Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1356/2022 14.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı ‘‘Yapsan’’ MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı ‘‘Yapsan’’ MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2022-ci il tarixli, 2-1(103)-897/2022 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Vergi orqanı tərəfindən iddiaçının 2017 – 2018-ci illər üzrə fəaliyyəti ilə bağlı səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama 13 ay aparılmış və 24 yanvar 2020-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Akt əsasında cavabdeh tərəfindən 13 mart 2020-ci il tarixli **********199308 saylı qərar qəbul edilərək iddiaçıya 2017-ci il üzrə mənfəət vergisi üzrə 195.050,45 manat əsas borc və 97.525,23 manat maliyyə sanksiyası, 2018-ci il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi üzrə 144,70 manat və 72,35 manat maliyyə sanksiyası, 2017-ci il ƏDV üzrə 17.031,28 manat əsas borc və 18.600,35 manat maliyyə sanksiyası, 2018-ci il ƏDV üzrə 32.283,33 manat əsas borc və 20.111,12 manat maliyyə sanksiyası, 2017-ci il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə 19.399,38 manat maliyyə sanksiyası, 2018-ci il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə 741,24 manat maliyyə sanksiyası, cəmi 244.509,76 manat əsas vergi borcu və 156.449,67 manat maliyyə sanksiyası hesablanmışdır. Cavabdeh həmin qərarın qəbulunu belə əsaslandırır: 1) yoxlama zamanı təqdim olunmuş sənədlərə əsasən iddiaçı tərəfindən Vergi Məcəlləsinin 108 və 130-cu maddələrinin tələblərinin pozulması müəyyən edilmiş və bu sə bəbdən həmin sənədlərə və yoxlamanın gedişində alınmış mütəxəssis rəyinə əsaslanaraq qeyd olunan normaların tələblərinə müvafiq olaraq ona mənfəət vergisi yenidən hesablanmış, müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir; 2) yoxlama zamanı alınmış mütəxəssis rəyinə əsasən 2017-ci il üzrə görülmüş işlərə görə mal-material xərci 1.157.046 manat müəyyən edilmişdir. Nəticədə Vergi Məcəlləsinin 159.5 və 67.15-ci maddələrinin tələblərinə əsasən mütəxəssis rəyi nəzərə alınmaqla 33.943,35 (188.574,17 x 18%) manat məbləğində ƏDV hesablanmışdır. ƏDV-nin azaldılmasına görə 50% həcmində 16.971.67 manat maliyyə sanksiyası tətbiq edilmişdir; 3) yoxlanılan dövr üzrə Vergi Məcəlləsinin 175 və 166-cı maddələrinin tələblərinə müvafiq olaraq 43.479,58 manat ƏDV məbləğinin azaldılması və 28.108,32 manat artıq ƏDV məbləği hesablanması müəyyən edilmişdir. Bununla da 15.371,26 manat əlavə olaraq ƏDV hesablanmış və ƏDV-nin azaldılmasına görə 50% həcmində 21.739,80 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Nəticədə malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən vaxtında ödənilməmiş 40.281.24 manat ƏDV (2017-ci il üzrə 38.798,76 manat və 2018-ci il üzrə 1.482,48 manat) məbləğinin 50% miqdarında 20.140.62 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. Bundan başqa, iddiaçının fəaliyyəti üzrə kameral qaydada vergi yoxlaması da keçirilərək, 17 mart 2020-ci il tarixli **********012000 nömrəli və həmin tarixli **********021000 nömrəli qərarlar qəbul edilmişdir. Qərarların qəbulu onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi bəyannamələr üzrə ƏDV tutulan əməliyyatların dövriyyəsi az göstər ildiyindən, kənarlaşma müəyyən edilmiş və bu barədə vergi ödəyicisinə müvafiq uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37, 67, 83 və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin avqust ayı üçün ƏDV bəyannaməsi üzrə 30.639,60 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə 17 mart 2020-ci il tarixli **********012000 nömrəli qərar göndərilmişdir. Eləcə də iddiaçının ƏDV qeydiyyatının qüvvəyə minmə tarixindən 31 oktyabr 2019-cu il tarixədək olan dövr ərzində digər şəxslərlə aparılmış qarşılıq lı əlaqələrinin təhlili nəticəsində bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən hesablanmalı ƏDV məbləğində 518,61 manat kənarlaşma yaranmışdır. Bununla bağlı da iddiaçıya müvafiq uyğunsuzluq məktubu göndərilmiş və məktubdakı müddətdə əsaslandırılmış izahat, aparılan əməliyyatlar barədə məlumat təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37, 67, 83 və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin oktyabr ayı üçün ƏDV bəyannaməsi üzrə 518,61 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə 17 mart 2020-ci il tarixli **********021000 nömrəli qərar göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi təqdim edərək, “cavabdeh tərəfind ən qəbul edilmiş qərarların ləğv edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır ki, vergi orqanının 5 noyabr 2018-ci il tarixli qərarı ilə İddiaçı MMC-nin 2017 – 2018-ci illərdə fəaliyyəti üzrə 6 noyabr 2018-ci il tarixdən 6 dekabr 2019-cu il tarixədək növbəti səyyar vergi yoxlaması aparılmışdır. 24 yanvar 2020-ci il tarixdə yoxlama aktı tərtib edilmiş və həmin akt əsasında müəssisəyə cavabdeh tərəfindən 13 mart 2020-ci il tarixli qərar qəbul edilərək müəssisəyə 244.509,76 manat vergi borcu və 156.449,67 manat maliyyə sanksiyası hesablanmışdır. Həmin qərarla 2017ci il üzrə mənfəət vergisi üzrə 195.050,45 manat əsas borc və 97.525,23 manat maliyyə sanksiyası, 2018-ci il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi üzrə 144,70 man at və 72,35 manat maliyyə sanksiyası, 2017-ci il ƏDV üzrə 17.031,28 manat əsas borc və 18.600,35 manat maliyyə sanksiyası, 2018-ci il ƏDV üzrə 32.283,33 manat əsas borc və 20.111,12 manat maliyyə sanksiyası, 2017-ci il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə 19.399,38 manat maliyyə sanksiyası, 2018-ci il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə 741,24 manat maliyyə sanksiyası, cəmi 244.509,76 manat əsas vergi borcu və 156.449,67 manat maliyyə sanksiyası hesablanmışdır. Hesab edir ki, vergi orqanının həmin qərarı əsassızdır və ləğv edilməlidir. Həmçinin qərarın qəbuluna əsas olmuş 24 yanvar 2020-ci il tarixli akt əsassızdır, yoxlamanın keçirilməsi və aktın, qərarın tərtib edilməsi zamanı Vergi Məcəlləsinin və digər qanunvericilik aktlarının tələbləri pozulmuşdur. Səyyar vergi yoxlaması aktın da qeyd olunmuşdur ki, yoxlama ilə əhatə olunan dövr ərzində yerinə yetirilmiş işlərə görə tərtib olunmuş F-2-lər üzrə material silgisinin müəyyən edilməsi məqsədilə vergi orqanının 16 may 2019-cu il tarixli məktubuna əsasən «Azərekspertiza» Birliyinin mütəxəssisi cəlb edilmiş və müəssisə tərəfindən yoxlanılan dövr üzrə təqdim edilmiş ƏDV hesabatlarının düzgünlüyü yoxlanılmış və aşağıdakılar müəyyən olunmuşdur: Müəssisə ƏDV məqsədləri üçün qeydiyyat bildirişi almışdır. Bildiriş 14 fevral 2002-ci il tarixdən qüvvəyə minmişdir. Müəssisə tərəfindən yoxlanılan dövr üzrə təqdim edilmiş ƏDV bəyannaməsində vergiyə cəlb edilən əməliyyatlar üzrə ümumi dövriyyə 4.918.759,39 manat, ondan hesablanmış ƏDV 885.376,69 manat, əvəzləşdirilən ƏDV 895.255,19 manat və büdcədən ödənilməli ƏDV 9.878,50 manat. 1 4 yanvar 2020-ci il tarixli 010 saylı mütəxəssis rəyi ilə 2017-ci il üzrə görülmüş işlərə görə mal-material xərci 1.157.046 manat müəyyən edilmişdir. Belə ki, vergi orqanına təqdim edilmiş 2017-ci ilin mənfəət vergisi bəyannaməsinin gəlirin əldə edilməsi ilə bağlı xərclər bölməsinin «Xammal-material xərcləri» adlı 221.3-cü sətrində 2.132.422,69 manat məbləğində xammal-material xərci göstərildiyi halda, mütəxəssis rəyinə əsasən mal-material xərci 1.157.046,00 manat və ya 975.376.69 manat məbləğində xammal-material xərclərin artıq göstərilməsi müəyyən edilmişdir. Hesab edirlər ki, mütəxəssis rəyi əsassızdır, reallığı əks etdirmir və yoxlamaya təqdim edilmiş materiallar və sənədlərlə təkzib edilir. İddiaçının sübutları düzgün tədqiq edildiyi halda, ona mənfəət və ƏDV üzrə borc hesablana bil məzdi. Yoxlamaya təqdim edilmiş xərc sənədləri qanunazidd olaraq yoxlayıcı və mütəxəssis tərəfindən qəbul edilməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, əməliyyatlar üzrə ƏDV-lər ƏDV depozit hesabı ilə dövlət büdcəsinə köçürülmüşdür və bu əməliyyatlardan dövlət büdcəsi heç bir ziyan görməmişdir. Bundan başqa, AR Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr 219 saylı qərarı ilə təsdiq edilmiş Qaydaların 1.4-cü bəndində əsasən malları (işləri, xidmətləri) alan şəxs tərəfindən vergi hesab-fakturalarında göstərilən malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri həmin malları təqdim edən şəxsin hesabına, ƏDV-nin məbləği isə depozit hesabına köçürülməlidir. Həmin Qaydaların 1.4-cü bəndində şəxsin sözündən sonra “bank” sözü AR Nazirlər Kabinetinin 16 fevral 2008-ci il tarixli 47 nömrəli qərarı ilə ç ıxarılmışdır. Şəxsin hesabı dedikdə həm bank, həm də xəzinə hesabı onun hesabı deməkdir. Yəni qanunvericiliklə iddiaçının 2017–2018-ci illərdə əməliyyat apardığı müəssisələrin bank hesablarına köçürmə yolu ilə pul köçürülməsi qanuni olmuş və həmin əməliyyatlar üzrə aparılan əvəzləşdirmələr də qanunidir. İddiaçı tərəfindən yuxarıda adıçəkilən hüquqi şəxslərə xidmətlərin haqqı bank vasitəsilə köçürmə yolu ilə ödənilsə də, əvəzləşmələr həmin ödənişləri təsdiq edən elektron vergi hesab-fakturaları və ƏDV sub-uçot hesabından çıxarışlar əsasında aparılmışdır. Adıçəkilən elektron vergi hesab-fakturaları Vergi Məcəlləsinin 176.2-ci maddəsinə uyğun doldurulmuşdur və bu hal cavabdeh orqan tərəfindən mübahisələndirilmir. İddiaçı tərəfindən isə, əsas məbləğin müqavilə tərəfinə bank hesabı vasitəsilə k öçürmə ilə ödənilməsi verginin dövlət büdcəsindən yayınmasına səbəb olmamışdır. Qeyd edildiyi kimi, mübahisə predmeti olan vergi məbləği dövlət büdcəsinə ödənilmişdir. Lakin cavabdeh qeyd olunan halları nəzərə almadan qeyriobyektiv qərar qəbul etmişdir. Vergi orqanının əvəzləşdirilməyə dair istinadı tamamilə əsassızdır. Belə ki, MMC-nin əvəzləşdirmə hüququ AR Vergi Məcəlləsinin 175-ci maddəsi ilə nəzərdə tutulduğundan, əvəzləşdirmə aparılmış, lakin vergi orqanı tərəfindən hansı əsasla qəbul edilmədiyi göstərilməmişdir. Hesab edilir ki, mübahisələndirilən ƏDV məbləği ƏDV depozit hesabı ilə dövlət büdcəsinə ödənildiyindən, müqavilə tərəflərinin arasında hesablaşmanın nağd qaydada aparılmasının verginin dövlət büdcəsindən yayınmasına səbəb olmadığından, həmçinin həmin dövrdə qüvvədə olmuş qan unvericilik aktlarına uyğun olduğundan, cavabdehin qəbul etdiyi qərarı əsassızdır. Bundan əlavə hesab edilir ki, cavabdehin qərarı və aktı iddiaçıya mənfəət vergisi hesablanması hissəsində də əsassızdır. Yoxlama aktında əsassız olaraq qeyd edilmişdir ki, müəssisə yoxlamaya ilkin sənədləri təqdim etməmişdir. Guya müəssisə tərəfindən yoxlamaya xərc sənədləri, tam təqdim edilmədiyindən yoxlama ilə 2017 – 2018-ci illər üzrə mənfəət birbaşa müəyyən edilməsi mümkün olmamışdır. Qeyd olunur ki, iddiaçı tərəfindən səyyar vergi yoxlaması keçirilərkən yoxlayıcıya ilkin sənədlər təqdim edilmişdir. Müəssisə tərəfindən yoxlamaya xərc sənədləri tam təqdim edilmişdir, xammal və materialların alınması ilə bağlı sənədlər, istehsal olunan məhsulların kalkulyasiyası üzrə sənədlər təqdim edilmişdir. Yoxlayıcı və inzibati orqan isə, həmin sənədləri heç bır səbəb olmadan nəzərə almamışdır, yoxlama ilə 2017 – 2018-ci illər üzrə mənfəət birbaşa müəyyən edilməsi mümkün idi. Ümumiyyətlə iddiaçının 2017 – 2018-ci illər üzrə xərc sənədləri, bunu təsdiq edən sənədlər və hesabat yoxlayıcıya təqdim edilmişdir. Vergi Məcəlləsinin 36.2, 3.8-ci maddələri də tətbiq olunmalıdır. Lakin vergi orqanı göstərilənləri nəzərə almadan əsassız olaraq mənfəət vergi borcu hesablamışdır. Vergi orqanı vergi borcunun ilkin mühasibat sənədləri əsasında müəyyən olunduğunu qeyd etsə də, həmin sənədlərin hansı sənədlərdən ibarət olduğunu, həmin sənədlər əsasına nəyin müəyyən olunduğunu, vergidən yayınma faktının hansı sənədlərlə əsaslandırdığını aktda qeyd etməmişdir. Səyyar vergi yoxlamasına aid edilən istənilən hərəkət qanunl a müəyyən edilmiş müddətlərdə icra olunmalıdır. Həmin müddətlərin xaricində aparılan səyyar vergi yoxlaması və onun nəticələri qanunsuzdur. Aktdan göründüyü kimi, səyyar vergi yoxlaması vergi orqanının qərarı ilə təyin edildiyi və yoxlama həmin idarə tərəfindən aparıldığı halda, səyyar vergi yoxlamasının müddəti də həmin İdarənin qərarları ilə, yəni vergi yoxlamasını aparan vergi orqanının özü tərəfindən qanunazidd olaraq 9 dəfə dayandırılmışdır. Qanunda yoxlamanın aparılmasının müvəqqəti dayandırılması anlayışı yoxdur, müddətin artırılması, həm də yuxarı vergi orqanı tərəfindən artırılması mümkündür. Bununla da, vergi orqanı Vergi Məcəlləsinin 38.2-ci maddəsini pozmuşdur. Həmin qərarlarda da qərarın Vergi Məcəlləsinin hansı maddəsinə əsasən qəbul edildiyi göstərilməmişdir. Hesab edilir ki, qanunun tələbləri pozulmaqla aparılmış yoxlama nəticəsində tərtib edilmiş akt əsasında qəbul edilmiş qərar ləğv edilməlidir. Bundan əlavə, cavabdeh iddiaçı barəsində kameral qaydada 17 mart 2020-ci il tarixli **********012000 və **********021000 saylı qərarlar qəbul etmiş, həmin qərarlarla müvafiq olaraq iddiaçıya kameral qaydada 2019-cu ilin avqust ayı üzrə 30.639,60 manat və 2019-cu ilin oktyabr ayı üzrə 518,61 manat ƏDV üzrə borc hesablamışdır. Həmin qərarlar əsassızdır və ləğv edilməlidir. Həmin dövrlər üzrə iddiaçının digər şəxslərlə aparılmış qarşılıqlı əlaqələrini təsdiq edən sənədlər əsasında dövlət büdcəsinə ödənilməli olan ƏDV məbləği düzgün olaraq ödənilmişdir, əlavə vergi borcunun hesablaması qanuna ziddir. Vergi Məcəlləsinin tələblərinə görə vergi orqanı hesabat dövrü qurt ardığı vaxtdan 30 gün müddətində kameral qaydada vergi borcu hesablaya bilər. Lakin vergi orqanı iddiaçıya 2019-cu ilin avqust ayı üzrə 30.639,60 manat və 2019-cu ilin oktyabr ayı üzrə 518,61 manat ƏDV hesablanması barədə 30 günlük müddətə də riayət etməmişdir. Cavabdehin qərarındakı rəqəmlər reallığı əks etdirmir, iddiaçının fəaliyyətinin dayandırılmasına gətirib çıxaracaq. Göstərilənlərə və İPM-in 2, 8-ci maddələrinə, AR Vergi Məcəlləsinin 1, 3, 38, 53, 67, 104.1, 105.1, 121.1, 175.1, 175.2, 176.4-cü maddələrinə, AR Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 saylı və 2007-ci il 30 dekabr 219 saylı qərarları ilə təsdiq edilmiş qaydaların müddəalarına əsaslanaraq, məhkəmədən cavabdehin 13 mart 2020-ci il tarixli **********199308 saylı, 17 mart 2020-ci il tarixli **********012000 say lı və həmin tarixli **********021000 saylı qərarlarının ləğv edilməsi xahiş olunur.
4. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 24 avqust 2020-ci il tarixli məktubunda (etirazında) iddia ilə bağlı aşağıdakılar bildirilmişdir: İddiaçının fəaliyyəti üzrə (fevral 2017 – sentyabr 2018) keçirilmiş vergi yoxlaması 6 noyabr 2018-ci il tarixdən 6 dekabr 2019-cu il tarixədək aparılmış və 24 yanvar 2020-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Akt əsasında qərar çıxarılaraq ümumilikdə büdcəyə çatası 400.959,43 manat vəsait hesablanmışdır. İddiaçı Vergi Məcəlləsinin 108 və 130-cu maddələrinin tələblərini pozmuşdur. Təqdim edilmiş sənədlərə və mütəxəssis rəyinə əsasən həmin normaların tələblərinə müvafiq olaraq mənfəət vergisi yenidən hesablanmışdır. Yoxlama ilə 2017- ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində müəssisə tərəfindən gəlir və xərclərin hesablama metodu ilə əks etdirilməsi göstərilmişdir. Yoxlamanın nəticəsi kimi verginin hesabatda göstərilən məbləği verginin hesabatında göstərilməli olan məbləği ilə müqayisə edilərkən həmin maddələrin tələblərinin pozulması səbəbindən 2017-ci il üzrə 195.050.45 manat məbləğində mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi bəyannamədə gəlir və xərcləri aşağıdakı kimi olmuşdur: 2017-ci il üzrə təqdim edilmiş “Mənfəət vergisi” bəyannaməsində ümumi gəliri 3.206.598.05 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 2.565.278.45 manat, mənfəət vergisi bəyannaməsi üzrə vergitutma məqsədləri üçün mənfəəti 641.319.60 manat olmaqla 20% dərəcə ilə 128.263.92 vergi məbləği h esablanmışdır. Yoxlama ilə əhatə olunan dövr ərzində yerinə yetirilmiş işlərə görə tərtib olunmuş F-2-lər üzrə material silgisinin müəyyən edilməsi məqsədilə Departamentin 16 may 2019-cu il tarixli məktubu ilə Vergi Məcəlləsinin 45-ci maddəsinə əsaslanaraq, “Azərekspertiza” Birliyinin mütəxəssisi cəlb edilmişdir. Birlik tərəfindən təqdim edilmiş 14 yanvar 2020-ci il tarixli 010 saylı mütəxəssis rəyinə əsasən 2017-ci il üzrə görülmüş işlərə görə mal-material xərci 1.157.046 manat müəyyən edilmişdir. Belə ki, vergi orqanına təqdim edilmiş 2017-ci ilin mənfəət vergisi bəyannaməsinin gəlirin əldə edilməsi ilə bağlı xərclər bölməsinin “Xammal-material xərcləri” adlı 221.3-cü sətrində 2.132.422.69 manat məbləğində xammal-material xərci göstərildiyi halda, mütəxəssis rəyinə əsasən xammalmaterial xərci 1.157.046 manat və ya 975.376.69 manat məbləğində xammal-material xərcləri artıq göstərilməsi müəyyən edilmişdir. Bundan əlavə, yoxlama zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən gəlirin əldə edilməsi ilə bağlı 124,44 manat məbləğində real digər xərcləri olmuş, mənfəət vergisi bəyannaməsinin xərclər bölməsində göstərilməmişdir. Beləliklə, yoxlama ilə həmin xərclərin təsdiqedici sənədlər təqdim olunduğundan, mənfəət vergisi bəyannaməsinin xərclər bölməsinə bərpa edilmişdir. Nəticədə, 2017-ci il üzrə vergiyə cəlb olunan mənfəət məbləği 1.616.571,85 manat müəyyən edilmiş və büdcəyə əlavə olaraq 195.050.45 (1.616.571,85 x 20% = 323.314,37 – 128.263.92) manat mənfəət vergisi hesablanmış, həmin məbləğin 50 faiz həcmində, yəni 97.525.23 manat maliyyə sanksiyası tətbiq edilmi şdir. ƏDV üzrə – ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəni 31 may 2017-ci il tarixdə vergi orqanına təqdim edilmiş və quruma **********3 saylı qeydiyyat bildirişi verilmiş, bildiriş 1 iyun 2017-ci il tarixdən qüvvəyə minmişdir. İddiaçının təqdim etdiyi ƏDV bəyannamələrinin düzgünlüyü 1 fevral 2017-ci il tarixdən 30 sentyabr 2018-ci il tarixədək yoxlanılmış və müəyyən olunmuşdur ki, vergi ödəyicisinin təqdim etdiyi mal-materialın hərəkəti barəsində dövriyyə cədvəlində yoxlanılan dövrün əvvəlinə 0.00 manat mal qalığı, yoxlanılan dövr ərzində 2.145.156.18 manat mal mədaxil olmuş, 2.093.345.95 manat mal-material silinmişdir. Yoxlanılan dövrün sonuna 51.810.23 mal qalığı olduğu qeyd edilmişdir. İlkin mühasibat sənədlərinə əsasən 2017-ci il üzrə 1.345.620.17 (ƏDV-siz) manat məbləğində mal-m aterial silgisi qeyd edilmişdir. Yoxlama ilə əhatə olunan dövr ərzində yerinə yetirilmiş işlərə görə tərtib olunmuş F-2-lər üzrə material silgisinin müəyyən edilməsi məqsədilə Departamentin 16 may 2019-cu il tarixli **********183176 nömrəli məktubuna əsasən “Azərekspertiza” Birliyinin mütəxəssisi cəlb edilmişdir. Birlik tərəfindən təqdim edilmiş 14 yanvar 2020-ci il tarixli 010 saylı mütəxəssis rəyinə əsasən 2017-ci il üzrə görülmüş işlərə görə mal-material xərci 1.157.046 manat müəyyən edilmişdir. MMC tərəfindən yoxlamaya təqdim edilmiş mal-material hərəkəti barədə cədvəldə 2017-ci il ərzində 1.345.620.17 manat material istifadə edildiyi və ya görülmüş iş və xidmətə sərf edildiyi göstərildiyi halda mütəxəssis rəyinə əsasən 2017-ci il üzrə faktiki olaraq 1.157.046 manat müəyyən edilmişdir. Qeyd olunanlardan göründüyü kimi, görülmüş iş və xidmətlərə sərf olunan material ilə anbardan məxaric silgisi arasında 188.574,17 (1.345.620,17 – 1.157.046,00) manat fərq müəyyən edilmişdir. Beləliklə, yoxlama ilə həmin fərq əskik gəlmə kimi qiymətləndirilərək Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyatı ƏDV-yə cəlb edilmiş edilmişdir. Nəticədə Vergi Məcəlləsinin 159.5 və 67.15-ci maddələrinin tələblərinə əsasən mütəxəssis rəyi nəzərə alınmaqla 33.943,35 (188.574,17 x 18%) manat məbləğində ƏDV hesablanmış, verginin azaldılmasına görə 50% həcmində, 16.971.67 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlanılan dövr üzrə Vergi Məcəlləsinin 175 və 166-cı maddələrinin tələblərinə müvafiq olaraq 43.479,58 manat ƏDV məbləğinin azaldılması və 28.108,32 manat artıq ƏDV məbləği hesablanması müəyyən edilmişdir. Nəticədə 15.371,26 (43.479,58 – 28.108,32) manat əlavə olaraq ƏDV hesablanmış və 50% həcmində 21.739,80 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı qeyd edir ki, mübahisələndirilən ƏDV məbləği ƏDV depozit hesabı ilə dövlət büdcəsinə ödənildiyindən müqavilə tərəflərinin arasında hesablaşmanın nağd qaydada aparılmasının verginin dövlət büdcəsindən yayınmasına səbəb olmadığından cavabde hin qərarı əsassızdır. Lakin qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 175.2-ci maddəsində birmənalı olaraq müəyyən edilmişdir ki, bir hissəsi vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti, digər hissəsi isə başqa məqsədlər üçün, o cümlədən ƏDV tutulmayan əməliyyatlar üçün nəzərdə tutulan vergiyə cəlb edilən əməliyyatlara görə nağdsız qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) və malların idxalı üçün vergi ödəyicisinə verilmiş elektron qaimə-fakturaları üzrə onun tərəfindən ödənilmiş ƏDV-nin məbləği sahibkarlıq fəaliyyəti üçün istifadə olunan malların (işlərin, xidmətlərin) xüsusi çəkisinə görə müəyyənləşdirilən ƏDV-nin məbləği qədər əvəzləşdirilir. İddiaçı tərəfindən 40.281,24 manat ƏDV m əbləğinin malların (iş və xidmətlərin) dəyərindən gec ödənilməsi müəyyən olunmuşdur. Həmin məbləğin 50% miqdarında 20.140.62 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. İddiaçı tərəfindən 2019-cu ilin avqust ayı ƏDV üzrə iddiaçı tərəfindən 7 fevral 2020-ci il tarixdə bəyannamə təqdim edilmişdir. Həmin dövr üzrə kameral vergi yoxlaması aparılmış və 17 mart 2020-ci il tarixdə əlavə vergi məbləğinin hesablanması barədə qərar qəbul edilmişdir. Həmçinin 2019-cu ilin oktyabr ayı ƏDV üzrə iddiaçı tərəfindən 7 fevral 2020-ci il tarixdə bəyannamə təqdim edilmiş və həmin dövr üzrə aparılmış kameral vergi yoxlaması nəticəsində 17 mart 2020-ci il tarixli qərar qəbul edilmişdir. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh tərəfindən kameral vergi yoxlaması zamanı Vergi Məcəlləsinin tələbləri gözlənil miş və yoxlamanın aparılması üçün nəzərdə tutulmuş 30 iş günü ötürülməmişdir. Göstərilənlərə və İPM-in 12.1-ci maddəsinə əsaslanaraq, İddiaçı MMC-nin iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunmuşdur.
5. Bakı İnzibati Məhkəməsinin 8 oktyabr 2021-ci il tarixli, 2-1(112)-923/2021 nömrəli qərarı ilə (hakim R.L.Kərimli) iddia qismən təmin edilərək cavabdehin 13 mart 2020-ci il tarixli **********199308 saylı qərarı ləğv edilmiş, 17 may 2020-ci il tarixli, **********012000 və **********021000 saylı qərarlarının ləğv hissəsində iddia təmin edilməmişdir.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh 13 mart 2020-ci il tarixli **********199308 saylı qərarın qəbulunu yoxlama zamanı vergi ödəyicisi kimi iddiaçının təqdim etdiyi sənədlərdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 108 və 130-cu maddələrinin tələblərinin pozulmasının müəyyən edilməsi və müvafiq mütəxəssis rəyi ilə əsaslandırsa da alınmış ekspertiza rəyi ilə inzibati orqanın gəldiyi bu nəticə təkzib olunmuşdur. Həmin rəy ilə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə vergi orqanı tərəfindən hesablanmış əlavə mənfəət və ƏDV vergisinin düzgünlüyü müəyyən edilməmişdir. Yəni, müəssisə tərəfindən aparılmış əməliyyatlara görə vergi məbləğlərinin azaldılması halları olmamışdır. Bundan əlavə, səyyar vergi yoxlaması aparılarkən vergi qanunvericiliyinin tələbləri pozulmuş, vergi yoxlaması 24 ay davam etmiş, 9 dəfə yoxlamanın aparılması ilə bağlı qərarlar qəbul olunsa da, həmin qərarların zəruriliyi əsaslandırılmamış, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarda həmin tədbirlərin nədən ibarət olması və hansı əlavə halların aydınlaşdırılması açıqlanmamışdır. Bununla da, «İnzibati icraat haqqında» AR Qanununun 48.1 maddəsinin tələbləri pozulmuşdur. Mübahisə predmeti olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 17 mart 2020-ci il tarixli **********012000 saylı və **********021000 saylı qərarlara münasibətdə məhkəmə hesab etmişdir ki, cavabdeh həmin qərarların qəbulu üzrə inzibati icraat zamanı vergi qanunvericiliyinin normalarına (o cümlədən Vergi Məcəlləsinin 37-ci maddəsinə) və qanunvericiliyin inzibati icraatla bağlı ümumi müddəalarına (o cümlədən, «İnzibati icraat haqqında» AR Qanununun 11, 17 və 58-ci maddələrinə) riayət etmiş və haqlı olaraq əsaslı qənaətə gəlmişdir. Belə ki, vergi ödəyicisi kimi hazırkı iddiaçının təqdim etdi yi müvafiq bəyannamə məlumatlarında görünən ziddiyyətli məqamlar “kənarlaşma” kimi qiymətləndirməni istisna etmir və iddiaçı cavabdehin həyata keçirdiyi kameral vergi yoxlamaları zamanı müəyyən olunmuş müddətlərdə hər hansı açıqlama, izahat və digər zəruri sənədləri həmin orqana təqdim etməmişdir. Odur ki, iddia həmin qərarların mübahisələndirilməsi hissəsində əsassız olduğundan iddia həmin hissədə təmin edilməməlidir.
7. İddiaçı və cavabdeh qərardan apellyasiya şikayəti vermişdir. b) apelyasiya instansiya məhkəməsində birinci icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, E.E.Nağıyeva və C.A.Yusifov) 22 aprel 2022-ci il tarixli, 21(103)-897/2022 nömrəli qərarla iddiaçı və cavabdehin apellyasiya şikayətləri təmin edilməmiş dir.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
10. İddiaçı və cavabdeh qərardan kassasiya şikayətləri vermişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZLARİN DƏLİLLƏRİ a) kassasiya şikayətlərinin dəlilləri İddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən cavabdeh iddiaçı barəsində kameral qaydada 17 mart 2020-ci il tarixli **********012000 və **********021000 saylı qərarlar qəbul etmiş, həmin qərarlarla müvafiq olaraq iddiaçıya kameral qaydada 2019-cu ilin avqust ayı üzrə 30.639,60 manat və 2019-cu ilin oktyabr ayı üzrə 518,61 manat ƏDV üzrə borc hesablamışdır. Həmin qərarlar əsassızdır və ləğv edilməlidir. Lakin apelyasiya instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməməklə iddiaçının hüquqlarını pozmuşdur. Həmin dövr lər üzrə iddiaçının digər şəxslərlə aparılmış qarşılıqlı əlaqələrini təsdiq edən sənədlər əsasında dövlət büdcəsinə ödənilməli olan ƏDV məbləği iddiaçı tərəfindən düzgün olaraq hesablanmış və ödənilmişdir, ona görə də iddiaçıya həmin dövrə görə cavabdeh tərəfindən əlavə vergi borcunun hesablaması qanuna ziddir. Vergi Məcəlləsinin tələblərinə görə vergi orqanı hesabat dövrü qurtardığı vaxtdan 30 gün müddətində kameral qaydada vergi borcu hesablaya bilər. Lakin vergi orqanı iddiaçıya 2019-cu ilin avqust ayı üzrə 30.639,60 manat və 2019-cu ilin oktyabr ayı üzrə518,61 manat ƏDV hesablanması barədə 30 günlük müddətə də riayət etməmişdir. Cavabdehin qərarındakı rəqəmlər reallığı əks etdirmir, iddiaçının fəaliyyətinin dayandırılmasına gətirib çıxaracaq.
11. AR Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən, Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir.
12. Həmin Məcəllənin 37.2-ci maddəsinə görə, Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz.
13. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/3646 sa ylı rəyi ilə də müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2019-cu il tarixli qərarla ƏDV borcu hesablanması əsassızdır, həmin dövrə görə iddiaçı tərəfindən ƏDV dövlət büdcəsinə ödənilsə də azaldılma baş verməyibdir.
14. Göründüyü kimi, vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilərkən AR Vergi Məcəlləsinin 37-ci maddəsinin tələbləri pozulmuş, qanunvericilikdə göstərilmiş müddətə riayət edilməmiş, bununla da əsassız olaraq vergi borcu hesablanmışdır.
15. Bütün yuxarıda göstərilənlərə əsasən Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-l(103)-897/2022 saylı, 22 aprel 2022-ci il tarixli qərarının qismən, “iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)923/2021 saylı, xx.xx.2021 -ci il tarixli qərarının iddianın rədd edilmiş hissəsinin qüvvədə saxlanılması” hissəsində ləğv edilməsi və İddiaçı MMC-nin iddia tələbinin “Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 17 mart 2020-ci il tarixli **********012000 saylı və **********021000 saylı qərarlarının ləğv edilməsi” hissəsində də təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən apelyasiya instansiyası məhkəməsi hesablanmış ƏDV məbləğinin təkzib edilməsi ilə bağlı hər hansı konkret dəlil irəli sürməmiş, ümumi cümlələrlə cəmiyyətdə vergidən yayınma halının baş vermədiyini sübut etməyə çalışmışdır.
17. Məhkəmə kollegiyası Vergi Məcəlləsinin 16.1.3, 16.1.6, 103.1, 104.1, 108, 130.2, 159.5, 166.1-ci maddələrini inzibati mübahisə üzrə tətbiq etməli olduğu halda tətbiq etməmişdir.
18. Məhkəmə kollegiyası Vergi Məcəlləsinin 38-ci maddəsini işin faktiki hallarına əsasən iş üzrə tətbiq etməli olmadığı halda tətbiq etmişdir.
19. Belə ki, məhkəmə kollegiyasının özünün də müəyyən etdiyi kimi yoxlamanın dayandırılması barədə qərarların zəruriliyi əsaslandırılmışdır. Məhkəmə kollegiyası özü də müəyyən etmişdir ki, 6 halda yoxlamanın dayandırılması mütəxəssisin dəvət olunması ilə əlaqədar olmuşdur. Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinə əsasən vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək yoxlamanın dayandırılması nəzərdə tutulmuşdur.
20. Belə olan halda, yəni "dayandırılma barədə qərarların zəruriliyinin əsaslandırılmaması” dəlil ini irəli sürmək anlaşılan deyildir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, yoxlamanın dayandırılması 9 dəfə həyata keçirilmişdir. Lakin məhkəmə kollegiyası qəsdən 6 dəfə dayandırılmış qərarların dayandırılma əsasları barədə məlumat vermiş, digər 3 qərarın qəbulu zəruriliyini müəyyən etməmişdir.
21. Məhkəmə araşdırması zamanı vergi orqanı tərəfindən cəlb edilən mütəxəssis rəyinin əsaslılığı müzakirə edildiyi, başqa sözlə, yoxlamanın gedişində mütəxəssisin dəvət edildiyi iş materialları ilə öz əksini tapdığı halda məhkəmənin hansı əsasla yoxlamanın dayandırılması hallarının öz təsdiqini tapmadığına istinad etməsi anlaşılan deyildir.
22. Məhkəmə qərarında səyyar vergi yoxlamasının nəticələrinə dair qəbul edilmiş inzibati aktın qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulunun iddiaçının hüq uqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməsi barədə nəticəyə gəlmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, qeyd edilən inzibati akt üzrə İddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada vergi hesablanmışdır.
23. Məhkəmə qərarında sözügedən hala istinad etməsinə baxmayaraq mövqeyini əsaslandırmamış, formal olaraq vergi qanunvericiliyinin maddəsini köçürməklə kifayətlənmişdir. Belə ki, məhkəmə "vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada” hesablama dedikdə, hansı halın nəzərdə tutulduğunu qərarda açıqlamamışdır.
24. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab ed ilir. İşin faktiki halları baxımından məhkəmə tərəfindən qeyd olunan maddi hüquq normasının tətbiqi anlaşılan deyildir.
25. Məhkəmə kollegiyası qərarında dəlil olaraq ifadə edir ki, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə alınmış 18 iyun 2021-ci il tarixli 9/3646 saylı ekspertiza rəyi ilə razılaşmamaq üçün hər hansı əsas yoxdur, rəydə qoyulan məsələlər üzrə tam əhatəli əsaslandırılmış və məhkəmə tərəfindən qiymətləndirilmişdir.
26. Sözügedən ekspert rəyinin qeyri-mötəbər sübut hesab edilməsi haqqında sözügedən rəyə qarşı etiraz hazırlanaraq məhkəməyə təqdim edilmiş, lakin etirazın dəlillərinə məhkəmə kollegiyası tərəfindən heç bir münasibət bildirilməmişdir. Konkret olaraq isə sözügedən ekspert rəyi əsaslandırılmamış və məhkəmə tərəfindən ümumiyyətlə qiymətləndirilməmişdir.
27. Məhkəmə kollegiyası iş üzrə ümumiyyətlə araşdırma aparmamış, mötəbər hesab etdiyi ekspert rəyinin qiymətləndirilməsini həyata keçirmədən həmin sübutu mötəbər sübut hesab etmiş, iş materiallarında mövcud olan mütəxəssis rəyinin qiymətləndirilməsini həyata keçirmədən cavabdehin dəlillərini əsassız hesab etmişdir ki, bu da birmənalı şəkildə ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə nəticələnmişdir.
28. İddiaçı MMC-də vergidən yayınma faktına görə xx.xx.2021-ci il tarixdə ********* saylı qərar ilə CM- in 213.2.2-ci maddəsinə əsasən cinayət işi başlanmışdır.
29. Həmin cinayət işinin istintaqı çərçivəsində də iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır.
30. A zərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilən xx.xx.2021-ci il tarixli 9/4811 №-li ekspert rəyi tərtib edilmiş və həmin rəyə əsasən vergi orqanının hesablaması təsdiqini tapmışdır.
31. Qeyd olunan ekspert rəyi məhkəməyə təqdim edilməsinə baxmayaraq, məhkəmə kollegiyası tərəfindən sübut kimi qiymətləndirilməmiş, həmin sübutun qəbul edildiyi və ya rədd edildiyi bəlli olmamışdır.
32. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasssiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2022-ci il tarixli, 2-1(103)897/2022 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri
33. İddiaçı cavabdehin kassasiya şik ayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsi, cavabdehin qərarının cavabdeh tərəfindən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
34. Cavabdeh tərəfindən iddiaçının kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
35. İnzibati Prosessual Məcəllə: Maddə 12 İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə t ərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə
68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. M əhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzi bati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Kassasiya şikayətləri mümkündür. Şikayətlər vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmışlar və şikayətçilərin tələbləri göstərilmişdir.
37. İddiaçının kassasiya şikayətində apellyasiya məhkəməsinin qərarı iddia tələbinin təmin edilmədiyi hissədə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.
38. Cavabdehin şikayətində apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı cavabdehin şikayətinə münasibətdə tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
39. Məhkəmə kolleg iyası iddiaçı və cavabdehin verdikləri kassasiya şikayətlərindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırki inzibati mübahisənin yaranmasına səbəb olmuş, cavabdehin iddiaçıda “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 17 mart 2020-ci il tarixli **********012000 saylı və eyni tarixli **********021000 saylı qərarları kameral, növbədənkənar qaydada aparılmış yoxlamalar əsasında qəbul edilmişdir.
40. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, istər növbəti, istərsə də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qəbul edilmiş qərarlar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadıqlarından inzibati akt hesab edilmirlər və inzibati məhkəmə icraatında müstəqil surətdə mübahisələndirilə bilməzlər. Həmin qərarlar “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi anlamında inzibati icraatın başlanılması üçün əsas qismində qəbul edilməlidir.
41. Bununla yanaşı qeyd edilməlidir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın müstəqil inzibati akt kimi mübahisələndirilə bilməməsi, həmin yoxlamanın keçirilməsinin qanuniliyini qiymətləndirmək imkanını istisna etmir. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair tərtib edilmiş Akt əsasında qəbul edilmiş vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar inzibati məhkəmə icraatı qaydasında mübahisələndirildiyi halda, inzibati məhkəmə icraatında həm də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Bu isə aşağıdakı səbəblərdə n irəli gəlir.
42. Qeyd edildiyi kimi, səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunda konkret sadalanmış hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi). Cavabdeh də, sözügedən növbədənkənar vergi yoxlamalarının keçirilməsi nə əsas verən hüquq norması kimi məhz Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etmişdir.
43. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həya ta keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir.
44. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.
45. Lakin hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarlarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır.
46. Bundan əlavə, vergi orqanı qərarlarında həmin əlaqəli məlumatları açıqlamamışdır.
47. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəb ul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həc mdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.
48. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qə bulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.
49. Növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına, o cümlədən VM-in 38.3.5-ci maddəsinə istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bununla yanaş ı, nəzərə almaq lazımdır ki, vergi orqanı ümumiyyətlə bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanuna uyğunluğuna həm də cavabdeh tərəfindən istinad olunan həmin əsaslar üzərindən qiymət verır.
50. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, VM-in 38.3.5-ci maddəsinin vergi yoxlamasının başlanılması ilə bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan yan qaçmağın pərdələnmiş vasitəsi kimi istifadə olunması və vergi ödənişlərinin təmin edilməsinə yönəlmiş vergi inzibatçılığının asanlaşdırılması üçün praktik məqsədlər baxımından həmin maddəyə ümumi şəkildə istinad edilməsi yolverilməzdir.
51. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borclu dur. Lakin hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsini, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu, bununla bağlı inzibati orqanın mülahizələri, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyi cavabdeh tərəfindən dəqiq və aydın şəkildə “İnzibati icraat haqqında” Qanunun 61.2-ci maddəsinə uyğun olaraq əsaslandırılmamışdır.
52. Həmçinin inzibati icraat çərçivəsində inzibati orqanla vergi ödəyicisi arasında inzibati icraatın başlanğıcı və gedişatı ilə bağlı, inzibati icraat materialları ilə bağlı “kommunikasiyanın” olduğu iş üzrə sübuta yetirilməmişdir. Halbuki, VM-nin 36.2-ci və “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələbləri baxımından, in zibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla bağlı onun mülahizələrini və arqumentlərini dinləmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
53. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxi lələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir.
54. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı).
55. Hazırkı mübahisəyə münasibətdə kameral qaydada, yəni növbədənkənar vergi yoxlamasının təyin edilm əsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir.
56. Beləliklə cavabdeh tərəfindən sözügedən kameral qaydada növbədənkənar vergi yoxlamasının aparılması üçün heç bir qanuni əsas yoxdur.
57. Məhkəm ə kollegiyası həmçinin qeyd edir ki, məlum olduğu kimi Vergi Məcəlləsində “Vergilərin müəyyən edilməsinin əsas şərtləri” adlanan 12-ci maddə mövcuddur.
58. Həmin Məcəllənin 12.1-ci maddəsində deyilir ki, Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və vergitutma elementləri - vergitutma obyekti, vergitutma bazası, vergi dövrü, vergi dərəcəsi, verginin hesablanması qaydası, verginin ödənilməsi qaydası və müddəti müəyyən edilmiş olsun.
59. Lakin cavabdeh tərəfindən iddiaçıya dair kameral qaydada vergi yoxlaması aparılarkən Vergi Məcəlləsinin 12-ci maddəsinin tələblərinə riayət edilməmişdir.
60. Belə ki, cavabdeh tərəfindən istinad edilən rəqəmlərin haradan götürülməsi, eləcə də onların mənbəyi, eyni zamanda yoxlama dövrünün necə müəyyən olunması da, həmçinin məhz 2 019-cu ilin avqust və oktyabr aylarında işin götürülməsinin haradan bilinməsi bəlli deyildir.
61. Digər tərəfdən cavabdeh mənfəət vergisini hesablayarkən iddiaçının malların satışını keçirdiyi mövqedən çıxış edir, lakin cavabdeh sözügedən nəticəni (yerində baxış keçirmədən) necə müəyyən etməsi bəlli deyil, belə ki, mallar anbarda olması, xarab və ya itməsi də istisna olunmur, lakin həmin məsələ yoxlanılmamışdır.
62. Bununla yanaşı cavabdehin “təqdim etməni” hansı qaydada müəyyən etməsi də bəlli deyildir.
63. Bununla əlaqədar qeyd edilməlidir ki, cavabdeh vergilərin hesablanmasını ən azından Vergi Məcəlləsinin 159.5-ci maddəsinin müddəaları çərçivəsində, yəni “satış qiyməti” üzrə deyil, “alış qiyməti” və ya “orta alış qiymətini” əsas götürməklə aparmalı idi.
64. Həmçinin qeyd edilməlidir ki, iddiaçı “kassa metodu” ilə işləyən müəssisədir, yəni iddiaçının kassasına pul mədaxil edilməyincə, onun vergi öhdəliyi də yaranmır.
65. Bunun əksini sübut etmək üçün cavabdehin səyyar vergi yoxlaması keçirməsi və bu zaman başqa hərəkətlərlə yanaşı, o cümlədən inventarizasiya aparması hüququ var.
66. Lakin cavabdeh bunları etməmiş, vergilərin hesablanması üçün mənbəyi bəlli olmayan rəqəmləri əsas götürmüşdür.
67. Digər tərəfdən iş materiallarından göründüyü kimi, yoxlama ilə əhatə olunan dövr ərzində yerinə yetirilmiş işlərə görə tərtib olunmuş F-2-lər üzrə material silgisinin müəyyən edilməsi məqsədilə cavabdeh tərəfindən “Azərekspertiza” Birliyindən dəvət edilmiş mütəxəssisin 14 yanvar 2020-ci il tarixli 010 saylı mütəxəssis rəyinə əsasən 2017-ci il üzrə görülmüş işlərə görə mal-mater ial xərci 1.157.046 manat müəyyən edilmişdir. İş materiallarında olan mütəxəssis rəyində müəssisə tərəfindən yerinə yetirilən işlər üzrə ümumilikdə 1.230.996 manat məbləğində material xərci çəkilməsi hesablansa da, həmin hesablamaların mənbəyi, yəni müəssisə tərəfindən görülmüş işlərin mütəxəssis tərəfindən nəzarət ölçüsünün aparılması nəticəsində müəyyən olunması görünmür. Bundan başqa, mütəxəssis rəyində göstərilən işlərin dəyərinin hansı normativlərə müvafiq hesablanması göstərilməmişdir. Müəssisənin təqdim etdiyi tikinti layihə və smeta sənədlərində, vergi hesab- faktorlarında, qaimələr və bank sənədlərində malların həcmi, ölçüsü barədə məlumatlar var. Vergi hesablanarkən tikinti layihə və smeta sənədlərindən, nə əlaqəli məlumatlardan, nə bazar qiymətindən nə də digər fiziki həcm, say və s. istifadə etməklə vergi hesablanmamışdır.
68. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırkı ekspertiza tədqiqatı zamanı müəssisə tərəfindən aparılmış əməliyyatlara görə vergi orqanı tərəfindən hesablanmış əlavə vergilərin (mənfəət, ƏDV) düzgünlüyü müəyyən edilmir.
69. Eyni zamanda qeyd edilməlidir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyun 2021-ci il tarixli 9/3646 nömrəli rəyində bildirilmişdir ki, təqdim olunmuş iş materiallarında olan sənədlərə əsasən müəssisənin: Mənfəət vergisi üzrə - 2017-ci il üzrə ümumi gəliri – 3.206.598,05 manat, cəmi xərclər – 2.365.278,45 manat; balans mənfəəti (zərəri) – 641.319,60 manatdır. Göstərilənlərə əsasən İddiaçı MMC-nin 2017-ci il üzrə apardığı əməliyyatlara görə 319,60 manat məbləğində mənfəətlə fəaliyyət göstərməsi müə yyən edilir. Vergi Məcəlləsinin 105-ci maddəsinin tələbinə uyğun olaraq müəssisə üzrə 2017-ci ilin yekunlarına görə 641.319,60 manat məbləğində vergiyə cəlb olunan mənfəət müəyyən edilir. Həmin mənfəətdən 20% dərəcəsi ilə 128.263,92 manat məbləğində mənfəət vergisi hesablanır. Vergi ödəyicisi tərəfindən bəyan edilmiş 128.263,92 manat məbləğində mənfəət vergisi nəzərə alındıqda, son nəticədə müəssisə tərəfindən 2017-ci il üzrə aparılmış əməliyyatlara görə mənfəət vergisinin az hesablanması müəyyən edilmir. ƏDV üzrə - təqdim edilmiş iş materiallarından göründüyü kimi, müəssisə ƏDV-nin ödəyicisi olmuş və bu haqda vergi orqanına bəyannamələr təqdim edilmişdir. Lakin yoxlama ilə müəssisəyə əlavə olaraq 49.314,61 manat məbləğində ƏDV hesablanmışdır. Həmin az hesablanma səyyar vergi yoxlaması akt ında aşağıdakı kimi göstərilmişdir: Yoxlama ilə əhatə olunan dövr ərzində yerinə yetirilmiş işlərə görə tərtib olunmuş F-2-lər üzrə material silgisinin müəyyən edilməsi məqsədilə “Azərekspertiza” Birliyindən dəvət edilmiş mütəxəssisin 14 yanvar 2020-ci il tarixli 010 saylı mütəxəssis rəyinə əsasən 2017ci il üzrə görülmüş işlərə görə mal-material xərci 1.157.046 manat müəyyən edilmişdir. Yuxanda da qeyd edildiyi kimi, təmir-tikinti və quraşdırma işlərinin faktiki həcmi həmin sahə üzrə mütəxəssis tərəfindən nəzarət ölçüsünün nəticələrinə görə müəyyən edilməlidir. Lakin iş materiallarında olan mütəxəssis rəyində müəssisə tərəfindən yerinə yetirilən işlər üzrə ümumilikdə 1.230.996 manat məbləğində material xərci çəkilməsi hesablansa da, həmin hesablamaların mənbəyi, yəni müəssisə tərəfindən gö rülmüş işlərin mütəxəssis tərəfindən nəzarət ölçüsünün aparılması nəticəsində müəyyən olunması görünmür. Bundan başqa, mütəxəssis rəyində göstərilən işlərin dəyərinin hansı normativlərə müvafiq hesablanması göstərilməmişdir. Müəssisənin təqdim etdiyi tikinti layihə və smeta sənədlərində, vergi hesab-fakturalarında, qaimələr və bank sənədlərində malların həcmi, ölçüsü barədə məlumatlar var. Vergi hesablanarkən tikinti layihə və smeta sənədlərindən, nə əlaqəli məlumatlardan, nə bazar qiymətindən nə də digər fiziki həcm, say və s. istifadə etməklə vergi hesablanmamışdır. Ona görə hazırkı ekspertiza zamanı həmin mütəxəssis rəyində aparılan hesablamaların, yəni görülən işlərə çəkilən xərcin düzgünlüyü müəyyən olunmur. Belə olan halda iş materiallarında olan sənədlərə və yuxarıda qeyd olunanlara əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə az hesablanmış ƏDV məbləği müəyyən olunmur. Yəni səyyar vergi yoxlaması ilə müəssisəyə əlavə olaraq hesablanmış 49.314,61 manat məbləğində ƏDV-nin düzgünlüyü müəyyən edilmir. Beləliklə, hazırkı ekspertiza tədqiqatı zamanı müəssisə tərəfindən aparılmış əməliyyatlara görə vergi orqanı tərəfindən hesablanmış əlavə vergilərin (mənfəət, ƏDV) düzgünlüyü müəyyən edilmir. Yəni, tədqiqatla müəssisə tərəfindən aparılmış əməliyyatlara görə az hesablanmış vergi məbləği müəyyən olunmamışdır.
70. Qeyd edilənlərdən başqa iş materiallarından görünür ki, yoxlamanın aparılması cavabdeh orqan tərəfindən 9 dəfə dayandırılmış, 1 dəfə əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi bar ədə qərar qəbul edilmiş, lakin həmin qərar sahibkarlıq sahəsində aparılan yoxlamanın vahid məlumat reyestrinə daxil edilməmişdir ki, bununla da “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələbləri pozulmuşdur.
71. Həmin Əsasnamənin 1.5-bəndinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
72. Bununla yanaşı qeyd edilməlidir ki cavabdeh Ali Məhkəməyə məhkəmə baxışının dayandırılması barədə xx.xx.2022-ci il tarixli vəsatətlə müraciət edərək İPM-nin 7.2-ci maddəsinə istinad edilib iddiaçı barəsində Cinayət Məc əlləsinin 213.3-cü maddəsi ilə ********* nömrəli cinayət işinin başlamasını və nəticə üzrə xx.xx.2022-ci il tarixli ittiham aktının qəbul edilməsini bildirmişdir.
73. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin sözügedən vəsatəti əsassız olunduğundan təmin edilməməlidir.
74. Belə ki, cavabdeh vəsatətində cinayət törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi halları göstərməsə də, cavabdehin hazırki inzibati mübahisə üzrə hüquqi mövqeyi və istinad elədiyi hallara onun apellyasiya və kassasiya şikayətlərində, yazılı etirazlarında göstərilmişdir.
75. Lakin həmin hallar yuxarıda yazılanlardan göründüyü kimi iş üzrə olan materiallarla sübuta yetirilməmiş və məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Başqa sözlə Ali Məhkəmənin hazırkı qərarı cina yət işi üzrə məsələnin həllindən asılı deyildir.
76. Əksinə sözügedən cinayət işinin sonraki prosessual gedişatı inzibati iş üzrə olan məhkəmə icraatından, yəni inzibati mübahisələrin həlli nəticəsindən asılıdır. Belə olan halda isə sözügedən cinayət işi üzrə icraat dayandırılmalıdır.
77. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, cavabdehin kassasiya şikayəti isə rədd edilməlidir.
78. Apellyasiya instansiya məhkəməsinin inzibati kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)-897/2022 saylı qərarı qismən hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 21(112)-923/2021 nömrəli, 8 oktyabr 2021-ci il tarixli qərarı 17 may 2020-ci il tarixli **********012000 saylı və **********021000 saylı qərarların ləğvi hissəsində iddia nın təmin edilməməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməli, iddiaçının iddiasının həmin hissədə təmin edilməsi barədə yeni qərar qəbul edilməli, cavabdehin kassasiya şikayəti təmin edilməməlidir.
79. Qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Cavabdehin kassasiya şikayəti rədd edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-897/2022 nömrəli, 22 aprel 2022-ci il tarixli qərarı qismən, “birinci instansiya məhkəməsinin 8 oktyabr 2021-ci il tarixli qərarının 17 mart 2020-ci il tarixli, **********012000 saylı və **********021000 saylı qərarların ləğvi hissəsində iddianın təmin edilməməsinin dəyişdiri lmədən saxlanılması hissəsində” ləğv edilsin. İddiaçının iddiasının həmin hissədə təmin edilməsi barədə yeni qərar qəbul edilsin. Cavabdehin 17 may 2020-ci il tarixli, **********012000 saylı və **********021000 saylı qərarları ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-897/2022 nömrəli, 22 aprel 2022-ci il tarixli qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.