Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1351/2021 11.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Oğuz rayon filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (pensiyanın bərpa edilməsi, ödənilməmiş pensiya məbləğinin ödənilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Oğuz rayon filialına qarşı cavabdehin 671671 saylı pensiya işi üzrə pensiyasının dayandırılması və ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə sərəncamının ləğv edilməsi, təyin olunmuş pensiyanın əsassız dayandırıldığı 01.12.2019-cu il tarixdən bərpa edilməsi, həmin tarixdən hal-hazıradək ödənilməmiş qalan pensiya məbləğinin hesablanıb birdəfəyə dərhal ödənilməsi, həmçinin əsassız geri alınmış məbləğin birdəfəyə ona qaytarılması tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.04.2021-ci il tarixli 2-1(107)-138/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1954-cü i l tarixdə doğulmuş, 10.05.1973-17.06.1975-ci illərdə hərbi xidmətdə olmuş, 1975-1995-ci illərdə fasilələrlə əmək fəaliyyəti ilə məşğul olmuşdur.
2. Oğuz Rayon Dövlət Arxivinin 06.12.2019-cu il tarixli 207 nömrəli arxiv arayışından müəyyən edilir ki, iddiaçı “Xaçmaz” kolxozunda 1986-1995-ci illərdə cəmi 634 iş günü (iddiaçı 1986-cı ildə 104 iş günü, 1987-ci ildə 199, 1988-ci ildə 48, 1989-cu ildə 93, 1990-cı ildə 46, 1991-ci ildə 3, 1992-ci ildə 2, 1993-cü ildə 129 və 1995-ci ildə 10 iş günü işləmişdir) olmaqla (minimum norma 1986-cı ildə 200 gün, 1987- 1995-ci illərdə 260 gün olmuşdur) əmək fəaliyyəti ilə məşğul olmuşdur. (cəmi 2 il 5 ay)
3. Oğuz Rayon Dövlət Arxivinin 06.12.2019-cu il tarixli 208 nömrəli arxiv arayışından müəyyən edilir ki, Oğuz rayon Avtonəqliyyat müəssisəsinin Oğuz rayo n Dövlət Arxivində mühafizə olunan sənədlərində 1984-1986-cı illərin çilingər və yük parkı işçilərinin şəxsi hesab kitabları Arxivə təhvil verilmədiyindən iddiaçının əmək haqqına dair arayışın verilməsi mümkün olmamışdır.
4. İddiaçı əmək kitabçasına əsasən 06.06.1984-cü il tarixdən 24.05.1986-cı il tarixədək Oğuz rayon Avtonəqliyyat müəssisəsində çilingər işləmişdir. 5. 155 nömrəli “Pensiya işi”nə əsasən cavabdehin əmək pensiyası təyin edən komissiyasının 25.05.2017-ci il tarixli 155 nömrəli qərarı ilə iddiaçıya 19.05.2017-ci il tarixdən yaşa görə 140.72 manat məbləğində daimi əmək pensiyası təyin edilmişdir. Pensiya işində tələb olunan iş stajı 12 il göstərilməklə iddiaçının 2 il 01 ay 07 gün hərbi xidmət illəri və 09 il 11 ay 02 gün iş stajı olmaqla cəmi iş stajının 12 il 09 gün olduğu q eyd edilmişdir.
6. Sonradan iddiaçının 06.06.1984-cü il tarixindən 24.05.1986-cı il tarixədək X1 işlədiyi 1 il 11 ay 18 gün əmək haqqı arayışı təqdim edilmədiyinə görə onun iş stajından çıxarılmış, tələb olunan 12 il staj tamamlanmadığına görə pensiyanın ödənişi 01.12.2019cu il tarixdən dayandırılmış və ödənilmiş pensiya məbləği iddiaçıdan geri tələb edilmişdir.
7. Bununla razılaşmayan iddiaçı cavabdehə müraciət etmiş, cavabdeh 09.12.2019-cu il tarixli məktubla iddiaçıya pensiya təyin edilməsindən imtina etmişdir. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçının “Xaçmaz” kolxozunda işlədiyi 1986-1995-ci il tarixlərində olan dövr üçün əmək kitabçasının surətini şöbəyə təqdim edə bilmədiyinə, habelə 06.06.1984-cü il tarixindən 24.05.1986-cı il tarixinədək olan dövrdə X1 işlədiyi döv r üçün əmək haqqı arayışı təqdim edə bilmədiyinə görə həmin müddət sosial sığorta stajı kimi qəbul edilə bilməz. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə müraciət edərək “671671 saylı pensiya işi üzrə pensiyasının dayandırılması və ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə cavabdehin sərəncamının ləğv edilməsi, təyin olunmuş pensiyanın əsassız dayandırıldığı 01 dekabr 2019-cu il tarixdən bərpa edilməsi, əsassız geri alınmış 4655 manat məbləğində pulun və 01 dekabr 2019-cu il tarixdən hal-hazıradək ödənilməmiş qalan pensiya məbləğinin hesablanıb birdəfəyə ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Oğuz rayon Avtonəqliyyat müəssisəsində əmək fəaliyyəti illərinə dair onun əmək kitabçasında müvafiq qeydlər aparılsa da, 1986-1995-ci illərdə Oğuz rayon “Xaçmaz” kolxozunda işlədiyi müddət qeyd edilməmişdir. Hal-hazırda müəssisə və kolxoz fəaliyyət göstərmir. İddiaçı Oğuz rayon X3 rayon “Xaçmaz” kolxozunda işlədiyinə və əmək haqqı almasına dair arxiv arayışı əldə etsə də, Oğuz rayon Avtonəqliyyat müəssisəsinin 1984-1986-cı illərə dair çilingər və yük parkı işçilərinin şəxsi hesab kitablarının arxivə təhvil verilməməsi səbəbindən müvafiq arxiv arayışı əldə edə bilməmişdir. Qeyd olunanlara əsasən isə cavabdehin imtinası əsassız olmaqla iddiaçının sosial təminat hüquqlarını pozmuşdur.
10. Cavabdehin iddia ərizəsinə qarşı etirazının əsaslarına görə iddi açıya təqdim etdiyi əmək kitabçasındakı qeydlər nəzərə alınaraq 19.05.2017-ci il tarixdən 12 il 09 gün iş stajına uyğun olaraq (tələb edilən norma 12 ildir) 140.72 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin 2019-cu ilin dekabr ayında şöbədə aparılan araşdırma zamanı vətəndaşın 06.06.1984-cü il tarixdən 24.05.1986-cı il tarixədək Oğuz Rayon Avtonəqliyyat Müəssisəsində işlədiyi dövrə aid əmək haqqı arayışı təqdim edilmədiyinə görə həmin dövr, yəni 01 il 11 ay 18 gün hesablamadan çıxarılmışdır. Nəticədə vətəndaşın staj hüququ yaranmadığına görə ona təyin edilən pensiyanın ödənişi 01.01.2020-ci il tarixdən dayandırılmışdır. Bu barədə vətəndaşa şöbə tərəfindən 09.12.2019-cu il tarixli **********8 №-li məktubla rəsmi məlumat verilmişdir. İddiaçı 09.12.2019-cu il tarixdə mü raciət edərək 06.06.1984-cü il tarixdən 24.05.1986-cı il tarixədək X1 işlədiyi dövrə dair 06.12.2019-il tarixli 208 №-li Oğuz Rayon Dövlət Arxivindən verilmiş arxiv arayışını və 06.12.2019-cu il tarixli 207 №-li Arxiv arayışını təqdim edərək iş stajının yenidən hesablanmasını tələb etmişdir. Vətəndaşa bildirilmişdir ki, “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə görə “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
11. Şəki İnzibati Məhkəməsinin 09.12.2020-ci il tarixli 2-1(116)-581/2020 nömrəli (sədrlik edən hakim İlqar Cabbarov) qərarı ilə iddianın qismən təmin edilərək, cavabdehin 671671 saylı pensiya işi üzrə İddiaçı pensiyasının dayandırılması və ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə sərəncamının ləğv edilməsi, cavabdehin üzərinə təyin olunmuş pensiyanın əsassız dayandırıldığı 01.12.2019-cu il tarixdən bərpa edilməsi, əsassız geri alınmış 4655 manat məbləğində pulun və həmin tarixdən hal-hazıradək ödənilməmiş qalan pensiya məbləğinin hesablanıb iddiaçıya ödənilməsi öhdəliyinin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 19.05.2017-ci il tarixə tələb olunun 12 il sığorta stajından artıq staja malik olması iş materiallarına əlavə olunmuş pensiya işi, əmək kitabçasının surəti və arxiv arayışı il ə təsdiq olunur ki, cavabdeh tələb olunan əmək stajının öz təsdiqini tapmaması əsası ilə iddiaçıya yaşa görə təyin edilmiş pensiyanı dayandırmaqda haqlı olmamış, bununla da iddiaçının pensiya hüquqlarını məhdudlaşdırmışdır. İddiaçının tələbinin “ondan əsassız geri alınmış 4655 manat məbləğində pulun və həmin tarixdən hal-hazıradək ödənilməmiş qalan pensiya məbləğinin hesablanıb birdəfəyə dərhal ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsi haqqında” Qanunun xərclər maddəsinin alt hissələrində əmək pensiyalarının ödənilməsi xərcləri analitik hesablamalara əsaslanmış konkret rəqəmlərlə əks edildiyindən, pensiya xərcləri ilə bağlı əlavə yaranmış öhdəliklər bu sahədə maliyyələşdirmənin vaxtında apar ılmasını şübhə altına qoymuş olur. Birdəfəlik ödəmələrin məbləği xeyli miqdarda olduqda pensiya almaq hüququ olan digər vətəndaşların pensiya təminatı hüququ pozulmuş olur.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
14. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.04.2021-ci il tarixli, 2-1(107)-138/2021 nömrəli (hakimlər Rövşən Rəfiyev - sədrlik edən və məruzəçi, Vəzirxan Məlikov və İmanverdi Şükürov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin 09.12.2020-ci il tarixli 2-1(116)-581/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Məhkəmə qərarı cav abdehə 16.05.2021-ci il tarixində təqdim edilmişdir.
17. Cavabdeh 08.06.2021-ci il tarixində kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1287/2020 saylı iş üzrə 01.09.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən arxiv arayışında qeyd edilən dövrlərin hansı səbəbdən əmək kitabçasında qeyd olunmaması araşdırılmalıdır.
19. X2 Oğuz rayon Dövlət Arxivində mühafizə olunan sənədlərində 1984-1986-cı illərin çilingər və yük parkı işçilərinin şəxsi hesab kitabları arxivə təhvil v erilmədiyindən əmək haqqına dair arayışın verilməsinin mümkün olmaması qeyd edilmişdir. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir”. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair plen um qərarı). Lakin məhkəmə bu nüansa diqqət yetirməmiş və nəticədə əsassız qərar qəbul edilmişdir.
20. Halbuki, qeyd edilən dövrdə 61 nömrəli iddiaçının işdənçıxma əmrində əmək haqqı almamasının səbəbi kimi üzrsüz səbəbdən işə gəlməməsi qeyd olunmuşdur ki, bu da həmin illərdə iddiaçının əmək fəaliyyəti ilə məşğul olmadığının məntiqi sonluğudur.
21. Apelyasiya instansiyası məhkəməsi qeyd edilən halları araşdırmadan, sadəcə birinci instansiya məhkəməsinin qərarında qeyd olunanları köçürməklə kifayətlənmişdir. Məhz mübahisələndirilən həmin illər (1 il 11 ay 18 gün) daxil edilmədikdə iddiaçıya pensiya təyinatı aparılması qanunvericiliyin tələbinə görə mümkün olmur. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birl ikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın.
22. Şikayətin maddi hüquqi əsası kimi Əmək Məcəlləsinin 87-ci, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 7, 25, 31.2, 31.2-1-ci maddələrinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 2.2, 3.2-ci bəndinə istinad edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Cavabdehin vəkili kasasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
25. İşə baxılmasının vaxtı və yeri haqqınd a lazımı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf şifahi məhkəmə iclasında təmsil olunmamışdır. İddiaçı tərəfə təqdim olunmuş məhkəmə bildirişində, məhkəmə iclasına gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilmişdir (İPM-in 62.3-cü maddəsi). Məhkəmə kollegiyası işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Əmək pensiyaları haqqında” Qanun: Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri (1 iyul 2017-ci il tarixə qədər olan redaksiyada) 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. 26. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”: 3.1.1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 27. 01.01.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya tə minatı haqqında” Qanun: Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş d irektorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndinə görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. Ali Məhkəmənin İnzibati kollegiyasının əvvəlki qərarlarında, o cümlədən 2-1(102)1389/2020 saylı 22 iyul 2020-ci il tarixli və 2-1(102)-1615/2020 saylı 26 avqust 2020-ci il tarixli qərarlarında da 1 yanvar 2006-cı ilədək olan dövr üzrə ayrı-ayrı iş illəri arxiv arayışı ilə təsdiq olunduğuna görə həmin illərin şəxsin sığorta stajına daxil edilməsinin zəruriliyi bildirilmişdir. 29. “İnzibati icraat haqqında” Qanu n: Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
30. İnzibati Prosessual Məcəllə: Maddə
14. Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna ist inad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
32. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanunil iyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun müddəaları iddiaçının vəziyyətini ağırlaşdırdığından qanunun geriyə qüvvəsi şamil oluna bilməz və apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının müddəalarının tətbiq edilməsi tamamilə qanuni və əsaslı olmuşdur. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şi kayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın qanuni və əsaslı nətic ələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
35. Kassatorun əsas dəlili ondan ibarətdir ki, iddiaçının 1984-1986-cı illərə aid əmək haqqı arayışı təqdim edilmədiyindən həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunaziddir. Həmçinin, iddiaçının 1986-1995-ci illərdə “Xaçmaz” kolxozunda işlədiyi dövr əmək kitabçasında yox, arxiv arayışında göstərilmişdir. Məhkəmə tərəfindən arxiv arayışlarının sosial sığorta stajını təsdiq edən sənədlərə aid edilməsi isə qanunvericiliyin tələblərinə ziddir.
36. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 22-25-ci bəndlərində göstərilən normaların məzmunundan da göründüyü kimi qanunvericilik yalnız əmək kitabçasına əsasən əmək stajının müəyyən edilməsinə dair imperativ norma nəzərdə tutmamışdır. Həmçinin iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilikdə müəyyən digər sənədlərə əsasən də əmək stajının müəyyən edilməsi qaydası nəzərdə tutulmuşdur. Konkret halda, iddiaçı 1986-1995-ci illərdə adıçəkilən kolxozda işləmişdir və bu arxiv arayışı ilə təsdiq olunur. Qeyd edilməlidir ki, həm arxiv arayışındakı məlumatlar, həm də əmək kitabçasında əksini tapmış məlumatlar eyni sənədlərə (məsələn, müvafiq qurumun əmrlərinə) əsaslanır. Digər tərəfdən, Dövlət arxivi tərəfindən təqdim olunmuş son hesablaşma kitablarına əsasən verilmiş əmək haqqı üzrə arayışlar da iddiaçının həmin kolxozda həmin dövrlərdə işlədiyini təsdiq edir və beləliklə də, əmək kitabçası və arxiv arayışı ilə birlikdə iddiaçının həmin kolxozda işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınması imkanını təsdiq edir.
37. Belə olan halda, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışlarının aid edilmədiyini əsas gətirərək iddiaçının pensiya hüququnun yaranmaması barədə inzibati orqanın dəlilləri əsassızdır. İddiaçının işləmiş olduğu dövrdə qüvvədə olmuş hüquq normalarına görə arxiv müəssisələri tərəfindən verilmiş arayışlar pensiya hüququ verən iş stajının müəyyən edilməsi üçün əsas kimi qəbul edilmişdır.
38. Hazırkı tələblə bağlı işlərə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşdırdığı məhkəmə təcrübəsinə görə cavabdehin həmin arayışdakı məlumatları qəbul etməməsi “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinin məqsədinə uyğun deyil. Belə ki, normanın məzmunundan da göründüyü kimi, qanunverici 2006-cı il 01 yanvar tarixədək olan dövrə aid iş stajının dövlət arxivinin arayışla rı əsasında təsdiqini əmək kitabçasındakı məlumatların mötəbərliyinə nəinki bərabərləşdirmişdir, hətta həmin arayışlardakı məlumatların mötəbərliyinə üstünlük vermişdir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 24.11.2020-ci il tarixli, 2-1(102)-2197/2020 nömrəli qərarı).
39. İddiaçının 1984-1986-cı illərdə X1 işləməsi isə əmək kitabçası ilə təsdiq olunur. Cavabdeh isə buna baxmayaraq iddiaçıdan həmin iş stajını təsdiq edən əlavə sübutlar tələb etmiş, bununla da hazırkı qərarın 23-cü bəndində göstərilən normanın tələbini pozmuşdur.
40. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iş illərinə aid əmək kitabçasını və onu təsdiq edən arxiv arayışını təqdim etmişdir və onun həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübut olunmamışdır.
41. Beləliklə, iddiaçı xx.xx.1954-cü il tarixdə doğulmuş, 19.05.2017-ci il tarixdə 63 yaşı tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin həmin dövrdə qüvvədə olan tələbinə əsasən onun yaşa görə pensiya hüququ 19.05.2017-ci il tarixdə yaranmışdır. İş materialları ilə iddiaçının 12 ildən artıq sığorta stajının olması müəyyən edilir ki, iddiaçının pensiya hüququnun yarandığı tarixdə qüvvədə olan qanunvericiliyə əsasən həmin iş müddəti iddiaçıya pensiya təyin olunmasına kifayət edir.
42. Məhkəmə kollegiyası iddiaçının tələbinin “ondan əsassız geri alınmış 4655 manat məbləğində pulun və həmin tarixdən hal-hazıradək ödənilməmiş qalan pensiya məbləğinin hesablanıb birdəfəyə dərhal ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsi haqqında” Azərbaycan Respublikasının qanunun xərclər maddəsinin alt hissələrində əmək pensiyalarının ödənilməsi xərcləri analitik hesablamalara əsaslanmış konkret rəqəmlərlə əks edildiyindən pensiya xərcləri ilə bağlı əlavə yaranmış öhdəliklər bu sahədə maliyyələşdirmənin vaxtında aparılmasını şübhə altına qoymuş olur. Birdəfəlik ödəmələrin məbləği xeyli miqdarda olduqda pensiya almaq hüququ olan digər vətəndaşların pensiya təminatı hüququ pozulmuş olur.
43. Azərbaycan Respublikası Konstitusiyanın 7-ci maddəsinin 3-cü hissəsində qeyd olunmuşdur ki, dövlət hakimiyyətinin təşkili hakimiyyətin bölgüsü prinsipi əsasında həyata keçirilir. Həmin maddənin 4-cü hissəsinə əsasən - bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.
44. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Qanunun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanı lmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı).
45. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının tələbi ilə bağlı cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
46. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.
47. Beləliklə, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
48. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrin i rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.04.2021-ci il tarixli, 21(107)-138/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.