Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1351/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1rşı iş üzrə QƏRAR Açar sözlər: 57 (55+2) yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət Sosial Müdafiə X6 Təyinat İdarəsinin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət Sosial Müdafiə X6 Təyinat İdarəsinə (bundan sonra cavabdeh) qarşı “1980-1985-ci illərdə təhsil aldığı dövrü ümumi iş stajına daxil etməklə 57 yaşı tamam olduğu tarixdən, yəni x xxx 2019-cu il tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə BakıApelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-71/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı x xxx 1962-ci il təvəllüdlüdür, 1980-cı ildən 1985 -ci ilə qədər Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil almış, xx xxxxxx 1985-ci il tarixdən xx xxxxxx 1985-ci il tarixə qədər “Neft Daşları” NQÇİ-nin Buxar turbin elektrik stansiyasında qazan bölməsinin böyük maşinisti, xx xxxxxx 1985-ci il tarixdən xx xxxxx 1987-ci il tarixə qədər Qaz turbin elektrik stansiyasında qazturbin qurğularının maşinisti, xx xxxxx 1987-ci il tarixdən x xxxxxx 1994-cü il tarixə qədər İstilik-elektrik stansiyasında növbə rəisi, xx xxxxxx 1994-cü il tarixdən x xxx 1998-ci il tarixə qədər “28 May” adına NQÇİ-də 2 №-li SKS-in turbin avadanlıqlarının istismarı və təmiri üzrə aparıcı mühəndis, xx xxx 1998-ci il tarixdən x xxxx 1999-cu il tarixə qədər Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti Səngəçal terminalında operator vəzifəsində işləmiş, x xxxx 1999-cu ildən hazırki vaxta qədər “BP Eksploreyşn” LTD-də operator, supervayzer, mühəndis, mütəxəssis, qrup rəhbərinin müavini, qrup rəhbəri vəzifəsində işləyir. “Neft daşları” NQCİ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışa görə iddiaçının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli Qərarındakı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №li Siyahısının Xİİİ bölməsinin 2140000a-13785, 2140000a-13658 və 2140100b-24043 şifrlərinə əsasən, güzəştli şərtlərlə iş stajı 8 il 5 ay 21 gün təşkil edir. İddiaçı pensiya yaşı tamam olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh iddiaçıya ünvanladığı xx xxx 2019-cu il tarixli məktubda “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrinə istinad edərək bildirmişdir ki, iddiaçının xx.xx.2006-cı ilədək tələb olunan azı 25 il ümumi, 12 il 6 ay güzəştli iş stajı olmadığı üçün ərizəsini təmin etmək mümkün olmamışdır. İddiaçı xx xxxx 2019-cu il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə DSMF-nin Bakı şəhəri Səbail rayon şöbəsinə qarşı məhkəməyə müraciət edərək iddiaçıya 1980-1985-ci illərdə təhsil aldığı dövrü ümumi iş stajına daxil etməklə 57 yaşı tamam olduğu tarixdən, yəni x xxx 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1985- ci il tarixdən hazırkı vaxta qədər əmək fəaliyyəti ilə məşğul olur. Həmin işlər zərərli iş şəraitində aparılan işlərə aiddir. O, Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli Qərarına əsasən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən 2 saylı siyahı üzrə 25 il ümumi, 12 il 6 ay zərərli iş stajını tamamlamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X9, 2-1(81)-2860/2019 saylı iş) xx xxxx 2019-cu il tarixli qərarı iləiddia təmin edilərək iddiaçıya 1980-1985-ci illərdə təhsil aldığı dövrü ümumi iş stajına daxil etməklə 57 yaşı tamam olduğu tarixdən, yəni x xxx 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi öhdəliyi DSMF-nin Bakı şəhəri Səbail rayon şöbəsinin üzərinə qoyulmuşdur. Birinc i instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi vəzifələr Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 2 nömrəli Siyahısının Xİİ Bölməsinin 3-cü yarımbölməsinin 2130301b22177–mühəndislər, Xİİİ Bölməsinin 2140000a-13785 – qazan bölməsinin böyük maşinisti, 2140000a-13658 – qaz turbin qurğularının maşinisti, 2140100b-24043 – növbə rəisi peşələrə uyğunlaşdırılmalıdır. Göründüyü kimi, hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13- cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni x xxx 2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının x xxxxxx 2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X10 Bakı şəhəri Səbail rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət Sosial Müdafiə X6 Təyinat İdarəsi ilə əvəz edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X7-məruzəçi, X3 və X4, 2-1(103)-71/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməmişdir. Apelyasiya instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi xx.xx.1994 – xx.xx.1998-ci staj illərini güzəştli staj illəri kimi qeyd edilməsi qanunsuzdur. Belə ki, qeyd edilmiş halın aydınlaşdırılması üçün apelyasiya icraatı zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB “28 May Neft və Qazçıxarma İdarəsinə” məhkəmə sorğusu göndərilmişdir. Məhkəməyə daxil olan cavab məktubunda qeyd edilmişdir ki, iddiaçının xx.xx.1994-xx.xx.1998-ci illər güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə və peşələrin siyahısında nəzərdə tutulmamışdır. Həmçinin iddiaçının “28” May adına NQÇİ-də işlədiyi 2 №-Lİ SKS-in turbin avadanlıqlarının istismarı və təmiri üzrə aparıcı mühəndis və 12-ci dərəcəli növbə rə isi vəzifələri Nazirlər Kabinetinin müvafiq qərarında da öz əksini tapmamışdır. Beləliklə, belə olan halda iddiaçının qanunvericiliklə tələb edilmiş 12 illik güzəştli stajının olmadığı üçün iddianın təmin edilməsi üçün qanunauyğun əsaslar mövcud olmamışdır. İddiaçı xx xxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, guya iddiaçının zərərli iş şəraitində iş stajı xx.xx.1985-xx.xx.1994-cü illəri əhatə edən dövrə aid olmaqla 8 il 5 ay 16 gün təşkil edir. xx.xx.1994-xx.xx.1998-ci illərdəki iş stajı isə zərərli iş stajına aid deyil. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışd ır ki, 1994-1998-ci illərə aid iş stajının zərərli olub-olmamasını aydınlaşdırmaq məqsədilə DNŞ-nin “Azneft” İB 28 May NQÇİ-yə sorğu göndərmiş və verilən cavabda qeyd edilmişdir ki, həmin dövr güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə və peşələrin siyahısında nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, iddiaçının xx.xx.1994 - xx.xx.1998-ci illərdə işlədiyi peşə və vəzifələr (“28” May adına NQÇİ-də 2 №-Lİ SKS-in turbin avadanlıqlarının istismarı və təmiri üzrə aparıcı mühəndis və 12-ci dərəcəli növbə rəisi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 2 nömrəli Siyahısı”nın Xİİ Bölməsinin 3-cü yarımbölməsinin ******* b-22177mühəndislər, Xİİİ Bölməsinin 2140000a-13785 - qazan bölməsinin böyük maşinisti, 2140000a-13658 - qaz turbin qurğularının maşinisti, 2140100b - 24043 - növbə rəisi peşələrə uyğunlaşdırılmalıdır. Apelyasiya məhkəmə kollegiyası istinad etdiyi sorğuya cavaba birbaşa istinad etməsi ədalətli məhkəmə araşdırmasının təmin edildiyinə dəlalət etmir. Belə ki, məhkəmə elan etdiyi tərzdə cavab almaq üçün müraciətində iddiaçının əmək kitabçasının surətini əlavə etməmişdir. Həmçinin iddiaçının işlədiyi peşənin əmək funksiyasının nədən ibarət olması və həmin funksiyaların zərərli işlərdə çalışanlardan nə ilə fərqlənməsini də araşdırmamışdır. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyas ının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin rədd olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin m ümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı təhsil aldığı illər ümumi iş stajına daxil edilməklə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdehə görə iddiaçı qanunvericilikdə tələb olunan müddətdə nəzərdə tutulmuş 25 il ümumi və güzəştli şərtlərlə əmək pensiyası hüququ verən 12 il 6 ay stajı olmamışdır. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, i ddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı x xxx 1962-ci ildə anadan olmuşdur. Hesab edir ki, onun 57 yaşdan (x xxx 2019-cu ildən) güzəştli şərtlə pensiya hüququ yaranmışdır. Mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxxxx 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələri n, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 10 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinin “e” bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş hüquq normasına görə təhsil illəri onun sosial sığorta kimi qəbul edilməlidir. Bununla belə məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, ilk əvv əl iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün xx.xx.2006-cı ilə qədər 12 il 6 ay stajın olması müəyyən edilməlidir. İddiaçıya görə zərərli staj illəri aşağıdakı kimi olmuşdur: - xx.xx.1985 (buxar turbin elektrik stansiyasına qazan bölməsinin böyük maşinisti); xx.xx.1985 - xx.xx.1987 (qaz turbin elektrik stansiyasında qazturbin qurğularının maşinisti); xx.xx.1987 – xx.xx.1994 ( istilik-elektrik stansiyasında növbə rəisi); xx.xx.1994 – xx.xx.1998 ( “28” May adına NQÇİ-də 2 №-Lİ SKS-in turbin avadanlıqlarının istismarı və təmiri üzrə aparıcı mühəndis və 12-ci dərəcəli növbə rəisi). Məhkəmə iddiaçının işlədiyi xx.xx.1985-xx.xx.1994-cü illər Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarındakı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən isteh salatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının Xİİİ bölməsinin 2140000a-13785, 2140000a-13658 və 2140100b-24043 şifrlərinə əsasən güzəştli şərtlərlə zərərli iş kimi sayaraq 8 il 5 ay 16 gün güzəştli stajı olmasını qəbul edir. Həmçinin qeyd edilmiş hal iş materiallarında olan “Neft daşları” NQCİ-nin xx.xx.2018-ci il tarixli AR01-ink/88-Ə №-li arayışı ilə də öz təsdiqi tapmışdır. Lakin iddiaçının işlədiyi xx.xx.1994 – xx.xx.1998-ci illərin güzəştli staj kimi qeyd edilməsi üçün əsas olmamışdır. İddiaçının bu dövrdə işlədiyi illərin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşəyə aid olması üçün apelyasiya məhkəməsi araşdırma aparmış, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB “28 May Neft və Qazçıxarma İdarəsinə” sorğu göndərmişdir. Məhkəməyə daxil olan cavab məktubunda qeyd edilmişdir ki, iddiaçının xx.xx.1994-xx.xx.1998-ci illərdə işlədiyi vəzifə güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə və peşələrin siyahısında nəzərdə tutulmamışdır. İddiaçı “28” May adına NQÇİ-də 2 №-Lİ SKS-in turbin avadanlıqlarının istismarı və təmiri üzrə aparıcı mühəndis və 12-ci dərəcəli növbə rəisi vəzifələrində işləmişdir. Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli Siyahı üzrə, Əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfində n təsdiq olunan 2 nömrəli Siyahı üzrə, həmçinin Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahı üzrə müəyyən edilmişdir. İddiaçının xx.xx.1994-xx.xx.1998-ci illərdə işlədiyi vəzifə Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş Siyahılarda əksini tapmamışdır. İddiaçının x xxxxxx 2006-cı ilədək adı çəkilən Siyahılarda göstərilən peşədə 12 il 6 aydan az olmayaraq işləməsi sübuta yetmir. Beləliklə, x xxxxxx 2006-cı ilədək iddiaçının 12 il 6 ay əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə işləməsi təsdiq edilmədiyindən iddianı rədd etməklə məhkəmə haqlı olmuşdur. Bəhs olunanlara əsasən kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məh kəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-71/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1351/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1351/2020
12.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver