Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1353/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin etibarsız hesab edilməsi, inzibati icraatın lazımi qaydada aparılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1974-cü il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy inin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi) qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-667/2023 nömrəli, 30 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AAC91 nömrəli göndərişi əsasında iddiaçıya 15 fevral 2018-ci il tarixdən “ümumi xəstəlik” səbəbi ilə 15 fevral 2023-cü il tarixədək 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İda rəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış 03 dekabr 2018-ci il tarixli, 029-3652-1218/5 nömrəli məktuba əsasən Nazirliyin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin tibb müəssisələri tərəfindən rəsmiləşdirilmiş göndərişlərin (Forma 88) əsaslılığının araşdırılması ilə əlaqədar müraciətinə baxılmış, müraciətə əlavə edilmiş siyahıda adları qeyd olunan 75 nəfərin Daxili İşlər Nazirliyinə aidiyyəti olmadığından onlara Nazirliyin tibb müəssisələri tərəfindən verilən göndərişlərin əsassız olaraq rəsmiləşdirildiyi bildirilmişdir. Bununla əlaqədar göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınması xahiş edilmişdir. Həmin məktuba əlavə edilmiş Siyahıda İddiaçı adı 38-cı sırada qeyd edilmişdir.
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 03 dekabr 2018-ci il tarixli məktubunu əsas götürən cavabdeh “Əlillik” altsistemində İddiaçı əlilliyinin qiymətləndirilməsini 11 dekabr 2018-ci il tarixdən etibarsız hesab etmişdir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 5 saylı Regional Ərazi Filialı tərəfindən 22 aprel 2021-ci il tarixli 05 nömrəli “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması” haqqında qərar qəbul edilmiş, iddiaçıya təyin edilmiş əlillik dərəcəsi etibarsız hesab olunduğundan xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 17424,43 manat məbləğində artıq ödənilmiş əmək pensiyasının 10 gün müddətində tələbkar Dövlət Sosial Müdafiə Fondunun 5 saylı Regional Ərazi Filialının hesabına ödənilməsi tələb olu nmuşdur.
5. İddiaçı ona təyin edilmiş əlilliyin bərpa edilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh 23 iyul 2021-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və dövlət səhiyyə müəssisəsi tərəfindən müayinə-müalicə olunacağı və göndəriş rəsmiləşdiriləcəyi təqdirdə onun tələbinin qiymətləndiriləcəyi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 5 saylı Regional Ərazi Filialının 22 aprel 2021-ci il tarixli 05 nömrəli “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması” haqqında qərarının ləğv edilməsi, iddiaçının səhhətind ə olan problemlərə görə ikinci dərəcəli əlilliyin və onun əsasında verilən pensiyanın yenidən bərpa olunaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 22 aprel 2021-ci il tarixli, 05 nömrəli qərarın ləğv edilməsi üçün 2021-ci ilin may ayında Gəncə İnzibati Məhkəməsində iddia qaldırmış, ona bildirmişlər ki, əvvəlcə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etməli və oradan imtina cavabı verildiyi təqdirdə Bakı İnzibati Məhkəməsində iddia qaldırmalıdır. İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmiş və Agentlik tərəfindən xx.xx.2021-ci il tarixli, **********0 saylı imtina cavabını xx.xx.2021-ci il tarixdə aldıqdan sonra hazır kı iddia ərizəsi ilə məhkəmədə iddia qaldırmışdır. Həmin məktubda göstərilmişdir ki, dövlət səhiyyə müəssisəsi tərəfindən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. Səhiyyə Nazirliyinin arayışından görünür ki, Bakı şəhər Baş Səhiyyə İdarəsinin X2 xx.xx.2018-xx.xx.2018-ci il tarixlərdə müayinə və müalicə olunmuşdur. Sumqayıt şəhər Səhiyyə şöbəsinin 3 saylı şəhər xəstəxanasının “xəstənin stasionar tibbi kartası”ndan çıxarışdan görünür ki, xx.xx.2017-xx.xx.2018-ci il tarixlərdə müalicə olunmuşdur. Daxili İşlər Nazirliyinin Baş Tibb idarəsinin göndərişi əsasında qəbul edilmiş 25 fevral 2018-ci il tarixli qərara əsasən “ümumi xəstəlik” səbəbi ilə iddiaçıya 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir. Əgər iddiaçının ə lil olması ilə bağlı şübhə var idisə, onda Tibbi-Sosial Ekspert Komissiyasından keçməklə müəyyən etmək olardı ki, iddiaçıya 2-ci qrup ümumi səbəbdən əlillik dərəcəsi təyin edilməsi qanuni olmuşdur və ya yox. İddiaçının xəbəri olmadan və iştirakı olmadan əlilliyinin ləğv edilməsi qanunsuz olmaqla, onun konstitusion hüquqlarının pozulması ilə nəticələnmişdir.
8. Cavabdeh tərəfindən təqdim olunmuş iddia tələbinə dair etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi xx.xx.2018-ci il tarixli 0293652-1218/5 nömrəli məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, 66 nəfərə aid göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınmasını xahiş etmişdir. İddiaçının adı göndərişləri etibarsız hesab edilənlərin siyahısında qeyd edildiyi ndən (38-ci sıra), “Əlillik altsistemi”ndə İddiaçı aid qiymətləndirmə etibarsız hesab edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10787/2021 nömrəli, 28 sentyabr 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2711/2022 nömrəli, 13 may 2022-ci il tarixli qərardadı ilə (hakim S.İ.Salahova) iddia tələbi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 5 saylı Regional Ərazi Filialının 22 aprel 2021-ci il tarixli 05 nömrəli “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması” haqqında qərarının ləğv edilməsi və əlilliyə görə pensiyanın yenidən bərpa olunaraq ödənilməsi hiss əsində mümkün sayılmamışdır.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2711/2022 nömrəli, 13 may 2022-ci il tarixli qərarı ilə (hakim S.İ.Salahova) iddia tələbi təmin edilmiş, iddiaçıya təyin edilmiş ikinci dərəcə əlilliyin etibarsız hesab edildiyi 11 dekabr 2018-ci il tarixdən bərpa edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Lakin hazırkı işin hallarında n müəyyən olunur ki, cavabdeh iddiaçının əlillik təyinatını mübahisələndirmiş, bununla bağlı göndəriş verən orqana məlumat vermiş, daha sonra isə həmin orqanın məktubu əsasında iddiaçıya təyin edilmiş əlilliyi etibarsız hesab etmişdir, hansı ki, istinad olunan qanunvericilikdə əlilliyin etibarsız hesab edilməsi anlayışı mövcud deyildir. Qanunla şəxsin hüququna belə bir müdaxilə nəzərdə tutulmadığından məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçının əlilliyini etibarsız hesab etməkdən ibarət hərəkətinin qanuni əsası olmamışdır. Həmçinin cavabdeh bu zaman iddiaçını əyani müayinəyə cəlb etməmiş, onun barəsində qəbul edilmiş inzibati aktın nəticəsini şübhə altına almaqla onun nəticələrini ləğv edərkən, iddiaçının dinlənilmə hüququnu təmin etməmiş, ayrıca akt formasında qərar qəbul etməm işdir.
13. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-667/2023 nömrəli, 30 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və P.A.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2711/2022 nömrəli, 13 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASS ASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh orqan kassasiya şikayətində işin faktiki hallarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 2.5-ci bəndinə, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Agentliyin Nizamnaməsinin 3.1.2, 3.2.5-ci bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.2-ci bəndində istinad edərək göstərmişdir ki, Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur, məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar etmişdir.
18. Əlilliyin təyini və o cümlədən bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə yuxarıda qeyd olunan maddi sübutları nəzərə almadan yalnız iddiaçının şifahi ifadələrinə əsaslanmaqla ona əlilliyin bərpa olunması qənaətinə gəlmişdir. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsin əlilliyini bərpa etmişdir. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş prosedurlar əsasında aidiyyəti olmayan ümumi normaların t ətbiqi yolverilməzdir. İnzibati aktın etibarsızlığı onun əvvəldən heç mövcud olmaması ilə bağlı halı bildirir. Eyni qaydada cavabdeh tərəf, tibbi göndəriş əsasında verdiyi inzibati aktı həmin tibbi göndərişin artıq mövcud olmaması səbəbindən inzibati aktı heç verilməmiş kimi ləğv etmişdir. İnzibati orqanın şəxsi əlavə müayinəyə cəlb etməsi hər hansı tibbi sənədin mövcudluğu halında mümkün ola bilərdi. Əgər şəxs haqqında etibarlı tibbi göndəriş yoxdursa, onu hansı sənədlər əsasında yenidən müayinədən keçirə bilər? Məhkəmə səlahiyyətləri daxilində olmayan və yalnız müvafiq tibbi sənədlər əsasında həyata keçirilməli olan “əlilliyin bərpa edilməsi” barəsində birinci instansiya məhkəməsinin qərarını dəyişməyərək ciddi qanun pozuntusuna yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlil ləri
19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “İnzibati icraat haqqında” Qanun: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zam anı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə
64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 3.1 Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verə n sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir.
22. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü ma ddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Məhkəmə kollegiya sı xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş və daha sonra etibarsız hesab edilmiş 2-ci dərəcə əlilliyin bərpa olunması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlam ağa lüzum qalmır.
28. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
29. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, əlillik təyinatı zamanı iddiaçının müayinəsi onun iştirakı ilə aparıldığı və inzibati araşdırmanın nəticələri üzrə 15 fevral 2018-ci il tarixdən müvafiq qiymətləndirmə aparılmaqla TSEK-in qərarı ilə ona əlillik dərəcəsi təyin etdiyi halda, sonradan, əvvəlki praktikasına zidd olaraq cavabdeh inzibati orqan tərəfindən Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən təqdim olunmuş məktuba əlavə olunmuş siyahıda adları qeyd olunan şəxslərin, eləcə də iddiaçının Daxili İşlər Nazirliyinə aidiyyəti olmadığından onlara Nazirliy in tibb müəssisələri tərəfindən verilən göndərişlərin əsassız olaraq rəsmiləşdirildiyi əsas gətirilərək 11 dekabr 2018-ci il tarixdən etibarsız hesab edilmişdir.
30. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsi ilə müəyyən olunmuş qaydada iddiaçıya əlilliyin təyin edilməsi barədə qərarın ləğv olunması ilə bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir.
31. Qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh əlilliyin təyin olunması barədə qərarı ləğv etməyə və ya dəyişdirməyə haqlıdır. Lakin bu haqqından istifadə edərək əlilliyin təyin olunması barədə qərarın ləğvi ilə bağlı məsələni həll ed ərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və digər normativ aktların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olun muş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.
32. Nəzərə alınmalıdır ki, təyin olunmuş əlilliyin ləğvini şərtləndirən normada nəzərdə tutulmuş bu və ya digər əsas aşkar edildikdə, cavabdeh inzibati orqan əvvəlki qərarın qəbulu üzrə inzibati icraatı təzələməli, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı və icraat nəticəsində aşkar olunmuş əsasın təsdiq edildiyi təqdirdə bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, əlilliyin təyin olunmasına dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə əlilliyin qiymətlənd irilməsinin etibarsız sayılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.
33. Bununla yanaşı, həm də nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalarda da əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının ləğvi nəzərdə tutulmuşdur. Həmin normaya əsasən, cavabdeh orqan iddiaçının əlilliyinin əsaslarını mötəbər hesab etmədiyi hallarda, yalnız yuxarıda qeyd olunmuş qaydada həmin qərarın ləğvi barədə qərar qəbul etməyə haqlı olardı. Digər tərəfdən, həmin normaların məzmununa əsasən, əlilliyin ləğvi barədə qərar şəxsin müayinəsinin nəticələrinə istinadən qəbul edilə bilər. Belə ki, “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinə görə, əlil liyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
34. Hazırkı mübahisəyə münasibətdə işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından isə görünür ki, əyani müayinəyə cəlb edilmədən iddiaçıya aid qiymətləndirmənin nəticələri cavabdeh tərəfindən “X1” etibarsız hesab olunmuşdur. Bu mənada hazırkı mübahisəyə münasibətdə cavabdehin əlilliyin etibarsız hesab edilməsi ilə bağlı davranışı qanunvericiliyin istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.
35. Eyni zamanda məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçıya əlillik təyin edilməsinə əsas Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 14 fevral 2018-ci il tarixli göndərişi olmuşdur. Lakin daha sonra Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən məhkəmələrə, eləcə də Azərbaycan Respublikasının Ali Məhkəməsinə təqdim olunmuş məktublarda da göndərişin qanunsuz verildiyini təsdiq etmişdir. Belə olan halda, qeyd edilən hal, yəni DİN-in sonradan verdiyi göndərişinin qanunsuz olduğunu bildirməsi, əvvəlki əlillik təyin etmə ilə bağlı icraatın təzələnməsinə əsas yaradır. Lakin cavabdeh inzibati orqan icraatı təzələmədən, icraatla bağlı tələblərə riayət etmədən, şəxsi müayinəyə cəlb etmədən əlilliyi etibarsız hesab etmişdir.
36. Beləliklə, m əhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməli, cavabdehin kassasiya şikayəti təmin olunmadan, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-667/2023 nömrəli, 30 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.