Məhkəmə qərarları › İş №2-1(102)-1352/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1352/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1352/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X59 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarların ləğv edilməsi; operativ vergi nəzarəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası İq tisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X59 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğv olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 dekabr 2023-cü il tarixli, 2-1(103)-2412/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X59 üzrə Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********1584 nömrəli qərarına əsasən xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Füzuli, Səməd Vurğun və M.Əliyev küçələrinin kəsişməsində, “Heydər Əliyev” adına sarayın arxasında, “Qış” parkının ərazisində yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 34 (otuz dörd) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması faktı müəyyən edilmiş, operativ vergi nəzarətinin nəticəsi haqqında akt tərtib edilmiş, həmin akt əsasında Baş İdarə tərəfindən iddiaçı barəsində xx.xx.2021-ci il tarixli, **********8325 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunmuş və vergi ödəyicisinə 68000 (altmış səkkiz min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

2. Operativ vergi nəzarəti tədbiri zamanı həmçinin əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilmiş, bu barədə tərtib olunmuş xx.xx.2021-ci il tarixli, DVX seriyalı 005264 nömrəli akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********8305 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə 1000,00 (bir min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16 iyul 2021-ci il tarixli, **********8325 saylı və 16 iyul 2021-ci i l tarixli, **********8305 saylı qərarların ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə ünvanladıqları məktubla, həmçinin tərtib olunmuş akt əsasında qərarın qəbul olunması ilə bağlı materiallara baxılmasında iştirak etmək üçün dəvət olunduqda, "xxxx" MMC-nin aktda göstərilən hallarda təqsirinin olmadığı barədə zəruri hesab edilən sənədlər təqdim edilsə də, cavabdeh tərəfindən həmin faktlara qiymət verilməmişdir. Mübahisələndirilən qərarlarda məsuliyyəti MMC-nin daşıdığı qeyd olunsa da, tərəflərindən qanunvericiliyin hansı tələblərinin pozulması qeyd olunmamışdır. Qərarda əksini tapmasa da, qeyriyaşayış sahəsinin mülkiyyətçisi ilə MMC arasında olan icarə müqaviləsinə istinad olunur. İlkin olaraq bu mövqenin doğru olması təsəvvürü yaransa da, tərəflərindən təqdim olunmuş sübutlar əsasında qanunvericiliyin tələblərinin MMC tərəfindən deyil, X39 tərəfindən pozulduğu bəlli olur. Həmçinin 34 nəfərin əmək müqaviləsi və ya xidməti müqavilə bağlamadan işə cəlb olunmaları ilə bağlı tərəflərindən təqdim olunmuş sənədlər əsasında həmin 34 nəfərin Hacıyev Bəhruz tərəfindən işə cəlb olunması təsdiq olunsa da, nədənsə məsuliyyət MMC-nin üzərində qalmışdır. "xxxx" MMC marka sahibi olaraq yalnız marketinq xidməti və mülk idarəçiliyi ilə məşğul olur. Digər fəaliyyət növləri, o cümlədən iaşə xidməti göstərmir. "xxxx" adı (markası, brendi) ilə iaşə xidmətləri göstərmək istəyən mikro və kiçik sahibkarlar "xxxx" MMC ilə icarə və (ya) marketinq xidməti müqaviləsi bağlayaraq fəaliyyət göstərirlər. "xx xx" MMC ilə icarə və marketinq, o cümlədən cəmiyyətin adı altında fəaliyyət barədə müqavilə bağlamadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxslərin fəaliyyəti qanunsuzdur. Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Qış Parkı ərazisində müqavilə əsasında istifadələrində olan qeyri-yaşayış sahəsinin icarə və marketinq müqaviləsi bağlanılmaqla "xxxx" MMC adı altında iaşə xidmətlərinin göstərilməsi üçün ********** VÖEN-i olan (qeydiyyatdan keçmiş) X21 verilməsi nəzərdə tutulmuşdur. Müqavilə rəsmi qaydada bağlanılana kimi ilk olaraq qeyri-yaşayış sahəsində olan əşyaların və avadanlıqların təhvil-təslimi və fəaliyyətə başlanılması üçün hazırlıq işlərinin aparılması məqsədi ilə onun qeyri-yaşayış sahəsinə daxil olmasına icazə verilmişdir. Onların etibarından istifadə e dən X39 cəmiyyətlə rəsmi müqavilə bağlamadan, müxtəlif bəhanələr altında fəaliyyətə başlayaraq, qısa müddət ərzində fəaliyyətini rəsmiləşdirəcəyinə dair vədlər vermişdir. Ona dəfələrlə müraciət olunaraq ya müqavilə bağlamaqla hüquqi əsaslarla fəaliyyətini davam etdirməsi ya da ki, həmin qeyriyaşayış sahəsini tərk etməsi bildirilmişdir. Lakin onların təkliflərinə əhəmiyyət verməyən X39 qanunsuz olaraq öz fəaliyyətini davam etdirmişdir. Dəfələrlə iddiaçıya müqavilə bağlayacağı barədə vədlər vermiş, hətta müqavilənin təsdiqi üçün notariat orqanına belə getsələr də, son məqamda müqavilənin imzalanmasından yayınmışdır. Cəmiyyətin rəhbəri müqavilə bağlamayacağı təqdirdə yeni icarədar operatorla müqavilə bağlanacağı və bu səbəbdən də qeyri-yaşayış sahəsini tərk etməsi barədə X22 xəbərdar etsə də, Hacıyev Bəhruz könüllü şəkildə qeyriyaşayış sahəsindən çıxmaqdan imtina edərək qanunsuz fəaliyyətini davam etdirmişdir. Onun barəsində etdikləri şikayət üzrə araşdırma zamanı Nəsimi RPİ İŞ-də X39 "xxxx" MMC-nin direktoru olduğunu bildirərək, cəmiyyətin hüquqşünasının ona kassa aparatlarının qoyulmaması ilə bağlı irad bildirdiyini və hüquqşünasın bu cür iradını bəyənmədiyi üçün aralarında mübahisənin olduğunu etiraf etmişdir. Həmin araşdırma ilə bağlı qərarda belə X8 qanuni əsaslarla işləməsini tələb etmələri təsdiqini tapır, həmçinin qərardan da göründüyü kimi, özünü "xxxx" MMC-nin direktoru kimi təqdim etsə də, 01 iyun 2021-ci il tarixə qədər qanunsuz fəaliyyət göstərdiyi müddətdə faktiki olaraq şirkətlərlə müqaviləni fiziki şəxs kimi öz adından bağlamış və ona aid VÖEN-dən istifadə etmi şdir. Bakı şəhəri, Nəsimi rayonu, Qış Parkı ərazisində yerləşən "xxxx" MMC adı altında fəaliyyət göstərən X39 onların davamlı şikayətlərindən sonra 01 iyun 2021-ci il tarixdə polis vasitəsi ilə qeyri-yaşayış sahəsindən çıxarılmışdır. Cavabdehin etirazları:

5. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi “Qış” parkının ərazisində yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmasına dair xx.xx.2021-ci il tarixli, DVX seriyalı 000773 nömrəli akt tərtib edilmiş, həmin aktın bir surəti vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 09:45:08-də oxunmuşdur. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli, **********8325 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq vergi ödəyicisinə 68000 (altmış səkkiz min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərarın və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozunt uların aradan qaldırılması barədə” Tələbnamənin vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 20:38:15-də oxunduğu müəyyən edilmişdir. O cümlədən, "xxxx" MMC (VÖEN: **********) tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilərək, xx.xx.2021-ci il tarixli, DVX seriyalı 005264 nömrəli aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalanmadığı və bir nüsxəsini qəbul etməkdən imtina edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş aktın bir surəti vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 09:50:36-da oxunduğu müəyyən edilmişdir. Tərtib edilmiş akt əsası nda Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli, **********8305 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq vergi ödəyicisinə 1000,00 (bir min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 20:34:00-da oxunduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 50.1.3-cü maddəsinə əsasən, əhali ilə pul hesablaş malarının aparılması qaydalarına riayət olunması və 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi OVN tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. "xxxx" MMC xx.xx.2020-ci il tarixində vergi orqanında qeydiyyata alınmış və həmin tarixdən müəssisənin qanuni təmsilçisi X39 olmuşdur. xx.xx.2021-ci il tarixində rəhbər dəyişikliyi üçün müraciət olunmuş və xx.xx.2021-ci il tarixində müəssisənin qeydiyyat məlumatlarında dəyişiklik edilərək X23 müəssisənin qanuni təmsilçisi kimi qeydiyyata alınmışdır. Xüsusilə vurğulanır ki, işçilər izahatlarında X39 deyil, X23 tərəfindən işə cəlb edildiklərini qeyd etmişdirlər. Digər 18 nəfər işçi oxşar məzmunlu izahat verərək onlarla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadıqlarını, adlarına sabit qəbzin olmadığını bildirmiş, 9 nəfər isə heç bir əsas göstərmədən izahat verməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Bakı İnzibati Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2-1(112)-1910/2022 nömrəli (hakim A.Ə.Əhmədova) qərarı ilə iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən inzibati aktın qəbulu zamanı Vergi Məcəlləsinin yuxarıda bəhs olunan normalarının tələbinə cavabdeh tərəfindən əməl edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi rəhbər tutulmaqla, vergi or qanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar əsasında Bakı şəhəri, Nəsimi rayonu, Füzuli, S.Vurğun və M. Əliyev küçələrinin kəsişməsi, “Heydər Əliyev” sarayının arxası, park ərazisində yerləşən restoranda xx.xx.2021-ci il tarixdə operativ vergi nəzarətinin keçirilməsi barədə qərar qəbul edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışa əsasən, vergi orqanının keçirdiyi operativ vergi nəzarəti tədbiri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixdə KY211583119 nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı iddia ərizəsində operativ vergi nəzarəti nəticəsində aşkar olunmuş pozuntuları, yəni əmək müqaviləsi olmadan 34 nəfər işçinin işə cəlb edildiyini, eləcə də nəzarət kassa aparatının olmadığını qəbul edir, lakin bu pozuntularda onun təqsiri olmadığını iddia edir. Operativ vergi nəzarətinin həyata keçirildiyi, yəni yoxlanılan təsərrüfat obyekti Bakı şəhəri, Nəsimi rayonu, Füzuli, S.Vurğun və M.Əliyev küçələrinin kəsişməsi, Heydər Əliyev sarayının arxası, park ərazisində yerləşən restorandır, təsərrüfat obyektinin kodu 14001 nömrəli olmaqla "xxxx" MMC-nin (VÖEN **********) adına qeydiyyata alınmışdır. İddiaçı sözügedən obyekti subicarəyə verdiyini bildirsə də, həmin obyekt icarəyə verilmiş başqa bir vergi ödəyicisinin deyil, özünün, yəni "xxxx" MMC-nin adına təsərrüfat obyekti olaraq vergi orqanında uçotdadır. Bu halda operativ nəzarətin keçirildiyi obyekt məhz "xxxx" MMC-nin adına təsərrüfat obyekti olaraq qeydiyyatdan keçdiyindən vergi orqanının da həmin obyektdə aşkar olunmuş pozunt ulara görə adına qeydiyyat aparılmış vergi ödəyicisini məsuliyyətə cəlb etməsi və onu vergi hüquq pozuntusunun subyekti kimi qəbul etməsi qanunazidd sayıla bilməz.

8. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2100/2022 nömrəli qərarı (hakimlər: A.Oruczadə /sədrlik edən və məruzəçi/, X.Cəmilova və M.Tağızadə) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2-1(112)-1910/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiy a məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. c. Kassasiya instansiyası məhkəməsindəki icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2023-cü il tarixli, 2-1(103)-104/2023 nömrəli qərarı ilə (hakimlər: S.Kərimov /sədrlik edən və məruzəçi/, Z.Quliyev və R.Nəbizadə) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “iş kassasiya instansiyası məhkəməsinin icraatında olarkən X12 vəkili tərəfindən müraciət tə qdim olunmuş və həmin müraciətdə qeyd edilmişdir ki, hazırda Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılır. Həmin cinayət işi Dövlət Vergi Xidmətinin Bakı şəhəri X59 üzrə Baş İdarəsinin 01 iyun 2021-ci il tarixli, **********1584 nömrəli “Operativ Vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən, “50 Qəpik Yemək Bazarı" MMC-nin (VÖEN **********) fəaliyyət göstərdiyi Bakı şəhəri, Nəsimi rayonu, Füzuli, S.Vurğun və M. Əliyev küçələrinin kəsişməsi, “Heydər Əliyev” Sarayının arxası, Qış Parkının ərazisində yerləşən "xxxx" restoranında keçirilmiş operativ vergi nəzarəti zamanı həmin restoranda Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydad a əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən və ya xidməti müqavilə bağlamadan xeyli sayda şəxsin, yəni 34 nəfərin müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsinin aşkar edilməsi faktına dair tərtib olunmuş 01 iyun 2021-ci il tarixli, DVX seriyalı, 000773 nömrəli akt və ilkin operativ vergi nəzarət tədbiri üzrə toplanmış materiallar əsasında başlanılmışdır. X12 Azərbaycan Respublikası CM-nin 162-1.1-ci maddəsi ilə təqsirləndırilməsinə dair ********* nömrəli cinayət işi üzrə təqdim edilmiş ittiham aktında qeyd edilənlərə görə, X39 qeyriləri ilə birlikdə qabaqcadan əlbir olmaqla, əmək müqaviləsi bağlamadan haqqı ödənilməklə, "50 QƏPİK YEMƏK BAZARİ" restoranında X13, X35, X32, X14, X9, X24, X15, X3, X4, X40, X16, X25, X41, X26, X17, X27, X5, X10, X33, X42, X43, X34, X6, X66, X1 8, X28, X7, X44, X50, X45, X46, X19, X2 və X29, yəni cəmi 34 (otuz dörd) nəfəri Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməkdə təqsirli bilinmişdir. Beləliklə, cavabdehin 01 iyun 2021-ci il tarixli, **********1584 nömrəli “Operativ Vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən, eyni obyektdə eyni tarixdə keçirilmiş eyni operativ vergi nəzarəti tədbirinin nəticələrinə dair toplanmış materiallar üzrə bir tərəfdən hazırkı mübahisə üzrə iddiaçı tərəf olan “50 Qəpik Yemək Bazarı" MMC-nin vergi məsuliyyətinə, digər tərəfdən isə operativ vergi nəzarətinin keçirildiyi həmin obyektin faktiki icarəyə verildiyi iddia olunan X12 cinayət məsuliyy ətinə cəlb edildiyi görünür. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə operativ vergi nəzarəti tədbiri zamanı izahatı alınmış şəxslər iddiaçının qanuni təmsilçisi X23 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunduqlarını bildirdikləri halda, cinayət işi üzrə təqdim edilmiş ittiham aktında həmin hərəkətlərə görə X12 təqsirli bilindiyi qeyd olunmuşdur. Hazırkı mübahisəyə münasibətdə qeyd edilən ziddiyyətli halların araşdırılması və onlara hüquqi qiymət verilməsi məhkəmənin düzgün və əsaslı nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan həmin hallar apellyasiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırmalı və yalnız bundan sonra araşdırmanın nəticələrinə hüquqi qiymət verilməli, İnzibati Prosessual Məcəll əsinin 12.1-ci və 82-ci maddələrinin tələblərinə cavab verən qərar qəbul edilməlidir. Nəzərə almaq lazımdır ki, obyektiv qanunauyğun qərarın qəbulu üçün tələb olunan araşdırmanın həcmi xidməti vəzifəsinə görə məhkəmə tərəfindən müəyyən edilməli və belə qərarın qəbulu üçün yetərli olmalıdır.” ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 dekabr 2023-cü il tarixli, 2-1(103)-2412/2023 nömrəli qərarı ilə (hakimlər: P.Hüseynov /sədrlik edən və məruzəçi/, C.Yusifov və Ş.Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2-1(112)-1910/2022 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilərək cavabdehin «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məs uliyyətə cəlb edilməsi haqqında» 16 iyul 2021-ci il tarixli **********8305 nömrəli və 16 iyul 2021-ci il tarixli **********8325 nömrəli qərarları ləğv edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə məhkəmə sorğusu verilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən sorğuya cavab olaraq 27 iyuq 2023-cü il tarixli məktubda bildirilmişdir: X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 1(006)-9/2023 saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi X51 tərəfindən apellyasiya şikayəti verilmiş və cinayət işi qeyd olunan şikayətə baxılması üçün xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə g öndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 1(006)-9/2023 saylı hökmündən görünür ki, X39 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 1621.1-ci maddəsi ilə təqsirli bilinmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar ona cəza təyin edilməmişdir, X39 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilmişdir. Həmin hökmə əsasən X39 qeyriləri ilə birlikdə qabaqcadan əlbir olmaqla, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, "xxxx" MMC-nin vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən istifadə etməklə, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli, S.Vu rğun və M.Əliyev küçələrinin kəsişməsi, “Heydər Əliyev” Sarayının arxası, Qış Parkının ərazisi ünvanda yerləşən "xxxx" restoranının fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirərək, işəgötürən kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda, yəni 34 nəfəri müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Belə ki, X39 qeyriləri ilə birlikdə qabaqcadan əlbir olmaqla, əmək müqaviləsi bağlamadan haqqı ödənilməklə, "xxxx" restoranında X13, X35, X32, X14, X9, X24, X15, X3, X4, X40, X16, X25, X41, X26, X17, X27, X5, X11, X33, X42, X43, X34, X6, X66, X18, X28, X7, X44, X50, X45, X46, X19, X2 və X29, yəni cəmi 34 (otuz dörd) nəfəri Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmu ş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir (hökmdə cavabdehin 01 iyun 2021-ci il tarixli “Operativ Vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına istinad olunmuşdur).... Bakı Apellyasiya Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 1(103)-1645/2023 saylı qərarından görünür ki, təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə təqsirli bilinməsi və ona cəza təyin edilməməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2023- cü il tarixli 1(006)-9/2023 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Göründüyü kimi, cavabdehin 01 iyun 2021-ci il tarixli, **********1584 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən, eyni obyektdə eyni tarixdə keçirilmiş eyni operativ vergi nəzarəti tədbirinin nəticələrinə dair toplanmış materiallar üzrə X39 təqsirli bilinmişdir. Həm nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, həm də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının yoxlanılması eyni dövrü əhatə edir və mübahisələndirilən qərarlarda göstərilmiş pozuntu hallarına görə iddiaçının təqsiri müəyyən edilmir. Belə olan halda iddiaçının mübahisələndirilən qərarlara görə maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi əsassızdır.”

16. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin operativ vergi nəzarəti həyata keçirilən obyektin X21 faktiki icarəyə verildiyi barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, OVN keçirilən obyekt iddiaçının adında qeydiyyatda olmuşdur. Belə ki, elektron-uçot məlumat bazasına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, Səməd Vurğun küçəsi ilə M.Əliyev küçələrinin kəsişməsi və "Heydər Əliyev” adına sarayın arxasındakı “Qış” par kının ərazisində yerləşən obyekt “AY-1" MMC (**********) ilə hazırkı iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdə vergi uçotuna alınmış və qeyd olunan obyekt “İcarə” adı altında deyil, “ Restoran” adı ilə qeydiyyata alınmışdır. İddiaçı ilə X39 arasında hər hansı subicarə müqaviləsi bağlanmamış, həmçinin obyektin təhvil-təslim aktı mövcud olmamışdır.

18. Bundan əlavə apellyasiya məhkəməsinin operativ vergi nəzarəti həyata keçirilən obyektin Hacıyev Bəhruz tərəfindən iddiaçının iradəsinə zidd olaraq idarə etməsini və onun oradan çıxarılması ilə bağlı iddiaçı tərəfindən polisə müraciət edilməsi ilə bağlı dəlilə münasibətdə qeyd edilmişdir ki, iş üzrə tədqiqat aparan birinci instansiya məhkəməsi "təsadüfən OVN keçirilən gün polisə mürac iət edilməsi faktı”nı aşkar etmiş, bununla da iddiaçının Hacıyev Bəhruzla münaqişəli vəziyyətdə olmasının yetərincə inandırıcı olmadığını qeyd etmişdir. Xüsusilə diqqət edilməli məqam ondan ibarətdir ki, iddiaçının "obyektdən polis gücünə çıxarmaq istədiyi şəxs" cəmiyyət qeydiyyata alındığı tarixdən, yəni xx.xx.2020-ci il tarixdən 25.01 2021-ci il tarixədək cəmiyyətin direktoru vəzifəsini icra etmişdir. Bundan əlavə, iddiaçı qeyd etdiyi kimi, adına qeydiyyata alınmış təsərrüfat subyekti onun iradəsindən kənar Hacıyev Bəhruz tərəfindən istifadə olunmuş olsa belə, bu hal həmin obyektin vergi uçotunu ləğv etmək üçün maneə yarada bilməzdi. Yəni, iddiaçı istənilən vaxt müvafiq ərizə ilə vergi orqanına müraciət etməklə həmin ünvanda yerləşən obyektin qeydiyyatını həyata keçirə bilərdi. Nəticədə sözügedən obyekt üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi barədə Qərar qəbul edilərkən Ədliyyə Nazildiyindən sahibkarlıq subyektlərində həyata keçirilən yoxlamaların reyestrindən əldə edilmiş çıxarışda hazırkı iddiaçının adı və vergi orqanında mövcud olan digər məlumatları qeyd edilməyəcək və son nəticədə hazırda onun barəsində qəbul edilmiş mübahisələndirilən qərar mövcud olmayacaqdı. Qeyd olunanlar bir daha sübut edir ki, Hacıyev Bəhruz iddiaçının adından faktiki olaraq obyektin idarəetməsini həyata keçirmişdir.

19. Həmçinin qeyd edilmişdir ki, "xxxx" MMC xx.xx.2020-ci il tarixində vergi orqanında qeydiyyata alınmış və həmin tarixdən müəssisənin qanuni təmsilçisi X39 olmuşdur. xx.xx.2021-ci il tarixində rəhbər dəyişikliyi üçün müraciət olunmuş və xx.xx.2021-ci il tarixində mü əssisənin qeydiyyat məlumatlarında dəyişiklik edilərək X23 müəssisənin qanuni təmsilçisi kimi qeydiyyata alınmışdır. İşçilər izahatlarında X39 deyil, X23 tərəfindən işə cəlb edildiklərini qeyd etmişdirlər. Bu halda vergi məsuliyyətinə cəlbedilməli subyekt haqlı olaraq hazırkı iddiaçı olmalıdır.

20. Kassator apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 324.1, 331.1, 700.1ci, Vergi Məcəlləsinin 58.10-cü, Əmək Məcəlləsinin 5-1, 7.2, 44 və 49-cu maddəsinin tələblərinin pozulduğunu bildirir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. İddiaçı kassasiya şikayətinə etiraz edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 dekabr 2023-cü il tarixli, 2-1(103)-2412/2023 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Mülki Məcəllə: M addə

146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).... Maddə

324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.... Maddə

331. Yazılı əqd 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır...... Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur....

23. Vergi Məcəlləsi: Maddə

50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olm aqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir.... 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39 –49cu maddələrinin müddəaları tətbiq edilir 50.7. Azərbaycan Respublikasının ərazisində nağd pul h esablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. Maddə

58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları … 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul ol an şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Əmək Məcəlləsi: Maddə

3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar... 5-1. Əmək müqaviləsi bildirişi - bu Məcəllə nin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra h akimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır Maddə

7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi...

2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Maddə

44. Əmək müqaviləsinin forması

1. Əmək müqaviləsi yazılı formada bağlanır.

2. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir.

3. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunu b tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Maddə

49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir....

24. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, o nların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSA SİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələbləri pozulduğundan apellyasiya məhkəməsinin qərarı ləğv edilməli iddia rədd edilməlidir. Bu a şağıdakı səbəblərdən irəli gəlir.

28. Məhkəmə kollegiyası ilk öncə işin araşdırılmış halları ilə bağlı qeyd edir ki, cavabdeh vergi orqanının “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********1584 nömrəli qərarı ilə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Füzuli, Səməd Vurğun və M.Əliyev küçələrinin kəsişməsində, “Heydər Əliyev” adına sarayın arxasında, “Qış” parkının ərazisində yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 34 (otuz dörd) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması faktı müəyyən edilmiş, operativ vergi nəzarətinin nəticəsi haqqında akt tərtib e dilmiş, həmin akt əsasında Baş İdarə tərəfindən iddiaçı barəsində xx.xx.2021-ci il tarixli, **********8325 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunmuş və vergi ödəyicisinə 68000 (altmış səkkiz min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı həmçinin əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilmiş, bu barədə tərtib olunmuş xx.xx.2021-ci il tarixli, DVX seriyalı 005264 nömrəli akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********8305 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə 1000,00 (bir min) manat məbləği ndə maliyyə sanksiyası tətbiq edilmişdir.

29. İddiaçı sözügedən obyekti subicarəyə verdiyini və hazırda vergi pozuntusunda təqsirinin olmaması bildirmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi də iddia tələbini təmin edərkən qeyd etmişdir ki, cavabdehin 01 iyun 2021-ci il tarixli, **********1584 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən, eyni obyektdə eyni tarixdə keçirilmiş eyni operativ vergi nəzarəti tədbirinin nəticələrinə dair toplanmış materiallar üzrə X39 təqsirli bilinmişdir. Həm nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, həm də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin ) yerinə yetirilməsinə cəlb edilməsi hallarının yoxlanılması eyni dövrü əhatə edir və mübahisələndirilən qərarlarda göstərilmiş pozuntu hallarına görə iddiaçının təqsiri müəyyən edilmir.

31. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsi öz qərarında Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarına istinad edərək bildirmişdir ki, iddiaçı mübahisələndirilən qərarın ləğvini tələb edərkən, mahiyyət baxımından tətbiq olunmuş vergi məsuliyyəti tədbirlərini deyil, həmin məsuliyyət tədbirlərinin subyekti olmadığı halda, qeyd olunan qərarların ona münasibətdə qəbulunu mübahisələndirir. İddiaçı yalnız marka sahibi olduğunu, sahibkarlıq fəaliyyətinin obyektləri icarəyə götürərək özünün markası altında subicarəyə verməkdən və bundan gəlir əldə etməkdən ibarət olduğunu, operativ vergi nəzarəti həyata keçiri lən obyekti isə eyni qaydada X21 faktiki icarəyə verdiyini bildirmişdir.

32. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin həmin mövqeyini əsaslı hesab etmir.

33. Belə ki, ilk öncə qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirildiyi, yəni yoxlanılan təsərrüfat obyekti Bakı şəhəri, Nəsimi rayonu, Füzuli, S.Vurğun və M.Əliyev küçələrinin kəsişməsi, Heydər Əliyev sarayının arxası, park ərazisində yerləşən restorandır, təsərrüfat obyektinin kodu 14001 nömrəli olmaqla xx.xx.2020-ci il tarixində vergi orqanında "xxxx" MMC-nin (VÖEN **********) adına qeydiyyata alınmışdır. Həmin tarixdən müəssisənin qanuni təmsilçisi X39 olmuşdur. xx.xx.2021-ci il tarixində rəhbər dəyişikliyi üçün müraciət olunmuş və xx.xx.2021-ci il tarixində müəssisənin qeydiyyat məlumatlarında dəyişiklik edilər ək X23 müəssisənin qanuni təmsilçisi kimi qeydiyyata alınmışdır.

34. İş materiallarında göründüyü kimi, qeyd edilən obyektdə operativ vergi nəzarəti xx.xx.2021-ci ildə, yəni həmin MMC-nin qeydiyyat məlumatlarında dəyişiklik edildikdən sonra baş tutmuşdur. Beləliklə də, operativ vergi nəzarəti zamanı iddiaçı müəssisənin direktoru Hacıyev Bəhruz deyil, Dadaşov Rəşid olmuşdur.

35. Digər tərəfdən, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən və ya xidməti müqavilə bağlamadan işlərin yerinə yetirilməsinə cəlb olunmuş 34 nəfərdən 25 nəfərin yazılı izahatlarında Dadaşov Rəşid tərəfindən işə götürüldüyləri qeyd edilmiş və işəgötürənlə aralarında əmək müqaviləsi və ya xidməti müqavilələrinin olmadığını etiraf edilmişdir. Qalan 9 nəfər isə yazılı izahat verməkdən imtina etmişdirlər.

36. İddia çı həmin obyektin X1 verildiyini qeyd etsə də, lakin iş materiallarına qanuni subicarə müqaviləsi əlavə edilməmişdir. Belə ki, iddiaçının istinad etdiyi xx.xx.2021-ci il tarixli subicarə müqaviləsi iddiaçı MMC tərəfindən imzalansa da icarəyə götürən qismində X39 tərəfindən imzalanmamışdır.

37. Göründüyü kimi, hazırkı qərarın 22-ci bəndində qeyd olunan maddi hüquq normasının tələblərə uyğun iddia edilən obyektin subicarəyə verilməsi haqqında tərəflərin iradəsinin ifadə olunduğu və qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş subicarə müqaviləsi və obyektin təhvil-təslim aktı mövcud deyildir.

38. Göründüyü kimi, OVN zamanı X39 ilə iddiaçı arasında bağlanmış və qüvvədə olan hər hansı əqd mövcud olmadığından, sözügedən obyektin iddiaçının adından Hacıyev Bəhruz tərəfindən idarə olunduğu müəy yən olunur.

39. Belə olan halda, operativ vergi nəzarətinin həyata keçirildiyi zaman yoxlama obyekti iddiaçının adına qeydiyyata alındığından, iddiaçı MMC-nin direktoru Dadaşov Rəşid olduğundan, eləcə də iddiaçı ilə digər şəxs arasında həmin vaxt qüvvədə olan subicarə müqaviləsi olmadığından operativ vergi nəzarəti nəticəsində aşkar olunmuş hüquq pozuntusu "xxxx" MMC-yə aid olmalıdır.

40. Bakı Apellyasiya Məhkəməsinin qərarında qeyd edilmişdir ki, hazırkı mübahisəyə münasibətdə operativ vergi nəzarəti tədbiri zamanı izahatı alınmış şəxslər iddiaçının qanuni nümayəndəsi X23 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müxtəlif işlərin görülməsinə cəlb olunduqlarını bildirdikləri halda, cinayət işi üzrə təqdim edilmiş ittiham aktında həmin hərəkətlərə görə X12 təqsirli bilindiyi qeyd o lunmuşdur. Hazırkı mübahisəyə münasibətdə qeyd edilən ziddiyyətli halların araşdırılması və onlara hüquqi qiymət verilməsi məhkəmənin düzgün və əsaslı nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət daşıyır.

41. Göstərilən dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, operativ vergi nəzarəti və cinayət tədqiqatı çərçivəsində işçi qismində əmək fəaliyyətinə cəlb olunmuş şəxslərdən izahatlar alınmış, həmin şəxslər iddiaçıya məxsus obyektdə faktiki olaraq iddiaçı tərəfindən əmək fəaliyyətinə cəlb edildiklərini etiraf etmişdirlər. Belə ki, cinayət işi üzrə tədqiqat zamanı əvvəl OVN zamanı izahat vermiş 25 nəfərdən 16 nəfəri öz ifadələrini dəyişdirərək onları əmək müqaviləsi bağlamadan X39 tərəfindən işə cəlb olunduqlarını bildirərək ziddiyyətli ifadələr vermişdirlər.

42. Göstərilən hal da, iddia çının məsuliyyət sferasına aiddir. Belə ki, həmin işçilərin fəaliyyət göstərdiyi obyekt iddiaçıya məxsus olmuşdur.

43. Bununla yanaşı OVN zamanı həmçinin iddiaçı tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixində saat 15:30-da MMC -yə məxsus obyektdə 1 (bir) manat nağd qaydada ödənilməklə reyhan şirəsi alınmış və əvəzində NKA çeki təqdim olunmamışdır. MMC-yə məxsus obyektdə NKA tətbiq olunmadığından məbləği bərpa etmək mümkün olmamışdır. xx.xx.2021-ci il tarixli DVX seriyalı 005264 nömrəli akt tərtib edilmiş, tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********8305 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qəra r qəbul olunaraq vergi ödəyicisinə 1000,00 (bir min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

44. Göründüyü kimi, operativ vergi nəzarəti vergi qanunvericiliyin tələblərinə riayət edilməklə həyata keçirilmişdir və iddiaçı barəsində tətbiq edilən maliyyə sanksiyası əsaslıdır.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin nəticəsi hazırkı qərarın 22-24a bəndlərində qeyd olunan maddi və prosessual normaların tələblərinə cavab vermədiyi üçün kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 dekabr 2023-cü il tarixli, 2-1(103)-2412/2023 nömrəli qərarı ləğv edilərək, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X59 üzrə Baş İdarəsinə qarşı “16 iyul 2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********8325 nömrəli və **********8305 nömrəli qərarlarının ləğv edilməsi tələbinə dair iddiası rədd edilməlidir.

46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 dekabr 2023-cü il tarixli, 21(103)-2412/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X59 üzrə Baş İdarəsinə qarşı “16 iyul 2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********8325 nömrəli və **********8305 nömrəli qərarlarının ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar