Məhkəmə qərarları › İş №2-1(102)-1353/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1353/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1353/2024 21.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü, şikayət üzrə müddətin üzrsüz səbəbdən ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi üçün siyahıya salınma” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 dekabr 2023-cü il tarixli, 2-1(103)-3335/2023 nömrəli qərar ından üçüncü şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə (üçüncü şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşmiş və hal-hazırda sökülmüş fərdi yaşayış evinə və 0,04039 ha ölçüdə torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi ilə əlaqədar siyahıya alınması və kompensasiyanın ödənilməsi üçün siyahının Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməs inin 15 may 2023-cü il tarixli, 2-1(112)-1259/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

3. Cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişlər.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 dekabr 2023-cü il tarixli, 2-1(103)-3335/2023 nömrəli qərarı ilə cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. 5. 29.01.2024-cü il tarixdə AZEMİS-də üçüncü şəxsin nümayəndəsinə məxsus elektron kabinet vasitəsilə kassasiya şikayəti verilərək, həmin qərarın ləğv edilməsi və iddianın təmin olunmaması xahiş edilmiş, lakin həmin kassasiya şikayəti vəkil tərəfindən elektron imza ilə təsd iq edilməmişdir. 6. xx.xx.2024-cü il tarixdə üçüncü şəxsin vəkili tərəfindən tərtib edilib imzalanmış, vəkil orderi əlavə edilmiş kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsində qeydiyyata alınmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin şikayəti üzrə kassasiya mü mkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

9. Bu qərardadın 7-ci bəndində istinad olunan normaya görə, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

10. İş üzrə materiallardan görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarı elektron imza ilə təsdiq edilməklə xx.xx.2023-cü il tarixdə AZEMİS-də üçüncü şəxs və onun nümayəndəsinə məxsus elektron kabinetlərə yerləşdirilməklə üçüncü şəxsə rəsmi qaydada təqdim olunmuşdur.

11. Üçüncü şəxs tərəfindən kassasiya şikayəti isə xx.xx.2024- cü il tarixdə, yəni prosessual qanunvericiliklə müəyyən edilmiş bir aylıq müddət keçdikdən sonra verilmişdir. Kassasiya şikayətinin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş üzrə materiallarda hər hansı sübut yoxdur. Eyni zamanda, üçüncü şəxs tərəfindən kassasiya şikayətinin vaxtında verilməsini və ya müddətin onun təqsiri olmadan buraxılmasını təsdiq edən sübutlar, eləcə də müddətin bərpasına dair ərizə (vəsatət) məhkəməyə təqdim olunmamışdır.

12. Kassasiya şikayətinə əlavə edilmiş poçt qəbzi ilə bağlı (təqdim edilmə tarixi xx.xx.2024-cü il göstərilmişdir) qeyd edilməlidir ki, təqdim edilmiş qəbzin “PrimEx” tərəfindən tərtib edildiyi görünür. Lakin qəbzin üzərində həmin müəssisənin rekvizitləri (məsələn, VÖEN-i, hüquqi şəxs kimi adı və forması) göstərilməmiş və qəbzə müvafiq möh ür vurulmamışdır. Bu baxımdan məhkəmə kollegiyası təqdim edilmiş poçt qəbzini mötəbər və etibarlı sənəd hesab etmir.

13. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin kassasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verildiyindən, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

14. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 dekabr 2023-cü il tarixli, 2-1(103)-3335/2023 nömrəli qərarından üçüncü şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar