Məhkəmə qərarları › İş №2-1(102)-1357/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1357/2022

03.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1357/2022 03.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X1rşı iş üzrə QƏRARİ Açar sözlər: “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1993-cü il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X1rşı “diplomun tanınması və ekvivalentlik şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1387/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1 sentyabr 2010 – 1 fevral 2016-cı illər arasında Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universitetində “Maliyyə və kredit” ixtisası üzrə qiyabi təhsil almış və ona 29 yanvar 2016-cı il tarixli, 9 saylı qərarla, 10 fevral 2016-cı il tarixdə 107724 ******* nömrəli bakalavr diplomu verilmişdir.

2. İddiaçı diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.

3. İddiaçı diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respubl ikasının Təhsil Nazirliyinə müraciət etmiş, 20 aprel 2021-ci il tarixli elektron məktubla iddiaçının müraciəti təmin edilməmiş və bildirilmişdir ki, ali təhsil sənədlərinin araşdırılması zamanı Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Bu səbəbdən onun aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 8 may 2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Rusiya Dövlət Sosi al Universiteti tərəfindən ona verilmiş 107724 ******* nömrəli, 10 fevral 2016-cı il tarixli diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı 17 may 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin 18 may 2021-ci il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-2016-cı illər arasında Rusiya Federasiyasında Rusiya Dövlət Sosial Universitetində qiyabi təhsil forması üzrə tədris planına uyğun olaraq təhsil almış, tədris planını yerinə yetirmiş, ixtisas üzrə dövlət imtahanlarını vermiş və diplom işini müdafiə etmişdir. Bunun müqabilində universitet ona müvafiq bakalavr diplomu vermişdir. Qeyd edilmişdir ki, ona məxsus xarici pasportun təsdiq edilmiş surətindən görünür ki, iddiaçı təhsil müddəti ərzində dəfələrlə Rusiya Federasiyasına gedib gəlmiş, təhsil proqramını mənimsəmiş, müvafiq imtahanları vermişdir. İddiaçı bəzi zamanlarda təyin edilmiş imtahan günlərindən qabaq imtahan verdiyini də bildirmişdir.

7. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında imtina məktubunda göstərilən dəlillərə istinad edərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6556/2021 nömrəli, 5 noyabr 2021-ci il tarixli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarında olan İAMAS bazasındakı məlumatlara əsasən iddiaçının təhsilin ilk ili tədris aldığı ölkəyə getməməsi, eyni zamanda digər illərdə həmin ölkədə olma müddəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.8, 2.9 və 2.11-ci bəndlərinin tələblərinə uyğun olmamaqla, qiyabi təhsil alan tələbələr üçün auditoriyada olma müddətini ödəmədiyini deməyə əsas verir. (iddiaçının İ və İİİ illərdə gün ərzində 16 saat auditoriyada olduğu güman olunsa belə). Universitet məktubunda iddiaçının qiyabi təhsilinin distant təhsil texnologiyalarının tətbiqi ilə həyat keçirildiyini göstərmişir. Lakin bu hal Azərbaycan Respublikasında mövcud olan ali təhsilin dövlət standartının tələblərinə uyğun deyildir. Çünki təhsil haqqında milli qanunvericilik qiyabi və distant (məsafədən) təhsilalma formalarını müstəqil forma kimi müəyyənləşdirmiş və qiyabi təhsilalma formasında distant təhsilalma formasında istifadəni nəzərdə tutmamışdır.

10. İddiaçı apellyasiya şikayəti verərək qeyd olunan qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1387/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.P.Oruczadə /məruzəçi/, X.A.Cəmilova və M.N.Tağızadə) iddiaçının apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6556/2021 nömrəli, 5 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, Rusiya Dövlət Sosial Universiteti tərəfindən iddiaçıya verilmiş 107724 ******* nömrəli, xx.xx.2016-cı il tarixli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamə verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Təhsil haqqında” Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ xarakterli aktlarda distant təhsilalma forması bilavasitə təsbit olunmuşdur. Həm də nəzərə alınmalıdır ki, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktlarının qəbul olunmaması və distant təhsilin dövlət standartlarının müəyyən edilməməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin tanınmasından imtinanın, buradan, hazırkı məzmunda iddianın rədd edilməsinin qeyd-şərtsiz (Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərdə nəzərdə tutulan hallar istisna edilməklə) əsası kimi çıxış edə bilməz.

13. Həmçinin, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının təhsil aldığı Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin 23 avqust 2017-ci il tarixli 816 nömrəli əmrindən, həmçinin həmin ölkənin qanunvericilik normalarından aydın olduğu kimi Universitetin yerləşdiyi ölkənin qanunvericiliyində distant təhsil texnologiyalarının tətbiqi ilə təhsil forması nəzərdə t utulmuşdur.

14. Bundan başqa, iddiaçı ilə inzibati icraat zamanı aparılmış müsahibədə onun təhsil aldığı fənlərin mənimsənilməsinin, tədris dilini bilməsinin qənaətbəxş olmaması barədə nəticəyə gəlinməmiş, əksinə tədris olunan dili bilmə bacarığı müsbət rəylə qiymətləndirilmişdir.

15. Məhkəmə kollegiyası bildirmişdir ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi qərarlarda da hüquqi mövqe belə əsaslandırılmışdır (2-1(102)-1359/2020 saylı xx.xx.2020-ci il tarixli qərar).

16. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a) Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə qərarında (səhifə 4) göst ərmişdir ki, İddiaçı həqiqətən xx.xx.2010-cu ildən xx.xx.2016-cı ilə kimi distant təhsil texnologiyalarının tətbiqi ilə “Maliyyə və kredit” ixtisası üzrə pullu təhsil xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə qiyabi təhsil formasının əsas peşə təhsil proqramı üzrə Rusiya Sosial Dövlət Universitetinin tələbəsi olmuşdur. Məhkəmə qərarın 8-ci səhifəsində distant təhsilalma formasının bilavasitə "Təhsil haqqında” Qanunda təsbit edilməsini əsas gətirərək distant texnologiyaların tətbiqi ilə qiyabi təhsil alınmasını Azərbaycan Respublikasında tətbiq olunan ali təhsilin mövcud standartları ilə uyğunsuzluq təşkil etməməsi qənaətinə gəlmiş, birinci instansiya məhkəməsinin əsaslandırmasını qəbul etməmişdir.

18. Halbuki, birinci instansiya məhkəməsi işi hərtərəfli və tam həcmdə tədqiq edərə k göstərmişdir ki, qanunvericilik qiyabi və distant (məsafədən) təhsilalma formalarını müstəqil forma kimi müəyyənləşdirmiş və qiyabi təhsilalma formasında distant təhsilalma formasından istifadəni nəzərdə tutmamışdır. Qeyd olunan mövqe həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının oxşar işlər üzrə mövqeyini əks etdirir (2-1 (102)-794/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərar).

19. Belə ki, bu məsələyə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-794/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərarının 36-cı bəndində “tədris zamanı qiyabi distant texnologiyalarından istifadə olunması” dəlilinə qiymət verərək hesab etmişdir ki, qiyabi və distant təhsilalma formaları ‘Təhsil haqqında” Azərbaycan Respublikasının qanununda bir -birindən fərqləndirilən anlayışlardır. Rusiya Federasiyasında qiyabi təhsilalma forması zamanı zəruri hallarda distant təhsil texnologiyalarından istifadə olunması yolverilən olsa da, bu qiyabi və distant təhsilin eyni olması mənasını özündə ehtiva etmir. Eyni zamanda sözügedən qərarın 37-ci bəndi də təhsilalma formasının müəyyən olunmasında məhz diplom əlavəsində göstərilmiş təhsilalma formasının əsas kimi götürülməsinə əsas verir.

20. Rusiya Dövlət Sosial Universiteti tərəfindən xx.xx.2016-cı il tarixində təqdim olunmuş 107724 ******* nömrəli diplom əlavəsinin 5-ci hissəsinə əsasən müəyyən olunur ki, iddiaçı qiyabi formada təhsil almışdır. Bu fakt eyni zamanda apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuş ekspert rəyində də öz əksini tapsa da, məhkəmə ekspert rəyinə ümumiyyətlə ön əm verməmiş, bununla da Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinin tələblərini kobud şəkildə pozmuşdur.

21. Bundan başqa, məhkəmə qərarında iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin iddiaçı tərəfindən sübut edildiyini qeyd etsə də, bütün sübutetmə yalnız Rusiya Dövlət Sosial Universiteti tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli məktub üzərində qurulmuşdur ki, məhkəmə bu dəlili belə tam tədqiq etməmişdir. Belə ki, qeyd olunan məktubda göstərilmişdir ki, İddiaçı xx.xx.2010-cu ildən xx.xx.2016-cı ilə kimi distant texnologiyaların tətbiqi ifə müvafiq müqavilə üzrə qiyabi təhsil formasının əsas peşə təhsil proqramı üzrə Universitetin tələbəsi olmuşdur. Məhkəmə iddiaçının təhsilalma formasının qiyabi olm asını, Azərbaycanda qiyabi-distant təhsilalma formasının mövcud olmamasını nəzərə almamaqla yanaşı həmçinin distant texnologiyaların tətbiqinin ümumiyyətlə necə baş verdiyini, universitet tərəfindən təqdim olunmuş məktubun məzmununa diqqət yetirməmişdir.

22. Eyni zamanda, məhkəmə Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Höküməti və Rusiya Federasiyası Höküməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş”in 1-ci maddəsinə istinad etmişdir ki, həmin maddəadə birbaşa xarici kvalifikasiyaların tanınması barədə hər hansı bir qayda təsbit edilməmişdir. Halbuki elə həmin Sazişin 6-cı maddəsindən də Sazişin qiyabi təhsil alan tələbələrə aid edilməməsi aydın şək ildə görünür. Həmçinin sözügedən Sazişin 11-ci maddəsinə əsasən bu Sazişin 4, 5, 6, 7, 8, 9 və 10-cu maddələri tədris müddətinin və hazırlıq sahələrinin əsasən üst-üstə düşməsini nəzərdə tutur. Bununla da, qeyd olunan Sazişin müddəalarının məhkəmə mübahisəsi barədə düzgün tətbiq edilmədiyi görünür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Təhsil haqqında” Qanun: Maddə 27.4. Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29.0.21. Xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını v ə nostrifikasiyanı həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Maddə 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

25. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”: 8.27-8.28-ci bəndlər. Nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostr ifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. 26. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının T əhsil Nazirliyi haqqında Əsasnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarının 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3. 2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxd ığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

28. Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş».

29. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdır mağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. -94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. -94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsini n qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

31. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Hazırkı iş üzrə iddiaçının tələbi Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universiteti tərəfindən “Maliyyə və kredit” ixtisası üzrə ona verilən 10 fevral 2016-cı il tarixli 107724 ******* nömrəli bakalavr diplomunun tanınmasıdır.

33. Cavabdehin imtina dəlili iddiaçının təhsil dövründə tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddətdə olmasıdır.

34. İşin apellyasiya instansiyası məhkəməsində müəyyən edilən hallarından görünür ki, iddiaçı təhsil aldığı müddətdə bir neçə dəfə təhsil aldığı xarici ölkəyə gedib gəlmiş, həmin ölkədə olmadığı dövrün səbəblərini məhkəməyə bildirmiş, bundan əlavə, iddiaçının təhsil aldığı müəssisə tərəfindən tədris yükünün tam mənimsənilməsinə görə bakalavr diplomu verilmişdir.

35. İddiaçının ali təhsli aldığı Universitetin 4 avqust 2021-ci il tarixli məktubundan görünür ki, universitet tərəfindən iddiaçının həmin universitetdə təhsilini qiyabi formada, lakin distant texnologiyalarından istifadə e tməklə alması, həmin universitetin tələbəsi və məzunu olması təsdiqlənmişdir. 36. “Təhsil haqqında” Qanunun 13.1-ci maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 №-li qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 5.4-cü bəndinə əsasən ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir.

37. Azərbaycan Respublikasının qanunvericiliyində ayrılıqda həm qiyabi, həm də distant təhsil forması nəzərdə tutulmuşdur. Qanunvericilikdə əyani təhsil forması zamanı distant təhsil formasından istifadə edilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı norma nəzərd ə tutulmamışdır.

38. Cavabdeh kasasiya şikayətində Ali Məhkəmənin İnzibati kollegiyasının 6 may 2022-ci il tarixli 2-1(102)-794/2022 nömrəli qərarına istinad edərək bildirmişdir ki, inzibati kollegiya “tədris zamanı qiyabi distant texnologiyalarından istifadə olunması” dəlilinə qiymət verərək hesab etmişdir ki, qiyabi və distant təhsilalma formaları “Təhsil haqqında” Qanunda bir-birindən fərqləndirilən anlayışlardır. Müvafiq ölkədə qiyabi təhsilalma forması zamanı səruri hallarda distant təhsil texnologiyalarından istifadə olunması yolverilən olsa da, bu qiyabi və distant təhsilin eyni olması anlamına gəlmir.

39. Məhkəmə kollegiyası şikayətin dəlilinə münasibətdə bildirir ki, inzibati kollegiyanın qərarında mövcud (qiyabi) təhsil forması zamanı digər (distant) təhsil formasından istifadə e dilməsinin qanunvericilik tərəfindən qadağan olunması qeyd edilməmişdir.

40. İddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun aldığı tədrisin qanunvericiliyə uyğun həyata keçiirlməsi, diplomun tanınmasının isə Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaların tələbinə cavab verməsi şərtdir.

41. İddiaçıya məxsus diplomun cavabdeh tərəfindən tanınmasından imtina üçün “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qa ydalarda nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud olmamışdır. 42. “Təhsil haqqında” Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ xarakterli aktlarda distant təhsilalma formasının bilavasitə təsbit olunduğuna baxmayaraq, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktlarının qəbul olunmaması və distant təhsilin dövlət standartlarının müəyyən edilməməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin tanınmasından imtinanın əsası kimi çıxış edə bilməz. Çünki, belə bir halın mövcud olması iddiaçının iradə ifadəsindən asılı yaranmamış və o nun bununla bağlı hər hansı bir hərəkət və hərəkətsizliyi olmamışdır.

43. Bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktları qəbul edilməsə belə, tələbələrin (hazırkı halda iddiaçının) təhsilinin tamamlanmasını təsdiq edən bakalavr diplomunun olması və diplomun apostil olması, diplom üzrə kvalifikasıyanın tanınması üçün kifayət qədər zəruri əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (AR NK-nin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə r iayət edilmədiyindən, cavabdeh inzibati orqanın iddiaçının kvalifikasiyanın tanınmasından imtinası formal tələblərə əsaslanır.

44. Apellyasiya məhkəməsinin cavabdehin təqdim etdiyi ekspert rəyinə və iddiaçıya ünvanlanan suallara əhəmiyyət verməməsi, distant texnologiyasının tətbiqinin ümumiyyətlə necə həyata keçirilməsini araşdırmaması barədə şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh ümumiyyətlə hansı ekspertiza rəyindən bəhs edir, bu məlum deyil, iş materiallarında “İnzibati icraat haqqında” Qanunun 41-ci maddəsinin tələbinə uyğun ekspertin cəlb olunması ilə bağlı qərar qəbul edilməsi, ekspert rəyinin tələb olunduğu sualların qoyulması, alınan cavablar və ekspert rəyinin mövcudluğuna dair sübut olmamışdır. Distant texnologiyasının tətbiqinin həyata keçirilməs i mexanizmini müəyyən etmək isə məhkəmənin səlahiyyətinə aid deyildir.

45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tədris yükünü yerinə yetirdiyi halda, mənfi rəyin verilməsinə əsas olan qanunvericiliklə nəzərdə tutulan hər hansı halın mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, cavabdehin diplomun tanınmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslıdır.

46. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas y oxdur.

47. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

48. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

49. Qanunvericiliyin yuxarıda is tinad olunan normalarına görə iddiaçının diplomun tanınması və ekvivalentlik şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlı müraciətini apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin ka ssasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1387/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar