Məhkəmə qərarları › İş №2-1(102)-1355/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1355/2022

06.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1355/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı (4 may 1960-cı il təvəllüdlü, FİN-xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir liyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Laçın rayon prokurorluğunun stajor - müstəntiqi vəzifəsində xidmət etdiyi 1 il 2 ay 20 gün müddətin güzəştli əmək stajı kimi hesablanmaqla prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 2 gün (qulluq) stajına daxil edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci tarixli, 2-1(103)-485/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1 noyabr 1981-ci il tarixdə əmək fəaliyyətinə başlamışdır. 4 mart 1992-ci il tarixdən prokurorluq orqanlarında işə qəbul edilmiş və Laçın rayon pro kurorluğunda müstəntiq vəzifəsi üzrə stajor təyin edilmişdir. 6 yanvar 2016-cı il tarixdə prokurorluq orqanlarından xaric edilmişdir.

2. İddiaçı 1988-ci tarixdən 1991-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə iştirak etmişdir.

3. İddiaçı cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmiş, cavabdeh isə bundan imtina etmişdir.

4. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Az ərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli 1992-ci il 23 noyabr tarixli Qərarı prokurorluq orqanlarının işçilərinə şamil edilmir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.8-ci bəndinə əsasən hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinin (qulluq illərinin) hesablanması “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqra siya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli, “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 22 iyul tarixli 98 nömrəli, “Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üç ün onların xidmət illərinə hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 1 iyul tarixli 124 nömrəli, “Gömrük orqanlarının vəzifəli şəxslərinə fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 yanvar tarixli 4 nömrəli, “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli qərarları və digər normativ hüquqi aktlarla həyata keçirilir. Bununla əlaqədar olaraq prokurorluq orqanlarında qulluq keçən şəxslərin xidmət illərinin müəyyənləşdirilməsi həmin Qaydalarla tənzimlənməyib, “Prokurorluq orqanları i şçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli qərarı tənzimlənir. Prokurorluq işçinin iş stajı adıçəkilən qərarla Baş Prokurorluğun komissiyası tərəfindən müəyyən edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki birinci icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, döyüş şəraitində döyüş əməliyyatları dövründə, 4 mart 1992-ci ildən 24 may 1993-cü il tarixədək Laçın rayon prokurorluğunun stajor - müstəntiqi vəzifəsində xidmət etdiyi 1 il 2 ay 20 günün və özünümüdafiə dəstələrinin tərkibində 1988-ci il in fevral ayından 1991-ci ilin oktyabr ayınadək döyüşlərdə olduğu dövrün (3 il 9 ay müddətin) güzəştli əmək stajı kimi hesablanmaqla prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün (qulluq) stajına daxil edilməsi və pensiya almaq hüququnun yarandığı vaxtdan xidmət illərinə görə əmək pensiyası təyin edilib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 4 mart 1992-ci il tarixdən 6 yanvar 2016-cı il tarixədək prokurorluq orqanlarında müxtəlif vəzifələrdə qulluq etmişdir. 4 mart 1992-ci il tarixdən 24 may 1993-cü il tarixədək, 1 il 2 ay 20 gün hərbi prokurorluğun səlahiyyətlərini mülki prokurorluq həyata keçirdiyi dövrdə ərazisində döyüş əməliyyatları aparılan və dəniz sə viyyəsindən 1000 metr və daha çox hündürlükdə yerləşən Laçın rayon prokurorluğunda döyüş şəraitində stajor-müstəntiq vəzifəsində işləmişdir. Həmin dövrün güzəştli şərtlərlə hesablanmaqla qulluq stajına daxil edilməsi və əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.4.1-ci və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 32.4-cümaddələrinə istinad edərək onun güzəştli şərtlərlə iş stajının qulluq stajına daxil edilməsi və əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarında prokurorluq orqanları işçiləri birbaşa nəzərdə tutulmasa da, əvvəllər qüvvədə olmuş Azərb aycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 24 sentyabr 2007-ci il tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydaları”nın 3.4-cü, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.6-cı, eləcə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekab r 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.8-ci bəndlərinin müddəaları ilə prokurorluq orqanları işçilərinin uzun müddət xidmət vaxtının (qulluq illərinin) güzəştli şərtlərlə hesablanması məsələsi hüquqi cəhətdən tənzimlənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilən iş stajının hesablanması ilə bağlı norma və müddəalarını prokurorluq orqanları işçilərinə də aid etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il t arixli 2-1(112)-4524/2020 nömrəli qərardadı ilə (hakim M.Qarayeva) iddia mümkün sayılmamışdır.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 15.5-ci və 15.6-cı bəndlərinə görə, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir və qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

9. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Bakı Apelyasiya Məhkə məsinin İnzibati Kollegiyasının 15 dekabr 2020-ci il tarixli, 2-1(103)-2042/2020 saylı qərardadı ilə (hakimlər A.Hüseyn (sədrlik edən və məruzəçi), İ.Kərimli və A.Nuriyeva) apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 1 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4524/2020 saylı qərardadı “döyüş şəraitində döyüş əməliyyatları dövründə, 04 mart 1992-ci ildən 24 may 1993-cü il tarixədək Laçın rayon prokurorluğunun stajor - müstəntiqi vəzifəsində xidmət etdiyi 1 il 2 ay 20 günün prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün (qulluq) stajına daxil edilməsi və pensiya almaq hüququnun yarandığı vaxtdan xidmət illərinə görə əmək pensiyası təyin edilib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin qeyri-mümkün hesab edilməsi h issəsində ləğv edilmiş, həmin hissədə iddia mümkün sayılmış və baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmiş, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

12. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərarın birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilərək, iddianın həmin hissədə mümkün sayılması haqqında qərar qəbul etməklə baxılması üçün göndərilməsini xahiş etmişdir.

13. Cavabdehin nümayəndəsi də Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadından kassasiya şikayəti verərək, qərarın qismən, yəni “döyüş şəraitində döyüş əməliyyatları dövründə, 04 mart 1992-ci ildən 24 may 1993-cü il tarixədək Laçın rayon prokurorluğunun stajor - müstəntiqi vəzifəsində xidmət etdiyi 1 il 2 ay 20 günün prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün (qulluq) stajına daxil edilməsi və pensiya almaq hüququnun yarandığı vaxtdan xidmət illərinə görə əmək pensiyası təyin edilib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin qeyri-mümkün hesab edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin bu hissədə də mümkün sayılmaması haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir. c. kassasiya instansiya məhkəməsində birinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)624/2021 nömrəli, 28 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər: İ.Ə.Şəfiyev-sədrlik edən və məruzəçi, Z.M.Quliyev və R.S.Nəbizadə) iddiaçının kassasiya şikayəti təmin olunmamış, cavabdehin kassasiya şikayəti mümkün sayılmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2020-ci il tarixli, 2-1(103)- 2042/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

19. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. ç. birinci instansiya məhkəməsində ikinci icraat

15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8391/2021 nömrəli, 24 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia rədd edilmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesabl anması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarında pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aid olan müddət konkret olaraq sadalanmışdır. Həmin müddətin bitkin siyahısı verilmişdir ki, prokurorluq orqanlarından yalnız Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda hərbi xidmət həmin siyahıda nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.8-ci bəndində prokurorluq orqanları işçilərinin adının qeyd e dilməsi də vəziyyəti iddiaçının xeyrinə dəyişmir.

17. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. d. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər E.E.Nağıyeva-sədrlik edən, H.Ü.Həmidov və C.A.Yusifov) 25 fevral 2022-ci il tarixli, 21(103)-485/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

20. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ K assasiya şikayətinin dəlilləri

21. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəhbərliyinə normayaratma orqanı kimi qəbul etmiş olduğu 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının pensiya hüququna malik prokurorluq orqanları işçilərinə şamil edilib-edilməməsi məsələsinə «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13 və 90-cı, «Dövlət qulluğu haqqında» Qanununun 2.3-cü və 4-cü maddələrinin tələbləri baxımından şərh verilməsi ilə bağlı etdiyi müraciətlərinə əsasən onun ünvanına göndərilmiş və hazırkı iş üzrə iddia ərizəsinə əlavə edilməklə məhkəməyə təqdim olunmuş 21 noyabr 2019-cu il tarixli 08/Q 722/1 saylı cavab məktubundan da görünür ki, yuxanda adıçəkilən həmin Qərarın 2-ci hissəsinin 24-cü abzasına uyğun olaraq, bu Qərarla nəzərdə tutulmayan hallarda xidmət dövrü ali dövlət hakimiyyət və idarəetmə orqanlarının ayrı-ayrı normativ aktları əsasında güzəştli şərtlərlə müəyyənləşdirilə bilər. Eyni zamanda bu məsələ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Qərarı ilə də tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının güzəştli şərtlərlə hesablanması ilə bağlı norma və müddəalarının bu sahədə idarəetməni həyata keçirən orqanların ayrı-ayrı normativ hüquqi aktları ilə əlaqədə pensiya hüququna malik prokurorluq işçilərinə münasibətdə tətbiq olunması istisna edilmir. İddiaçının normayaratma orqanı kimi 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının şərhi ilə bağlı Nazirlər Kabineti Aparatının rəhbərinə etdiyi təkrar müraciətlərinə əsasən iddiaçıya göndərilmiş və yeni sübut kimi məhkəməyə təqdim olunmuş 21 aprel 2020-ci il tarixli 10/Q 722/2 saylı cavab məktubundan da məlum olur ki, həmin Qərarın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: (əvvəlki redaksiya) 9.4. Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorlu q orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri;... 24. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu: (əvvəlki redaksiya) 32.4 Yaş həddi çatanadək prokurorluqda azı 25 il qulluq etmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə pensiya hüququna malikdirlər və xahişləri ilə onların qulluq keçməsinə xitam verilə bilər. 32.5. Prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş i şçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfındən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir.

25. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.8-ci bəndinə əsasən: Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinin (qulluq illərinin) hesablanması “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli, “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 22 iyul tarixli 98 nömrəli, “Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilm əsi üçün onların xidmət illərinə hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 1 iyul tarixli 124 nömrəli, “Gömrük orqanlarının vəzifəli şəxslərinə fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 yanvar tarixli 4 nömrəli, “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli qərarları və digər normativ hüquqi aktlarla həyata keçirilir. 26. (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı)

27. İnzibati Prosessual Məcəllə: a) Maddə 14.3. İnzibati aktın qəb ul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü ma ddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qal dırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkə məsinin araşdırmaları yetərli hesab olunur.

33. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə hazırki qərarda qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olduğundan kassasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur.

34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci tarixli, 21(103)-485/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar