Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1357/2020 26.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə təyinat idarəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1357/2020) Açar söz: 57 yaş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası Bakı şəhəri xx xxxxxx 2020-ci il Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əh alinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-438/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx.xx.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı xx.xx.1948-ci ildə doğulmuşdur və hazırda Bakı şəhərində yaşayır. İddiaçının əmək kitabçasında əksini tapmış məlumatlara əsasən iddiaçı, xx.xx.1967ci ildən xx.xx.1967-ci ilə qədər «Bakı Fəhlə» zavodunda xarrat, xx.xx.1968-ci ildən xx.xx.1968-ci ilə qədər «X1»nda qəbuledici-nəz arətçi, xx.xx.1969-cu ildən xx.xx.1970-ci ilə qədər 3 №-li Tikinti-Quraşdırma İdarəsində, xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilə qədər gözətçi, xx.xx.1973-cü ildən xx.xx.1973-cü ilə qədər 73 №-li uşaq bağçasında gözətçi, xx.xx.1973-cü ildən xx.xx.1973-cü ilə qədər «Neft Daşları» X3 İdarəsində 4-cü dərəcəli qazma avadanlıqların və aqreqatların təmiri üzrə çilingər, xx.xx.1973-cü ildən xx.xx.1974cü ilə qədər 5-ci dərəcəli qazma avadanlıqların və aqreqatların təmiri üzrə çilingər, xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilə qədər təmir və kirayə sexinə borular üzrə mühəndis, xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilə qədər təmir və kirayə sexinə borular üzrə mühəndis, xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilə qədər həmin idarənin qaz kompressor sexində böyük mühəndis, xx.xx.1977-ci ildən xx.xx.1982-ci ilə qə dər böyük mexanik, xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilə qədər idarədə rəhbərlik yanında aparatda baş mexanik, xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilə qədər «Xəzərdənizneftqazsənaye» İB-nin «Bulla» X2 İdarəsində qazma avadanlıqlarının təmiri üzrə böyük mexanik, xx.xx.1983-cü ildən xx.xx.1986-cı ilə qədər İstehsalat Xidmət Bazasının rəisi, xx.xx.1986-cı ildən xx.xx.1994-cü ilə qədər İstehsalata Xidmət Bazasının rəisi, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə qədər Tamponaj İdarəsində quyuların sementlənmə sexinə aqreqatların avadanlığı üzrə böyük mexanik, xx.xx.1994-cü ildən xx.xx.2001-ci ilə qədər İstehsalata Xidmət Bazasının rəisi, xx.xx.2001ci ildən xx.xx.2006-cı ilə qədər həmin idarənin MMTX-nin 13-cü dərəcəli növbə rəisi, xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilə qədər «Bayıl Limanı» X2 İdarəsi «Bulla» Qazma sexində MMTX-nin 13-cü dərəcəli növbə rəisi, xx.xx.2007-ci ildən xx.xx.2009-cu ilə qədər 13-cü dərəcəli mühəndis, xx.xx.2009-cu ildən xx.xx.2010-cu ilə qədər 13-cü dərəcəli növbə rəisi vəzifəsində işləmişdir. İddiaçıya xx.xx.2010-cu ildə yaşa görə pensiya təyin olunmuşdur. İddiaçı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edərək, işlədiyi çilingər peşəsinin Azərbaycan Resbulikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li siyahının Xİİ bölməsinin 2130100a-18559, böyük mexanik 2130100b-23485, rəis 2130200b-24125, böyük mexanik 2130200b-23485, böyük mühəndis isə 2130200b-17541 şifrlərinə uyğun olduğu üçün ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının xahi şini təmin etməmiş və xx xxxxxxxx 2019-cu il tarixli məktubla iddiaçıya cavab verərək bildirmişdir ki, onun şöbəyə təqdim etdiyi xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli arayışlarında qeyd olunan xx.xx.1973-cü ildən xx.xx.2010-cu il tarixədək işlədiyi peşələr nə Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li siyahıya, nə də xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıya uyğun gəlmir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsasland ırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Nazirlər Kabinetinin xx xxxx 1993-cü il 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olan kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır və o, həmin kateqoriya işçilərə aiddir. Cavabdeh orqan ona 57 yaşdan yaşa görə pensiya təyin edilməsindən əsassız imtina etmişdir. Cavabdehin etiraz dəlilləri: Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iştirak etməmiş və iddia tələbinə dair yazılı etiraz və mülahizə təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4401/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim T.Əsədova) iddia tələbi təmin edilmiş, İddiaçı 57 yaşı tamam olduğundan ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi çilingər peşəsi Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li siyahının Xİİ bölməsinin 2130100a-18559, böyük mexanik 2130100b-23485, rəis 2130200b-24125, böyük mexanik 2130200b-23485, böyük mühəndis isə 2130200b-17541 şifrlərinə uyğun gəlməsi iddiaçıya məxsus əmək kitabçası və iş yerindən təqdim edilmiş arayışla öz təsdiqini tapdığından cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səb əb olmuşdur. Cavabdehin nümayəndəsi qərarın dəlilləri ilə razılaşmamış və apelyasiya şikayəti verərək qərarın ləğv olnmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-438/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə (hakimlər S.Seyidova (sədrlik edən və məruzəçi), V.Ağayev və A.Nuriyeva) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-4401/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmışdır. Cavabdehin nümayəndəsi bu qərarın dəlilləri ilə də razılaşmamış, kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barəd ə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə əmək pensiyaları yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinin “b" bəndinə uyğun olaraq Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası huququ vardır. Məhkəmələrdə güzəştli şərtlərlə pensiya təyini zamanı suiistifadə hallarına yol verməmək üçün iddiaçının çalışdığı vəzifələrin siyahılarda qeyd olunan vəzifələrin adları (hərfi yazılışları) ilə dəqiq uyğunluq təşkil etməsi təcrübəsi vardır. Analoji işlərə baxılması ilə bağlı Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyinə görə hər hansı peşə adlarını siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz. Uyğunlaşdırma üçün peşələrinin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Baxılan halda isə müvafiq vəzifə sö zügedən siyahıda nəinki açıq şəkildə, ümumiyyətlə göstərilməmişdir. Tərəflərin izahatları: Cavabdehin vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmişdir. Əsaslandırıcı hissə Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır v ə yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxışa göndərilməlidir. Belə ki, iddiaçı onun xx.xx.2006-cı il tarixə 25 il sosial sığorta stajına malik olduğunu, bu dövrün 12,5 ilinin güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasına imkan verən peşələrə aid olduğunu iddia edir və bu əsasla ona pensiya təyin olunmasını xahiş edir. İddiaçının bu tələbinin hüquqi əsaslarını təşkil edən «Əmək pensiyaları haq qında» Qanunun 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyas ı hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin «a» bəndinə görə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin maddənin «b» bəndində isə göstərilirdi ki, əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. xx.xx.1997-ci il 321-İQD saylı Qanunla 13-cü maddəyə edilən dəyişikliyə əsasən, qeyd olunan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1dək hər il 6 ay artırılmışdır. Göründüyü k imi iddanın təmin olunması üçün aşağıdakı şərtlər məcmu halda mövcud olmalıdır:
1. İddiaçının xx.xx.2006-cı il tarixə 25 il ümumi stajı olmalıdır;
2. İddiaçı həmin müddətin 12 il 6 ayını istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısında göstərilən işlərdə işləməlidir;
3. İddiaçı 57 yaşa çatmalıdır. Əgər bu şərtlərdən hər hansı biri mövcud olmazsa, şəxsə Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin olunması mümkün olmayacaqdır. Apelyasiya instansiyası məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmasını bununla əsaslandırmışdır ki, iddiaçının işlədiyi çilingər peşəsi Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li siyah ının Xİİ bölməsinin 2130100a-18559, böyük mexanik 2130100b-23485, rəis 2130200b-24125, böyük mexanik 2130200b-23485, böyük mühəndis isə 2130200b-17541 şifrlərinə uyğun gəlməsi iddiaçıya məxsus əmək kitabçasına və iş yerindən təqdim edilmiş arayışla öz təsdiqini tapdığından cavabdeh inzibati orqanın ona güzəştli şərtlərlə pensiya təyin etməkdən imtina etməsi qanuna ziddir. Lakin apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə iş materiallarına uyğun deyildir. Əvvəla, Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li siyahının Xİİ bölməsinin 2130100a-18559 şifrində bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi çilingərlər, 2130100b-23485 şifrində quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, q üllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsi ilə məşğul olan mexaniklər və böyük mexaniklər, 2130200b-24125 şifrində neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft‐qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri, 2130200b-23485 şifrində böyük mexaniklər, 2130200b-17541 şifrlərində quyularda geofiziki tədqiqatlar yerinə yetirən geofiziki‐mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri: mədən‐geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları nəzərdə tutulmuşdur. Məhkəmənin qərarında həmçinin göstərilmişdir ki, «iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2019-cu il tarixli SOCAR**********80020115X00115 №-li arayışından görünür ki, iddiaçının Azərbayca n Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 1 nömrəli Siyahısı» üzrə güzəştli iş stajının mövcud olmasına dair işlədiyi müəssisə tərəfindən arayış tərtib olunmuşdur». Halbuki, Neft Şirkətinin xx.xx.2019-cu il tarixli həmin arayışında yalnız iddiaçının işlədiyi sahələr, peşələr və müddətlər göstərilmiş, həmin sahə və peşələrin əmək şəraiti zərərli və ağır olan işlərə aid olub olmaması, Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 və ya 2 nömrəli siyahıda hansı koda uyğun olması qeyd olunmamışdır. Həmin arayışda ümumiyyətlə iddiaçının «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 1 nömrəli Siyahısı» və ya 2 nömrəli Siyahısı üzrə güzəştli iş stajının olması yazılmamışdır. Əksinə, iddiaçının işlədiyi peşələr tarix ardıcıllığı ilə göstərildikdən sonra aryışın “qeyd” hissəsində yazılmışdır ki, “Yuxarıda göstərilənləri nəzərə alaraq, həmçinin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2002-ci il tarixli, 781 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası DSMF-nin Əsasnaməsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası DSMF Azərbaycan Respublikasında məcburi dövlət sosial sığorta və əmək pensiyaları sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olduğundan güzəştli şərtlə pensiyaya çıxmaqla əlaqədar həmin icra hakimiyyəti orqanına müraciət etməyinizi məqsədəuyğun hesab edirik”. Bundan başqa, apelyasiya məhkəməsi Dövlət Neft Şirkətinin xx.xx.2019-cu il tarixli arayışını sübut kimi qəbul etmiş və istinad edərək bildirmişdir ki, arayışda iddiaçının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahısı üzrə güzəştli iş stajının mövcud olması göstərilmişdir. Lakin məhkəmə iddiaçının əmək fəaliyyətini 2 nömrəli Siyahıya uyğunlaşdırmış (iddiaçının işlədiyi böyük mexanik, böyük mühəndis və çilingər peşəsinin Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 Noli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»-nın 2130100a-18559, 2130100b-23485, 2130200b-24125, 2130200b-23485, 2130200b-17541 şifrlərinə istinad edilməklə güzəştli iş stajı kimi qəbul olunmasını məqsədə müvafiq hesab etmiş) və bu ziddiyyəti saslandırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışın təyinatı, şəxsin işlədiyi pe şənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin Siyahıdakı hansı koda (kodlara) uyğun olduğu dəqiq göstərilməli, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları (müəssisənin fəaliyyət istiqaməti və s.), eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini (işin xarakteri, funksional vəzifəsi) əks etdirməli, həmçinin əsaslandırılmış olmalıdır. Lakin iş materiallarında olan və məhkəmələrin sübut kimi isti nad etdikləri «Sokar» şirkəti tərəfindən verilmiş arayış bu tələblərə cavab vermir və buna görə də mötəbər sübut kimi qəbul olana bilməz. Arayışda ümumiyyətlə iddiaçının işlədiyi peşə və sahənin Siyahılarla əksini tapmış hansı peşə və sahəyə uyğun olması göstərilməmişdir. İşin hallarının bu vəziyyətində, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasına imkan verən peşə və istehsalatlarda işlədiyinə dair məhkəmənin gəldiyi nəticə, Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsində müəyyən olunan sübutların məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldaqdan sonra qiymətləndirilməsi barədə qaydaya, habelə İPM-nin 12-ci maddəsində nəzərdə tutulan işin hallarının araşdırılması prinsipinə uyğun gəlmir. Məhkəmə bu prosessual normaların tələblərinə uyğun olaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən, Siyahılarda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğunu müəyyən etmək üçün həmin peşənin siyahıya uyğun olmasını ətraflı araşdırmalı, onun işlədiyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayılması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməklə işin xarakterinə dair əlavə məlumatlar almalı, həmin sübutlara qiymət verməklə yekun qərar çıxartmalı idi. Məhkəmə kollegiyası onu da xatırladır ki, məhkəmələr yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş iş yerlərindən təqdim edilmiş arayışları həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Ona görə də, işlərə baxılarkən həmin arayış ların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. İşin tam və hərtərəfli araşdırılması barədə yuxarıda göstərilən prosessual tələblərə riayət olunmaması, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün əsasdır. Lakin iş üzrə yeni qərar çıxarılması üçün, əvvəlki abzasda göstərilən halların araşdırılması zəruridir və əhəmiyyətli sayda sübutların araşdırılması tələb olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Buna görə də k assasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. İşə apelyasiya instansiyasında təkrar baxılarkən, yuxarıda göstərilən hallar araşdırılmalı və nəticəsindən asılı olaraq qərar qəbul edilməlidir. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 95 və 96-cı maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-438/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.