Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1356/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ehtiyata buraxılma barədə əmrin əsasının dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “ehtiyata buraxılma barədə əmrin əsasının dəyişdirilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2-1(107)-141/ 2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2001-ci il tarixli 043 nömrəli əmri ilə leytenant, DSX rəisi-SQ Komandanının xx.xx.2004-cü il tarixli 151 ş/h nömrəli əmri ilə baş leytenant, DSX rəisi-SQ Komandanının xx.xx.2008-ci il tarixli 1696 ş/h nömrəli əmri ilə kapitan, DSX rəisi-SQ Komandanının xx.xx.2013-cu il tarixli 1072 ş/h nömrəli mayor, Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2019-cu il tarixli 544 ş/h nömrəli əmri ilə polkovnik-leytenant rütbəsi verilmişdir.
2. İddiaçı DSX rəisi SQ Komandanın xx.xx.2004-cü il tarixli 1259 ş/h nömrəli əmri ilə Silahlı Qüvvələrin 10 illiyi yubiley medalı, DSX rəisi S Q Komandanın xx.xx.2008-ci il tarixli 0129 ş/h nömrəli əmri ilə Silahlı Qüvvələrin 90 illiyi yubiley medalı, DSX rəisi SQ Komandanın xx.xx.2008-ci il tarixli 0129 ş/h nömrəli əmri ilə Sərhəd Mühafizəsinin 90 illiyi yubileyi medalı, DSX rəisi SQ Komandanın xx.xx.2008-ci il tarixli 0112 ş/h nömrəli əmri ilə iddiaçını Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalı, DSX rəisi SQ Komandanın xx.xx.2013-cü il tarixli 0298 ş/h nömrəli əmri ilə Silahlı Qüvvələrin 95 illiyi yubiley medalı, DSX rəisi SQ Komandanın xx.xx.2013-cü il tarixli 0300 ş/h nömrəli əmri ilə Sərhəd Mühafizəsinin 95 illiyi yubiley medalı, DSX rəisi SQ Komandanın xx.xx.2021-ci il tarixli 079 ş/h nömrəli əmri ilə Qüsursuz xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalı ilə təltif edilmişdir.
3. İddiaçı tərəfindən N nömrəli hə rbi hissənin komandirinə ünvanlanmış xx.xx.2020-ci il tarixdə 5/58 nömrə ilə qeydiyyata alınmış raporta əsasən iddiaçı “öz arzusu ilə” silahlı qüvvələrin ehtiyatına buraxılması üçün yuxarıda komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmiş, DSX-nin MHHK-da şəhadətləndirilməyə ehtiyacının olduğunu qeyd etmişdir.
4. Dövlət Sərhəd Xidməti rəisinin müavini X6 cənab general-leytenant A.Məmmədova ünvanlanan raportda qeyd edilmişdir ki, polkovnik-leytenant Ağayev X13 Sərhəd Xidməti rəisinin xx.xx.2021-ci il tarixli 520 ş/h nömrəli əmri ilə Sərhəd Qoşunları aparatına X8 şöbəsinin baş zabiti vəzifəsinə təyin olunmuşdur. Göstərilən vəzifədə xidmət etdiyi müddət ərzində polkovnik-leytenant İddiaçı özünü intizamlı zabit kimi göstərməyə çalışsa da, xidməti vəzifələrinin icrasına həvəssiz və la qeyd münasibət göstərmiş, X8 üzrə verilmiş tapşırıqların dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirən əsas bölmələrə vaxtında və düzgün çatdırılması və əməli köməkliyin göstərilməsi məqsədilə sərhəd dəstələrinə ezamiyyətlərə getməkdən müxtəlif bəhanələrlə yayınmağa çalışmışdır. Yol verdiyi nöqsanlarla bağlı irad tutularkən tərxis olunmaq arzusunda olduğunu bildirməklə vəziyyətdən çıxmağa cəhdlər etməkdə davam edir, ezamiyyətə getməkdən yayınmaqla yanaşı şöbədəki sənədlərin icrasına da ciddi yanaşmır, səthi münasibət göstərir. Polkovnik-leytenant İddiaçı hərbi xidmətdən ehtiyata buraxılmaqla əlaqədar yazılı raportla müraciət etməmişdir. Şöbənin baş zabiti olaraq xidmətə göstərdiyi münasibəti ilə digər hərbi qulluqçulara da öz mənfi təsirini göstərir. Bir sözlə polkovnik-leytenan t İddiaçı tutduğu vəzifədə ona göstərilən etimadı doğrultmamışdır. Qeyd olunanları nəzərə alaraq polkovnik-leytenant İddiaçı xidməti fəaliyyətinə Sərhəd Qoşunları aparatının attestasiya komissiyasında baxılması və barəsində müvafiq tədbirlərin görülməsi barədə göstəriş verilməsi xahiş olunur. 5. 13.03.2020-xx.xx.2021-ci ilə qədər olan dövr üçün DSX SQ Attestasiya Komissiyası iclasının xx.xx.2021-ci il tarixli 15 nömrəli iclas protokolundan çıxarışa əsasən iddiaçının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmasının məqsədəuyğunluğu barədə rəy verilmişdir.
6. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti X7 xx.x x.2021-ci il tarixli, 0213 nömrəli əmrindən çıxarışa əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq X8 şöbəsinin baş zabiti polkovnik-leytenant İddiaçı vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “cavabdehin onun barəsində verdiyi əmrin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması hissəsinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq Silahlı Qüvvələrdən ehtiyata buraxılması kimi dəyişdirilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5875/2022 nömrəli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, iyul 2001-ci ildən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində zabit qismində həqiqi hərbi xidmətə başlamış, müxtəlif hərbi hissələrdə xidmət keçmiş və sonuncu xidmət yeri DSX SQ Komandanlığı DSMŞ-də olmuşdur. Adı çəkilən idarədə polkovnik-leytenant hərbi rütbəsində DSX SQ X5 Mühafizəsi Şöbəsinin baş zabiti vəzifəsində xidmət keçmişdir. Xidmət etdiyi dövrdə rəhbərlik tərəfindən hər hansı bir ciddi intizam tənbehinə məruz qalmamışdır. Əksinə, dəfələrlə nümunəvi və qüsursuz xidmətinə görə təltif edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrdə təqvimi 24 il 3 ay, güzəştli 30 il 7 ay xidmət etmişdir. İkinci Qarabağ müharibəsinin fəal iştirakçısı olmuşdur. X12 5-ci X1 zaman “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.9-cu maddəsinə uyğun olaraq (öz arzusu ilə) DSX-dən həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı barədə yuxarı komandanlığa raportla (“Sərhəd Komendantlığının hazırlanmış sənədlərin qeydiyyat jurnalı”nda qeydiyyata alınmaqla Sənəd № 5/58, tarix xx.xx.2020-ci il) müraciət etmişdir. Raportu 11 fevral 2020-ci il tarixdə məxfi hissədə 327 nömrə ilə qeydiyyata alınmışdır. 11 fevral 2020ci il tarixdə 327 nömrə ilə qeydiyyata alınmış ra portu əsasında hərbi hissə komandiri polkovnik E.Zeynalov tərəfindən 24 fevral 2020-ci il tarixdə 09 nömrəli göndərişlə Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı üçün Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasına şəhadətləndirilmə üçün göndərilmişdir. Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının 03.03. 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəli”nin 13 “e” maddəsinin İİİ qrafasına əsasən “Hərbi xidmətə yararlıdır. Birinci dərəcəli alimentar piylənmə. Hepatosteatoz onikibarmaq bağırsağın xora xəstəliyi. Onikibarmaq bağırsağın soğanağının xorasından (2017-ci il) sonrakı çapıq Eroziv qastroduodenit” diaqnozu qoyulmuşdur. Mərkəzi Hərbi Həkim Komissiyası nın rəyindən sonra ehtiyata buraxılmağı barədə əmrini gözlədiyi halda onun xidmət yeri 2020-ci ilin mart ayında X12 X8 Bölməsinin rəisi vəzifəsinə dəyişdirilmişdir. O, tərxis əmrini gözlədiyi halda onu yuxarı vəzifəyə təyin etmişlər. İddiaçı yenidən ehtiyata buraxılması üçün şifahi olaraq həmin vaxt hərbi hissə komandiri olan polkovnik Eldəniz Zeynalova yuxarı komandanlığa müraciət etməsini xahiş etmişdir. 2020-ci il mart ayının sonlarında dövlət sərhədində baş vermiş hadisə ilə əlaqədar Horadiz sərhəd dəstəsinə ezamiyyətə gələn X11 Generalleytenant A.Məmmədova müraciətinin olması ilə əlaqədar hərbi hissə komandirinə (polkovnik E.Zeynalova) məruzə etmişdir. Hərbi hissə komandirinin məruzəsindən sonra X11 General-leytenant A.Məmmədov onu yanına dinləmək üçün çağırmış və iddiaçı ona əsəblə rinin artıq tab gətirmədiyini, övladlarının təhsili ilə əlaqədar ailəsindən uzaq qaldığını, himayəsində yaşlı və xəstə valideynlərinin olmasını, onların müalicəsi ilə əlaqədar tez-tez həkimə aparmalı olduğunu nəzərə alaraq ehtiyata buraxılması barədə yenidən müraciət etmişdir. O, iddiaçıya xidmətini davam etdirməyi və onu tərxis etməyəcəyini bildirmişdir. Bu hadisədən bir neçə gün sonra hərbi hissə komandirinin və qərargah rəisinin xidməti yeri dəyişdirilmişdir. Yenidən raport yazıb məxfi hissəyə təqdim etmək istədikdə məxfi hissənin rəisi bildirdi ki, göstəriş verilib ki, tərxis ilə əlaqədar raportlar məxfi hissə tərəfindən qəbul edilməsin. Əlacsızlıqdan yeni təyin edilən hərbi hissə komandiri polkovnik Zəfər Bayramova dəfələrlə ehtiyata buraxılması barədə şifahi olaraq müraciət etmiş, o, iddiaçının müraciətini X9 məruzə etdiyini və heç kimin raportuna baxılmayacağını bildirdirmişdir. 2020-ci ilin sentyabr ayının əvvəllərində xidməti zərurətlə əlaqədar hərbi hissəyə ezamiyyətə gələn X11 general-leytenant Araz Məmmədova müraciəti olduğunu hərbi hissə komandirinə məruzə etmişdir. İddiaçının məruzəsinə əsasən general-leytenant A.Məmmədov onu yanına çağırmış və bildirmişdir ki, qarşıda mühüm tapşırıqlar var, hərbi hissə cəbhə bölgəsində yerləşir və tapşırıqlar yerinə yetirildikdən sonra o, ehtiyata buraxılacaqdır. İddiaçı bununla razılaşmışdır. Horadiz sərhəd dəstəsində X14 Bölməsinin rəisi vəzifəsində xidmət etdiyi müddətdə 2-ci Vətən Müharibəsi vaxtı azad edilmiş ərazilərdə yeni yaradılan sərhəd zastavalarının yaradılmasında, zastavanın inzibati binasının mühafizəsinin və sə rhəd zastavasının xidməti ərazisində xidmətin təşkil edilməsində və ərazinin minalardan təmizlənməsində yaxından iştirak etmişdir. Daim şəxsi heyətlə birlikdə xidməti ərazidə olmuşdur. Şəxsi heyətin ərazidə təhlükəsizliyinə, döyüşsüz itkilərin olmamasını təmin etmişdir. 2-ci Vətən Müharibəsi başa çatandan sonra iddiaçı təkrarən X11 general-leytenant A.Məmmədova dəfələrlə şifahi olaraq müraciət etmiş, lakin general-leytenant A.Məmmədov bildirmişdir ki, onu tərxisə buraxmayacaqdır. Bu müraciətlərindən sonra onun xidməti yeri 2021-ci ilin mart ayında DSX-nin X3 DSMŞ-nin baş zabiti vəzifəsinə dəyişdirilmişdir. İddiaçı, aprel ayında yeni xidmət yerinə gəldikdən sonra X11 general-leytenant A.Məmmədov onu qəbuluna çağıraraq xidmətini bu vəzifədə davam etdirməyini və onu tərxis etməyəcəyini bildir miş və iddiaçı öz növbəsində yuxarıda sadaladığı problemlərinin olduğunu və xidmət edə bilməyəcəyini bildirmişdir. Həmin gündən sonra dəfələrlə DSX SQ komandanı müavinlərinin qəbulunda olmuş və tərxis olunmaq istədiyini bildirmiş və nəhayət generalleytenant A.Məmmədov onun inadkarlıq edərək ordu sıralarından ehtiyata buraxılmaq istədiyini görüb iyul ayının sonlarında onu otağına çağıraraq xidmət etməsə rütbəni alacağını, xidməti uyğunsuzluqla tərxis edəcəyini və onu DSX SQ aparatına gətirməyinə, DSMB rəisi vəzifəsindən aşağı vəzifəyə verməməyinə peşman olduğunu bildirərək onunla qərəzli mövqe apararaq yanında X10 şöbəsinin rəisinə (polkovnik-leytenant Ə.Kamilov) telefonla zəng edərək göstəriş vermişdir ki, onunla attestasiya keçirib iddiaçını attestasiyanın qərarı ilə xidməti uyğunsuzluqla tərxis etsinlər. General-leytenant A.Məmmədov kadrlar bölməsinə necə göstəriş vermişdisə avqust ayının əvvəlində elədə etdilər. Attestasiya üzvləri də ona bildirdilər ki, general-leytenant A.Məmmədov belə göstəriş verdiyini və onu digər tərxis olunmaq istəyənlərə nümunə göstərmək üçün xidməti uyğunsuzluqla tərxis edirlər. İddiaçı bununla razılaşmamış və nə əsasla onu xidmətə uyğunsuzluqla tərxis edildiyi barədə sual verdikdə X7 müavini general-leytenant Aqşin Məhərrəmov DSMŞ-nin rəisinin onun intizamsızlığı barədə raport yazdığını və həmin raporta əsasən ona attestasiya keçirdikləri bildirilmişdir. Halbuki, rəhbərlik və DSMŞ-nin rəisi tərəfindən verilən bütün tapşırıq və göstərişlər vaxtında və düzgün onun tərəfindən icra edilmişdir. Əks halda Sərhəd Qoşunlarının qərargahında xidmət etdiy i 4 aydan artıq bir müddətdə onun hər hansı bir intizam cəzası olardı. Əksinə iddiaçı DSX rəisi tərəfində “Qüsursuz xidmətlərə” görə medalı ilə iyul ayında təltif edilmişdir. Yuxarıda sadaladıqlarını bir daha sübut edir ki, DSX SQ komandanı general-leytenant A.Məmmədov ona qarşı qərəzli mövqe tutmuş və vəzifə səlahiyyətlərindən istifadə edərək onun ordu sıralarından “Xidmətə uyğunsuzluqla” tərxis edilməsi barədə təqdimatın hazırlanaraq Dövlət Sərhəd Xidmətinin rəisinə göndərilməsi üçün göstəriş vermişdir. DSX SQ komandanlığı tərəfindən hazırlanmış təqdimata uyğun olaraq 20 avqust 2021-ci il tarixli Dövlət Sərhəd Xidməti rəisinin 1592 nömrəli əmrinə əsasən iddiaçı ordu sıralarından xidmətə uyğunsuzluqla ehtiyata buraxılmışdır. Bununla da onun hüquqları kobud şəkildə pozulmuşdur. İddiaçı o rdu sıralarından ehtiyata buraxılmağı ilə əlaqədar raportla müraciət etdiyi vaxt xidmət etdiyi hərbi hissə cəbhə bölgəsində yerləşdiyi üçün 25 faiz əlavə olaraq xüsusi şəraitə görə məvacib alırdı. Lakin torpaqlar işğaldan azad olunduqdan sonra qeyd edilən əlavə 25 faiz məvacib kəsildi və bununla da onun maddi və mənəvi olaraq hüquqları pozulmuşdur. Bununla bağlı Dövlət Sərhəd Xidmətinə (ünvanına göndərilmə xx.xx.2021-ci il, ünvanına çatma xx.xx.2021-ci il) ərizə təqdim etmiş, lakin bu günədək qanunvericilikdə müəyyən olunmuş müddət (35 gündən artıq) keçməsinə baxmayaraq ərizəsinə cavab verilməmişdir. Ona görə də bu faktı (ərizəsinin cavablandırılmaması) inzibati orqanın imtinası hesab edir.
10. Cavabdeh tərəfindən təqdim edilən iddia tələbinə yazılı etirazda göstərilmişdir ki, iddiaçının i şgüzar və mənəvi keyfiyyətlərinin obyektiv qiymətləndirilməsi və tutduğu vəzifəyə uyğunluğunun müəyyən edilməsi komissiyanın iclasında dinlənilmiş və “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsi ilə Silahlı Qüvvələrin ehtiyatına buraxılacağı barədə qərar qəbul olunmuş, qərar nəzərinə çatdırılaraq attestasiya vərəqəsi ilə tanış edilmişdir. Keçirilmiş attestasiya materiallarından görünür ki, iddiaçı özünü intizamlı zabit kimi göstərməyə çalışsa da, xidməti vəzifələrinin icrasına həvəssiz və laqeyd münasibət göstərmiş, X8 üzrə verilmiş tapşırıqların dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirən əsas bölmələrə vaxtında və düzgün çatdırılmasından müxtəlif bəhanələrlə yayınmağa çalışmışdır. Yol verdiyi nöqsanlarla bağlı irad tutularkən tərx is olunmaq arzusunda olduğunu bildirməklə ezamiyyətə getməkdən yayınmaqla yanaşı şöbədəki sənədlərin icrasına da ciddi yanaşmamış, səthi münasibət göstərmiş, tutduğu vəzifədə ona göstərilən etimadı doğrultmamışdır. Bundan başqa, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 86-cı maddəsinə əsasən (Hərbi kadrların düzgün seçilməsi, yerləşdirilməsi və tərbiyə edilməsi məqsədilə hərbi qulluqçuların (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından başqa) attestasiya keçirilir. Attestasiya zamanı hər bir hərbi qulluqçunun işgüzar və mənəvi keyfiyyətlərinin obyektiv qiyməti verilir, tutduğu vəzifəsinə uyğunluğu və onun xidməti istifadəsinin perspektivi müəyyənləşdirilir, xidmətdə irəli çəkilmək və təhsil almağa göndərilmək üçün nami zədlərin ehtiyatı aşkar edilir) attestasiyaların keçirilməsi həmçinin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 87-ci maddəsinin (Dinc dövrdə zabitlərin attestasiyası dörd ildən bir dəfə keçirilir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bütün hərbi qulluqçuların, yaxud ayrı-ayrı kateqoriyalarının attestasiyası başqa müddətlərdə də keçirilə bilər) tələbləri nəzərə alınmaqla planlaşdırılır və həyata keçirilir.
11. Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2-1(116)-1350/2022 nömrəli qərarı (hakim V.Ə.Musayev) ilə iddia təmin edilmiş, Dövlət Sərhəd Xidməti X7 xx.xx.2021-ci il tarixli, 0213 nömrəli əmrinin iddiaçının “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən (xidməti uyğunsuzluğa görə) eht iyata buraxılması hissəsi “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanunun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılması kimi dəyişdirilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh orqan iddiaçının vəzifəsində olan dəyişiklikdən asılı olmayaraq iddiaçının öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün verilmiş raportun məzmununa uyğun inzibati araşdırma aparmalı, vəzifə dəyişkənliyindən sonra iddiaçının öz arzusu ilə silahlı qüvvələrin ehtiyatına buraxılması ilə bağlı eyni mövqedə olub-olmamasını öyrənməli idi. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçının rütbəsində və vəzifəsində baş vermiş dəyişikliklər onun iradəsi ilə baş verməmişdir. Belə olan halda, cavabdeh orqan öz ira dəsi ilə iddiaçının vəzifəsini dəyişməklə, sözügedən raporta uyğun inzibati araşdırma aparılması vəzifəsinin icrasından yayına bilməz.
13. Bundan başqa, iddiaçının öz arzusu ilə ehtiyata buraxılmaqla müraciəti və mövqeyi attestasiyanı həyata keçirən orqana məlum idi. Yəni, cavabdeh orqan iddiaçını attestasiyadan keçirərkən onun tərxis olmaq fikrində qəti olduğunu və iddiaçının müvafiq müraciətinin olduğunu bildiyi halda, iddiaçının “öz arzusu ilə” yox, “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılması ilə bağlı icraat aparmışdır. Attestasiyada iddiaçının müəyyən nöqsanlara yol verdiyi qeyd olunsa da, bu hallara dair hər hansı aktlaşdırılmış sənəd, izahat, sübut təqdim edilməmiş, iddiaçıya hərbi xidmətdən buraxılmamışdan öncə hər hansı xəbərdarlıq edilməsinə və ya töhmət verilməsinə dair sən əd cavabdeh tərəfindən təqdim edilməmiş, attestasiya komissiyasının rəyi ümumi ifadələrdən istifadə edilməklə tərtib edilmiş, əsaslandırılmamış, orada qeyd olunan halları təsdiq edən sübutlar əlavə edilməmiş, bunun əsasında da mübahisələndirilən əmr verilməklə əsaslandırılmamış inzibati akt qəbul edilmişdir.
14. Məhkəmə iclasında cavabdehin nümayəndələri tərəfindən iddiaçının xidməti vərəqəsindən çıxarış təqdim edilmiş, 2018-2021-ci illərdə iddiaçı barəsində müxtəlif intizam cəzalarının verilməsinə istinad edilmişdir. Təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, iddiaçıya verilmiş intizam cəzaları ilə bağlı bir çox qeydlər SHXÇÜDX-nin Qəbələ rayon şöbəsi tərəfindən təqdim edilmiş iddiaçının şəxsi işində yoxdur. Həmçinin qeyd edilən müxtəlif illərə aid intizam cəzalarının əksəriyyəti onun v erən vəzifəli şəxs tərəfindən imzalanmamış, həmçinin iddiaçıya elan edilməmişdir. Digər tərəfdən ümumiyyətlə attestasiya vərəqəsində həmin intizam cəzalarına istinad edilməmiş, attestasiya vərəqəsində iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması subyektiv mülahizələrlə əsaslandırılmışdır. Əksinə, xidmət dəftərçəsindən görünür ki, iddiaçı dəfələrlə müxtəlif yubiley medalları ilə, həmçinin xx.xx.2020-ci il tarixdə “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medalla, xx.xx.2021-ci il tarixdə “Qüsursuz xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalla təltif olunmuşdur.
15. Məhkəmə qeyd etmişdir ki, dəfələrlə intizam cəzası verilmiş, verilən əmr və göstərişlərin icrasına məsuliyyətlə yanaşmayan zabitin vəzifədə irəli çəkilməsi ilə bağlı cavabdeh orqanın fəaliyyəti anlaşılan deyi l. Nəzərə alınmalıdır ki, iddiaçıya “Qüsursuz xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medal xx.xx.2021-ci il tarixdə verilmişdir.
16. Məhkəmə hesab etmişdir ki, iddiaçı barəsində mübahisəli əmr qəbul olunarkən heç bir araşdırma aparılmamış, onun dinlənilmə hüququ təmin edilməmiş, xx.xx.2021-ci il tarixdə Qüsursuz Xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilmiş hərbi qulluqçunun “verilən əmr və göstərişlərin icrasına məsuliyyətlə yanaşmayan zabit olması” dəlili əsaslandırılmamışdır. Xidmət vərəqəsində qeyd edilmiş intizam cəzaları isə hazırda mübahisələndirilən əmrin qanuni sayılması üçün yetərli hesab edilə bilməz. İddiaçı öz arzusu ilə ehtiyata buraxılma raportu ilə müraciət etdiyi halda, attestasiya vərəqəsində iddiaçının ehtiyata buraxılma ilə bağlı müraciətinin olmadığı qeyd edilmişdir. Belə olan halda cavabdehin iddiaçını məhz xidməti uyğunsuzluqla tərxis etməsinin məqsədi məhkəməyə aydın deyil. Cavabdeh tərəfindən də bu istiqamətdə tutarlı heç bir dəlil irəli sürülməmişdir.
17. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
18. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2-1(107)-141/2023 nömrəli qərarı (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, G.İ.Cavadova və R.R.Rəfiyev) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2-1(116)-1350/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiya məhkə məsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və gəldiyi nəticəni “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0-cı maddəsi, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 162-ci bəndi və “İnzibati icraat haqqında” Qanunun 67.1-67.3-cü maddələri ilə əsaslandırmışdır.
20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh qeyd edir ki, iddiaçı xidməti vəzifələrinin icrasına həvəssiz və laqeyd münasibət göstərmiş, X8 üzrə verilmiş tapşırıqların dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirən əsas bölmələrə vaxtında və düzgün çatdırılma sından müxtəlif bəhanələrlə yayınmağa çalışmışdır. Yol verdiyi nöqsanlarla bağlı irad tutularkən tərxis olunmaq istədiyini şifahi bildirərək ezamiyyətə getməkdən yayınmaqla yanaşı şöbədəki sənədlərin icrasına da ciddi yanaşmamış, səthi münasibət göstərmiş, tutduğu vəzifədə ona göstərilən etimadı doğrultmamışdır. Xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə, iddiaçıya dəfələrlə intizam cəzası verilərək intizam məsuliyyətinə cəlb edilmişdir. İddiaçı işlədiyi vəzifənin icrasını düzgün təşkil etməmiş, müvafiq təlimatların və nizamnamələrin tələblərinə riayət etməmiş, işinə laqeyd, səhlənkar yanaşdığına görə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanunun 41.0.6.-cı maddəsinə əsasən (xidməti uyğunsuzluğa görə) Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Məhkəmə həm in hallara düzgün qiymət verməmiş, iddiaçının xidmət etdiyi dövrdə etdiyi nöqsanları gözardı etmiş, iddiaçının ərizəsində qeyd etdiyi xidməti dövründə alınmış təltifləri əsas gətirərək iddiaçının qeyd olunan maddə ilə ehtiyata buraxılmasını əsassız saymışdır. Halbuki xidməti dövrdə təltif olunmaq hərbi qulluqçunun bütün xidmət dövrü üçün sığortası demək deyil. İddiaçı xidmət illərində orden və medallarla təltif oluna bilər, amma bu hal onda arxayınlıq, işə qarşı laqeydlik, tələbkarlığın olmaması hallarını yaratmamalıdır. Əksinə daha da təşəbbüskar olmalı, öz vəzifəsinə nizam intizamla yanaşmalıdır. Ancaq işin hallarından görünür ki, iddiaçı ona olunan qayğını sui-istifadə halına gətirmiş, onda arxayınçılıq yaratmış və nəticədə yuxarıda qeyd edilən neqativ hallar baş vermişdir. İddiaçının 2 020-ci ilin fevral ayında öz arzusu ilə tərxis olunması barədə raportundan sonra onun tutduğu vəzifə və xidmət yeri onun xidmət edə bilməyəcəyini əsas gətirən hallar nəzərə alınmaqla dəyişdirilmiş və ona daha bir şans verilmişdir. Lakin iddiaçı dəyişdirilmiş vəzifəsi və xidmət yeri ilə razı olsa da (yəni heç bir etiraz etmədən işə gəlib getmişdir), vəzifəsinin icrasına laqeyd yanaşmış, bu halda onun «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanunun 41.0.6.-cı maddəsinə əsasən (xidməti uyğunsuzluğa görə) Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə əmrə gətirib çıxarmışdır. Məhkəmə iddia tələbi üzrə araşdırmanı birtərəfli qaydada aparmış və təqdim edilən sübutlara qiymət verməyərək düzgün nəticəyə gəlməmişdir. Həmçinin məhkəmə iddia müddəti keçmiş ərizəni icraata q əbul edərək mahiyyəti üzrə qərar qəbul etmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
22. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2-1(107)-141/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidm ət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydas ında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X4”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə.
24. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə ha qqında” Əsasnamə:
162. Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır.... İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab ver ilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır....
25. Azərbaycan Respublikasının 17 may 2002-ci il tarixli, 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamə: 1. “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. 2. “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvi m ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə....
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... b) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edil ən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
27. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
32. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin mahiyyətcə iddia tələbinə etiraz və apellyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək və onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq həmin qərarın təsdiqi ilə kifayətlənmək mümkündür.
33. Cavabdehin şikayətinin təkrarlanan dəlillərinə görə apellyasiya instansiyası məhkəməsi iddiaçının xidmət etdiyi dövrdə etdiyi nöqsanları gözardı etmiş, iddiaçının ərizəsində qeyd etdiyi xidməti dövründə alınmış təltifləri əsas gətirərək iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasını əsassız saymışdır.
34. Bununla bağlı, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, müxtəlif illərə aid intizam cəzalarının əksəriyyəti onun verə n vəzifəli şəxs tərəfindən imzalanmamış, həmçinin iddiaçıya elan edilməmişdir. Digər tərəfdən ümumiyyətlə attestasiya vərəqəsində həmin intizam cəzalarına istinad edilməmiş, attestasiya vərəqəsində iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması subyektiv mülahizələrlə əsaslandırılmışdır. Əksinə, iddiaçıya verilmiş intizam cəzaları ilə bağlı bir çox qeydlər SHXÇÜDX-nin Qəbələ rayon şöbəsi tərəfindən təqdim edilmiş iddiaçının şəxsi işində yoxdur.
35. Cavabdeh tərəfindən təqdim edilən, iddiaçıya xx.xx.2012-ci il tarixli əmrlə töhmət, xx.xx.2018-ci il tarixli əmrlə şiddətli töhmət, xx.xx.2018-ci il tarixli əmrlə töhmət, xx.xx.2020-ci il tarixli əmrlə şiddətli töhmət elan edilməsi barədə əmrlərin iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair əmrin verilməsinə əsas olub-olmaması ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
36. Belə ki, Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnaməyə görə “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə verilir.
37. İş materialları müəyyən olunur ki, iddiaçı xidmət dövrü ərzində dəfələrlə müxtəlif medallarla təltif olunmuş, sonuncu dəfə xx.xx.2021-ci il tarixli 079 ş/h nömrəli əmrlə “Qüsursuz xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalı” ilə təltif ed ilmişdir.
38. Göründüyü kimi, iddiaçı xx.xx.2021-ci il tarixdə “Qüsursuz xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalı” ilə təltif edilməklə onun 2011-2021-ci illərdə qüsursuz xidmət etməsi öz təsdiqini tapmışdır. Yəni iddiaçının qüsursuz xidmət illərinə görə medalla təltif edilməsinə baxmayaraq həmin qüsursuz xidmət illərində - 2012-2020-ci illərdə iddiaçıya elan edilən töhmət və şiddətli töhmət nəticə etibarı ilə onun xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına əsas hesab edilə bilməz.
39. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı barəsində mübahisəli əmr qəbul olunarkən heç bir araşdırma aparılmamış, onun dinlənilmə hüququ təmin edilməmiş, xx.xx.2021-ci il tarixdə Qüsursuz Xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilmiş hərbi qulluqçunun “verilən əmr və göstərişlərin icrasına məsuliyyətlə yanaşmayan zabit olması” dəlili əsaslandırılmamışdır.
40. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 162-ci bəndinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır.
41. Hazırkı iş üzrə cavabdeh tərəfindən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılan iddiaçı ilə müvafiq söhbətlərin aparılması, iddiaçının dinlənilmə hüququnun təmin edilməsi müəyyən olunmur. Odur ki, iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması bar ədə cavabdehin şikayətinin dəlilləri əsaslı olmamışdır.
42. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla düzgün qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
43. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki A pellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 21(107)-141/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.