Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1357/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1963-cü il) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2023-cü il tarixli, 2-1(103)-3345/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1982-05.1984-cü illərdə hərbi xidmətdə olmuş, xx.xx.1987xx.xx.2005-ci illərdə X7 Birliyində zəhərli kimyəvi maddələr ambarında fəhlə işləmişdir.
2. X7 Birliyinin xx.xx.2022-ci il 19/1 nömrəli arayışına əsasən “İddiaçı M.Alllahverdiyev həqiqətən xx.xx.1987-ci il tarixdən xx.xx.2005-ci il tarixədək X7 Birliyinin ambarında fəhlə işləmişdir. “İşlədiyi dövrdə insan sağlamlığına təhlükə yaradan zəhərli kimyəvi maddələrlə (fosfor-üzvi, xlor, pestisid) işləri icra etmişdir. Zəhərli kimyəvi maddələr dedikdə kənd təs ərrüfatı bitkilərinin xəstəlik törədicilərinə qarşı mübarizə aparmaq, həmçinin insan və heyvan ektoparazitlərini məhv etmək üçün istifadə olunan mineral və ya bitki mənşəli, ya da sintetik-kimyəvi maddələr başa düşülür. Bu maddələrə fosfor-üzvi və xlor üzvi birləşmələr, karbonatlar, müxtəlif mis, sink, kükürd və ftor billəşmələri daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 1 nömrəli Siyahısının Vİİİ “Kimya istehsalatı” bölməsinin 1080A00-17541 kodu altında tam iş günü aşağıda sadalanan, istehsalatlarda, işlərdə məşğul ol an kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssislərin güzəştli şərtlərlə yaşa görə pensiya hüquqları olduğu göstərilmişdir: - fosfor, fosfor turşuları, onların törəmələri; bütün siniflərin freonları; frigitlər; ftor, onun birləşmələri; ftorxlor üzvü birləşmələr; kimyəvi preparatlar: rezin, kauçuk, kənd təsərrüfatı, bağçılıq, tibbi preparatlar, benzinlər, sürtkü yağı, toz ilə mübarizədə transformator yağı, flotoreagentlər, plastik kütlələr, süni liflər, rəngli, ağ-qara rəngli kinofoto lenti üçün, kino foto sənayesi üçün kağız; bitkilərin, zəhərlərin, qorxudan vasitələr, kimyəvi maddələr, onların əsasında alınan preparatlar; kimya uducular; xlor, onun birləşmələri; xlorvinil, onun polimerləri; polimer kimiləri; sellozolvlar; sian, rodan birləşmə ləri; sianatlar, diizosianatlar, onların törəmələri; ekstralin; element üzvi birləşmələr; emallar, qiymətli metallardan preparatlar; piy qarışıqlarının həlməşik məhlulları, onların yumşaldıcıları, etil mayesi; zəhərli kimyəvi preparatlar;” (1-ci hissənin 9-cu bəndi ) Beləliklə, M.X3 Kimya Birliyi üzrə kimyəvi maddələr ambarında işlədiyi fəhlə peşəsi 1 nömrəli Siyahının Vİİİ “Kimya istehsalatı” bölməsinin 1080A00- 17541 kodu altında göstərilən peşəyə uyğundur. Bundan əlavə, ona zəhərli kimyəvi maddələr ilə işlədiyi üçün maaşdan əlavə ödənişlər həyata keçirilmişdir. X2 güzəştli iş stajı 17 il 07 ay 18 gün təşkil edir...”
3. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya müvafiq olaraq 18 avqust 2022-ci il tarixli, **********3 imtin a məktubu ilə bildirmişdir ki, təqdim olunmuş əmək kitabçasında iddiaçının xx.xx.1987xx.xx.2005-ci il tarixləri arasındaki dövr ərzində “X7 Birliyi”ndə əmək fəaliyyəti ilə məşğul olduğu qeyd olunmuşdur. İddiaçının adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi zamanı xx.xx.1987-ci il tarixdə “X7 Birliyi”nin əmr kitabında işə qəbul olunma əmri aşkar edilməmişdir. Eyni zamanda həmin müəssisənin 1996-cı il tarixindən sonrakı dövrlərə aid əmr və əməkhaqqı kitabları dövlət arxivinə təhvil verilmədiyi üçün iddiaçının işdən azad olma əmrini də yoxlamaq mümkün olmamışdır. Bu fakt X6 filialı 2 saylı X1 11 avqust 2022-ci il tarixli aktı ilə təsdiq olunmuşdur. Bu səbəbdən də onun 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı yoxdur. Bundan başqa onun 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı da 25 ildən az (2 il 1 gün (xx.xx.1982-xx.xx.1984-cü il tarixləri arasında dövr) təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 52 yaşdan əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin 20 iyul 2019-cu il tarixdən ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı hesab edir ki, onun ümumi iş stajı 20 ildən, güzəştli iş stajının isə 10 ildən çox olmasına baxmayaraq cavabdeh əsassız imtina verərək onun güzəştli iş stajının qanunvericilikdə nəzərdə tutulmuş həddən aşağı olduğunu qeyd etmişdir. Halbuk i, onun əmək stajını təsdiq edən əmək kitabçası və güzəştli arayışlar mövcuddur.
6. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 5 may 2023-cü il tarixli, 2-1(112)-2155/2023 nömrəli qərarı ilə (hakim O. Həsənov) iddia təmin edilərək, iddiaçıya 52 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin isə xx.xx.2019-cü il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini arzuladığından, tələb olunan ümumi iş stajı 20 il təşkil edir ki, iddiaçı tələb olunan ümumi iş stajını toplamışdır. Məhkəmə iddiaçının güzəştli iş stajına münasibətdə bildirmişdir ki, cavabdeh iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilmədiyi qənaətindədir. Lakin məhkəmə araşdırılması zamanı təqdim olunmuş arayışdan görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.2005-ci il tarixədək zəhərli kimyəvi maddələr ambarında fəhlə peşəsində işləmiş, işlədiyi dövrdə əmək funksiyalarını bilavasitə insan sağlamlığına təhlükə yaradan, zəhərli kimyəvi maddələr (fosfor-üzvi, xlor üzvi, pestisid) ilə işləyərək icra etmişdir. Eyni zamanda arayışda qeyd olunmuşdur ki, zəhərli kimyəvi maddələr dedikdə kənd təsərrüfatı bitkilərinin xəstəlik törədicilərinə və zərərvericilərinə qarşı mübarizə aparmaq, həmçinin insan və heyvan ektoparazitlərini məhv etmək üçün istifadə olunan mineral və ya bitki mənşəli, ya da sintetik kimyəvi maddələr başa düşülür. Bu maddələrə fosfor-üzvi və xlor-üzvi birləşmələr, karbonatlar, müxtəlif mis, sink, kükürd və ftor birləşmələri daxildir. Təqdim olunmuş arayışa görə iddiaçının işlədiyi həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş, Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısında Vİİİ Kimya istehsalatı bölməsinin 1080A00-17541 kod altında nəzərdə tutulmuşdur.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2023-cü il tarixli, 2-1(103)-3345/2023 nömrəli qərarı ilə (hakimlər: C.Yusifov - sədrlik edən və məruzəçi, P.Hüseynov və Ş.Məmmədova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 5 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaş, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının 20 ildən çox ümumi və qeyd olunan stajın yarıdan çoxu 1 nömrəli Siyahıda nəzərdə tutulan, güzəştli pensiya hüquq verən peşə olduğu nəzərə alınmaqla, onun 52 yaşından yəni, xx.xx.2010-cu ildən pensiya hüquq yaranmış olur. Belə olan halda da, Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına görə onun güzəştli şərtlərə pensiya təyinatında, minimum əmək pensiyası təminatın imkan verən pensiya kapitalına malik olması tələb olunmur.
12. Apellyasiya məhkəməsi “İnzibati icraat haqqında” Qanunun 19.1, 19.2-ci, “Əmək pensiyaları haqqında Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına, həmin qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a bəndinə istinad etmişdir.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikay ətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçının xx.xx.1987-cı il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyini İddia etdiyi “X7 Birliyinin”nin 1987-ci ilə dair sənədlərində onun adının olmaması, 1996-cı il tarixdən sonrakı dövrə aid sənədlərin isə arxivə təhvil verilməməsinə baxmayaraq, iddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi əmək kitabçasının surətindən məlum olur ki, sözügedən əmək kitabçası sonradan doldurulmuşdur. Sözügedən əmək kitabçasının hansı sənədlər əsasında doldurulmasının məlum olmaması, müəssisənin mövcudluğunun vətəndaşın həmin müəssisədə işləməsi faktını sübut etməməsi səbəbindən vətəndaşın məhkəməyə təqdim etdiyi yeganə sübut olan əmək kitabçası mötəbər sübut kimi qiymətləndirilə bilməz. Həmçinin məhkəmə prosesi zamanı iddiaçı tərəfindən müəssisənin təsdiq etdiyi işə girmə və çıxma əmrləri təqdim edilmişdir. Həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr vardır, belə ki, təqdim edilmiş 1987-ci il tarixli işə girmə əmrində kiril qrafikli əlifba ilə yazılmış qeydlər latın qrafikalı möhürlə təsdiqlənmişdir. Bundan əlavə iddiaçının 2005-ci il tarixli işdən azad edilmə əmrinə əsasən qeyd edə bilərik ki, iddiaçının əmək kitabçası 2005-ci il tarixdən sonra doldurulmuşdur və 1987-ci il tarixdə işə girmə əmrini imzalayan şəxslə əmək kitabçasını verən məhsul şəxsin imzaları arasında nəzərə çarpacaq dərəcədə oxşadılma müşahidə olunur. Digər tərəfdən cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilsə də görünür ki, iddiaçı 15 aprel 1982-ci il ******* N-li hərbi biletinin və ******* N-li əmək kitabçasınının surətlərinə əs asən xx.xx.2006-cı il tarixədək 1982-ci il tarixdən 1984-cü il tarixədək hərbi xidmətdə olduğunu, xx.xx.1987-ci il tarixdən xx.xx.2005-ci il tarixədək X7 Birliyində zəhərli kimyəvi maddələr ambarında fəhlə işlədiyini iddia edir. Məhkəmə tərəfindən iddiaçının xx.xx.1987-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan əmək fəaliyyəti 17 il 11 ay 07 gün kimi hesablanmışdır. Bu da onu göstərir ki, qeyd olunan stajdan başqa iddiaçının iddia tələbinin təmin olunması üçün onun daha 2 il 23 gün stajının olması tələb olunur. Lakin iddiaçıya məxsus 15 aprel 1982-ci il ******* N-li hərbi biletin surətindən görünür ki, onun hərbi xidmətə yollanma tarixi natamam şəkildə 1982-ci ilin aprel ay, hərbi xidmətdən gəlmə tarixi isə 1984-cü ilin may ayı göstərilməklə ayın tarixləri göstərilməmişdir.
15. Kassato r hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrin tələbləri pozulmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 18. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dəni zdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; Qeyd: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəst ələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”: Vİİİ “Kimya istehsalatı” 1080A00-17541 kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri
20. İnzibati Prosessual Məcəllə: a) Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə d air işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qə rarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
21. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat ç ərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
25. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.
27. Hazırkı mübahisə mahiyyət etibarı ilə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır.
28. İddiaçının hüququ yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tələblərinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 2006cı il yanvarın 1-dək iddiaçının ən azı 20 il ümumi sığorta stajına malik olması və həmin stajın ən azı 10 ilini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən 1 nömrəli siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplanması şərtlərinin ödənilməsi tələb olunur.
29. İşin cavabdeh tərəfindən mübahisələndirilən halı iddiaçının “X7 Birliyinin”ndə xx.xx.1987-cı il tarixdən xx.xx.2005-ci il tarixədək işləməsidir.
30. Bununla bağlı qeyd edilməlidir ki, işin apellyasiya instansiyası məhkəməsində müəyyən edilən hallarına görə iddiaçının “X7 Birliyinin”ndə fəhlə vəzifəsində işləməsinə dair qeyd əmək kitabçasında öz əksini tapmasa da, həmin müəssisə hazırda fəaliyyət göstərməklə, iddiaçının həmin müəssisədə qeyd edilən dövrlərdə işl əməsinə dair əmr kitabı və arayış təqdim edilmişdir. “X7” Birliyinin “Əmrlər” kitabından çıxarışlara (i.v. 37-42, 51) əsasən müəyyən olunur iddiaçı, ərizəsi əsasında Birliyin 12.Vİİ.-87-ci il tarixli 39 nömrəli əmri ilə zəhərli gübrə ambarına fəhlə kimi qəbul olunmuş, 1987-ci ilin hesabına 17/Vİİ-88-ci il tarixli əmri ilə ona 11.Vİİİ.88-ci il tarixədək məzuniyyət də verilmiş, Əmək Komitəsinin və ÜİHİMŞ-nın 15 dekabr 1982-ci il tarixli 303-No-li qərarına əsasən 58,50 manat məbləğində pul mükafatı da verilmiş, 18/V-2005-ci il tarixdə isə X7 birliyi üzrə həmin Birlik özəlləşdirildiyinə görə, “fəhlə və qulluqçuların fəaliyyətinin dayandırılması və işdən azad olunmaları barədə 25 No-li əmr verilmişdir.
31. Bundan əlavə iş materiallarında olan X7 Birliyinin xx.xx.2022-ci il 19/1 nömrəli və xx.xx.2022-ci il tarixli 23 nömrəli (i.v.7,36) arayışlarında qeyd olunmuşdur ki, “İddiaçı M.Alllahverdiyev həqiqətən xx.xx.1987-ci il tarixdən xx.xx.2005-ci il tarixədək X7 Birliyinin ambarında fəhlə işləmişdir... iddiaçının X7 Birliyi üzrə kimyəvi maddələr ambarında işlədiyi fəhlə peşəsi 1 nömrəli Siyahının Vİİİ “Kimya istehsalatı” bölməsinin 1080A00- 17541 kodu altında göstərilən peşəyə uyğundur. Bundan əlavə, ona zəhərli kimyəvi maddələr ilə işlədiyi üçün maaşdan əlavə ödənişlər həyata keçirilmişdir...”
32. Bundan əlavə cavabdeh kassasiya şikayətində iddiaçının hərbi biletində “hərbi xidmətə yollanma tarixi natamam şəkildə 1982-ci ilin aprel ay, hərbi xidmətdən gəlmə tarixi isə 1984-cü ilin may ayı göstərilməklə ayın tarixləri göstərilməmişdir” qeyd etmişdir.
33. Bununla bağlı qeyd edilməlid ir ki, hərbi biletdə olan natamamlıq iddiaçının məsuliyyət sferasına aid və təqsirkar davranışına bağlı olmadığından, eləcə də həmin vəzifənin yerinə yetirilməsi səlahiyyətli qurumlara aid olduğu nəzərə alındıqda iddiaçıya məxsus hərbi biletdə hərbi xidmətə yollanma və hərbi xidmətdən gəlmə tarixlərinin natamam olması onun hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.
34. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının həqiqi hərbi xidmətdə olduğu dövr və X7 Birliyində işlədiyi müddət nəzərə alındıqda onun tələb olunan 20 il ümumi və 10 il xüsusi stajı yaranmış olur.
35. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
36. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
37. Apellyasiya instansiyası məhkəməsinin qərarı hazırki qərarın 17-20(a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Odur ki, kassasiya şikayətin əsassız olduğundan təmin edilməməli, şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2023-cü il tarixli, 21(103)-3345/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.