Məhkəmə qərarları › İş №2-1(102)-1356/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1356/2020

05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1356/2020 05.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: bağ torpaq sahəsinə hüquqların qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Əraz i İdarəsinin vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “bağ sahəsi üzərində mövcud vəziyyətə uyğun mülkiyyət hüququnun qeydə alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-467/2020 saylı, 14 fevral 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 5 avqust 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Bakı şəhər Soveti İcraiyy ə Komitəsinin X11 ilə Rəhimov X9 arasında bağlanmış 17 noyabr 1967-ci il tarixli 15327 saylı müqavilədən görünür ki, ünvan bağ massivində yerləşən 1945 saylı bağ sahəsi İddiaçı icarəyə verilmişdir. İddiaçı ərizə ilə Bakı şəhəri 17 saylı notariat kontoruna müraciət edərək 28.05.1975ci il tarixdə vəfat etmiş babası Rəhimov X3 miras qalmış miras əmlaka (ünvan bağ sahəsi 1945 saylı bağ sahəsinə) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, Bakı şəhəri 17 saylı notariat kontoru tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 1 ünvanlanaraq miras əmlak üzərində miras qoyan Rəhimov X5 hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində Qeydiyyata Alınmadığından, “Daşınmaz əmlakın Dövlət Reyestri haqq ında” Qanunun 8-ci maddəsinə və “Daşınmaz əmlakın təsvirinə dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışın verilməsi haqqında” Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın və bu barədə müvafiq məlumatın iddiaçıya və ya onun etibarnamə üzrə nümayəndəsinin vasitəsi ilə verilməsinin təmin edilməsi xahiş edilmişdir. İddiaçı 21 noyabr 2018-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək bağ sahəsinə dair çıxarış verilməsini xahiş etmiş, cavabdeh iddiaçıya ünvanladığı 12 dekabr 2018-ci il tarixli, məktubda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7.1, 9.1.2, 15-ci maddələrinə istinad edərək bildirmişdir ki, aparılan araşdırma zamanı 1945 saylı bağ sahəsinin göstərilən əraziyə aidiyyəti olmadığı müəyyən edilmişdir. Belə ki, göstərilən sahənin bir hissəsi “Bağban” bağçılıq yoldaşlığına ayrılmış əraziyə aiddir və sözügedən sahə 1945 saylı bağın ərazisindən 4200 metr aralı məsafədə yerləşir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. İddiaçı 11 fevral 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan bağ massivində yerləşən ümumi sahəsi 0,25 ha olan 1945 saylı bağ sahəsi üzərində Rəhimov X5 mövcud vəziyyətə uyğun mülkiyyət hüququnun qeydə alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (arayışın)və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xa hiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan baş massivində yerləşən 1945 saylı bağ sahəsi mərhum Rəhimov X7 17 noyabr 1967-ci tarixli 15327 saylı müqavilə əsasında ayrılmış və sonuncu 28 may 1975-ci ildə öldükdən sonra iddiaçıya miras qalmışdır. 21.11.2018-ci il tarixdə həmin bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş” göndərilmişdir. İmtinanın səbəbi kimi bağ sahəsinin yerləşdiyi ərazinin digər bağçılıq yoldaşlığının ərazisinə aid olması göstərilmişdir. Lakin iddiaçının mərhum babasına ayrılmış bağ sahəsi həmişə qeyd olunan ərazid ə yerləşmiş və onun ölümündən sonra uzun illərdir ki, mübahisəsiz qaydada iddiaçının və ailə üzvlərinin istifadəsindədir. Cavabdehin həmin imtinası əsassız olduğundan, imtina əsassız sayılaraq cavabdehin üzərinə öhdəliyin icrası vəzifəsi qoyulmalıdır. İddianın maddi hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci, 10.2, 15-ci, Mülki Məcəllənin 139.1, 178.8-ci maddələrinə istinad edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(82)-1312/2019 saylı iş) 15 oktyabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək ünvan bağ massivində yerləşən ümumi sahəsi 0,25 ha olan 1945 saylı bağ sahəsi üzərində Rəhimov X5 mövcud vəziyyətə uyğun mülkiyyət hüququnun qeydə alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (arayışın) və texniki pasportun verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan imtina məktubunda istinad etdiyi halları əsaslandıra bilməmiş, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmənin sorğusuna cavab olaraq cavabdeh 28 iyun 2019-cu il tarixli məktubla bildirmişdir ki, ünvan bağ massivi ünvanında yerləşən 1945 saylı bağ sahəsi ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsində digər şəxslərin müraciəti aşkar olunmamışdır. Cavabdehin etirazında istinad etdiyi torpaq sahəsinin bir hissəsinin elektrik xəttinin mühafizə zolağından yerləşməsi halı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində təsbit edilmiş hüquqların dövlət qeydiyyatından imtin anın əsasları sırasında da sadalanmamamışdır. Odur ki, cavabdehin qeyd etdiyi hal imtinaya əsas ola bilməz. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X6-məruzəçi, X10 və X8, 2-1(103)-467/2020 saylı iş) 14 fevral 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh 10 aprel 2020-ci il tarixdə qərarın surətini almış, 20 aprel 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Şikayət cavabdehin imtina məktubu ilə eyni məzmunda tərtib edilmiş, əlavə olara q qeyd edilmişdir ki, imtinanın əsası kimi göstərilmiş hallar əsassız olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, ekspertiza keçirilməsi və üçüncü şəxslərin cəlb edilməsi barədə İdarənin vəsatətləri təmin edilməmiş, qanunvericiliyin tətbiqində səhvə yol verilmiş, işə aid olan qanunvericilik normaları tətbiq edilməmiş, tətbiq edilən qanunvericilik normaları düzgün təfsir edilməmiş, iş materialları və şikayətdə qeyd olunan əsaslar məhkəmə tərəfindən düzgün və ətraflı araşdırılmamış və nəticədə qanunsuz və ədalətsiz qərarlar qəbul edilmişdir. Şikayətin maddi hüquqi əsası kimi Torpaq Məcəlləsinin 55, 67, 68, 111.1, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 8, 11.1, 12.1 23 və 15-ci maddələrinə istinad olunmuşdur. tərəflərin izahatları: Cavabdehin vəkili mə hkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Ş ikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı ünvan bağ massivində yerləşən ümumi sahəsi 0,25 ha olan 1945 saylı bağ sahəsi üzərində mövcud vəziyyətə uyğun Rəhimov X5 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir. Cavabdehə görə aparılmış araşdırmalar göstərilən ərazinin “1945” saylı bağ sahəsinə aidiyyəti olmadığına, göstərilən sahənin bir hissəsinin “Bağban” bağçılıq yoldaşlığına ayrılmış əraziyə aid olduğuna və sözügedən sahə “1945” saylı bağın ərazisindən 4200 metr aralı məsafədə yerləşdiyinə görə ərizənin icrası mümkün olmamışdır. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair idd ialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. ünvan bağ massivində yerləşən 1945 saylı bağ sahəsi (0,25 ha torpaq) Bakı şəhər Soveti İcraiyyə Komitəsinin X11 ilə Rəhimov X9 arasında bağlanmış 17 noyabr 1967-ci il tarixli 15327 saylı müqavilə ilə Rəhimov X5 icarəsinə verilmişdir. Rəhimov X9 vəfat etmiş və Bakı şəhəri 17 saylı notariat kontoru tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 1 ünvanlayaraq miras əmlak üzərində miras qoyan Rəhimov X5 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığında n, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə və “Daşınmaz əmlakın təsvirinə dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışın verilməsi haqqında” Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın və bu barədə müvafiq məlumatın iddiaçıya verilməsinin təmin edilməsi xahiş edilmişdir. İddiaçı cavabdehə müraciət edərək bağ sahəsinə dair çıxarış verilməsini xahiş etmiş, cavabdeh göstərilən sahənin bir hissəsinin “Bağban” bağçılıq yoldaşlığına ayrılmış əraziyə aid olması və sözügedən sahənin 1945 saylı bağın ərazisindən 4200 metr aralı məsafədə yerləşməsini bildirib hüququn qeydə alınmasından imtina etmişdir. Cavabdehin bu dəlili məhkəmənin aldığı rəylə təkzib edilmişdir. “X2” MMC tərəfindən verilmiş 27 sentyabr 2019-cu il tarixli, 15 saylı ekspert rəyində qeyd edilmişdir ki, təqdim olunan ünvan bağ massivində yerləşən ümumi sahəsi 0,25 ha təşkil edən 1245 saylı bağ sahəsinin ərazisinin boş olduğu müəyyən edildi. Tədqiq olunan torpaq sahəsinin yerləşdiyi ərazinin bağçılıq sxemi naturaya tam uyğun gəlmədiyindən, ünvan bağ massivində yerləşən, ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinin 1945 saylı bağ sahəsi ilə üst-üstə düşməsi istisna edilmir. Cavabdeh etirazının dəlili olaraq məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Əksinə, məhkəmə tərəfindən cavabdehə müraciət olunaraq 1945 saylı bağ sahəsinin arxiv sənədlərinin məhkəmə təqdim edilməsi tələb olunmuş, 1945 saylı bağ sahəsi ilə bağlı məhkəmə mübahisəsinin olub-olmaması, həmin b ağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı digər şəxsin müraciəti olub-olmaması barədə cavabdehə sorğu göndərilmiş, cavabdeh 28 iyun 2019-cu il tarixli məktubunda ünvan bağ massivi, 1945 saylı bağ sahəsi ilə bağlı idarədə digər şəxslərin müraciətinin aşkar olunmadığını bildirmişdir. Daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla tənzimlənir. İşin hazırkı vəziyyətində 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarəsi tərəfindən Rəhimov X7 ayrılmış 1945 saylı bağ sahəsinə dair verilən icarə müqaviləsi mövcuddur. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” 22.05.2007-ci il tarixli 2186 nömrəli Sər əncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzər ində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-)... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; (-)... Həmin Qanunun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. tor paq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Kollegiya apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, sadalanan normaların təhlili göstərir ki, qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Hazırkı işin hallarından isə görünür ki, iddiaçı da qanunvericiliyin tələblərinə əməl edərək, bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün sözügedən maddədə təsbit olunan əsaslardan biri kimi bağ sahəsinin babasının istifadəsinə verilməsinə dair 17 noyabr 1967-ci il tarixli 15327 saylı müqaviləni cavabdehə təqdim etmişdir. Ümumilikdə isə imtina aktı, eləcə də apelyasiya və kasasiya şikayətlərində cavabdeh tərəfindən bağ sahələrinə dair Qanunun 8 və 10-cu maddəsində qeyd edilən sənədlərin təqdim olunması (olunmaması) ilə bağlı iddiaçıya heç bir irad (etiraz) bildirməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərb aycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrindədir. İstinad olunan normaların hazırkı mübahisənin hallarına tət biqi baxımından kollegiya hesab edir ki, iddiaçının mübahisələndirilən bağ torpaq sahələri üzərində mülkiyyət hüquqları yaranmışdır və həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə müvafiq çıxarış verilməlidir. Cavabdehin həm imtina cavabının, həm də apelyasiya və kasasiya şikayətinin dəlillərindən göründüyü kimi mübahisəli torpaq sahələrinin iddiaçının adına keçirilməsini mümkünsüz hesab etməsinin əsasları kimi göstərilmişdir ki, müvafiq bağ sahəsində elektron baza məlumatlarına əsasən bağ sahəsi sxematik xəritəyə əsasən “Bağban” bağçılıq yoldaşlığına ayrılmış əraziyə aiddir və sözügedən sahə “1945” saylı bağın ərazisindən 4200 m aralı məsafədə yerləşir. Kollegiya həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir. Cavabdeh bildirdiyi halları təsdi q edən hər hansı sübut təqdim etməmişdir. Bununla bağlı olaraq nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istif adə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin:... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Beləliklə, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşə baxılarkən sübutlar məhkəm ə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-467/2020 saylı, 14 fevral 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar