Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1354/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsi Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: şikayətin geri götürülməsi səbəbi ilə kassasiya icraatına xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsi Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və sair” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)-1004/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə ərizəyə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli, 2300/404ş nömrəli əmrinin ona aid hissədə ləğv edilməsi, əvvəlki iş yerində və əvvəlki vəzifədə gömrük xidməti polkovniki xüsusi rütbəsi saxlanılmaqla xüsusi rütbəli əməkdaş kimi işə bərpa olunması, xx.xx.2022-ci il tarixdən başlayaraq cari mükafatlar daxil olmaqla məcburi işburaxmaya görə ödənilməmiş əməkhaqqının tam həcmdə ödənilməsi, məcburi işburaxma müddətinin gömrük xidməti illərinə və pensiya üçün xidmət stajına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-582/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, 2300/404ş nömrəli əmri iddiaçıya aid hissədə ləğv edilmiş, iddiaçının əvvəlki iş yerində və əvvəlki vəzifədə gömrük xidməti polkovniki xüsusi rütbəsi saxlanılmaqla xüsusi rütbəli əməkdaş kimi işə bərpa olunması, xx.xx.2022-ci il tarixdən başlayaraq cari mükafatlar daxil olmaqla məcburi işburaxmaya görə ödənilməmiş əməkhaqqının tam həcmdə ödənilməsi və məcburi işburaxma müddətinin gömrük xidməti illərinə və pensiya üçün xidmət stajına daxil edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-582/2024 saylı qərar ı xx.xx.2024-cü il tarixdə cavabdehə məxsus elektron kabinetə yerləşdirilmiş, birinci instansiyası məhkəməsinin qərarı qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mübahisələndirilməmiş, qanuni qüvvəsini almış və xx.xx.2024-cü il tarixdə icra edilməsi üçün cavabdehə göndərilmişdir.
4. Bundan sonra xx.xx.2024-cü il tarixdə cavabdehin Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən imzalanmış apellyasiya şikayəti poçt vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş, şikayət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əməl edilərək verilməsi üçün xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə göndərilmiş, daha sonra Bakı İnzibati Məhkəməsi tərəfindən işlə birlikdə məhkəməyə göndərilərək xx.xx.2024-cü il tarixdə Bakı Apell yasiya Məhkəməsinə daxil olmuşdur.
5. İş apellyasiya instansiyası məhkəməsinin icraatına daxil olduqdan sonra məhkəmə tərəfindən cavabdehə hüquqi yardım göstərilmiş, prosessual müddətin ötürülməsi barədə məlumat verilmiş və müvafiq vəsatətin verilməsi imkanları cavabdehə izah edilmişdir.
6. Bundan sonra xx.xx.2024-cü il tarixdə cavabdehin vəkili və nümayəndəsi tərəfindən imzalanmış buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət apellyasiya instansiyası məhkəməsinə daxil olmuşdur.
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-2453/2024 saylı qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sa yılmamış, apellyasiya şikayətinin qəbul olunmasından imtina edilmişdir.
8. Qərardad onunla əsaslandırılmışdır ki, ərizədə qeyd edilmişdir ki, prosessual müddətin buraxılması məhkəmə işinin icrası həvalə edilmiş və müvafiq işin bütün mərhələlərində iştirak etmiş, iş materialları ilə tam məlumatlı olan yeganə şəxs olan X2 şöbəsinin rəisi X1 üzrlü səbəblərdən e-məhkəmə sistemi vasitəsilə şəxsi kabinetə nəzarət funksiyasının mümkünsüz olması ilə bağlı olmuşdur. Bu səbəbdən buraxılan müddəti üzrlü hesab edərək, buraxılmış prosessual müddətin bərpa olunmasının təmin edilməsi xahiş edilmişdir.Həmin dəlillər formal və əsassızdır.
9. Cavabdeh qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, apellyasiya şikayəti üçün buraxılmış müddətin bərpa edilməsi barədə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024cü il tarixli, 2-1(102)-2214/2024 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-2453/2024 nömrəli qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(103)-1004/2025 saylı qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-582/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş a pellyasiya şikayəti mümkün sayılmamış, apellyasiya şikayətinin qəbul olunmasından imtina edilmişdir.
12. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, apellyasiya şikayəti üçün buraxılmış müddətin bərpa edilməsi barədə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir.
13. İş hakimin icraatına verildikdən sonra cavabdeh Ali Məhkəməyə ərizə təqdim edərək kassasiya şikayətindən imtina etdiyini bildirmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
97. Kassasiya şikayətinin geri götürülməsi 97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. 97.2. Şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. 97.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. 97.4. Şikayətin geri götürüldüyü hallarda, prosessual xərclər haqqında Ali Məhkəmə tərəfindən qərardad qəbul edilir. Maddə
111. Prosessual xərclərin bölüşdürülməsi... 111.3. Şəxsin ərizədən, iddiadan və ya şikayətdən imtina etdiyi hallarda, prosessual xərclərin ödənilməsi vəzifəsi həmin şəxsin üzərinə qoyulur.... KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Şikayətdən imtina barədə ərizə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
16. İPM-in 97.1-ci maddəsinin tələbindən göründüyü kimi, kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı( qərardadı) qanuni qüvvəyə minənə dək şikayətini geri götürə bilər.
17. Şikayətdən imtina həmin normanın, həmçinin İPM-in 97.2-ci maddəsinin tələblərinə uyğundur.
18. İcraat üzrə prosessual xərclərə dair məsələ İPM-in 111.3-cü maddəsinə uyğun olaraq həll edilir.
19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayətindən imtina barədə ərizəsi təmin edilir. Kassasiya icraatına xitam verilir. Cavabdehə izah olunur ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. İcraat üzrə prosessual xərclər cavabdehə aid edilir.