Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1355/2024 03.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “Təbriz-4” kiçik müəssisəsinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: 01 yanvar 2011-ci il tarixədək çıxarılmış aktların mübahisələndirilməsi; müddətin ötürülməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı “Təbriz-4” kiçik müəssisəsinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməs i” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 2-1(103)-1019/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı İnzibati Məhkəməsinin 2023-cü il 31 oktyabr tarixli, 2-1(112)-11191/2023 nömrəli qərardadı ilə (hakim N.İ.Abıyev) iddiaçı “Təbriz-4” kiçik müəssisəsinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Bakı şəhər İcra Hakimiyyətini 16 aprel 2001-ci il tarixli, 286 saylı sərəncamının ləğv edilməsi tələbinə dair iddiası inzibati aktın mübahisələndirilməsi müddətlərinin ötürüldüyünə istinadla mümkün sayılmamışdır.
2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 18 yanvar tar ixli, 2-1(103)-1019/2024 nömrəli qərardadı ilə (hakimlər C.A.Yusifov/sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.A.Məmmədova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2-1(112)-11191/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
3. Məhkəmələrin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı istər 01 yanvar 2011-ci il tarixədək qüvvədə olmuş Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsində, istərsə də 01 yanvar 2011-ci il tarixdən qüvvədə olan İnzibati Prosessual Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş sərəncamın mübahisələndirilməsinə dair 1 (bir) aylıq müddəti ötürmüşdür. İddiaçı sözügedən hüquq normaları ilə müəyyən edilmiş hüquqi imkanlardan vaxtında istifadə etməmiş, qanunla müəyyən edilən bütün müddətlər i ötürməklə 22 il keçdikdən sonra Bakı şəhər İcra Hakimiyyətini 16 aprel 2001-ci il tarixli, 286 saylı sərəncamının ləğv edilməsini tələb etmişdir.
4. İddiaçı kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, mübahisələndirilən sərəncam məhkəmənin sorğusu əsasında rəsmi qaydada alınaraq onlara təqdim edilmiş, 25 aprel 2023-cü il tarixdə poçt vasitəsilə cavabdehə müraciət olunaraq sərəncamın ləğvi tələb olunmuş, müraciət cavabsız qaldıqdan sonra 35 gün keçdikdən sonra məhkəmədə hazırkı iddia qaldırılmışdır. Belə olan halda, iddia müddəti ötürülməmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
5. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
6. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusu na və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli old uğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
7. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
8. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qər arlarda (“X8” Şirkətinin Azərbaycan Respublikasındakı filialının Bakı şəhəri Binəqədi rayonu X2rşı iş üzrə 2-1(102)-276/2024 nömrəli, xx.xx.2024-cü il tarixli; X7, X1 və digərlərinin Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə 2-1(102)-841/2024 nömrəli, xx.xx.2024-cü il tarixli; Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə 2-1(102)-484/2023 nömrəli, xx.xx.2023-cü il tarixli; Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə 2-1(102)-901/2023 nömrəli, xx.xx.2023-cü il tarixli; “X8” şirkətinin X2rşı iş üzrə 2-1(102)-2116/2023 nömrəli, xx.xx.2023-cü il tarixli; "xxxx" MTK, X5 və X6 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmla k Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə 2-1(102)-989/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarlar) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisələndirilən sərəncamın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin XXVİİ fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də sözügedən aktları mübahisələndirə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Odur ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübah isələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.
9. Qanunvericiliyin tələbləri baxımından iddiaçı Mülki Prosessual Məcəlləsinin 01 yanvar 2011-ci il tarixədək qüvvədə olmuş 298-ci maddəsinin tələblərinə görə özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi. Buna görə, iddiaçının hüququnu pozduğunu iddia etdiyi Bakı şəhər İcra Hakimiyyətini 16 aprel 2001-ci il tarixli, 286 saylı sərəncamını ona məlum olduğu gündən 1 ay müddətində məhkəmədə mübahisələndirə bilərdi. Məlum olduğu gün dedikdə, iddiaçının sərəncamın mövcudluğu barədə həm bildiyi, həm də bilməli olduğu an əsas götürülməlidir. Hazı rkı halda, sərəncamın iddiaçıya rəsmi qaydada təqdim olunduğuna dair işdə sübutlar mövcud olmasa da, işin xüsusi halları baxımından iddiaçı sərəncamın mövcudluğunu bilməli idi. Belə ki, mübahisələndirilən sərəncam 2001-ci ildə qəbul edilmiş, iddiaçı isə onun ləğvinə dair 22 ildən sonra məhkəməyə müraciət etmişdir. Kollegiya qeyd edir ki, bilməli olduğu anın müəyyənləşdirilməsi baxımından iddiaçının ondan tələb olunan minimal ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməsi, eləcə də aradan keçən kifayət qədər zaman əsas götürülməlidir. Nəzərə alınmalıdır ki, mübahisələndirilən sərəncamla daha əvvəl iddiaçı üçün əlverişli inzibati akt ləğv edilmişdir. İddiaçı həmin əlverişli inzibati aktdan irəli gələn hüquqlarının həyata keçirilməsinə yönəlmiş hər hansı real hərəkətlər etməmiş, hətta özünün d ə etiraf etdiyi kimi uzun müddət torpaq sahəsinə baş çəkməmişdir. Həmin hərəkətlərin edilməsi iddiaçıya mübahisələndirdiyi sərəncam barədə məlumat əldə etmək imkanı verərdi.
10. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də iddiaçı kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.
11. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zərur i olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Əlavə olaraq qeyd etmək lazımdır ki, işin materiallarına əsasən iddiaçı mövcud məhkəmə təcrübəsini dəyişdirəcək hər hansı dəlil, sübut təqdim etmədiyindən, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
12. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏ RARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 2-1(103)-1019/2024 saylı qərardadından iddiaçı “Təbriz-4” kiçik müəssisəsi tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.