Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1352/2022 06.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə (üçüncü şəxslər: X9 Company “Rot Front” və X10 "xxxx") qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2022-ci il tarixli, 2-1(1 03)-893/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 25 mart 2011-ci il tarixli, 16 nömrəli müqavilənin, həmin müqaviləyə əlavə olunmuş 25 mart 2011-ci il tarixli, 1 nömrəli tapşırığın və 25 aprel 2011-ci il tarixli 1 nömrəli aktın təsdiq olunmuş surətlərinə əsasən, fərdi sahibkar Çijov A.A. (icraçı) və "xxxx" ASC (sifarişçi) arasında “Антошка картошка вкус Шоколад” və “Антошка картошка вкус Ваниль” konfetlərinin qablaşdırma materiallarının dizaynının hazırlanmasına dair müqavilə bağlanılmış və icraçı tərəfindən hazırlanmış dizaynların nümunələri sifarişçi tərəfindən qəbul edilmişdir. 2. “Romarin” X1 məlumat bazasından əldə olunmuş 877577 saylı qeydiyyat məlumatları na əsasən, “Rot Front” nişanı 26 dekabr 2005-ci il tarixdə qeydiyyata alınmış, qeydiyyatın sahibi qismində isə X9 Company “Rot Front” qeyd edilmişdir. 3. “Romarin” X1 məlumat bazasından əldə olunmuş ******* saylı qeydiyyat məlumatlarına əsasən, “Rot Front” nişanı 12 avqust 2016-cı il tarixdə qeydiyyata alınmış, qeydiyyatın sahibi qismində isə X9 Company “Rot Front” qeyd edilmişdir. 4. “Romarin” X1 məlumat bazasından əldə olunmuş ******* saylı qeydiyyat məlumatlarına əsasən, “АНТОШКА КАРТОШКА” nişanı 14 noyabr 2014-cü il tarixdə qeydiyyata alınmış, qeydiyyatın sahibi qismində isə X10 "xxxx" qeyd olunmuşdur. Nişan “АНТОШКА КАРТОШКА” sözlərindən ibarətdir, sözlər qara rəngdə, böyük kiril hərfləri ilə yazılmışdır. 5. “Konditerskaya Firma TAKF” şirkətinin məhsulları üzrə müxtəlif illərə aid ola n kataloqların çıxarışlarında “Антошка-картошка вкус Шоколад” və “Антошка-картошка вкус Ваниль” konfetlərin fotoşəkilləri əks olunmuşdur. 6. 24 fevral 2016-cı il tarixli, 777 nömrəli müqavilənin və bəyannamələrin təsdiq olunmuş surətlərinə əsasən, "xxxx" Qənnadı firması ASC ilə "xxxx" MMC arasında qənnadı məhsullarının tədarükü barədə müqavilə imzalanmış və “Антошка-Картошка вкус ваниль” və “Антошка Картошка вкус шоколад” adlı mallar Azərbaycana idxal olunmuşdur.
7. Cavabdehin Sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı və reyestr şöbəsindən verilən çıxarışa əsasən, “Сережка КАРТОШКА шоколад tokay” təsvirli əmtəə nişanı 30cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” üzrə 30 oktyabr 2017-ci il tarixində Azərbaycan Respublikasında 2017 1141 n ömrəsi ilə iddiaçının adına qeydiyyata alınmışdır (iddia sənədinin nömrəsi 2017 00232, iddia sənədinin daxil olma tarixi 15 mart 2017-ci il, ilkinliyin tarixi 15 mart 2017-ci il olmuşdur).
8. Cavabdehin Apellyasiya Şurasının 5 noyabr 2019-cu il tarixli, A68-7 nömrəli qərarına əsasən iddiaçıya məxsus 2017 1141 qeydiyyat nömrəli “Сережка КАРТОШКА шоколад tokay” əmtəə nişanının 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” üzrə qeydiyyatına qarşı üçüncü şəxslər adından patent müvəkkili M.Y.Qurbanov tərəfindən verilmiş etiraz ərizəsi təmin edilmiş, 2017 1141 qeydiyyat nömrəli “Сережка КАРТОШКА шоколад tokay” əmtəə nişanının ƏXBT-nin 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər”ə dair idd iaçının adına aparılmış qeydiyyat etibarsız sayılmış, əmtəə nişanının qeydiyyata alınması haqqında (iddia sənədinin nömrəsi 2017 00232) Patent və X2 5 oktyabr 2017-ci il tarixli qərarı ləğv edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı 25 fevral 2020-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin Apellyasiya Şurasının 5 noyabr 2019-cu il tarixli, A68-7 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi əsasında yaradılmış və fəaliyyət göstərən hüquqi şəxsdir. Cəmiyyət şirniyyat və qənnadı məhsullarının istehsalı və satışı ilə məşğul olur. Üçüncü şəxslər cavabd ehin Apellyasiya Şurasına etiraz verərək, iddiaçının adına 2017 1141 nömrə ilə (ərizə 2017 00232, ilkinlik tarixi 15 mart 2017) alınan “Сережка KAPTOШKA шоколад tokay” əmtəə nişanının 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” əmtəə və xidmətləri üzrə iddiaçının adına aparılmış qeydiyyatın etibarsız sayılması haqqında qərar verilməsini xahiş etmişdir. Cavabdehin Apellyasiya Şurasının A68-7 nömrəli, 5 noyabr 2019-cu il tarixli qərarı ilə etiraz ərizəsi təmin edilmiş, 2017 1141 qeydiyyat nömrəli “Сережка КАРТОШКА Шоколад tokay” əmtəə nişanının ƏXBT-nin 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər”ə dair iddiaçının adına aparılmış qeydiyyatı etibarsız sayılmış və əmtəə nişanının qeydiy yata alınması haqqında (iddia sənədinin nömrəsi 2017 00232) Patent və X2 5 oktyabr 2017-ci il tarixli qərarı ləğv edilmişdir. Cavabdehin Apellyasiya şurasının qərarı tamamilə qanunsuz və əsassız olduğu üçün ləğv olunmalıdır. İddiaçıya məxsus “Сережка КАРТОШКА шоколад tokay” kombinasiya edilmiş əmtəə nişanı 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” üzrə 30 oktyabr 2017-ci il tarixində Dövlət reyestrində qeyd olunmaqla "xxxx" MMC-nin adına Azərbaycan Respublikasında 2017 1141 nömrə ilə qeydiyyata alınmışdır (əmtəə nişanının ilkinlik tarixi 15 mart 2017-ci ildir). İkincisi, iddiaçıya məxsus “Сережка КАРТОШКА Шоколад tokay” kombinasiya edilmiş əmtəə nişanı olduğu halda, cavabdehin Apellyasiya Şurasının qərarında üçüncü şəxslərin adına qe ydə alınmış nişanların kombinasiya edilməmiş nişan olduğu halda, həmin nişan kombinasiya edilmiş nişan kimi qeyd olunmuşdur. Beləliklə, cavabdehin Apellyasiya Şurası işə birtərəfli qaydada yanaşmışdır. Əks təqdirdə belə bir qərar qəbul edə bilməzdi. Üçüncüsü, cavabdehin Apellyasiya Şurasının qərarında iddiaçıya məxsus “Сережка КАРТОШКА Шоколад tokay” kombinasiya edilmiş əmtəə nişanında oval çərçivənin içərisində yazılmış “Tokay” söz işarəsi ilə OOO “Rot Front”un üçkünc həndəsi fiqurun içərisində yazılmış “РотФронт” söz işarələri heç bir əsas olmadığı halda eyniləşdirilmişdir. Dördüncüsü, qeyd olunan kombinasiya edilmiş əmtəə nişanın Azərbaycan Respublikasının Patent və X3 iddiaçının adına qeydiyyata alındığı zaman həmin kombinasiya edilmiş əmtəə nişanın ilkin ekspertizası aparılmışdır. Həm in vaxt “Сережка КАРТОШКА Шоколад tokay” adlı kombinasiya edilmiş əmtəə nişanının qeydiyyatına məhdudiyyət və maneçilik törədən hər hansı bir hal mövcud olmamışdır. Əgər həmin vaxt belə bir hal mövcud olmuş olsaydı, sözügedən əmtəə nişanı iddiaçının adına qeydiyyata alınmazdı. Bundan başqa, “Сережка КАРТОШКА Шоколад tokay” adlı kombinasiya edilmiş əmtəə nişanı ilkin olaraq Azərbaycan Respublikasında iddiaçının adına qeydiyyata alınmışdır. Cavabdehin Apellyasiya Şurası bu halları nəzərə almamışdır. Beşincisi, üçüncü şəxslər tərəfindən qeyd olunan əmtəə nişanı ilə bağlı cavabdehin Apellyasiya Şurasına verilən həmin etiraza tərəflərin iştirakı ilə baxılmış, üçüncü şəxslərin iddia etdikləri “Антошка КАРТОШКА” adlı əmtəə nişanının yalnız sözdən ibarət olduğu və hal-hazırda da iddia etdikləri tə svirin qeydiyyatının mövcud olmadığı müəyyən olunmuşdur. Lakin, cavabdehin Apellyasiya Şurası “Qeydiyyatın əsaslılığı prezumpsiyası”nın tələblərini kobud surətdə pozmuşdur. Altıncısı, Rusiya Federasiyasının şirkətləri olan üçüncü şəxslər ilə Azərbaycan Respublikasının şirkəti olan iddiaçı arasında heç bir tanışlıq, münasibət və əlaqələr mövcud olmamışdır. Cavabdehin Apellyasiya Şurası bu hala qiymət verməmişdir. Yeddincisi, cavabdehin Apellyasiya Şurasının hazırkı iş üzrə qərarının əsaslandırıcı hissəsində “X10 TAKF” şirkəti ilə fərdi sahibkar X4 arasında məhsulların dizaynın işlənməsi haqqında 25 mart 2011-ci il tarixdə 16 nömrəli müqavilə imzalandığı, həmin müqavilə üzrə “Антошка КАРТОШКА шоколад” və “Антошка КАРТОШКА ваниль” qablaşdırma materiallarının dizaynının işlənməsi üzrə tapşır ığın verildiyi, 16 nömrəli müqaviləyə əlavələrdə “Антошка КАРТОШКА шоколад” və “Антошка КАРТОШКА ваниль” qablaşdırma materiallarının dizaynının işlənməsinin və hüquqların verilməsinin qeyd olunduğu göstərilir. Lakin, cavabdeh bu halları tam araşdırmamış və obyektiv qiymət verməmişdir. Belə ki, cavabdehin Apellyasiya Şurasının qərarında həmin qablaşdırma materiallarının dizaynının nə vaxt hazırlanıb təhvil verildiyi və qablaşdırma materiallarının dizaynının nədən ibarət olduğu qeyd olunmur. Səkkizincisi, üçüncü şəxslər tərəfindən qeyd olunan “Антошка КАРТОШКА ваниль” adlı kombinasiya edilmiş əmtəə nişanı nə mənşə ölkəsində, nə də Azərbaycan Respublikasında qeydiyyata alınmamışdır. “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın tələbi əmtəə nişanının əvvəla, mənşə ölkəsində laz ımi şəkildə qeydiyyatdan keçməsinin zəruriliyini və mənşə ölkəsində lazımi şəkildə qeydiyyatdan keçmiş nişanların başqa ölkələrdə qeydiyyatdan keçmiş nişanlardan asılılığının olmamasını şərtləndirir. Cavabdehin Apellyasiya Şurası hazırkı qərarında “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın tələblərini kobud surətdə pozmuşdur.
11. Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2-1(112)-3694/2020 nömrəli qərardadı ilə X9 Company “Rot Front” və X10 "xxxx" üçüncü şəxs qismində inzibati məhkəmə icraatna cəlb edilmişlər.
12. Cavabdeh iddia tələbinə yazılı etirazında göstərmişdir ki, “Сережка КАРТОШКА Шоколад tokay” təsviri əmtəə nişanı 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” üzrə 30 oktyabr 2017-ci il tarixin də Azərbaycan Respublikasında 2017 1141 nömrə ilə qeydiyyata alınmışdır. Əmtəə nişanında “шоколад və конфеты” söz işarələri hüquqi mühafizə obyekti deyildirlər (ilkinlik tarixi-xx.xx.2017-ci il). X10 "xxxx" tərəfindən "AНТОШКА КАРТОШКА” əmtəə nişanı 30-cu sinif “karamel [konfetlər]; konfetlər [konfetlər]; vafli; peçenye: şokolad; bulkalar; kiçik dördkünclər [pirojna] yeni il küknarlarını bəzəmək üçün qənnadı məmulatları: tortlar; halva” əmtəələri üzrə 14 noyabr 2014-cü il tarixdə beynəlxalq qeydiyyata alınmış və onun qeydiyyatı 5 fevral 2015-ci ıl tarixdə Azərbaycan Respublikasında iddia edilmiş və nişan Azərbaycan Respublikası ərazisində qüvvədədir. X10 "xxxx" şirkəti ilə "xxxx" MMC arasında “qənnadı məmulatlarının tədarükü” barədə 24 fevral 2016-cı il tarixdə 777 nömrəli müqavilə imzalan mışdır və müqavilə xx.xx.2016-cı il tarixinədək qüvvədə olmuşdur. Apellyasiya Şurası hesab etmişdir ki, nişan iddiaçının adına qeydiyyata alınan zaman qeydə alınmış 30-cu sinif əmtəələri üst-üstə düşdüyündən “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin birinci hissəsinin “b” bəndinə əsasən X10 "xxxx" şirkətinə daha ilkin üstünlüklə (xx.xx.2015) məxsus olan “AНТОШКА КАРТОШКА” əmtəə nişanının mühafizə olunduğu nəzərə alınmamışdır. Belə ki, hər iki nişanda 30-cu sinif əmtəələr üzrə fərqləndirici element “КАРТОШКА” sözüdür. Söz birləşməsi olaraq nişanların birində “AНТОШКА”, digərində “CEPEЖKA” işlənsə də, hər iki halda klassik rus adları kiçiltmə, əzizləmə formasında işlədilmişdir. Qeyd edilənlər istehlakçılarda şübhəsiz ki, malların eyn i istehsalçıya (sahibkara) məxsus əmtəələr olduğu təsəvvürü yarada bilər. Müqayisə edilən nişanlar yuxarıda qeyd edilən Qaydalara əsasən, istər qrafiki (görünüşlü) və səs üzrə (fonetik) (bütün əlamətlər üzrə), istərsə də məna etibarı ilə (ideya uyğunluğu) oxşardırlar, ərizəçinin təqdim etdiyi müqayisə əsaslıdır. Qeyd edilən əsaslar nişanın qeydiyyatının etibarsız hesab edilməsi üçün yetərli olduğundan, Apellyasiya Şurası ərizəçinin təqdim etdiyi digər arqumentlərin araşdırılıb qiymət verilməsinə lüzum bilməmiş və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 6, 29 və 31-ci maddələrini rəhbər tutaraq, etiraz ərizəsini əsassız hesab etmiş və təmin olunmaması barədə qərar qəbul etmişdir. Cavabdeh qeyd olunanlara əsasən Apellyasiya Şurasının qərarının q üvvədə saxlanılmasını xahiş etmişdir.
13. Üçüncü şəxslər iddia tələbinə qarşı yazılı etirazlarında göstərmişlər ki, Apellyasiya Şurası tərəfindən OOO «Konditerskaya Firma TAKF» hüquqi şəxs tərəfindən “АНТОШКА КАРТОШКА şokolad” məhsulunun Azərbaycan Respublikasında hüquqların daha əvvəl ilkinliklə qanunla qorunmasına dair aşağıdakı sübutlar araşdırılmışdır. xx.xx.2014-cü il tarixli ilkinliklə ******* beynəlxalq qeydiyyatla böyük kiril hərfləri ilə verilmiş “АНТОШКА-КАРТОШКА” sözlərindən ibarət əmtəə nişanının 30-cu sinif “karamel (konfetlər); konfetlər (konfetlər); vafli; peçenye; şokolad; bulkalar; kiçik dördkünclər (pirojna) yeni il küknarlarının bəzəmək üçün qənnadı məmulatları; tortlar; halva” əmtəələri üzrə Azərbaycan Respublikası ərazisində mühafizə olunması sübut olunmuşdur. “АНТОШКА -КАРТОШКА şokolad” məhsulu üzərində RU, xx.xx.2005, 297292 Bazis qeydiyyatlı lisenziya əsasında istifadə olunan, qırmızı və sarı rənglərin çalarlarında üçkünc oval təsviri üzərində verilmiş firma adından ibarət kombinə edilmiş əmtəə nişanının «ROT FRONT» şirkətinin adına xx.xx.2005-ci il tarixli ilkinliklə 877577 (Bazis qeydiyyatı RU, xx.xx.2005, 297292) beynəlxalq qeydiyyatla 30-cu sinif əmtəələri üzrə Azərbaycan Respublikası ərazisində mühafizə olunması sübut olunmuşdur. xx.xx.2016-ci il tarixli ilkinliklə ******* (Bazis qeydiyyatı RU, xx.xx.2006, 315208) beynəlxalq qeydiyyatla qırmızı və sarı rənglərin çalarlarında üçkünc oval təsviri üzərində verilmiş firma adından ibarət "РотФронт” əmtəə nişanının 35-cu sinif – İdxal-ixrac agentlikləri xidmətləri, başqalarına faydalı alış, təchizat xi dmətləri (başqalarına faydalı biznes xidmətləri) üzrə Azərbaycan Respublikası ərazisində mühafizə olunması sübut olunmuşdur. “Konditerskaya Firma TAKF” ilə fərdi sahibkar X5 arasında məhsullların dizaynının işlənməsi haqqında 25 mart 2011-cu il tarixli 16 nömrəli müqavilə; 16 nömrəli müqavilə üzrə “Антошка КАРТОШКА” вкус Шоколад və “Антошка КАРТОШКА” вкус Ваниль qablaşdırma materiallarının dizaynın işlənməsi üzrə 1 nömrəli Tapşırıq; 16 nömrəli müqavilə üzrə 2 nömrəli Əlavə, № 16 müqavilə üzrə 25 aprel 2011-ci il tarixli “Антошка КАРТОШКА” вкус Шоколад və “Антошка КАРТОШКА” вкус Ваниль qablaşdırma materiallarının dizaynın işlənməsi və hüquqların verilməsi barədə Akt № 1; “Антошка КАРТОШКА” вкус Шоколад və “Антошка КАРТОШКА” вкус Ваниль qablaşdırma materiallarının dizaynın işlənməsi və hüquq ların verilməsi barədə 25 aprel 2011-ci il tarixli Akt № 1 əlavə 1 imzalanmışdır. Göstərilən sənədlərlə “Антошка КАРТОШКА” вкус Шоколад qablaşdırma dizaynın 2011-cu ildə işləndiyi sübut olunmuşdur. OOO “Konditerskaya Firma TAKF” ilə "xxxx" MMC (direktor X8) arasında bağlanmış 24 fevral 2016-cı il tarixli 777 nömrəli müqavilə; 777 nömrəli müqaviləyə xx.xx.2016-cı il tarixli əlavə razılaşma; “Антошка КАРТОШКА Şokolad” nişanlı məhsulların Azərbaycan Respublikasının ərazisinə ixracı xx.xx.2016-cı il tarixdə gömrük nəzarətindən keçməsini təsdiq edən sənədlərlə sübut olunmuşdur. www.takf.uniconf.ru saytından 2012, 2014, 2016 və 2018-ci illər üzrə çıxarışlarla “Антошка КАРТОШКА” вкус Ваниль məhsullarının reklam olunması sübut olunmuşdur. İddiaçı tərəfindən (Cepeжкa КАРТОШКА шоколад) kombinə edilm iş əmtəə nişanı 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” üzrə xx.xx.2017-ci il tarixində Azərbaycan Respublikasında 2017 1141 nömrə ilə qeydiyyata alınmışdır. Əmtəə nişanında “шоколад və конфеты” söz işarələri hüquqi mühafizə obyekti deyildirlər. Əmtəə nişanının ilkinlik tarixi 15 mart 2017-ci il; rənglər: qəhvəyi, qızılı, sarı, qırmızı, ağ. X6 çeki (ECR Çek № 24849, Çek nömrəsi № 113) ilə alınmış «Konditerskaya Firma TAKF» şirkətinin “Антошка КАРТОШКА Şokolad” və iddiaçının “Cepeжкa КАРТОШКА шоколад” məhsullarının fantiklərinin oxşarlığı Apellyasiya Şurasında kifayət qədər sübut olunmuşdur. Apellyasiya Şurası öz qərarını əsaslandırarkən düzgün hüquqi qiymət vermişdir ki, ƏXBTnin 30-cu sinfin “konfetlər” əmtəəsi üzrə X10 "xxxx" (RU) məxsus "АНТОШКА КАРТОШКА” (1233814) əmtəə nişanının ilkinliyi (xx.xx.2015-ci il) iddiaçıya məxsus “Сережка КАРТОШКА шоколад” əmtəə nişanının (2017 1141) ilkinliyindən (xx.xx.2017-ci il) öncədir. Apellyasiya Şurası hesab etmişdir ki, iddiaçının adına mübahisələndirilən əmtəə nişanı (2017 1141) qeydiyyata alınan zaman qeydə alınmış 30-cu sinif əmtəələri üst-üstə düşdüyündən, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin birinci hissəsinin “b” bəndinə əsasən X10 "xxxx" şirkətinə daha ilkinliklə (xx.xx.2015) məxsus olan “АНТОШКА-КАРТОШКА” (1233814) əmtəə nişanının mühafizə olunduğu nəzərə alınmamışdır. Belə ki, hər iki nişanda 30-cu sinif əmtəələri üzrə fərqləndirici element “КАРТОШКА” sözüdür. Söz birləşməsi olaraq nişanların birind ə “АНТОШКА”, digərində “CEPEЖKA” işlənsə də, hər iki halda klassik rus adları kiçiltmə, əzizləmə formasında işlədilmişdir. Qeyd edilənlər istehlakçılarda şübhəsiz ki, eyni istehsalçıya (sahibkara) məxsus əmtəələr olduğu təsəvvürü yarada bilər. Müqayisə edilən nişanlar yuxarıda qeyd edilən Qaydalara əsasən, istər qrafiki (görünüşlü) və səs üzrə (fonetik) (bütün əlamətlər üzrə), istərsə də məna etibari ilə (ideya uyğunluğu) oxşardırlar, ərizəçinin təqdim etdiyi müqayisə əsaslıdır. 2017 1141 nömrəli qeydiyyat üzrə ƏXBT-nin 35-ci sinfi müstəqil olmamaqla 30-cu sinifdən asılı olaraq – “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” kimi qeydiyyata alınmışdır. Odur ki, bu qərarın nəticəsi həmin sinif üzrə qeydiyyatı da əhatə etməlidir. Qeyd edilən əsaslar nişanın qeydiyyatının etibar sız hesab edilməsi üçün yetərli olduğundan Apellyasiya Şurası ərizəçinin təqdim etdiyi digər arqumentlərin araşdırılıb qiymət verilməsinə zərurət qalmadığını qeyd etmişdir. Qeyd edilən dəlil iddiaçıya məxsus mübahisələndirilən əmtəə nişanının (2017 1141) qeydiyyatının etibarsız hesab edilməsi üçün kifayətdir. Qeydiyyat etibarsız hesab edildiyindən 2017 00232 nömrəli iddia sənədi üzrə əmtəə nişanının qeydiyyatı ilə bağlı qəbul edilmiş qərar da ləğv edilməlidir. Apellyasiya Şurasında kifayət qədər sübut olunmuşdur ki, iddiaçı xx.xx.2017-cu il tarixli 2017 00229 nömrəli iddia sənədini verərkən başqasına – OOO “Konditerskaya Firma TAKF” (RU) şirkətinə aid olan, Azərbaycan Respublikasının ticarət dövriyyəsinə daha əvvəl buraxılmaqla, geniş ticarət şəbəkəsində satılmaqla və istehlakçılar arasınd a tanınmış “AНТОШКА КАРТОШКА шоколад” nişanlı məhsulu ilə bağlı sənaye və ticarət fəaliyyətinin qarışdırıla bilməsinə (istehlakçını çaşdıra bilməsinə) səbəb olan hərəkətlər etmiş, başqasının tanınmış məhsulunun dizaynına hüquq əldə etmək, qazanılmış nüfuzdan yararlanmaq, əsassız varlanmaq məqsədi güdmüşdür. İddiaçı xx.xx.2017-ci il tarixli 2017 00232 saylı iddia ərizəsi əsasında xx.xx.2017-ci il tarixdə N 2017 1141 sayla “Cepeжкa КАРТОШКА Шоколад” əmtəə nişanını qeydiyyata almaqla Azərbaycan Respublikasının qoşulduğu “Sənaye mülkiyyətinin qorunması üzrə Paris Konvensiyasının” 10-bis (Haqsız rəqabət) maddəsinin əsaslarını pozmuşdur. Üçüncü şəxslər tərəfindən təqdim edilən sənədli sübutlarla Apellyasiya Şurasında kifayət qədər sübut olunmuşdur ki, iddiaçının adına “Cepeжкa КАРТОШКА Шоколад” əmtəə nişanının 30 və 35-ci sinif əmtəə və xidmətləri üzrə 2017 1141 saylı qeydiyyatı Paris Konvensiyasının 10-bis (Haqsız rəqabət) maddəsinin və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 5-ci maddəsinin “f” bəndinin tələbləri pozulmaqla qeydə alındığı üçün, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 29-cu maddəsinə (5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, tamamilə və ya qismən etibarsız sayıla bilər) əsasən etibarsız sayılmalıdır. Təqdim edilən sübutlarla Apellyasiya Şurasında kifayət qədər sübut olunmuşdur ki, “Konditerskaya Firma TAKF”, Rusiya şirkətinin istehsalı olan əlavədə verilən “Антошка КАРТОШКА Шоколад” məhsulunun 30-cu sinfə aid “konfetlər” əmtəələri istehsal olunaraq Azərbaycan Respublikası ərazisində daha əvvəl ticarət dövriyyəsinə çıxarılaraq geniş və uzunmüddətli satışla istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış, məlum olan) məhsulu ilə qarışdırılacaq dərəcədə oxşar “Cepeжкa КАРТОШКА Шоколад” əmtəə nişanının onun adına qeydiyyata alınması ilə, eyni zamanda eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanı kimi “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunun” 6-cı maddəsinin “ç” bəndinin də əsaslarının pozulduğu da sübuta yetirilir. Təqdim edilən sənədli sübutlarla Apellyasiya Şurasında kifayət qədər sübut olunmuşdur ki, “Konditerskaya Firma TAKF” ilə fərdi sahibkar X5 arasında məhsul ların dizaynının işlənməsi haqqında 25 mart 2011-ci il tarixli 16 müqavilə əsasında işlənmiş “Антошка КАРТОШКА вкус Шоколад” qablaşdırma materiallarının (fantikin) dizaynın işlənməsi üzrə başqasına aid müəlliflik hüququ da iddiaçı tərəfindən “Cepeжкa КАРТОШКА Шоколад” əmtəə nişanına xx.xx.2017-ci il tarixli 2017 00229 saylı ərizəni verərkən pozulmuşdur. Təqdim edilən sənədli sübutlarla Apellyasiya Şurasında kifayət qədər sübut olunmuşdur ki, “Konditerskaya Firma TAKF” ilə 24 fevral 2016-cı il 777 nömrəli müqavilə və həmin müqaviləyə xx.xx.2016-cı il tarixli əlavə razılaşma ilə işgüzar əlaqəsi olan "xxxx" MMC-nin (VÖEN **********-direktor X8) eyni zamanda iddiaçı (VÖEN **********-direktor X8) ilə işgüzar əlaqəsi vardır. Sənaye Mülkiyyəti Rəsmi X7 № 2, xx.xx.2014-cü il tarixli sayının səhi fə 12-də dərc edilmiş 2014 0526 nömrəli qeydiyyatla İddiaçı əmtəə nişanı "xxxx" MMC-nin adına qeydiyyatdadır. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin ikinci hissəsinə əsasən (Əmtəə nişanının qeydiyyatı “əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə” etibarsız hesab edilə bilər)” də etibarsız sayılmalıdır.
14. Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2-1(112)-749/2021 nömrəli qərarı (hakim M.T.Hacıbəyova) ilə iddia rədd edilmi şdir.
15. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən qərarda hər iki məhsulun adlarının yanında olan foto ilə əks olunmuş təsvirlərə görə əmtəə nişanlarının ümumi kompozisiyası eynilik təşkil edir. Əmtəə nişanları xarici forması, eyni simmetriyasının mövcud olması, dizayn quruluşu və görünüşü ilə qarışdırılacaq qədər oxşardır.
16. İddiaçı qeyd edilən qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2022-ci il tarixli, 2-1(103)-893/2022 nömrəli qərarı (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 202 1-ci il tarixli, 2-1(112)-749/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, üçüncü şəxsə məxsus “Антошка КАРТОШКА шоколад” əmtəə nişanı ilə iddiaçının adına qeydiyyata alınmış “Cepeжкa КАРТОШКА Шоколад tokay” adlı kombinasiya edilmiş əmtəə nişanı qarışdırılacaq dərəcədə bənzər olan nişanlardır. Müqayisə edilən əmtəə nişanlarının ümumi kompozisiyası eynilik təşkil edir. Konkret halda, mübahisələndirilən hər iki məhsulun işdə olan təsvirləri müqayisəli təhlil olunduqda görünür ki, xarici görünüşünə görə bir-birindən fərqləndirilməsi mümkün olmayan dərəcədə oxşar görünüşə və formaya malikdirlər. Adi gözlə vizual olaraq baxdıqda, hər iki məhsul tamamilə eyni təsəvvür yaradır.
19. Ca vabdeh qeyd edilən qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
20. İddiaçının kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə əsaslanır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2022-ci il tarixli, 2-1(103)-893/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
22. Üçüncü şəxslər kassasiya şikayətinə etiraz təqdim edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2022-ci il tarixli, 2-1(103)-893/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş e tmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
3. Əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir. Maddə
4. Əmtəə nişanı kimi qeydə al ınan nişanlar Əmtəə nişanı kimi aşağıdakı nişanlar qeydə alına bilər: sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması. Maddə
5. Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin mütləq əsasları Aşağıda göstərilən nişanların qeydə alınmasına yol verilmir: a) bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı” anlayışına və 4-cü maddəsinə uyğun gəlməyən nişanlar; b) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar; c) əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar; ç) şərabların və spirtli içkilərin mə nşəyinə aid olmayan, lakin onları eyniləşdirməklə tərkibində coğrafi göstərici saxlayan əmtəə nişanları; d) əmtəənin mahiyyətini əks etdirən, ona mühüm dəyər verən və texniki nailiyyət üçün zəruri olan formalar; e) ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan ifadələrdən, şəxsiyyətin nüfuzdan düşməsinə səbəb ola bilən elementlərdən, din və dövlət rəmzlərindən ibarət nişanlar; ə) uzun illər Azərbaycan Respublikasının ticarət fəaliyyətində istifadə olunan, adi dildə çox işlənən nişan və ya göstəricidən ibarət əmtəə nişanları; f) əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanları; g) sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının 6ter maddəsinə uyğun olaraq qeydə alınması mümkün hesab edilməyən əmtəə nişanları; ğ) müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan təltiflər və başqa fərqlənmə nişanları. İddia sənədinin verildiyi tarixədək bu maddənin 1-ci hissəsinin “b”, “c”, “d” bəndlərində göstərilən, lakin istifadəsi zamanı fərqləndirmə qabiliyyətinə malik olan əmtəə nişanının qeydə alınmasından imtina edilə bilməz və ya həmin əmtəə nişanı qeydə alınmışdırsa, qeydə alınma etibarsız sayıla bilməz. Bu maddənin 1-ci hissəsinin “g” bəndinə aid nişanları tərkibində saxlayan əmtəə nişanlarının istifadəsi qadağandır. Maddə
6. Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin digər əsasları Aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid b aşqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları; b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları; c) bu Qanunun 7-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mühafizə edilən geniş tanınmış əmtəə nişanları; ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xi dmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları; d) mühafizəsiz element kimi əmtəə nişanına daxil edilmiş coğrafi göstəricilər istisna olmaqla coğrafi göstəricidən istifadə hüququ olan şəxsin adına qeydə alınan və Azərbaycan Respublikasında mühafizə edilən coğrafi göstəricilər; e) qeydə alınmış sertifikat nişanları. Aşağıdakıları təkrar edən nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında başqa şəxslərə məxsus olan sənaye nümunələri; b) müəlliflik hüququ sahibinin və ya onun varisinin razılığı olmadan Azərbaycan Respublikasında məşhur elm, ədəbiyyat, incəsənət əsərləri, onların personajları, onlardan sitatlar və ya onların fraqmentləri; c ) tanınmış şəxslərin və onların varislərinin razılığı olmadan həmin şəxslərin soyadları, adları, təxəllüsləri və bunlardan törəyən ifadələr. Tanınmış şəxslərin özlərinin və varislərinin olmadığı halda həmin işarələr Azərbaycan Respublikasının tarixi və mədəni sərvətidirsə, onların qeydə alınması üçün müvafiq icra hakimiyyəti orqanının icazəsi olmalıdır. Aşağıdakılar əmtəə nişanını qeydə almaqdan imtina üçün əsas ola bilməz: a) əmtəə nişanını qeydə almaq üçün onun barəsində iddia sənədinin verildiyi tarixədək iddiaçının həmin əmtəə nişanından istifadə etməməsi; b) əmtəənin və ya göstərilən xidmətin xarakterik cəhətləri; c) mənşə ölkəsində mühafizə edilən nişandan yalnız elementlərlə fərqlənən, nişanın fərqləndirici xarakterini dəyişməyən və onların eyniliyini pozmayan əmtəə nişanları. ç) mə nşə ölkəsində əmtəə nişanına dair iddia sənədinin verilməməsi, onun qeydiyyata alınmaması və ya qeydiyyatı müddətinin uzadılmaması. Maddə
25. Əmtəə nişanı üzərində müstəsna hüquq Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə o lunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. Əmtəə nişanı üzərində hüquqa malik şəxsin özü tərəfindən və ya onun razılığı əsasında ona məxsus əmtəə nişanı ilə Azərbaycan Respublikasında ticarət dövriyyəsinə buraxılan əmtəələrlə bağlı başqa şəxslərin həmin əmtəə nişanından istifadə etməsinə qadağa qoymaq hüququ yoxdur. Əmtəə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Geniş tanınmış əmtəə nişanının sahibi onun nişanı barədə yanlış təsəvvür yarada bilən reproduksiyadan, oxşatmadan, transliterasiyadan və tərcümə olunmuş sözdən ibarət olan əmtəə nişanının və ona aid olan əmtəələrin və xidmətlərin, geniş tanınmış əmtəə nişanına aid olan əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olduğu, qeydə alınmış əmtəə nişanının sahibi isə əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olmadığı təqdirdə də yanlış təsəvvür yarada bilən nişanın qadağan olunmasını tələb edə bilər. Müstəsna hüquq əmtəə nişanının müstəqil əmtəə nişanı kimi qeydə alına bilinməyən elementlərinə şamil edilmir. Maddə
31. Əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydiyyatının ləğvi Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum aşağıdakı hallarda əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatına xitam verir: bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müddətin qurtarması ilə əlaqədar; şəhadətnamə sahibi qeydiyyatdan imtina etdikdə; bu Qanunun 29-cu maddəsinə uyğun olaraq qeydiyyat etibarsız sayıldıqda; bu Qanunun 30-cu maddəsinə uyğun qəbul olunmuş qərara əsasən; coğrafi göstərici qüvvədən düşdükdə; hüquqi şəxs ləğv edildikdə və ya fiziki şəxs sahibkarlıq fəaliyyətini dayandırdıqda; coğrafi göstəricinin mənşə ölkəsində hüquqi mühafizəsinə xitam verildikdə. Əmtəə nişanının qeydiyyatı qüvvədə olduğu müddətdə onun sahibinin qeydiyyatla bağlı hərəkətləri “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada haqsız rəqabət hesab edildikdə, həmin əmtəə nişanının qeydiyyatına tamamilə və ya qismən xitam verilə bilər. İstənilən şəxs dövlət rüsumunu ödəmək şərti ilə bu maddənin 1-ci hissəsində göstərilən səbəblərə görə əmtəə nişanının, geniş tanınmış əmtəə ni şanının, coğrafi göstəricinin qeydiyyatına və coğrafi göstəricinin istifadəsinə dair şəhadətnamənin qüvvəsinə xitam verilməsi barədə Apellyasiya şurasına müraciət edə bilər. Apellyasiya şurasında baxılan etirazın müddəti onu vermiş şəxsin, habelə əmtəə nişanının, geniş tanınmış əmtəə nişanının, coğrafi göstəricinin istifadəsinə dair şəhadətnamənin sahibinin əsaslandırılmış ərizəsi əsasında, əlavə dövlət rüsumu ödənilməsi şərti ilə etirazın müəyyən edilmiş baxılma müddətinin bitdiyi gündən altı aydan çox olmayan müddətə uzadıla bilər. Apellyasiya şurasının qərarından 3 ay ərzində məhkəmə qaydasında şikayət verilə bilər. Qeydiyyatın ləğvinə dair məlumat rəsmi bülletendə dərc edilir. 24. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Əsas anlayışlar Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:... haqsız rəqabət — bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətləri;... Maddə
4. Rəqibin təsərrüfat fəaliyyətinin təqlidi Rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkətlərə yol verilmir: rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəf indən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 oktyabr 1999-cu il tarixli, 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”
29. İddia olunan nişanın (işarənin) mühafizə qabiliyyətinin yoxlanılması... 29.4. Eynilik və oxşarlıq yoxlanarkən, aşağıdakı hərəkətlər həyata keçirilir: a) eyni və oxşar nişanların məlumat axtarışı aparılır; b) məlumat axtarışı zamanı tapılan nişanın iddia olunan nişanla oxşarlıq dərəcəsi müəyyən edilir; c) iddia edilən əmtəələrin və ya xidmətlərin, qeydə alınmış (iddia edilmiş) eyni və ya oxşar əmtəə nişanının (işarənin) şamil edildiyi əmtəələrlə və ya xidmətlərlə eyniliyi müəyyən edilir.... 29.9.1. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır. 29.9.2. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır.
26. Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası 6-cı maddə... (3) İttifaqın hər han sı ölkəsində lazımi şəkildə qeyd edilmiş işarə mənşə ölkəsi də daxil olmaqla başqa ölkələrdə qeyd edilmiş işarələrdən asılı olmayan kimi nəzərə tutulur.... 6 bıs maddəsi (1) İttifaq ölkələri məlum ölkənin qanunvericiliyi imkan verirsə, ya müdiriyyətin təşəbbüsü ilə, ya da marağı olan şəxsin ərizəsi əsasında əmtəə nişanının qeydiyyatını etibarsız hesab edib onun tətbiqini qadağan edə bilər. Bu o halda mümkündür ki, əmtəə nişanı başqa nişanın təzələnməsi, təqlidi, yaxud tərcüməsi olmuş olsun və qeydiyyat ölkəsinin yaxud tətbiq olunan ölkənin səlahiyyətli orqanının müəyyən etdiyinə görə artıq bu konvensiyanın üstünlüyündən istifadə edən şəxsin məlum olan və eyni, yaxud oxşar işarəsi ilə qarışıq düşmək imkanı yaratmış olsun. Bu vəziyyət o halda mümkündür ki, işarənin əhəmiyyətli tərkib hissəs i elə məlum işarənin təzələnməsi, yaxud təqlidi olsun ki, nəticədə bu onunla qarışıq düşmək imkanı yaratmış olsun.... 6-septies maddəsi (1) Əgər agent, yaxud İttifaq ölkələrindən birində olan işarə sahibinin nümayəndəsi sahibin icazəsi olmadan şəxsən öz adından bir və ya bir neçə belə ölkədə bu işarənin qeydiyyata mane olan, yaxud onun ləğv olunması hüququna malikdir, ya da bu ölkənin qanunvericiliyi icazə verirsə və agent yaxud nümayəndə özlərinin hərəkətini doğruldan sübutlar təqdim edə bilmirlərsə qeydiyyatı öz xeyrinə çevirib rəsmiləşdirə bilər. (2) İşarə sahibi (1) bəndi ilə nəzərdə tutulmuş şərtlər daxilində agent, yaxud nümayəndə tərəfindən işarənin istifadə olunmasına, əgər o bu istifadə üçün razılıq verməmişsə, mane olmaq hüququna malikdir. (3) İşarə sahibinin bu maddədə nəzərdə tutulmuş hüquqlardan istifadə etməsi üçün milli qanunvericilik tərəfindən ədalətli müddət təyin oluna bilər. 10 bıs maddəsi (1) İttifaq ölkələri həmin İttifaqda iştirak edən ölkələrin vətəndaşları üçün qeyrisəmimi rəqabətdən təsirli müdafiə təmin etməlidirlər....
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. M əhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Ape llyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxıl an zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
33. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından əmtəə nişanının iddiaçının adına aparılmış qeydiyyatının etibarsız sayılması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
34. Qeyd olunmalıdır ki, apelyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir və bu səbəbdən məhkəmə kollegiyası, apelyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
35. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
36. Bu qərarın 23-26-cı bəndlərində istinad olunan normalara əsasən, mənşə ölkəsində lazımi şəkildə qeydiyyatdan keçmiş hər bir əmtəə nişanı İttifaqın başqa ölkələrində elan edilə bilər və bu maddədə göstərilən düzəlişlərlə olduğu kimi mühafizə olunur. Bu ölkələr qeydiyyatın son şəkildə formalaşması üçün mənşə ölkəsində qeydiyyat haqqında səlahiyyətli q urum tərəfindən verilmiş şəhadətnamənin təqdim olunmasını tələb edə bilər. Belə şəhadətnamənin hər hansı bir leqallaşması tələb olunmur. Mənşə ölkəsi kimi ərizəçinin həqiqi və ciddi sənaye, yaxud ticarət müəssisəsi yerləşən İttifaq ölkəsi, əgər onun İttifaq sərhədlərində belə müəssisəsi yoxdursa, onun İttifaqın yaşayış yeri olan ölkəsi, əgər onun İttifaq sərhədlərində yaşayış yeri yoxdursa və əgər o, İttifaq ölkəsinin vətəndaşıdırsa, onun vətəndaşı olduğu ölkə götürülür. 37. “Haqsız rəqabət haqqında” Qanunun yuxarıda istinad olunan 4-cü maddəsinə görə, rəqibin təsərrüfat fəaliyyətini təqlid edən hərəkətlərə, o cümlədən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, öz başına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimi hərəkətlərə yol verilmir.
38. Eyni zamanda, nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalar baxımından, “Ədəbi və bədii əsərlər” termini, ifadə üsul və formasından asılı olmayaraq ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri, o cümlədən: rəsmləri, rəngkarlıq əsərlərini, memarlıq, heykəltəraşlıq, qrafika və litoqrafiya işlərini; fotoqrafiya əsərlərini (fotoqrafiyaya anal oji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur) və tətbiqi sənət əsərlərini əhatə edir. Həmin normaların tələbinə əsasən, bu maddədə göstərilən əsərlər İttifaqın bütün ölkələrində qorunur. Bu qorunma müəllifin və onun varislərinin mənafeyi naminə həyata keçirilir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalar baxımından müəlliflik hüququnun şamil edildiyi həm açıqlanmış, həm də açıqlanmamış əsərlər təsviri (rəsm, eskiz, şəkil, plan, cizgi, kino-, tele-, video-, yaxud fotokadr) və sair obyektiv formada mövcud ola bilər. Müəlliflik hüququ ilə qorunma öz-özlüyündə ideyalara, proseslərə, işləmə metodlarına və ya riyazi konsepsiyalara deyil, ifadə formasına şamil edilir.
40. Mübahisəyə dair iş üzrə materiallardan müəyyən olunmuşdur ki, 25 mart 2011ci il tarix li, 16 nömrəli müqaviləyə, həmin müqaviləyə əlavə olunmuş 25 mart 2011-ci il tarixli, 1 nömrəli tapşırığa və 25 aprel 2011-ci il tarixli 1 nömrəli akta əsasən, fərdi sahibkar Çijov A.A. (icraçı) və "xxxx" ASC (sifarişçi) arasında “Антошка картошка вкус Шоколад” və “Антошка картошка вкус Ваниль” konfetlərin qablaşdırma materiallarının dizaynının hazırlanmasına dair müqavilə bağlanılmış və icraçı tərəfindən hazırlanmış dizaynların nümunələri sifarişçi tərəfindən qəbul edilmişdir.
41. Bununla bağlı nəzərə almaq lazımdır ki, X10 "xxxx" tərəfindən "AНТОШКА КАРТОШКА” əmtəə nişanı 30-cu sinif “karamel [konfetlər]; konfetlər [konfetlər]; vafli; peçenye: şokolad; bulkalar; kiçik dördkünclər [pirojna] yeni il küknarlarını bəzəmək üçün qənnadı məmulatları: tortlar; halva” əmtəələri üzrə 14 noyabr 201 4-cü il tarixdə beynəlxalq qeydiyyata alınmış və onun qeydiyyatı 5 fevral 2015-ci ıl tarixdə Azərbaycan Respublikasında iddia edilmişdir. Həmin nişan Azərbaycan Respublikası ərazisində qüvvədədir. Başqa sözlə, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin birinci hissəsinin “b” bəndinə əsasən X10 "xxxx" şirkətinə ilkin üstünlüklə (xx.xx.2015) məxsus olan “AНТОШКА КАРТОШКА” əmtəə nişanı Azərbaycan Respublikasında da mühafizə olunur.
42. Həmçinin nəzərə alınmalıdır ki, X10 "xxxx" şirkəti ilə "xxxx" MMC arasında “qənnadı məmulatlarının tədarükü” barədə 24 fevral 2016-cı il tarixdə 777 nömrəli müqavilə imzalanmışdır və müqavilə xx.xx.2016-cı il tarixinədək qüvvədə olmuşdur. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından “Антошка Ка ртошка вкус шоколад” adlı məhsulun üçüncü şəxslər tərəfindən "xxxx" MMC-yə göndərildiyi, yəni həmin məhsulun "xxxx" MMC tərəfindən ölkəyə idxal edildiyi görünür. Антошка КАРТОШКА Şokolad” nişanlı məhsulların Azərbaycan Respublikasının ərazisinə ixracı həmin məhsulların xx.xx.2016-cı il tarixdə gömrük nəzarətindən keçməsini təsdiq edən sənədlərlə təsdiq olunur. “Антошка КАРТОШКА” вкус Ваниль məhsullarının reklam olunması da 2012, 2014, 2016 və 2018-ci illər üzrə www.takf.uniconf.ru saytından çıxarışlarla sübut olunmuşdur. 43. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin ikinci hissəsinə əsasən, əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlər in hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə etibarsız hesab oluna bilər.
44. Qeyd olunmalıdır ki, müqayisə edilən nişanlar yuxarıda istinad olunan Qaydalar baxımından istər qrafiki (görünüşlü) və səs üzrə (fonetik) (bütün əlamətlər üzrə), istərsə də məna etibarı ilə (ideya uyğunluğu) və bunun üzərindən hər iki nişanın istehlakçılarda malların eyni istehsalçıya (sahibkara) məxsus əmtəələr olduğu təsəvvürünü yarada biləcək dərəcədə oxşardırlar. Bu baxımdan iddiaçıya məxsus “Сережка КАРТОШКА шоколад tokay” əmtəə nişanı üçüncü şəxslərə mənsub “Антошка Картошка вкус шоколад” nişanının təqlidi kimi qiymətləndirilməlidir. 45. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanuna əsasən, əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanlarının qeydiyyata alınmasına yol verilmir. Həmin Qanunun müddəalarına görə, əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə; əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə, əmtəə nişanının qeydiyyatı etibarsız hesab edilir. Qeyd olunan Qanunun 31-ci maddəsinə (2-ci his səsinə) əsasən, əmtəə nişanının qeydiyyatı qüvvədə olduğu müddətdə onun sahibinin qeydiyyatla bağlı hərəkətləri “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada haqsız rəqabət hesab edildikdə, həmin əmtəə nişanının qeydiyyatına tamamilə və ya qismən xitam verilə bilər.
46. Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 oktyabr 1999-cu il tarixli, 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29-cu maddəsinə görə, iddia olunan nişanın (işarənin) mühafizə qabiliyyətinin yoxlanılması zamanı, məna etibarı ilə (semantik) oxşarlıq, nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu, o cümlədən nişanda (işarədə) öz əksini tapan müxtəlif dil lərdə olan ifadələrin mənaca üst-üstə düşməsi kimi əlamətlər əsasında müəyyən edilir.
47. Göründüyü kimi, qüvvədə olan əmtəə nişanları və coğrafi göstəricilər həm yerli qanunvericilik, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr baxımından eyni dərəcədə mühafizə olunur.
48. Beləliklə, yuxarıda istinad olunan normalar və qeyd olunan səbəblər nəzərə alındıqda, üçüncü şəxslər iddiaçının adına aparılmış “Сережка КАРТОШКА шоколад tokay” nişanının qeydiyyatının etibarsız sayılmasını tələb etmək haqqı tanınmalı, cavabdehin həmin əmtəə nişanının ƏXBT-nin 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər”ə dair iddiaçının adına aparılmış qeydiyyatın etibarsız sayılması, əmtəə nişanının qeydiyyata alınması haqqında (iddia sənədinin nömrəsi 2017 00232) Patent və X2 5 oktyabr 2017-ci il tarixli qərarının ləğv edilməsi barədə qərarı əsaslı sayılmalıdır.
49. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2022-ci il tarixli, 21(103)-893/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.