Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1352/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1352/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçının vəkili Vəkil2, cavabdehin vəkili Vəkil iştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2800/2018 saylı qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi və onun vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona xxxx 2003-cü il tarixindən ailə başçısını itirməyə görə və 18 yaşı tamam olmamış qızı X4 üçün ona təminat xərcliyinin 50 faizi məbləğində pensiyanın təyin olunduğunu, lakin təminat xərcliyinə ixtisasa görə pul mükafatının ("ikinci" məharət dərəcəsi) daxil edilmədiyini və pensiya hesablanması zamanı həmin məbləğin nəzərə alınmadığını, bununla bağlı cavabdeh inzibati orqana müraciət etdiyini, sonuncu, xxxx 2018-ci il tarixli məktubla ona mərhum həyat yoldaşı barədə xxxx 2018-ci il tarixli, *** nömrəli məktubla yeni məlumat vərəqinin daxil olduğuna və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa xxxx 2017-ci il tarixdən dəyişikliklərin edildiyinə, bu Qanunun 20.17.1-ci maddəsinə əsasən xxxx 2015-ci il tarixdən pensiyanın yenidən hesablandığına istinad etməklə, müraciətdən imtina etdiyini bildirərək, mərhum X1 övladı X2 8 yaşınadək qulluğa görə, habelə iddiaçıya ailə başçısını itirməyə görə təyin olunmuş pensiyaların məbləğləri təminat xərcliyi üzrə 2-ci məharət dərəcəsinə görə əlavə xxxx 2007-ci il tarixdən, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi fəaliyyətə başladığı vaxtdan nəzərə alınmaqla hal-hazıradək (qızı X2 8 yaşınadək qulluğa görə hissədə "xxxx 2009-cu il tarixədək) yaranmış pensiya fərqinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(81)-3363/18 saylı qərarı ilə iddia tələbi təmin edilərək, mərhum X1 ö vladı X2 8 yaşınadək qulluğa görə, habelə İddiaçı ailə başçısını itirməyə görə təyin olunmuş pensiyaların məbləğləri təminat xərcliyi üzrə 2-ci məharət dərəcəsinə görə əlavə xxxx 2007-ci il tarixdən (qızı X2 8 yaşınadək qulluğa görə hissədə xxxx 2009-cu il tarixədək) yaranmış pensiya fərqinin hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir (hakim – E.Q.Məmmədov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2800/2018 saylı qərarı ilə (sədrlik edən M.N.Tağızadə, hakimlər Ü.A.Mayılov və K.N.Abiyeva) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxl anılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi və onun vəkili Vəkil1 kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iddiaçının mərhum həyat yoldaşına Müdafıə Nazirliyi tərəfındən yaşa görə əmək pensiyası təyin edilmiş, qanunvericiliyə uyğun olaraq həyat yoldaşına təminat xərcliyinin 50 faizi məbləğində əmək pensiyası təyin edil miş, iddiaçının mərhum həyat yoldaşının adına Azərbaycan Respublikası Müdafıə Nazirliyi tərəfindən yenidən məlumat vərəqi daxil olmuş və həmin məlumat vərəqində 2-ci məharət dərəcəsinə görə 15% təminat xərcliyində qeyd edilmiş, cavabdeh tərəfindən sonuncu, yəni xxxx 2018-ci il tarixli məlumat vərəqində qeyd edilən 15 faiz məharət dərəcəsi əsas götürülərək, əmək pensiyası yenidən hesablanaraq, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə uyğun olaraq, müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il ödənilməsi ilə bağlı sərəncam verilmiş və hesablanılan məbləğin 10 ay müddətində ödənilməsinə qərar verilmiş, həmçinin qanunvericiliyə uyğun olaraq ailə başçısını itirməyə görə pensiya ananın himayəsində olan 2001-ci il tarixli azyaşlı qızı X2 ödənilir, son öd əniş tarixi xxxx 2019-cu ildir. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini,Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçının vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Vəkil2, cavabdehin vəkili Vəkil1 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2800/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının əri X3 hərbi qulluqçu olmuş və xxxx 2003-cü il tarixdə vəfat etmiş, mərhumun ölümü ilə əlaqədar olaraq xxxx 2003-cü il tarixdən iddiaçıya qızı X2 8 yaşınadək qulluğa görə və ailə başçısını itirməyə görə pensiya təyin olunmuş, lakin pensiya təyin olunarkən pensiyaların məbləğlərinə təminat xərcliyi üzrə 2-ci məharət dərəcəsinə görə əlavə nəzərə alınmamış, iddiaçı, bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu, xxxx 2018-ci il tarixli məktubla ona mərhum həyat yoldaşı barədə xxxx 2018-ci il tarixli, **** nömrəli məktubla yeni məlumat vərəqinin daxil olduğuna və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublik ası Qanununa xxxx 2017-ci il tarixdən dəyişikliklərin edildiyinə, bu Qanunun 20.17.1-ci maddəsinə əsasən xxxx 2015-ci il tarixdən pensiyanın yenidən hesablandığına istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, 2-ci məharət dərəcəsinə görə 15% təminat xərcliyi yalnız Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən cavabdehə göndərilmiş xxxx 2018-ci il tarixli məlumat vərəqində qeyd olunmuş və cavabdeh həmin məlumat vərəqəsinə əsaslanaraq həmin əlavənin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə uyğun olaraq, müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il – yəni xxxx 2015-ci il tarixdən yenidən hesablamış, cavabdehin müraciətin təminindən imtina üçün xx xx 2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə istinad etməklə pensiyanı 2015-ci il tarixdən yenidən hesablamaqda haqlı olmamış, iddiaçının X2 8 yaşınadək qulluğa görə və özünün ailə başçısını itirməyə görə pensiya hüququ mərhum əri X1 xxxx 2003-cü il tarixdə vəfat etməsi ilə əlaqədar yaranmış və həmin vaxtdan iddiaçıya müvafiq pensiyalar təyin edilmiş, iddiaçı xxxx 2017-ci il tarixdən əvvəl pensiyaçı olduğundan, ona Qanunun xxxx 2017-ci il tarixədək qüvvədə olan normalarına əsasən mərhum ərinin təminat xərcliyi üzrə 2-ci məharət dərəcəsinə görə əlavə hesablanmalıdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublik ası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xxxx 2007-ci il tarixli, 135 saylı Qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları"nın 2-ci bəndinə əsasən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərci (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir, Hüquq münasibətlərinin yarandığı dövr, yəni «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xxxx 2017-ci il tarixədək qüvvədə olmuş 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir, Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Qanunun 31.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmçinin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa xxxx 2017-ci il tarixdən edilmiş dəyişikliklər Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən iddiaçının hüquqi vəziyyətini ağırlaşdırdığından həmin dəyişiklik hazırki işə münasibətdə tətbiq edilməməlidir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fıziki və ya hüquqi şəxslər tərəfındən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin tə min edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası məharət dərəcəsinə görə 15% təminat xərcliyinin yalnız Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən cavabdehə göndərilmiş xxxx 2018-ci il tarixli məlumat vərəqində qeyd olunduğunu və cavabdehin məlumat vərəqəsinə əsaslanaraq həmin əlavənin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə uyğun olaraq, pensiyanı 2015-ci il tarixdən yenidən hesablamaqda haqlı olmadığını, iddiaçının X2 8 yaşınadək qulluğa görə və özünün ailə başçısını itirməyə görə pensiya hüququnun mərhum əri X1 xxxx 2003-cü il tarixdə vəfat etməsi ilə əlaqədar yarandığını və həmin vaxtdan iddiaçıya müvafiq pensiyaların təyin edildiyini, iddiaçı xxxx 2017-ci il tarixdən əvvəl pensiya çı olduğundan, ona Qanunun xxxx 2017-ci il tarixədək qüvvədə olan normalarına əsasən mərhum ərinin təminat xərcliyi üzrə 2-ci məharət dərəcəsinə görə əlavə hesablanmalı olduğunu nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2800/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2800/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1352/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1352/2019
08.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver