Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1354/2023 19.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati orqan barəsində cərimənin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmla kın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2023-cü il tarixli, 2-1(103)-1311/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Görədil ərazisindəki 34833 saylı müqavilə ilə 857 “ç” nömrəli 12 sot bağ torpaq sahəsinə dair reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
2. Birinci instansiya məhkəməsi iş materiallarını nəzərdən keçirərək hesab etmişdir ki, mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi məqsədi ilə mütəxəssis rəyi alınmalıdır.
3. Ona görə də, bu barədə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 21(112)-970/2022 nömrəli qərardadı qəbul edilmiş cavabdehə müvafiq mütəxəssis rəyinin verilməsi tapşırılmışdır.
4. Bakı İnzibati Məhkəməsinin (hakim M.T.Hacıbəyova) 6 oktyabr 2022-ci il tarixli, 2-1(112)-970/2022 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2-1(112)-970/2022 nömrəli mütəxəssis rəyinin verilməsi barədə qərardadının icrasını təmin etmədiyinə görə cavabdehə 200 (iki yüz) manat məbləğində cərim ə təyin еdilmişdir.
5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh məhkəmə qərardadını icra etməmiş, xx.xx.2022-ci il tarixli **********59 nömrəli mütəxəssis rəyinin verilməsi ilə əlaqədar məktubla məhkəməyə bildirmişdir ki, tədqiqat obyektinin müayinə edilməsi İdarənin müvafiq şöbəsinin mühəndis-inventarlaşdırıcısı X1 iştirakı ilə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təmin olunacaqdır. Daha sonra cavabdeh xx.xx.2022-ci il tarixli **********30 nömrəli mütəxəssis rəyinin verilməsi ilə əlaqədar məktubla məhkəməyə bildirmişdir ki, hesablanmış xidmət haqqı əlavə olunan smeta əsasında ödənildikdən sonra mütəxəssis rəyinin verilməsi təmin ediləcəkdir. Məhkəmənin 23 avqust 2022-ci il tarixli xəbərdarlıq məktubu ilə cavabdeh xx.xx.2022-ci il tarixli, 2-1(112)-970/2022 nömrəli qərardad ın icra edilməməsinə görə cərimənin tətbiq olunacağı barədə xəbərdar edilmiş, qərardadın məcburi icrası məsələsinə dair məhkəmə iclası 29 sentyabr 2022-ci il tarixinə təyin edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********97 nömrəli mütəxəssis rəyinin verilməsi ilə bağlı məktubunda məhkəməyə bildirmişdir ki, Tarif Şurasının Xİİİ bəndinə uyğun olaraq nəzərdə tutulan 95 (doxsan beş) manat xidmət haqqı ödənildikdən sonra mütəxəssis rəyinin verilməsi təmin ediləcəkdir. Məhkəmənin xx.xx.2022-ci il tarixdə keçirilən iclasında cavabdehin nümayəndəsinə məhkəmə qərardadının icra edilməməsinə görə cərimə ediləcəyi barədə xəbərdarlıq edilmiş, cavabdehin nümayəndəsi sözügedən qərardadın icra edilməsi üçün qısa müddət verilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iş tirak edən cavabdehin nümayəndəsi məhkəmə qərardadının icra edilməməsini bildirmişdir. Beləliklə, cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş Bakı İnzibati Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2-1(112)-970/2022 nömrəli qərardadının icra edilməməsi aşkardır.
6. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və Ş.A.Məmmədova) 22 fevral 2023-cü il tarixli, 21(103)-1311/2023 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin (hakim M.T.Hacıbəyova) 6 oktyabr 2022-ci il tarixli, 2-1(112)970/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının və digər qanunvericilik aktlarının tələblərinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Cavabdeh inzibati orqan dövlət orqanıdır və qeyd olunan məsələlərlə bağlı müvafiq mütəxəssis rəyinin verilməsi onun səlahiyyətlərinə aiddir. Qərardadda qeyd olunan məsələlərlə bağlı sənədlər və vasitələr dövlət orqanı olaraq cavabdehin sərəncamındadır (bağların sxematik xəritəsi, ərazinin koordinatlarının müəyyən edilməsi, ərazidə qeydiyyata alınmış digər daşınmaz əmlakın mövcud olub-olmaması barədə məlumat, torpaq sahələri arasında uyğunsuzluqların müəyyə n edilməsi və aradan qaldırılması və sair). Cavabdeh qeyd olunan qərardada əsasən mütəxəssis rəyini verməli, bu mümkün olmadıqda isə bu barədə məhkəməyə məlumat verməli idi. Məhkəmə xərcləri isə məhkəmə qərarına əsasən proses iştirakçılarına aid edilməklə, cavabdehin hesabına ödənilə bilər. Lakin uzun müddət ərzində cavabdeh tərəfindən qərardad icra olunmamış, bu da məhkəmə mübahisəsinin uzun müddət həll edilməmiş qalmasına səbəb olmuşdur.
9. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 21(112)-970/2022 nömrəli qərardadı İdarəyə məlumat üçün daxil olmuşdur. Bu barədə məhkəməyə **********30 saylı, xx.xx.2022-ci il tarixli məktubla, hesablanmış xidmət haqqı əlavə olunan smeta əsasında ödənildikdən sonra mütəxəssis rəyinin verilməsinin təmin ediləcəyi haqqında məlumat verilmişdir. Daha sonra, Bakı İnzibati Məhkəməsinin 23 avqust 2022-ci il tarixli “qərardadın icra edilməməsinə görə cərimənin tətbiq edilməsi barədə” xəbərdarlığı xx.xx.2022-ci il tarixdə İdarəyə daxil olmuşdur. Bu barədə məhkəməyə **********97 saylı, xx.xx.2022-ci il tarixli məktubla Tarif Şurasının Xİİİ bəndinə uyğun olaraq nəzərdə tutulan 95 (doxsan beş) manat xidmət haqqı ödənildikdən sonra mütəxəssis rəyinin verilməsinin təmin ediləcəyi haqqında məlumat verilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən məhkəməyə müvafiq məlumat verilmişdir.
11. Bakı inzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-970/2022 nömrəli qərardadının 2-ci səhifəsində həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)970/2022 nömrəli qərardadının icra edilmədiyinin aşkar olduğu qeyd edilməsinə baxmayaraq, müvafiq səhifədə İdarə tərəfindən məhkəməyə ünvanlanmış **********30 saylı, xx.xx.2022-ci il tarixli və **********97 saylı, xx.xx.2022-ci il tarixli məktublar haqqında məhkəmənin özü tərəfindən ətraflı məlumat qeyd edilmişdir. Beləliklə göstərilən hallardan göründüyü kimi, müvafiq qərardadın icra edilməsi ilə bağlı məhkəməyə cavabdeh tərəfindən rəsmi olaraq dəfələrlə və ətraflı şəkildə məlumat verilməsinə baxmayaraq, göndərilən məktublar nəzərə alınmamış, prosessual hüquq normaları kobud surətdə pozulmuş və İdarəyə cərimə təyin edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlill əri:
12. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.... 14. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli, 10 nömrəli Qərarı.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkiş afının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə
120. İnzibati orqanla rın üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icra edilməsi 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, mə hkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya sı məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
21. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
22. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, birinci instansiya məhkəməsinin qərardadının özündə belə cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış **********30 saylı, xx.xx.2022-ci il tarixli və **********97 saylı, xx.xx.2022-ci il tarixli məktublar haqqında məhkəmənin özü tərə findən ətraflı məlumat qeyd edilmişdir. Beləliklə, müvafiq qərardadın icra edilməsi ilə bağlı məhkəməyə cavabdeh tərəfindən rəsmi olaraq dəfələrlə və ətraflı şəkildə məlumat verilməsinə baxmayaraq, cavabdeh inzibati orqana əsassız olaraq cərimə təyin edilmişdir.
23. Məhkəmə kollegiyası kassasiya şikayətinin qeyd olunan dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə **********30 saylı, xx.xx.2022-ci il tarixli və **********97 saylı, xx.xx.2022-ci il tarixli məktublarla məlumatlar təqdim edilsə də, həmin məktublarda məhkəmə qərardadının icra edilməsinə maneə olan hallar əsaslandırılmamış, ümumiyyətlə, həmin məktublarda məhkəmə qərardadının icra edilməməsinin əsasları göstərilməmişdir.
24. Birinci instansiya məhkəməsi isə qanunvericiliyin tələbinə uyğun olaraq cavabdeh inz ibati orqanın üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin mütəxəssis rəyinin verilməsinə dair xx.xx.2022-ci il tarixli məhkəmə qərardadını icranı həyata keçirməli olan cavabdeh inzibati orqana göndərməklə, icra üçün müəyyən müddət təyin etmiş və qərardadın icra olunmamasına görə xx.xx.2022-ci il tarixdə cərimə tətbiq olunacağı barədə cavabdehə xəbərdarlıq etmiş, xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsinə məhkəmə qərardadının icra edilməməsinə görə cərimə olunacağı barədə yenidən xəbərdarlıq etmişdir. Bütün bu xəbərdarlıqlara baxmayaraq, cavabdeh tərəfindən məhkəmə qərardadı icra edilmədiyinə görə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehə cərimə təyi n edilmişdir.
25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərardadının uzun müddət ərzində cavabdeh tərəfindən icra olunmaması məhkəmə mübahisəsinin uzun müddət həll edilməmiş qalmasına səbəb olmuşdur. Odur ki, cavabdehə cərimə təyin edilməsi qanuni və əsaslıdır.
26. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2023-cü il tarixli, 21(103 )-1311/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.