Məhkəmə qərarları › İş №2-1(102)-1351/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1351/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1351/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: xidmətdən xaric edilmə barədə əmrin mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə qarşı “əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxmaya görə bütün dövr üçün əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-754/2023 nömrəli, 30 yanvar 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasına əsasən o, 26 mart 2019-cu il tarixdə Bakı şəhər Yasamal Rayon Polis İdarəsinə polis nəfəri vəzifəsinə xidmətə qəbul edilmiş, 15 oktyabr 2020-ci il tarixdə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən xidmətdən azad edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

2. İddiaçı 13 noyabr 2020-ci il tarixdə Bakı şəhər Yasamal rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, AR DİN-nin Yasamal Rayon Polis İdarəsinin iddiaçının daxili işlər orqanından xaric edilməyinə dair 15 oktyabr 2020-ci il tarixli Ə/84 Ş/h-091-20 saylı əmrin bğv edilməsini, onun əvvəlki vəzifəsinə xidmətə qəbul olunmasını, məcburi iş buraxmağına görə bütün dövr üçün ödəniş edilməsinə dair qərar çıxarılmasını; barəsində aparılmış araşdırmaya dair bütün sənədlərin təsdiq olunmuş surətlərini, o cümlədən 15 oktyabr 2020-ci il tarixli Ə/84 Ş/h091-20 saylı əmrin surətləri Yasamal RPİ- dən və Bakı Baş Polis İdarəsindən tələb olunaraq onların ətrafında araşdırma aparılmasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. 3. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının iddianın dəyişdirilməsinə dair əriz əsi qismən “İddiaçının cavabdeh Bakı şəhər Baş Polis İdarəsinə qarşı (3-cü şəxs Yasamal Rayon Polis İdarəsi) iddiaçının daxili işlər orqanından xidmət etməkdən xaric olunmasına dair Bakı şəhər Baş Polis İdarəsinin 14 oktyabr 2020-ci il tarixli Ə 441-039-20 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki vəzifəsinə xidmətə bərpa olunması, məcburi iş buraxmağa görə bütün dövr üçün əmək haqqının ödəniş edilməsinə dair qərar qəbul edilməsi” hissəsində icraata qəbul edilmiş, iddiaçının iddianın dəyişdirilməsinə dair ərizəsi qalan hissədə icraata qəbul edilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması:

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13 avqust 2020-ci il tarixdə o, manqa ko mandiri X3, polis serjantı X1, sonuncunun idarə etdiyi xidməti Fiat markalı Az ** AP *** dövlət nömrə nişanlı maşınla xidmət apararkən, təxmini saat 16:30 radələrində bir qara rəngli Volsfaqen markalı avtomaşını idarə edən sürücü avtomaşının qabaq faraları ilə onlara işarə etmiş və avtomaşını saxlamağı xahiş etmişdir. Həmin avtomaşını idarə edən sürücü öz avtomaşınını saxlayıb onlara yaxınlaşmışdır. Cahandar və manqa komandiri Alı avtomaşından düşmüş, iddiaçı isə avtomaşında qalmışdır. Cahandar və Alı həmin şəxsə özlərini təqdim etmişlər. Həmin şəxsin təxminən 30-35 yaşı olardı, bədəni kök, saçı qırxılmış vəziyyətdə idi. Həmin şəxslər Cahndara və Alıya müraciət edərək evini mühafizə elətdirmək niyyətini onlara çatdırdı. Bundan sonra Cahandar, habelə manqa komandiri X3 bildirdilər ki, DİN-n in Mühafizə polisinə müraciət etmək lazımdır. O yaşadığı evin Yasamal rayonu, Əsəd Əhmədov küç, Albalı Uşaq baxçasının yanında olmasını bildirdi. Bundan sonra həmin şəxs onlara müraciət edərək qeyd etmişdir ki, siz çox əziyyət çekirsiniz, karantin vaxtında çox yorulursunuz. Daha sonra həmin şəxs məndə polis övladı olmuşam, yaxınlarımız polis əməkdaşlarıdır deyərək əlini cibinə salıb Cahandara deməklə onlara nahar etmək üçün öz istəyi ilə pul vermək istəmişdir. Cahandar həmin şəxsə iki dəfə etiraz edib onlara nahar üçün pul verməsini qəbul etməyəcəyini bildirmişdir. Həmin şəxs təkidlə onlara nahar etmək üçün 30 manat pul vəsaitini Cahandarın ovucuna basmış və dərhal oranı tərk etmişdir. Onlar xidmətlərinə davam edərək, həmin şəxsin verdiyi pulun 10 manatını xərcləyib dönər almışdırlar. Xi dmətlərini davam edib 38 saylı tam orta məktəbin yanından keçərkən onlara uşaqlar yaxınlaşıb həmin məktəbin futbol oynayan meydançasında 3 nəfər narkotik vasitə qəbul etmələrini bildirmişlər. Onlar həmin yerə yaxınlaşanda narkotik vasitə qəbul edən şəxslər qaçmağa başlamışlar. Həmin yaxaladıqları iki nəfər şəxsləri xidməti avtomaşının yanına gətirib polis şöbəsinə çatdırıb təhvil vermək istəmişlər. Lakin xidməti avtomaşının yanına çatanda görmüşdür ki, xidməti avtomaşın üç avtomaşın ilə onun idarə etdiyi avtomaşının hərəkətini məhdudlaşdırıblar. Eyni zamanda orada 7 nəfər mülki paltar olan şəxslərin olmasını görmüşdür. Həmin 7 nəfərdən mülki geyimdə olan biri vəsiqə göstərmədən, onun polis polkovnik- leytenantı olmasını bildirmişdir. Mülki paltarda olan şəxslər yaxalanılan şəxslər barəsind ə onlar tərəfindən əməliyyat təşkil olunduğunu qeyd edərək həmin şəxslərin Bakı şəhər Baş Polis İdarəsinə getməli olduğunu bildirmişlər. Onlar etiraz edərək bildirmişlər ki, yaxalanan şəxsləri ərazi üzrə polis şöbəsinə aparmalıdırlar. Bunun ardınca mülki geyimli şəxslər bildirmişlər ki, idarə rəhbbərliyinin bundan xəbəri vardır. Bebliklə də iddiaçını, manqa komandiri-İmanov Alını, polis kiçik serjantı Cahandarın, yaxaladıqları hər iki şəxsi Bakı şəhər Baş Polis idarəsinə aparmışlar. Onlar Bakı şəhər Baş Polis İdarəsinin CAİ-nin rəisinin xidməti otağına gətirilmişlər. CAİ-nin rəisi onlardan tələb etmişdir ki, ciblərində nə varsa çıxarıb masanın üstünə qoysunlar. İddiaçı cibində olan 100 (yüz) manatlıq əskinazı, 70 qəpik pul vəsaitini masanın üstünə qoymuşdur. Bundan sonra, CAİ-nin rəisi yan ında digər mülki paltarda, özünün ad, soyadını və rütbəsini, tututduğu vəzifəsini bildirmədən balaca işıqsaçan qurğu ilə onun cibindən çıxan 100 manat pul əskinazının üzərinə işıqlandırma aparıb üzərində rüşvət sözü yazılmasını görmüşdür. Bundan sonra o, həmin pul vəsaitinin yuxarıda qeyd etdiyi qaydada və məzmunda danışıqlardan sonra nahar etmək adı ilə öz arzusu və təkidi ilə onlara adı, soyadı məlum olmayan şəxs tərəfindən verilməsini bildirmişdir. Həmin şəxsin könüllü yardım qaydasında nahar etmək üçün təkidlə pul verməsi hər hansı qanun pozuntusu yaratmır. İşlədiyi 3 il 07 gün ərzində hər-hansı intizam tənbehi olmamışdır. Əksinə xidməti nümunəvi qaydada etməklə 2 dəfə pul mükafatı ilə təltif olunmuşdur. Buna görə də barəsində çıxarılmış əmri əsassız və qanunsuz hesab edir.

5. Məhkəmən in xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Yasamal Rayon Polis İdarəsinin hazırkı iş üzrə üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddia tələbinin “Bakı şəhər Baş Polis İdarəsinin 14 oktyabr 2020-ci il tarixli Ə 441-039-20 nömrəli əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə xidmətə bərpa olunması, məcburi iş buraxmağa görə bütün dövr üçün əmək haqqının ödəniş edilməsinə dair qərar qəbul edilməsi” kimi oxunması qərara alınmışdır. Cavabdehin etirazları:

6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət bildirilərək qeyd edilmişdir ki, Yasamal rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün “Fiat Doblo” markalı, **-AP*** dövlət qeydiyyat nişanlı avt opatrulda xidmət aparan əməkdaşlar inzibati ərazidə malların müəyyən edilməmiş yerlərdə satışının təşkilinin qarşısının alınmasına yönəlmiş Yasamal RPİ rəisinin xx.xx.2020-ci il tarixli, Ə-239-091-20 nömrəli əmrinin icrasının təmin edilməsinə cəlb olunmalarına baxmayaraq, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, o cümlədən tətbiq olunan xüsusi karantin rejimi qaydalarına riayət olunması, küçə ticarətinə, avara və dilənçiliklə məşğul olan şəxslərə, antisanitariya və digər bu kimi inzibati xətalara qarşı mübarizə aparmaq əvəzinə fəaliyyətlərini daxili işlər orqanları əməkdaşlarının adına və polisin işgüzar nüfuzuna ləkə gətirən hərəkətlərə yol verilməsi üzərində qurmuşlar. Belə ki, xx.xx.2020-ci il tarixdə, saat 20.00 radələrində Bakı Şəhər BPİ-nin aidiyyəti xi dmət əməkdaşları tərəfindən Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi ərazisində keçirilən tədbirlər zamanı qeyd olunan avtopatrulda xidmət aparan polis nəfərləri Cahandar Mustafazadə və iddiaçının heç bir zərurət olmadan maddi vəziyyətinə görə imkanlı təsəvvürü yaradan «Volkswagen» markalı avtomaşının sürücüsünə yaxınlaşaraq polisin nüfuzunu aşağılayan və şəxsi maraqları məzmununda söhbətlər aparıb məqsədlərinə nail olduqdan sonra oradan getmələri müşahidə olunmuşdur. Bakı Şəhər BPİ-nin xx.xx.2020-ci il tarixli, Ə441-039-20 nömrəli əmri ilə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini məqsədi ilə keçirilən tədbirlərin gücləndirilməsi ilə bağlı xidmətə cəlb olunmalarına baxmayaraq, xx.xx.2020-ci il tarixdə heç bir zərurət olmadan “Volkswagen” markalı avtomaşının sürücüsünə yaxı nlaşaraq onunla polisin nüfuzunu aşağılayan və şəxsi maraqları məzmununda söhbətlər aparıb məqsədlərinə nail olduqlarına, bununla da, daxili işlər orqanları əməkdaşlarının adına və polisin işgüzar nüfuzuna ləkə gətirən hərəkətlərə yol verdiklərinə görə Yasamal Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfərləri, polis serjantı X1 və polis kiçik serjantı iddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric olunmuşlar. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-480/2022 nömrəli, 7 sentyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibat i orqan qəbul etdiyi inzibati aktı iddiaçının daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etməsi ilə əsaslandırmışdır. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Post-Patrul naryadlarının yerləşdirilməsi üzrə cədvəlin təsdiq edilmiş surətindən, həmçinin iddiaçının və digər əməkdaşların izahatlarından iddiaçının xx.xx.2020-ci il tarixdə xidmətdə olması, xidmətdə olduğu zaman daxili işlər orqanları əməkdaşlarının adına və polisin işgüzar nüfuzuna ləkə gətirən hərəkətlərə yol verməsi öz təsdiqini tapmışdır.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-754/2023 nömrəli, 30 yanva r 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. 11.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində işin halları və iddia tələbinin dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən işin halları tam və hərtərəfli araşdırılmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Cavabdeh kassasiya şikayətinə qarşı məktubla münasibət bildirərək, ape llyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu:... Maddə

13. Polis əməkdaşının ümumi vəzifələri İ. Polis əməkdaşının ümumi vəzifələri aşağıdakılardır:... 7) səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək.... Maddə

34. Polis əməkdaşının xidmətdən xaric edilməsi... 9) polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə... 16. "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əsasnamə (Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli, 168-İİQ №-li Qanunu ilə təsdiq edilmişdir):...

135. Daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hal larda xidmətdən xaric edilə bilər:... 9) daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə;... 17. “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi” (Azərbaycan Respublikası daxili işlər nazirinin 8 aprel 2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmişdir):... Maddə

6. Xidməti vəzifələrinin icrası zamanı qərar qəbul edərkən prinsipial, qərəzsiz, səmimi, obyektiv və özünə qarşı tələbkar olmalı, məsələyə aidiyyəti olmayan amillərin təsiri altına düşməməlidir. Öz xidməti vəzifələrinin icrasına buna səlahiyyəti olmayan şəxslər tərəfindən müdaxilə etmək cəhdlərinin qarşısını qətiyyətlə almalıdır. Xidməti vəzifələrin icrası (icra etməməsi) ilə bağlı məsələlərdə ona təsir etmək cəhdlərinin qarşısını qətiyyətlə almalı, qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər ondan asılı olmayan səbəblərdən verilərsə, bu barədə birbaşa rəisinə məlumat verməli və maddi, qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əməkdaşın xidmət etdiyi orqana akt üzrə təhvil verilməlidir. Xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya vəzifələrin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanunda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir. Hədi yyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəisinin rəyini öyrənməlidir. 6-1....Xidməti vəzifəsinə aid olmadığı hallarda dövlət orqanının, onun rəhbərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Xidməti vəzifələrin icrası ilə bir araya sığmayan və polis əməkdaşı adına xələl gətirə biləcək, habelə xidmət keçdiyi və başqa dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.... Maddə

22. Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi"ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır v ə yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərə k (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə bax ılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

23. Məhkəmə kollegiyası Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab etməklə, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla, əsasən onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

25. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçının daxili işlər orqanlarından xidmətdən xaric olunmasına dair 14 oktyabr 2020-ci il tarixli, Ə441-039-20 nömrəli əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunması və məc buri işburaxmaya görə bütün dövr üçün əmək haqqının ödənilməsi ilə bağlı məsələ lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, iddiaçının iddia tələbində və şikayətində istinad etdiyi dəlillər bu qərarın 15, 16 və 17-ci bəndlərində göstərilən, polis əməkdaşının məsuliy yətini müəyyən edən normaların tətbiqi şərtlərinə təsir etmir, onların tətbiqini aradan qaldırmır və ya məhdudlaşdırmır. Buna görə də, şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə və ya dəyişdirilməsinə əsas vermir.

27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti rədd edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-754/2023 nömrəli, 30 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar