Məhkəmə qərarları › İş №2-1(102)-1353/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1353/2022

29.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1353/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vəfat edən şəxsin adına hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və reyestrdən çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1949-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: X12 /xx.xx.1982-ci il təvəllüdlü; FİN: 1JNPR7T/ və X9 /xx.xx.1981-ci il təvəllüdlü; FİN: 1JFN474/) qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının və reyestrdən çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2022-ci il tarixli, 2-1(103)-172/2022 nömrəli qərarından üçüncü şəxslər və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qəra rı qəbul etdi. İŞİN HALLARİ

1. Qeyri-yaşayış sahələri üzrə 16 yanvar 1999-cu il tarixli, 3690 saylı icarə müqaviləsinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 27 ünvanında yerləşən, ümumi sahəsi 132.7 kv.m. olan qeyri-yaşayış sahəsi ticarət məqsədilə 27 saylı təsərrüfat hesablı mağazanın müdiri – iddiaçıya xx.xx.1998-ci ildən xx.xx.1999-cu ilə qədər icarəyə verilmişdir. 2. ünvan 1 ünvanda yerləşən 27 saylı mağazaya dair 22 yanvar 1999-cu il tarixdə texniki pasport tərtib edilmiş, texniki pasportda mülkiyyətçinin Nərimanov rayon MKTB, icarəçinin isə 27 saylı təsərrüfat hesablı mağaza olması qeyd edilmişdir. 3. 27 saylı təsərrüfat hesablı mağazanın 27 yanvar 1999-cu il tarixinə işçilər haqqında məlumatına əsasən, mağazanın müdiri iddiaçı və satıcı isə X14 (üçüncü şəxslərin atas ı) olmuşdur. 4. 30 mart 1999-cu il tarixli, 1 saylı auksion protokoluna əsasən, ünvan 1 ünvanda yerləşən 27 saylı təsərrüfat hesablı mağaza ilə bağlı keçirilmiş auksionun qalibi (alıcı) İddiaçı olmuşdur. Obyektin tam dəyəri 77896000 manat, satış qiyməti 66211000 manat göstərilmişdir.

5. Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 000156 qeydiyyat nömrəli, 19 yanvar 2006-cı il tarixli şəhadətnaməyə əsasən, ünvan 1 ünvanda yerləşən 27 saylı mağaza iddiaçı və X14 tərəfindən satın alınmış və 46 milyon 348 min dörd yüz AZM (9269,68 AYM) dövlət büdcəsinə köçürülmüşdür.

6. Gəncə “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 885833 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən, X13 15 iyun 2017-ci il tarixdə vəfat etmişdir. 7. ünvan 2 ünvanladığı 18 iyul 2017-ci il tarixli, X-231 nömrəli məktubunda qeyd edilmişdir ki, X4 15 iyun 2017-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsəsinin ərizəsi əsasında 13 iyul 2017-ci il tarixdə Notariat Kontoru tərəfindən vərəsəlik işi açılmışdır. Qanunauyğun olaraq mərhum X4 vərəsələrindən biri – qızı X9 müəyyən olunmuşdur. Bunu nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 27 ünvanında yerləşən ümumi sahəsi 132.8 kv.m. qeyri-yaşayış sahəsinin mərhum X4 adına olan 1/2 hissəsinə dair reyestrdən çıxarışın verilməsi xahiş olunur.

8. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası ümumi birgə mülkiyyət kimi iddiaçının və Bunyamin Məmmədzadənin adına ümumi birgə payla ********** qeydiyya t nömrəsi ilə 15 avqust 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 9. 18 dekabr 2017-ci il tarixli, 2V-222 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, müvafiq qeyri-yaşayış binasının 1/2 hissəsi iddiaçının, hər birinə 1/4 hissə olmaqla üçüncü şəxslərin adına ********** və ********** qeydiyyat nömrələri ilə 25 dekabr 2017-ci il və 26 dekabr 2017-ci il tarixlərdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, vəfat etmiş X4 adına ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış binasına dair 15 avqust 2017-ci il tarixdə dövlət qeydiyyatının aparılması ilə bağlı ca vabdehin hərəkətlərinin qanunsuz hesab edilməsini və B.Məmmədzadənin adına olan ******* nömrəli, 15 avqust 2017-ci il tarixli Çıxarışın ləğv olunmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən 15 iyun 2017-ci il tarixdə vəfat etmiş X4 adına Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 27 ünvanında yerləşən qeyri-yaşayış binasına dair 15 avqust 2017-ci il tarixli ******* nömrəli “Hüquqların daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış” verilmişdir. İddiaçı sözügedən qeyriyaşayış binasının mülkiyyətçisidir və həmin çıxarışın verilməsi onun maraqlarına toxunur. X8 vəfatından iki ay sonra Bakı şəhəri 13 saylı Notariat Kontorunun müraciəti əsasında cavabdeh tərəfindən vəfat etmiş həmin şəxsin adına reyestrdə qeydiyyat aparılmış və onun adına 15 avqust 2017-ci il tarixli çıxarış verilmişdir ki, vəfat etmiş şəxsin adına dövlət reyestrində qeydiyyat aparılması və reyestrdən çıxarış verilməsi daşınmaz əmlakın dövlət reyestri haqqında qüvvədə olan qanunvericiliyə birbaşa ziddir. Belə ki, ölmüş şəxsin adına dövlət reyestrində qeydiyyat aparılması və çıxarış verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

12. Məhkəmənin 30 sentyabr 2020-ci il tarixli qərardadı ilə X12 və X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar.

13. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” 19 yanvar 2006-cı il tarixli 000156 nömrəli şəhadətnaməsinə əsasən, ünvan 3 ünvanın da yerləşən qeyri-yaşayış binası ümumi birgə mülkiyyət kimi iddiaçının və mərhum Bunyamin Məmmədzadənin adına ********** qeydiyyat nömrəsi ilə 15 avqust 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra 18 dekabr 2017-ci il tarixli 2V-222 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müvafiq qeyri-yaşayış binasının 1/2 hissəsi iddiaçının, 1/4 hissəsi X12 və 1/4 hissəsi isə X2 adına ********** və ********** qeydiyyat nömrələri ilə 25 dekabr 2017-ci il və 26 dekabr 2017-ci il tarixlərdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. Sözügedən daşınmaz əmlak üzərinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4239 nömrəli 13 sentyabr 2019-cu il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11, 14.5, 18, 23-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140, 150, 162.1-ci maddələrinə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə istinad edərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir.

14. Üçüncü şəxslər tərəfindən iddia tələbinə verilən yazılı etirazda göstərilmişdir ki, hazırkı işə müxtəlif məhkəmə instansiyalarında baxılaraq mübahisəyə hüquqi qiymət verilmiş və iş üzrə məhkəmə qərarları qəbul olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1277 nömrəli iş üzrə 21 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar X5 və X2 cavabdeh İddiaçı, üçüncü şəxs DƏDRX Bakı şəhər Ərazi İdarəsinə qarşı «əmlakın naturada bölünməsi və payların müəyyən edilməsi» tələblərinin təmin edilməməsi, İddiaçı iddiasının təmin edilməsi, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququnun tanınması, X10, həmçinin X12 və X2 ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş ********** qeydiyyat nömrəli və ********** qeydiyyat nömrəli çıxarışların ləğv olunması qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli həmin qətnaməsindən iddiaçılar tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3479/2019 nömrəli iş üzrə 25 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilmiş, Bakı şəh əri Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamənin çıxarılması, iddiaçıların iddia tələblərinin təmin olunması, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (binasının) tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olması barədə hüquqların dövlət qeydiyyatı haqqında daşımaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli, RX Seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab olunması, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasının texniki pasport üzrə göstərilən 2 və 3 saylı tikililərinin arasındakı sökülmüş arakəsmə divarı yenidən bərpa olunmaqla, eyni zamanda 7 saylı tikilidən 8 saylı tikiliyə və 5 saylı tikilidən 4, 8 saylı tikililərə keçid qapıları bağlanmaqla, həmçinin 3 saylı tikilidən 4 saylı tikiliyə, 4 saylı tikililərin 8 saylı tikiliyə keçid qapıları açılmaqla texniki pasport üzrə göstərilən 1, 2, 5, 6, 7, 9 saylı tikililərin X7 və X6, 3, 4, 8, 10, 11, 12 saylı tikililərin və texniki pasportda əks olunmayan əlavə tikililərin isə İddiaçı verilməsi qaydasında əmlakın naturada real bölgüsünün həyata keçirilməsi, İddiaçı DƏDRX Bakı şəhər Ərazi İdarəsinə, X7 və X6 qarşı «mülkiyyət hüququna xitam verilməsi, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın və həmin qeydiyyatın əsasında verilmiş çıxarışların qanunsuz hesab edilməsi» tələblərinə dair iddiasının rədd edilməsi qət edilmişdir Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 avqust 2019-cu il tarixl i qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Ali Məhkəmənin qərarından İddiaçı tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayət verilmiş, Konstitusiya Məhkəməsinin 26 fevral 2020-ci il tarixli qərardadı ilə şikayətin icraata qəbul olunmasından imtina edilmişdir. İddiaçı bununla kifayətlənməmiş, X12 və X6 qarşı iddia tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər X12 və X1 350.000 manat məbləğində pul alınaraq ona ödənilməsini xahiş etmişdir. Daha sonra həmin iş üzrə iddiaçı iddia ərizəsində dəqiqləşmə apararaq, cavabdehlərdən müştərək qaydada 450.000 manat pulun tutularaq ona ödən ilməsini xahiş etmişdir. Hal-hazırda həmin iddia tələbi üzrə mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında baxılmaqdadır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində qaldırdığı pul tələbi ilə paralel olaraq, X12, X9, Bakı şəhəri 13 saylı Notariat Kontruna və DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin paylar müəyyən edilməklə cavabdehlər X7 və X6 verilməsi barədə Bakı şəhəri 13 saylı notariat kontorunun hərəkətlərinin qanunsuz sayılması, buna dair həmin notariat kontoru tərəfindən daşınmaz əmlakın reyestri xidmətinə ünvanlandığı göstəriş məktubları və vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin notariat hərəkətləri əsasında ünvan 4 ünva nında yerləşən qeyri-yaşayış sahəsi üzərində cavabdehlərin 1/4 hissədə paylarının müəyyən edilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* və ******* nömrəli çıxarışların ləğv edilməsi, dəymiş mənəvi ziyana görə Bakı şəhəri 13 saylı notariat kontorundan 15.000 manat pulun tutulmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli qətnaməsi ləğ v edilmiş və yeni qətnamə çıxarılmaqla iddiaçı X3 cavabdehlər X12, X11, Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin, vərəsəlik işi ilə bağlı daşınmaz əmlakın reyestrinə ünvanlanmış məktubların etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi, daşınmaz əmlakın reyestrindən verilmiş çıxarışların ləğv edilməsi» barədə iddia tələblərinin rədd edilməsi qət edilmişdir. Hələlik qeyd edilən qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti verilməmisdir. Göstərilənlərə və İPM-in 1.2, 35.1-ci maddələrinə, AR Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 22.2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş Təlimatın 7-ci bəndinə əsaslanaraq, İddiaçı hazırkı iddiasının mümkün sayılmaması məhkəmədən xahiş olunur.

15. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «vəfat etmiş vətəndaş X4 adına Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 27 ünvanında yerləşən qeyri-yaşayış binasına dair 15 avqust 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və Bunyamin Məmmədzadənin adına daşınmaz əmlakın dövlət reyestrində mübahisəli qeyri-yaşayış sahəsinə dair aparılmış qeydiyyat və onun adına verilmiş ******* nömrəli 15 avqust 2017 -ci il tarixli reyestrdən çıxarışın ləğv edilməsi» kimi qəbul olunmasını xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir.

16. Bakı İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(112)-906/2021 nömrəli qərarı (hakim R.L.Kərimli) ilə iddia rədd edilmişdir.

17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mövcud qanunvericilik daşınmaz əmlakın dövlət reyestrində şəxsin hüquqları qeydiyyata alınmamışdan əvvəl öldüyü halda müvafiq daşınmaz əmlaka hüquqların qeydiyyata alınmasını deyil, əmlakın ona məxsus olmasına dair arayışın verilməsini mümkün saysa da, həmin arayışın ayrıca, yəni reyestrdən çıxarışdan fərqlənən formasını müəyyən etmədiyindən, ardıcıl olaraq növbəti addım kimi vərəsəlik sənədləri əsasında əmlakın vərəsələrin mülkiyyəti kimi qeydiyyata alınacağı da nəzərə alınmaqla, “əmlakın ölmüş şəxsə məxsus olması barədə arayış”ın “reyestrdən çıxarış” formasında verilməsi qanuna zidd sayıla bilməz. Bu qənaət həm də ondan irəli gəlir ki, əmlaka dair “müvafiq arayış” əvəzinə “reyestrdən çıxarış” verilərkən hazırkı iddiaçının əmlakdakı 1/2 payına toxunulmamışdır. Daşınmaz əmlakdakı miras qalan hissə müvafiq vərəsəlik şəhadətnaməsi əsasında vərəsələrin (hazırkı üçüncü şəxslərin) mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bundan sonra hazırkı iddiaçının vərəsəlik şəhadətnaməsinin və növbəti qeydiyyatın mübahisələndirilməsi barədə iddiası mülki məhkəmə icraatı üzrə məhkəmə qərarı ilə təmin edilməmişdir.

18. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş et mişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2022-ci il tarixli, 2-1(103)-172/2022 nömrəli qərarı (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(112)-906/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, X4 adına Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 27 ünvanında yerləşən qeyri-yaşayış binasına dair 15 avqust 2017ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması ilə bağlı cavabdehin hərəkətləri qanunsuz hesab edilmiş və X4 adına daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 27 ünvanında yerləşən qeyriyaşayış binasına dair aparılmış qeydiyyat və onun adına verilmiş ******* nömrəli 15 avqust 2017-ci il tarixli reyestrdən çıxarış ləğv edilmişdir.

20. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hər hansı əsasla daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində vəfat etmiş şəxsin mülkiyyət hüququna dair çıxarış tərtib olunması qanunda nəzərdə tutulmamışdır. Qanun bu vəziyyətdə belə bir tənzimləmə qaydasını müəyyən edir ki, qeydiyyat orqanı hüququn ölmüş şəxsə məxsus olması haqqında mərhumun vərəsəsinə arayış verir və bu arayış, miras qalmış daşınmaz əmlaka hüquqların vərəsənin adına dövlət qeydiyyatı (çıxarışın verilməsi) üçün əsasdır. Cavabdeh tərəfindən ilk növbədə üçüncü şəxslərə əmlakın ölmüş valideynə məxsus olması haqqında arayış verilməli olduğu halda, qanunvericiliyin tələblərinə zidd olaraq birbaşa çıxarış verilmişdir. Bununla yanaşı, qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə elektron çıxarış tərtib edilir, lakin hazırkı halda qanun üzrə vərəsələrin belə bir müraciəti olmamış, cavabdeh inzibati orqan əsassız olaraq Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun müraciəti əsası nda X4 adına Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 27 ünvanında yerləşən qeyri-yaşayış binasına dair çıxarış vermişdir.

21. Üçüncü şəxslər həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişlər.

22. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) üçüncü şəxslərin kassasiya şikayətinin dəlilləri

23. Üçüncü şəxslər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə, “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alı nmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 1.2, 2.4 və 7.2-ci bəndlərinə istinad edərək qeyd edirlər ki, hazırki iş üzrə tətbiq olunmalı normativ hüquqi aktlar arasında hər hansı ziddiyyət yoxdur. İstər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsində, istərsə də, həmin maddəni prosessual formada tənzimləyən “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci maddəsində qanun və ya vəsiyyət üzrə vərəsəyə qeyd olunan arayışın və yaxud da çıxarışın verilməsi göstərilmişdir. Qeyd olunan qanun və təlimat arasında ziddiyyət o zaman yarana bilərdi ki, müvafiq subyektiv hüquqa mali k olan vərəsə bu halı mübahisələndirmiş olardı. İşin hallarından və qüvvədə olan məhkəmə qərarlarından göründüyü kimi, Bunyamin Məmmədovun vərəsələri olan üçüncü şəxslər arasında cavabdehin verdiyi sənədin arayış və yaxud çıxarış olması barədə hər hansı ziddiyyət olmamışdır. Bunyamin Məmmədovun adına verilmiş çıxarışı mübahisələndirən iddiaçı onun nə qanun, nə də ki, vəsiyyət üzrə vərəsəsi olmadığından, mərhumun adına verilmiş sənədin arayış və yaxud çıxarış olması onun hər hansı hüququnu pozmamış, ümumiyyətlə isə iddiaçının bunu mübahisələndirməyə hər hansı subyektiv hüququ olmamışdır. Bundan başqa, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri və qərarlarına əsasən artıq həmin əmlakın paylara uyğun bölgüsü həyat keçirilmişdir. Həmin əmlak naturada da bölünmüşdür. b) cavabdehin kassasiya şika yətinin dəlilləri

24. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia tələbinə yazılı etirazının dəlilləri ilə eynilik təşkil edir. c) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

25. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı;... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... Maddə

12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdiril ir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.... Maddə

22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik... 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015 -ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”:

1. Ümumi müddəalar... 1.2. Bu Təlimatla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra - Xidmət) ərazi idarələri tərəfindən daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış (bundan sonra - arayış) yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəx slərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir....

2. Arayışın verilməsi üçün əsaslar... 2.4. Daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi üçün sərəncamverən tərəfin dövlət reyestrinə əsasən bu hüquqa malik olmasının yoxlanılması məqsədi ilə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış sərəncamverənin və ya onun tərəfindən vəkil edilmiş şəxsin, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış olduğu hallarda notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər t ərəfindən dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə edilir.

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. 7.3. Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada elektron çıxarış verildikdə, notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, əri zə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qər ardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu halla rda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apell yasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir.

32. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 27 ünvanında yerləşən qeyriyaşayış binası Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 000156 qeydiyyat nömrəli, 19 yanvar 2006-cı il tarixli şəhadətnaməyə əsasən, iddiaçı və X14 tərəfindən satın alınmışdır. X13 15 iyun 2017-ci il tarixdə vəfat etmişdir. X4 vərəsələrindən biri X9 müəyyən olunduğundan Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun məktubu əsasında mübahisəli daşınmaz əmlak ümumi birgə mülkiyyət kimi iddiaçının və Bunyamin Məmmədzadənin adına ümumi birgə payla ********** qeydiyyat nömrəsi ilə 15 avqust 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra, 18 dekabr 2017-ci il tarixli, 2V-222 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, müvafiq qeyri-yaşayış binasının 1/2 hissəsi iddiaçının, hər birinə 1/4 hissə olmaqla üçüncü şəxslərin adına ********** və ********** qeydiyyat nömrələri ilə 25 dekabr 2017-ci il və 26 dekabr 2017-ci il tarixlərdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyy at aparılmışdır.

33. Hazırkı iş üzrə iddiaçının tələbi vətəndaş X4 adına mübahisə predmeti olan daşınmaz əmlaka dair 15 avqust 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və Bunyamin Məmmədzadənin adına daşınmaz əmlakın dövlət reyestrində mübahisəli qeyriyaşayış sahəsinə dair aparılmış qeydiyyat və onun adına verilmiş ******* nömrəli 15 avqust 2017-ci il tarixli reyestrdən çıxarışın ləğv edilməsi ilə bağlıdır.

34. İlk öncə qeyd olunmalıdır ki, mübahisəli daşınmaz əmlakla bağlı iddiaçı və üçüncü şəxslər arasında müxtəlif məhkəmə mübahisələri olmuş və həmin mübahisələr üzrə yekun qərarlar qəbul edilərək qanuni qüvvəsini almışdır.

35. Belə ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli, 2(103)-3479/2019 saylı qətnaməsi ilə iddiaçılar X5, X2 apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1277/2018 saylı iş üzrə 21 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, X5 və X2 iddiası təmin olunmuş, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (binasının) tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olması barədə hüquqların dövlət qeydiyyatı haqqında daşımaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli, RX Seriyalı, ******* nömrəli çıxarış etibarsız hesab olunmuş, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasının tərəflər arasında naturada real bölgüsü həyata keçirilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Döv lət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, X7 və X6 qarşı “mülkiyyət hüququna xitam verilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindəki qeydiyyatın və həmin qeydiyyatın əsasında verilmiş çıxarışların qanunsuz hesab edilməsi” tələblərinə dair iddiası isə rədd edilmişdir. Qeyd edilən qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2019-cu il tarixli, 2(102)-5860/2019 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

36. Daha sonra, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2020-ci il tarixli, 2(103)-7126/2020 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək iş üzrə Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli, 2(006)-835/2020 nömrəli qətnaməsi lə ğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddiaçı X3 cavabdehlər X12, X9, Bakı Şəhəri 13 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin, vərəsəlik işi ilə bağlı daşınmaz əmlakın reyestrinə ünvanlanmış məktubların etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi, daşınmaz əmlakın reyestrindən verilmiş çıxarışların ləğv edilməsi” barədə iddia tələbləri rədd edilmişdir. Qeyd edilən qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli, 2(102)1691/2021 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

37. Eləcə də, İddiaçı cavabdehlər X9 və X7 qarşı pul tələ binə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/2 hissəsi, yəni 415.000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

38. X9 və X12 cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək, 27 mart 2017-ci il tarixindən 22 fevral 2020-ci il tarixinədək, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bütövlükdə İddiaçı tərəfindən icarəyə verilməsi nəticəsində qeyri-yaşayış sahəsinin 1/2 hissəsinin mülkiyyətçiləri olan X12 və X6 ödənilməli olan, lakin ödənilməmiş 21.672,5 (iyirmi bir min altı yü z yetmiş iki, beş) manat maddi ziyanın və 50.000 (əlli min) manat məbləğində mənəvi ziyanın İddiaçı tutularaq X12 və X6 ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(005)-64/2021 nömrəli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia ərizələri təmin edilməmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 avqust 2021-ci il tarixli, 2(103)-6568/2021 nömrəli qətnaməsi ilə, sonuncu qətnamə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)590/2022 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

39. Yuxarıda qeyd edilən qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə mübahisəli daşınmaz əmlakın – ünvan 6 ünvanda yerləşən 27 saylı mağazanın iddiaçının və X4 ümumi birgə mülkiyyətində olması öz təsdiqini tapmış, hətta Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli, 2(103)-3479/2019 saylı qətnaməsi ilə həmin daşınmaz əmlakın naturada bölgüsü də müəyyən edilmişdir.

40. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi işin hallarını iddia tələbinin mümkünlüyü baxımından qiymətləndirmədən qərar qəbul etmiş, bununla da işin hallarının araşdırılması prinsipini pozmuşdur.

41. Belə ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları ar aşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır.

42. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfində n yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

43. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş di gər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.

44. Hazırkı mübahisəyə münasibətdə iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasının (subyektiv hüququ) apellyasiya məhkəməsi tərəfindən tam olaraq yoxlanılması müəyyən olunmur.

45. Belə ki, iddiaçı onunla bərabər ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakla bağlı mərhum X4 adına aparılmış qeydin ləğv olunmasını tələb etsə də, tələbini hüququnun hansı sferada pozulması hissəsində əsaslandır mamış, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə həmin hallar araşdırılmamışdır.

46. Qeyd edilənlərə əsasən, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan, kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

47. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan hazırkı mərhələdə üçüncü şəxslərin kassasiya şikayəti iddianın mümkün sayılmaması, cavabdehin kassasiya şikayəti isə iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.

48. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin və üçüncü şəxslərin kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2022-ci il tarixli, 21(103)-172/2022 nömrəli qərarı ləğv edilsin və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayətləri qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar