Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1355/2023 19.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünsüzlüyü, şikayətin vəkil tərəfindən tərtib edilib imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir liyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1992-ci ildən xx.xx.2001-ci il tarixədək “Zaqatala Rayonlararası Kino və Video Birliyində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-128/2023 nömrəli, 9 fevral 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qa rşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək,“xx.xx.1992-ci ildən xx.xx.2001-ci il tarixədək “Zaqatala Rayonlararası Kino və Video Birliyində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin (hakim V.Ə.Musayev) 2-1(116)-1358/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçının xx.xx.1992-ci ildən xx.xx.2001-ci il tarixədək “Zaqatala Rayonlararası Kino və Video Birliyi”ndə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
3. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmi şdir.
4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və G.İ.Cavadova) 2-1(107)-128/2023 nömrəli, 9 fevral 2023cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1358/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir.
5. Həmin qərardaddan iddiaçı tərəfindən kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə verilmişdir.
6. İddiaçının kassasiya şikayəti və ərizəsi nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, şikayət və ərizə vəkil tərəfindən tərtib edilib imzalanmamış, şikayətə vəkilin orderi əlavə edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Madd ə
67. Vəkilin prosesdə məcburi iştirakı 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər.... Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4. Şikayətə vəkilin orderi və dövlət rü sumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi... 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.... Maddə
90. Kassasiya şikayəti vermək hüququ... 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsini n formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə
96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının verdiyi şikayət üzrə kassas iya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
10. Bu Qərarın 7-8-ci bəndlərində qeyd edilən normaların tələblərinə görə, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilib imzalanmalı, şikayətə vəkilin orderi əlavə edilməlidir.
11. Bununla bağlı iddiaçıya göndərilmiş 15 may 2023-cü il tarixli bildirişdə kassasiya şikayətində olan çatışmazlıqlar barədə ona məlumat verilmiş, 23 iyun 2023-cü il tarixədək həmin nöqsanların aradan qaldırılması təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın icraatının mümkün sayılmayacağı barədə xəbərdarlıq olunmuşdur.
12. Buna baxmayaraq, iddiaçı həmin tarixədək vəkil tərəfindən tərtib edilib imzalanmış və vəkilin orderi əlavə edilmiş kassasiya şikayətini məhkəməyə təqdim etməmiş, eləcə də, hüquqi yardımın göstərilm əsi üçün dövlət hesabına vəkillə təmin edilmə barədə ərizə verməmişdir.
13. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçının şikayəti üzrə kassasiya icraatı mümkün sayıla bilməz.
14. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-128/2023 nömrəli, 9 fevral 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.