdim et dikləri izahatları, ərizə və təklifləri, sübutları araşdırıb qiymətləndirmək, eyni zamanda onun üzərinə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamaq vəzifəsini qoymuşdur. (İPM-in 12.1 və 12.2-ci maddələri). İPM-nin 82-ci maddəsinin təhlilindən göründüyü kimi, bu maddədə işə yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələri) və faktlar (faktiki hallar) əsasında mahiyyət üzrə tam həcmdə baxılması göstərilmiş, eyni zamanda Məcəllənin işin hallarının araşdırılması prinsipini nəzərdə tutan 12-ci maddəsinə istinad edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən işin hallarının tam, hərtərəfli, obyektiv araşdırılması prinsipinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının İPM-nin 96.5.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhk əməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, yuxarıda qeyd edilən halların araşdırılması, beləliklə də maddi və prosessual hüquq normalarının tələbləri təmin edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Ba kı şəhəri Sabunçu rayon şöbəsinin kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-53/2019 saylı iş üzrə 11 yanvar 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar