Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1358/2021 14.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ərazi idarəsi(üçüncü şəxs X2 iştirakı ilə) qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kasasiya şikayətinin mümkün sayılmaması, prosessual müddətin buraxılması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, iddiaçının vəkili Elmar Kərimovun iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakı n Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X2 iştirakı ilə) qarşı qeyri-yaşayış sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-763/2021 nömrəli iş üzrə 19.03.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinin mümkünlüyünə 14 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X2 iştirakı ilə) qarşı qeyri-yaşayış sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alın ması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
2. Birinci instansiya məhkəməsinin 26.11.2019-cu il tarixli, 2-1(82)831/2019 nömrəli (sədrlik edən hakim Rüstəm Kərimli) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
3. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 26.11.2019-cu il tarixli, 2-1(82)-831/2019 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. apelyasiya instansiya məhkəməsindəki icraat
4. Bakı Apelyasiya Məh kəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 19.03.2020-ci il tarixli, 2-1(103)-763/2020 nömrəli (hakimlər Ülvi Mayılov - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Kəmalə Abiyeva) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 26.11.2019-cu il tarixli, 2-1(82)-831/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
5. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 19.03.2020-ci il tarixli, 2-1(103)763/2020 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Tərəflərin izahatları
6. Məhkəmə iclasında iştirak edən iddiaçının və kili E.Kərimov kasasiya şikayətinin verilməsi üçün prosessual müddətin buraxılmadığını bildirərək, iddiaçının verdiyi kasasiya şikayətinin mümkün sayılması barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
7. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə:
8. Apelyasiya instansiyası məhkəməsinin 19.03.2020-ci il tarixli, 21(103)-763/2020 nömrəli qərarından iddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kasasiya şikayəti verilmişdir.
9. İddiaçı kasasiya şikayətini prosessual müddət buraxılmaqla vermiş və prosessual müddəti n bərpasına dair ərizə (vəsatət) verməmişdir.
10. Ali Məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə müvafiq olaraq yardım edilmiş və göstərilən nöqsanı 14 iyul 2021-ci il tarixə qədər aradan qaldırmaq təklif edilmiş və əks halda kasasiya şikayətin mümkün sayılmaması nəzərinə çatdırılmışdır. Lakin iddiaçı tərəfindən qeyd edilən nöqsan aradan qaldırılmamışdır.
11. Buna görə də iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti mümkün sayılmamalı, onun qəbulundan imtina edilməlidir.
12. Belə ki, iş materiallarından görünür ki, iddiaçının vəkili və nümayəndəsi Azər Məmmədov apelyasiya şikayəti vermişdir. (səh. 142)
13. Həmçinin iş materiallarından görünür ki, iddiaçının vəkili və nümayəndəsi Azər Məmmədovun ünvanı onun tərəfindən təqdim edilən etibarnamədə ünvan 1ənzil 15 göstərilmişdir. (səh 148)
14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.03.2020-ci il tarixli iclasında iddiaçının vəkili və nümayəndəsi Azər Məmmədov iştirak etmişdir. Bakı Apelyasiya Məhkəməsi 19.03.2020-ci il tarixli qərarın surətini həmin ünvana göndərmişdir. İş materiallarından görünür ki, poçt göndərişinin çatdırılmaması səbəbi bu ünvanda yaşamır qeyd edilmişdir.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.2-ci maddəsinə görə hüquqi müdafiə vasitələri, həmin hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti ilə bağlı məlumat bu Məcəllənin 23.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim olunmadıqda və ya təhrif olunmuş şəkildə təqdim olunduqda, məhkəmə qərarına (qərardadına) qarşı onun təqdim olunduğu və ya ela n olunduğu gündən 1 il müddətində şikayət verilə bilər. Həmin müddətdə şikayətin verilməməsinin təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə ilə, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olduğunu sübut edən proses iştirakçısı, hüquqi müdafiə vasitələrindən istifadə etməyə mane olmuş hallar aradan qalxdığı gündən 15 gün ərzində şikayət verə bilər.
16. Həmin Məcəllənin 24.4-cü maddəsinə müvafiq olaraq təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.
17. Həmin Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur.
18. Azərbaycan Respublikası MPM-nin 130.1.-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
19. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhkəmə iclasında nümayəndə (vəkil) ilə təmsil olunub, onun iştirakı ilə qərar elan edilmişdir. Eyni zamanda tərəfin özünə göstərdiyi ünvana məhkəmə aktı göndərilmişdir.
20. Azərbaycan Respublikası İPM-nin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kasasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
21. Həmin Məcəllənin 96.3-cü maddəsinə görə kasasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir.
22. Beləliklə iddiaçı tərəf şikayət verilməsi üçün İPM ilə nəzərdə tutulmuş müddətləri ötürmüşdür. Buna görə də kasasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 23.2, 24.4, 96.3-cü maddəsini rəhbər tutaraq Qərara aldı İddiaçının Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.03.2020ci il tarixli, 2-1(103)-763/2020 nömrəli qərarından verdiyi kasasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. İş Bakı Apelyasiya Məhkəməsinə geri qaytarılsın.