Məhkəmə qərarları › İş №2-1(102)-1358/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1358/2020

19.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1358/2020 19.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: ehtiyata buraxılma barədə əmrin ləğv edilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu, X4 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili X6, cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X15, vəkili X7 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə (bundan sonra cavabdeh) qarşı “cavabdehin xx.xx.2018-ci il tarixli əmrinin ləğv e dilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-132/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Dövlət Sərhəd Xidməti Hərbi Hospitalının xx xxxx 2018-ci il tarixli rəyində “Biləsuvar” sərhəd nəzarəti məntəqəsi 1-ci bölmənin nəzarətçisi vəzifəsində işləyən iddiaçının sidik analizində “barbiturat (BAR)” maddəsinin aşkar edildiyi qeyd edilmişdir. Attestasiya komissiyası iclasının xx.xx.2018-ci il tarixli 18 nömrəli qərarında iddiaçı müsbət xarakterizə edilməklə yanaşı, tibbi müayinə zamanı sidiyində psixotrop tərkibli maddə (barbiturat) aşkar edildiyinə gö rə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və X3-Kimyəvi Müayinələr üzrə Referens laboratoriyasının xx.xx.2018-ci il tarixli rəyində iddiaçının sidik analizində narkotik preparatların aşkar olunmadığı təsdiq edilmişdir. Cavabdehin xx.xx.2018-ci il tarixli, 905ş/h nömrəli əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsi (xidməti uyğunsuzluğa görə) ilə iddiaçı “Biləsuvar” sərhəd nəzarəti məntəqəsi 1-ci bölmənin nəzarətçisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidm ətindən həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinə göndərilmişdir. Əmrin verilməsinə əsas kimi sərhəd nəzarətində keçirilmiş attestasiya komissiyası iclasının xx.xx.2018-ci il tarixli 18 nömrəli qərarı göstərilmişdir. Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının 1142 saylı xəstəlik tarixindən çıxarış epikrizindən müəyyən olunur ki, iddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müayinə olunmuş, sidiyində psixotrop maddələr aşkar edilməmişdir. Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının 1282 saylı arayışına əsasən N nömrəli hərbi hissənin hərbi qulluqçusu olan iddiaçı xx.xx.2018--ci il tar ixdə DSXHHK tərəfindən şəhadətləndirilmişdir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin”35, 13 “e” maddələrinin İİİ qrafasına və ƏTC-yə əsasən iddiaçı hərbi xidmətə yararlı hesab edilmişdir. İddiaçı xx xxxx 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəyişdirilməsi haqqında ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “cavabdehin xx.xx.2018-ci il tarixli, 905 ş/h nömrəli əmrinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı Dövlət Sərhəd Xidmətinin “Biləsuvar” sərhəd nəzarəti məntəqəsi 1--ci bölmənin nəzarətçisi vəzifəsində işləmişdir. xx.xx.2018-ci il tarixdə X12 Məntəqəsində səyyari yoxlama keçirilm iş və ona bildirilmişdir ki, sidik analizində narkotik preparat aşkar olunub. xx.xx.2018-ci il tarixdə müayinə olunmaq üçün DSX-nın Mərkəzi Qospitalına göndərilmiş, müayinə xx.xx.2018-ci il tarixdə başa çatmış və müəyyən olunmuşdur ki, sidiyində narkotik preparat yoxdur. Buna baxmayaraq Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli, 905 ş/h nömrəli əmri ilə vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xətai rayon İdarəsinə göndərilmişdir. İddiaçı elektron qaydada cavabdehə müraciət edərək, əmrin verilməsində istinad edilən halların düzgün olmadığını bildirmiş və onun barəsində yol verilən qanunsuzluğun aradan qaldırılmasını xahiş etmiş, lakin müraciəti müsbət həll olunmamışdır. İddiaçı işə birinci instansiya qaydasında baxılarkən xx.xx.2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2018-ci il tarixdə sidik analizində “barbiturat (BAR)” maddəsinin aşkar edilməsinin səbəbi həmin gün “Korvalol” adlı dərmanın qəbul edilməsi ilə əlaqədar olmuşdur. Cavabdehin nümayəndəsi Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında laboratoriyanın rəisi vəzifəsində işləyən T.V.Nəsirov həmin məhkəmə iclasında bildirmişdir ki, “Korvalol” adlı dərmanı qəbul edən şəxsin sidik analizində “barbiturat (BAR)” maddəsinin aşkar edilməsi mümkündür. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X16, 2-1(82)-182/2019 saylı iş)x xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək hərbi qulluqçu, gizir – iddiaçının xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə cavabdehin xx.xx.2018-ci il tarixli əmri ləğv edilmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, mübahisələndirilən əmrdə iddiaçının xidməti uyğunsuzluğu əsaslandırılmamış, cavabdeh iddiaçı ilə bağlı başladığı inzibati icraat zamanı sübutları tam şəkildə araşdırmamış, iddiaçının xeyrinə topladığı sübutlara qiymət vermədən, ilkin analizin rəyini əsas götürərək iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X8məruzəçi, X9 və X11, 2-1(103)-1130/2019 saylı iş) xx xxxx 2019-cu il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin x xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər Zakir Quliyev-məruzəçi, Nigar Rəsulbəyova və İlqar Hüseynov 2-1(102)-2839/2019 saylı iş) x xxxxxxx 2019-cu il tarixli qərarı ilə iddiaçının kasasiya şikayəti qismən təmin edilərək Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kasasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi işdə olan sübutların tam və hərtərəfli araşdırılmasına və nəticə etibarı ilə onların qiymətləndirilməsinə açıq-aşkar formal və səthi yanaşmış, mübahisənin düzgün həlli üçün ə həmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, məhkəmənin mövqeyi üçün əsas olmuş səbəbləri göstərməmiş, “barbiturat (BAR)” preparatının insan orqanizmində qalma müddətinin müəyyən edilməsi məqsədi ilə tibbi ekspertlərin və ya mütəxəssislərin rəyini almamışdır. Ali Məhkəmənin hüquqi mövqeyini nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya” EETT Birliyinə tapşırılmış və birlik tərəfindən xx.xx.2020ci il tarixli 200/k saylı məhkəmə-kimyəvi rəy verilmişdir. Ekspert rəyi məhkəməyə daxil olduqdan sonra keçirilmiş məhkəmə iclasında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin hər bi hospitalının bölmə rəisi F.V.Məmmədov şahid qismində dindirilmiş, rəyə uyğun ifadə vermişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin x xxxxxx 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X5-məruzəçi, X23 və X10, 2-1(103)-132/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin x xxxxxx 2019-cu il tarixli qərarını dəyişdirmədən saxlamışdır. Apelyasiya instansiyası məhkəməsi işdəki sübutları, tərəflərin izahatlarını, şahid ifadəsini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya” EETT Birliyinin xx.xx.2020-ci il tarixli 200/k saylı məhkəmə-kimyəvi rəyini nəzərə alaraq belə nəticəyə gəlmişdi r ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının sidik analizinin narkotik və psixotrop maddələrin aşkarlanması üçün istifadə olunan və kimyəvi toksikoloji tədqiqatın ilkin mərhələsi olan ekspress-test üsulu ilə müayinə edildikdən sonra analizin nəticəsinin instrumental və selektiv xromotoqrafik metodlar ilə təsdiqlənməsi üçün xüsusi laboratoriyaya göndərilmədən iddiaçının xidmətə uyğunsuzluğu barədə qərar qəbul edilməsi əsassız olmuşdur. İddiaçının psixotrop maddə istifadəçisi olması, xidmətə uyğunsuzluğa səbəb ola biləcək hər hansı xəstəliyi olması ilə bağlı iş materiallarında tibbi sənədlər və digər sübutlar mövcud deyil. Cavabdeh x xxxx 2020-ci il tarixdə qərarın surətini almış, x xxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv olunaraq iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Psixotrop maddə qəbul etməklə iddiaçı hərbi qulluqçuya yaraşmayan əməllərə yol vermiş, hərbi nizamnamələrin tələblərini kobudcasına pozmuşdur. Birinci instansiya məhkəməsində İddiaçı bildirmişdir ki, ondan analiz götürülən gün “Corvalol” dərmanı qəbul etməsi səbəbindən onda “barbiturat” izləri aşkar olunmuşdur. Lakin işə baxarkən məhkəmə nəzərə almamışdır ki, analiz götürülən və sonrakı günlər iddiaçı hər hansı bir dərman preparatını qəbul etməsinə heç bir münasibət bildirməmişdir. Buna görə də onun həmin izahatı əsas götürülə bilməz. Bundan başqa, iddiaçının təqdim etdiyi sonradan müayinədən keçməsi barədə analizlərin cavabı sübut kimi qəbul edilə bilməz. Belə ki, tibbi ədəbiyyatdan məlum olduğu kimi, uzunmüddətli təsi rə malik psixotrop maddə “barbiturat” 3 (üç) həftə, qısamüddətli “barbiturat” isə 24 saat ərzində aşkar olunur. İddiaçının analizində “barbiturat” xx xxxx 2018-ci il tarixdə “GM” testləri vasitəsilə aşkar olunmuşdur. Öz təşəbbüsü ilə təkrar analizi isə o, xx xxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və X1-Kimyəvi Müayinələr üzrə Referens laboratoriyasında, yəni 10 gün sonra vermiş, xx xxxx 2018-ci il tarixdə isə, yəni 16 gün sonra DSX-nin hərbi hospitalında analiz vermişdir. Aparılan həmin müayinələr psixotrop maddə qəbulundan 24 saat keçdikdən sonra olduğuna görə iddiaçının analizlərində narkotik və psixotrop maddələrin izləri aşkar olunmamışdır. İşin faktiki hallarından aydın olur ki, iddiaçı öz hərəkəti ilə Azərbaycan Respublikasının Silahl ı X2 tələblərini kobud surətdə pozmuşdur. Belə ki, Azərbaycan Respublikasının xx xxxxxxxx 1994-cü il tarixli, 885 nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Silahlı X2 1-ci maddəsinə əsasən hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikasının qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Lakin iddiaçı özünün əməli ilə Nizamnamə ilə müəyyən edilmiş davranış qaydalarını kobud şəkildə pozmuşdur. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir. əsaslandırma hissəsi: C avabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı cavabdehin xx xxxx 2018--ci il tarixli, 905 ş/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq “Biləsuvar” sərhəd nəzarəti məntəqəsi 1--ci bölmənin nəzarətçisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçı cavabdehin xx xxxx 2018-ci il tarixli əmrinin ləğv edilməsini xahiş etmişdir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə əsasən, ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Dövlət Sərhəd Xidməti Hərbi Hospitalının xx xxxx 2018--ci il tarixli rəyində “Biləsuvar” sərhəd nəzarəti məntəqəsi 1--ci bölmənin nəzarətçisi vəzifəsində işləyən iddiaçının sidik anali zində “barbiturat (BAR)” maddəsinin aşkar edildiyi qeyd edilmişdir. İddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatında “Korvalol” dərmanı qəbul etdiyinə görə onda belə maddə aşkar edildiyini bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və X3 -Kimyəvi Müayinələr üzrə Referens laboratoriyasının xx.xx.2018--ci il tarixli rəyində iddiaçının sidik analizində narkotik preparatların aşkar olunmadığı təsdiq edilmişdir. Dövlət Sərhəd Xidməti hərbi hospitalın 1142 saylı xəstəlik tarixindən çıxarış epikrizindən müəyyən olunur ki, iddiaçı xx.xx.2018--ci il tarixdən xx.xx.2018--ci il tarixədək müayinə olunmuş, sidiyində psixotrop maddələr aşkar edilməmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının 1282 saylı arayışından müəyyən olunur ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu olan iddiaçı xx.xx.2018--ci il tarixdə DSX HHK tərəfindən şəhadətləndirilmişdir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin”35, 13 “e” maddələrinin İİİ qrafasına və ƏTC--yə əsasən İddiaçı hərbi xidmətə yararlı hesab edilmişdir. Birinci instansiya qaydasında işə baxılarkən xx.xx.2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı bildirmişdir ki, xx.xx.2018-ci il tarixdə sidik analizində “barbiturat (BAR)” maddəsinin aşkar edilməsinin səbəbi həmin gün “Korvalol” adlı dərmanın qəbul edilməsi ilə əlaqədar olmuşdur. Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında laboratoriyanın rəisi vəzifəsində işləyən T.V.Nəsirov məhkəmə iclasında bildirmişdir ki, “Korvalol” adlı dərmanın qəbul edən şəxsin sidik analizində “barbiturat (BAR)” maddəsinin aşkar edilməsi mümkündür. Cavabdehə görə uzunmüddətli təsirə malik “barbiturat” 3 həftə, qısamüddətli “barbiturat” isə 24 saat ərzində aşkar olunur. İddiaçı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Gigiyena və X1-Kimyəvi müayinələr üzrə Referens laboratoriyasında təkrar analizi daha sonra verdiyindən müayinə maddənin qəbulundan 24 saat sonra həyata keçirildiyinə görə nəticə fərqli olmuşdur. Təkrar apelyasiya baxışı zamanı məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” EETT Birliyinə tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi eksperti za və patoloji anatomiya” EETT Birliyinin xx.xx.2020-ci il tarixli 200/k saylı məhkəmə-kimyəvi rəyində göstərilmişdir ki, barbiturat turşusunun törəmələri (barbituratlar) insan orqanizminə daxil olduqdan sonra orqanizmdə gedən metabolizm proseslərinə uğrayır, parçalanır və bədəndən ixrac olunur. Barbituratların plazmadan ixrac olunması 48-280 saatdır və bu müddət barbiturat turşusunun törəmələrinə aid olan dərmanların növündən asılıdır (dərmanın prolongik və prolongik olmayan formaları). “Korvalol” adlı dərmanın tərkibində barbitur turşusunun törəmələrinə aid olan fenobarbital adlı maddənin insan orqanizmində bir neçə metabolitə (5 etil-5n hidroksifenilbarbitur turşusu, n-oksifenilbarbital və s. ) uğrayır və onların 10- 25%-i sidiklə ixrac olunur. Fenobarbitalın qəbul olunan dozasının qa lan hissəsi dəyişilməz halda bədəndən ixrac olunur. “Korvalol” adlı dərman vasitəsinin tərkibi 2% a-bromizovalerian turşusunun efirindən, 3% nanə yağından və 1.82% fenobarbitaldan ibarətdir. “Korvalolun” 20 damcısının tərkibində 7.5 mg-a yaxın fenobarbital var. Bu dozanı qəbul etdikdən sonra dərmanın tərkibində olan fenobarbital orqanizmin plazmasında paylanır və plazmanın 1 ml-də onun miqdarı təxmini olaraq 0,0015 mq təşkil edir. Sidik nümunələrində narkotik və psixotrop maddələrin aşkarlanması üçün istifadə olunan ekspress-testlər yüksək həssaslığa malikdirlər. Barbituratların təyini üçün istifadə olunan müxtəlif istehsalçılar tərəfindən istehsal olunan testlərin əksəriyyətində aşkarlanan minimal miqdar 1 ml sidikdə 300 nq-dır. (0,0003 mq/ml). “Korvalolun " 20 damcısının plazmadakı miqda rı (0,0015 mq/ml) barbituratların təyini üçün istifadə olunan ekspresstestin minimal aşkarlanma miqdarından (0,0003 mq/ml) da 5 dəfə böyükdür və bu halda ekspress-test üsulu ilə müayinə zamanı barbituratlar müsbət nəticə verir. Barbiturat maddəsi analizdə neçə faiz aşkar olunduqda istehlak edilmiş maddənin miqdarı sərxoşluq vəziyyəti yaradan miqdar hesab olunur sualının təyinat aparılmadığına görə cavablandırılması mümkün olmamışdır. Eyni zamanda rəydə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Hərbi Hospital tərəfindən 2018-ci ilin iyun ayında İddiaçı götürülmüş sidik nümunəsinin analizi test üsulu ilə aparılıb. İmmunokimyəvi metodlara aid olan ekspress test üsulu ilə aparılan müayinə sidik nümunəsində narkotik və psixotrop maddələrin aşkarlanması üçün istifadə olun an kimyəvi toksikoloji tədqiqatın ilkin mərhələsidir. Ekspress test üsulu narkotik və psixotrop maddələrin qəbul etdiyi faktını ilkin təyinatı nəticəsində alınan müsbət nəticəni başqa instrumental və selektiv xromotoqrafık metodlar ilə təsdiqlənməsi mütləqdir. Ekspert rəyi apelyasiya məhkəməsinə daxil olduqdan sonra apelyasiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının bölmə rəisi F.V.Məmmədov ifadəsində göstərmişdir ki, iddiaçı və digər əməkdaşlardan xx xxxx 2018-ci il tarixdə götürülmüş sidik analizləri onun və Tərlan adlı həkim tərəfindən test vasitəsilə analiz edilmiş və iddiaçısının sidik analizində “Barbiturat” maddəsi aşkar edilmişdir. Test üsulu ilə həyata keçirilən müayinənin narkotik və psixotrop maddəl ərin aşkarlanması üçün istifadə olunan kimyəvi toksikoloji tədqiqatın ilkin mərhələsi olduğu ona məlumdur, testlərlə müayinədə nəticələr səhv də ola bilər. O bu barədə rəhbərliyə məlumat verərək bildirmişdir ki, götürülmüş analizlər laboratoriyada yenidən yoxlanılmalıdır. Lakin həmin dövrdə analizlər təkrar müayinəyə göndərilmirdi. İndi artıq göndərilir. Hal-hazırda da testlərlə müayinə aparılır, lakin istifadə edilən testlər fərqlidir və hazırkı testlər “Barbiturat” maddəsini aşkar etməyə imkan vermir. Hazırda attestasiya zamanı sidik analizində “Barbiturat” maddəsinin mövcudluğu testlə yoxlanılmır. “Korvalol” qəbul etmiş şəxsin sidik analizində “Barbiturat” maddəsi aşkar oluna bilər. İddiaçının mübahisə açdığı cavabdehin xx xxxx 2018-ci il tarixli əmrinin verilməsinin əsası kimi attestas iya komissiyası iclasının xx.xx.2018--ci il tarixli məlumatı göstərilmişdir. Attestasiya komissiyası iclasının xx.xx.2018--ci il tarixli məlumatında iddiaçının müsbət xarakterizə edilməklə yanaşı, tibbi müayinə zamanı sidiyində psixotrop tərkibli maddə (barbiturat) aşkar edildiyinə görə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.6--cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır. Qeyd edilməlidir ki, həm ilkin ekspress test üsulu zamanı, həm də sonrakı ekspertizalar zamanı iddiaçının sidiyində narkotik tərkibli maddənin aşkar olunması barədə hər hansı məlumat mövcud olmamışdır. İlkin eks press test üsulu zamanı iddiaçının sidiyində psixotrop tərkibli maddə aşkar edildiyi yazılmışdır. Cavabdeh bu zaman hətta aşkar olunan psixotrop tərkibli maddənin miqdarı barədə məlumat bildirməmişdir. Məhkəmə-kimyəvi ekspertizanın rəyinə görə ekspress test üsulu ilə narkotik və psixotrop maddələrin qəbul etdiyi faktın ilkin təyinatı nəticəsində alınan müsbət nəticənin başqa instrumental və selektiv xromotoqrafık metodlar ilə təsdiqlənməsi mütləqdir. Cavabdeh başqa instrumental və selektiv xromotoqrafık metodlarla ilkin nəticənin təsdiq edilməsinə dair məhkəmələrə sübut təqdim etməmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0-cı maddəsinə əsasən, ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: (...); 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); (...)... Cavabdeh hesab edir ki, iddiaçının psixotrop tərkibli maddə (barbiturat) qəbul etməsi hərbi qulluqçuya yaraşmayan hərəkət olmuşdur. İddiaçının bu hərəkəti onun xidmətinə uyğun olmamışdır. İşin hallarından görünür ki, cavabdeh iddiaçının xidməti uyğunsuzluğunu sübut edəcək dəlillərini təqdim edə bilməmişdir. Əksinə, cavabdehin tərtib etdiyi xx xxxx 2018-ci il tarixli attestasiyadan çıxarışda iddiaçının xidmət etdiyi qısa müddət ərzində özünü orta səviyyəli hərbi qulluqçu kimi göstərməsi, verilən tapşırıqları yerinə yetirməyə çalışması, funksional vəzifələrini bilməsi, mənəvi-psixoloji səviyyəsinin inkişaf etməsi, özünə qarşı tələbkar olması, gizir kimi hazırlığının, icraçılıq k eyfiyyətinin qənaətbəxş olması, xidməti vəzifələrinin icrasına yanaşmasının normal olması qeyd edilmişdir. Bundan başqa, cavabdeh x xxxx 2018-ci il tarixdə iddiaçının şəhadətləndirilməsi zamanı onun hərbi xidmətə yararlı olmasına dair arayış tərtib etmişdir. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə cavabdeh gəldiyi nəticəni əsaslandırmamışdır. Bəhs olunanlara əsasən kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və A zərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-132/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar