Məhkəmə qərarları › İş №2-1(102)-1355/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1355/2020

22.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1355/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1355/2020) Açar sözlər: pensiyanın yenidən hesablanması və birdəfəlik ödənilməsi Bakı şəhəri xx xxxx 2020-ci il Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili Vəkil qızının, cavabdehin vəkili Əliyev Samir Süleyman oğlunun iştirakları ilə, iddiaçı İ ddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “pensiyanın təyin olunması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-154/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı xx.xx.1957-ci ildə doğulmuşdur və Bakı şəhərinin Hövsan qəsəbəsidə qeydiyyatdadır. İddiaçıya xx.xx.2014-cü il tarixdən (57) yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı məktubla Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə F ondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra – DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi və ya cavabdeh yazılacaq) müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 50 yaşından təyin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya **********4 saylı, xx xxxx 2019-cu il tarixli məktubla cavab verərək, iddiaçının xx.xx.2009-cu il tarixdən 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanaraq yaranmış məbləğ fərqinin ödənilməsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(82)-1270/2019 nömrəli qərarından apelyasiya şikayəti verildiyindən müraciətin cavablandırılmasının mümkün olmadığını bildirmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab etmiş və xx.xx.2019-cu il tarixdə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, ona 50 yaşdan, yəni xx.xx.2007-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2 və 27-ci maddələrinin xx.xx.2007-ci il tarixində qüvvədə olan tələblərinə əsasən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzə ştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”sına daxil olan vəzifələrdə çalışsa da, ona xx.xx.2014-cü il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehə müraciət edərək, güzəştli şərtlərlə əmək pensiyasının 50 yaşdan təyin edilməsini xahiş etmişdir, lakin cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələ blərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «a» bəndinə və həmin maddəyə xx.xx.1997-ci il tarixli, 321-İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndi ilə (xx.xx.1997-ci il tarixli 321 İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-ci maddələrində və 90-cı maddəsinin 3-cü, 4-cü, 5-ci abzaslarında nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il 6 ay artırılır) edilmiş dəyişikliyə əsasən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində göstərilir ki, f iziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. "Hərbi qulluqçuların pensiya təminatı haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qərarına əsasən, xidmət illərinə görə pensiyanın məqsədi belə şəxsləri əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar öz əvvəlki işini davam etdirmək zərurətindən azad etməkdir. Xüsusi əmək stajının əldə edilməsi ilə bağlı hüquq münasibətləri, bir qayda olaraq, şəxs pensiya yaşın a çatmasından daha əvvəl başa çatır. Xidmət illərinə görə pensiya hüququndan istifadə etmək barədə qərar qəbul edərkən şəxs xüsusi əmək stajının müddətini və zəruri staja malik olmanın hüquqi nəticələrini müəyyən edən həmin dövrdə qüvvədə olan qanunvericilik normalarının tələblərini nəzərə alır. Bu səbəbdən ona münasibətdə onun iş stajını topladığı dövrdə qüvvədə olan norma tətbiq edilməlidir. xx.xx.1997-ci il tarixə kimi 20 ildən artıq əmək stajı olduğuna və stajının 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə işlədiyinə, həmçinin xx.xx.2006-ci il tarixdə 50 yaşı tamam olduğuna görə «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci bəndinə əsasən həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidi r. Cavabdehin etirazları: Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinə təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun iddiaçıya tətbiq oluna bilməsi üçün iddiaçının xx.xx.2006-cı il tarixədək həm qanunvericiliklə müəyyən edilən 20 il ümumi, 10 il xüsusi şərtlərlə sığorta stajının olması, həm də güzəştli şərtlərlə pensiya hüququ verən 52 yaşına çatması zəruri idi. İddiaçı isə xx.xx.1957-ci il doğumlu olduğuna görə “Vətəndaşların pensiya təminatı haqqında” qanunun qüvvədə olduğu vaxt onun 52 yaşı olmamışdı. Bu da o deməkdir ki, bu qanunun müddəaları iddiaçı ilə bağlı əmək münasibətlərinə tətbiq oluna bilməzdi. Buna görə də, iddiaçıya cavabdeh tərəfindən 2006-cı il tarixindən qüvvədə olan «Əmək pensiyalara haqqında» Qanunun tələblər inə əsasən 57 yaşının tamam olduğu 2014-cu ilin 13 yanvar tarixindən pensiya təyin olunmuşdur. «Əmək pensiyalara haqqında» Qanunun 26-cı maddəsinin xx.xx.2009cu il tarixinədək qüvvədə olan redaksiyasında bu maddənin adı «Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması» kimi müəyyən olunmuşdur və bu o deməkdir ki, həmin maddə yalnız «Əmək pensiyalara haqqında» Qanunun qüvvəyə mindiyi tarixədək artıq pensiya təyin edilmiş şəxslərə şamil edilə bilər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3163/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilərək, İddiaçı 50 yaşdan, yəni xx.xx.2007-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun un 10.2 və 27-ci maddələrinin xx.xx.2007-ci il tarixində qüvvədə olan tələblərinə əsasən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının 20 il sığorta stajı, eləcə də, 10 ildən çox xüsusi iş stajı olduğundan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən yaş həddi xx xxxxxx 1997-ci il tarixdən başlayaraq hər il 6 ay olmaqla xx xxxxxx 1999-cu ilədək 1 il artırılması nəzərə alınaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 50 yaşdan, yəni xx.xx.2007-ci il tari xdən, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 10.2-ci və 27-ci maddələrinin həmin, yəni xx.xx.2007-ci il tarixdə qüvvədə olan tələbləri əsasında təyin edilməlidir. Cavabdehin nümayəndəsi həmin qərarın dəlilləri ilə razılaşmayaraq xx.xx.2019-cu il tarixdə apelyasiya şikayəti vermiş, qərarın ləğv olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-154/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər İ.Əhmədov (sədrlik edən və məruzəçi), S.Seyidova və V.Məmmədova) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia təmin edilməmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmamış, gəldiyi nəticəni onunla əsa slandırmışdır ki, iddiaçının güzəştli şərtlərlə işləməsi təkzib edilir. Bu halda iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2 və 27-ci maddələrinin xx.xx.2007-ci il tarixində qüvvədə olan tələblərinə əsasən pensiya təyin edilməsi üçün qanunauyğun əsaslar mövcud olmamışdır. Qərarın surəti iddiaçıya xx.xx.2020-ci ildə çatdırılmış, iddiaçı və vəkili xx.xx.2020-ci ildə həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, v əzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Çünki mübahisə müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Lakin həmin faktorlar məhkəmə tərəfindən nəzərə alınmayıb, yalnız işlədiyi müəssisə tərəfindən verilmiş arayış əsasında qərar qəbul etmişdir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «a» bəndinə və həmin maddəyə xx.xx.1997-ci il tarixli, 321-İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndi ilə edilmiş dəyişikliyə əsasən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı xx.xx.1997-ci il tarixə kimi 20 ildən artıq əmək stajı olduğuna və stajının 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə işlədiyinə, həmçinin xx.xx.2006-ci il tarixdə 50 yaşı tamam olduğuna görə «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci bəndinə əsasən ona həmin tarixdən güzəştli şərtlərlə pensiya təyin olunmalıdır. Tərəflərin izahatları: İddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək kassasiya şikayətinin təmin olunmasını xahiş etdi, həmçinin kassasiya şikayətinə əlavə təqdim edərək bildirdi ki, apelyasiya instansiyası yalnız «Azneft» İB «28 May» NQÇİ-nin ver diyi xx.xx.2020-ci il tarixli, 01-03/17 saylı məktubuna əsasən hesab etmişdir ki, iddiaçı güzəştli şərtlərlə pensiya təyin olunmasına imkan verən işlərdə işləməmişdir. Onun sorğusuna əsasən «Azneft» İB «28 May» NQÇİ-nin xx.xx.2020-ci il tarixli, 01-12/132 saylı arayışı alınmışdır. Həmin arayışın sübut kimi nəzərə alınmasını xahiş edir. İddiaçının vəkili həmçinin bildirdi ki, iddiaçıya pensiya təyin olunması ilə bağlı başqa iddiaları olmamışdır. Cavabdehin vəkili Əliyev Samir Süleyman oğlu kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin olunmamasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçıya pensiya təyin olunması ilə bağlı əvvəllər başqa iddia olmamışdır. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə il ə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin olunmuşdur. İddiaçı hazırki tələbində onun 50 yaşdan güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olduğunu bildirir və «Əmək pensiyaları haqqında» Qanunun 10.2 və 27 maddələrinin xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş tələblərini əsas tutaraq, ona xx.xx.2007-ci ildən pensiya təyin olunmasını tələb edir. İddia tələbinin hüquqi əsasları ilə bağlı qeyd olunmalıdır ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasında deyilirdi ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin «a» bəndinə görə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin maddənin «b» bəndində isə göstərilirdi ki, əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. xx.xx.1997-ci il 321-İQD saylı Qanunla 13-cü maddəyə edilən dəyişikliyə əsasən, qeyd olunan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1də k hər il 6 ay artırılmışdır. Göründüyü kimi, iddia tələbinin həlli üçün ilk növbədə iddiaçının istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısında nəzərdə tutulan istehsalat sahələrində və peşələrdə işləməsi müəyyən olunmalıdır. Apelyasiya instansiyası məhkəməsi də işin hallarını düzgün olaraq bu faktın tədqiqindən başlamış və müəyyən etmişdir ki, iddiaçı ona 50 yaşdan pensiya təyin olunmasına əsas verən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatlar ın, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”sında nəzərdə tutulan işlərdə işləməmişdir. Həqiqətən də iddiaçının Dəniz neft-mədən hidrotexniki qurğuların təmiri və istismarı sexində işlədiyi asfalt döşəyən peşəsi, həmin sexin asfalt zavodunda işlədiyi usta vəzifəsi, Elmi-tədqiqat və istehsalat işləri sahəsinin Kanat texnikası xidməti sahəsində avadanlıqların təmiri və xidməti üzrə mexanik vəzifəsi, sözügedən 1 nömrəli Siyahıda nəzərdə tutulmamışdır. «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Ə mək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Apelyasiya instansiyası məhkəməsi iddiaçının işlədiyi müəssisəyə sorğu verərək onun güzəştli şərtlərlə pensiya təyin olunmasına imkan verən işlərdə işləyib işləmədiyi barədə arayış verilməsini xahiş etmiş və sorğuya «Azneft» İB «28 May» NQÇİ-nin rəisi tərəfdən imzalanıb təsdiqlənmiş xx.xx.2020-ci il tarixli, 01-03/17 saylı cavab məktubunda göstərilmişdir ki, “İddiaçı xx.xx.1993-cü ildən idarənin Dəniz neft-mədən hidrotexniki qurğuların təmiri və istismarı sexinə 4-cü dərəcəli asfalt döşəyən peşəsinə işə qəbul edilmiş, xx.xx.1994-cü ildən isə o həmin sexin asfalt zavoduna usta vəzifəsinə keçirilmiş, xx.xx.2007-ci il tarixinə qədər həmin vəzifədə çalışmışdır. İddiaçı xx.xx.2007-ci il tarixdən “28 May” Neft və Qaz çıxarma İdarəsinin Elmi-tədqiqat və istehsalat işləri sahəsinin Kanat texnikası xidməti sahəsinə avadanlıqların təmiri və xidməti üzrə mexanik vəzifəsinə keçirilmiş və hal-hazırda bu vəzifədə işləyir. İddiaçı işlədiyi peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli və xx xxxxxx 2007ci il tarixli, 12 nömrəli qərarları ilə təsdiq edilmiş siyahının Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatının hasilatı və ümumi peşələrdə bölmələrində güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə və peşələrin siyahısında nəzərdə tutulmamışdır”. Ona görə də apelyasiya instansiyası məhkəməsi iddiaçının 50 y aşdan güzəştli şərtlərlə pensiya hüququnun olmadığı barədə qənaətə gəlmişdir. Apelyasiya instansiyasının gəldiyi nəticə işin hallarına uyğundur. Kassatorun sonradan təqdim etdiyi «Azneft» İB «28 May» NQÇİ-nin baş mühəndisi tərəfindən imzalanıb möhürlənmiş xx.xx.2020-ci il tarixli, 01-12/132 saylı arayışı da işin vəziyyətini dəyişmir. Belə ki, bu arayışın məzmununun «Azneft» İB «28 May» NQÇİ-nin rəisi tərəfdən imzalanıb təsdiqlənmiş xx.xx.2020-ci il tarixli, 01-03/17 saylı arayışından fərqi odur ki, burada iddiaçının asfalt döşəyən işləyəndə qeyd olunan sahənin nəzdində istismar olunan Asfalt zavodunda sahildən gətirilən inşaat materialları və bitum əsasında asfaltın, Çilov adasında asfalt-beton döşənəcək yolların hazırlanması, asfaltlanması işlərini yerinə yetirdiyi, sonra işlədiyi müddətd ə isə, sadalanan işlərə və bu işləri yerinə yetirən briqadaya rəhbərldiyi həyata keçirdiyi qeyd olunmuşdur. Lakin bu arayışda iddiaçının işlədiyi sahənin və peşənin nəinki 1 nömərli Siyahıya aid olduğu, hətta zərərli istehsalat və ya ağır peşə olması belə qeyd olunmamışdır. İddiaçı iş materiallarının 63-cü vərəqində olan, «açıqlama» adlandırdığı izahatında «bucurqadçı» peşəsinin 1 nömrəli Siyahıda 11010300-13361 kodu altında, mexanik vəzifəsinin 1010100a-23185 kodunda, asfaltbetonçuların 2 nömrəli Siyahıda 229000a11148, yol ustasının 2180300b-23262, isti iş sahələrində məhsulun hazırlanması ustasının 2181100a-17531 kodunda nəzərdə tutulduğunu qeyd etmişdir. İddiaçının bu izahatından da görünür ki, özü də asfalt işlərində çalışdığı peşəni 2 nömrəli Siyahıya aid edir. 2 nömrəli Siyahıda gö stərilən istehsalat sahələri və peşələr isə 50 yaşdan deyil, 55 yaşdan (daha sonra isə xx.xx.2017-ci il tarixədək 57 yaşdan) güzəştli şərtlərlə pensiya təyin olunmasına imkan verirdi. 1 nömrəli Siyahıda bucurqadçılar 1010300a-13361 kodla qeyd olunmuşdur. Lakin iddiaçının «bucurqadçı» adlandırdığı peşəsi onun əmək kitabçasında yazılmamışdır. Güman ki, iddiaçı bu ad altında xx.xx.2007-ci ildən sonra NQÇİ-nin Elmi-tədqiqat və istehsalat işləri sahəsinin Kanat texnikası xidmət sahəsində gördüyü işləri nəzərdə tutur. Lakin bu məsələ də həlledici deyildir. Çünki iddiaçı bu işlərdə 2007-ci ildən sonra işləmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusil ə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazan mış olsunlar. «Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2007-ci il tarixdə qüvvədə olmuş 26.2ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əmək haqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əmək haqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş 27.1 və 27.2-ci maddələrinə əsasən: 27.1. Bu Qanun qüvvəyə mindiyi günənədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu qanun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zama n qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. 27.2. Bu Qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına məhdudiyyət tətbiq edilmir. İddiaçının pensiya hüququ yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən təyin olunur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 1 nömərli Siyahı üzrə işləməsi müəyyən olunmadığına görə apelyasiya instansiyası məhkəməsi iddianı rədd etməkdə haqlı olmuş, işin müəyyən edilmiş hallarına hüquq normaları düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır və apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İPM-nin 96.9-cu maddəsinə əsasən, Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-154/2020 saylı işüzrə xx xxxxxx 2020-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar