Məhkəmə qərarları › İş №2-1(102)-1358/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1358/2022

06.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1358/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1954-cü il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət S osial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya işlədiyi illər sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1388/2022 nömrəli, 15 aprel 2022ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı 9 oktyabr 1954-cü il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsi Döngə 3, ev 5, mənzil 2-də qeydiyyatda olmaqla yaşayır.

2. İddiaçının əmək kitabçasında, hərbi biletində və Ağcabədi rayon Dövlət Arxi vinin xx.xx.2019-cu il tarixli arayışında əksinin tapmış məlumatlara əsasən o, 1972-ci ildən Ağcabədi rayonun Ə.Bünyadov və Caparidze kolxozunda işləməyə başlamışdır. 1973- 1975ci illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Həqiqi hərbi xidməti bitirdikdən sonra, 1975-ci ildən 1977-ci ilədək yenidən həmin kolxozda, 24 mart 197725 aprel 1978-ci illərdə “Sırdəryastroy” Avtobazasında sürücü, 21 may 1978-25 may 1979-cu illərdə Sırdərya Dəmir-Beton zavodunda sürücü, 02 iyul 1979-18 iyul 1980-ci illərdə X2 sürücü, 25 iyul 1980-02 yanvar 1984-cü illərdə Sırdərya rayon “Məişət Xidməti” Kombinatında, 02 yanvar 1984-20 dekabr 1985-ci illərdə Sırdərya rayon İstehsalat İdarəsində, 24 dekabr 1985-01 iyul 1987-ci illərdə Voroşilov rayon X3, 01 iyul 1987-15 oktyabr 1991-ci ill ərdə “X1”ndə 02 dekabr 1991-01 fevral 1993-cü illərdə X6 X7 Bakıxanov qəsəbəsi filialında, 10 mart 1995-30 dekabr 1999-cu illərdə "xxxx" Daxili və Xarici ticarət əlaqələri şirkətinin Bakı filialında işləmişdir.

3. İddiaçı 25 iyul 2019-cu il tarixdə cavabdehə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

4. Cavabdehin 26 iyul 2019-cu il tarixli, **********2 nömrəli imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, onun 25 il sosial sığorta stajı və pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

5. İddiaçı 6 sentyabr 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “1975-ci il tarixdən 1977-ci il tarixlərədək Ağcabədi rayonunun Ə.Bünyadov və Caparidze kolxozunda işlədiyi iş illərini, 10 mart 1995-ci il tarixdən 30 dekabr 1999-cu il tarixlərədək “ASİST Daxili və Xarici Ticarət Əlaqələri şirkətinin Bakı filialında əmtəəşünas vəzifəsində işlədiyi iş illərini və 01 fevral 2000-ci il tarixdən 07 fevral 2002-ci il tarixədək sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrün sosial sığorta stajına daxil edilməklə, ona yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin imtina məktubuna əsasən, iddiaçının təqdim etdiyi sənədlər əsasında yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı və pensiya kapitalı olmadığına görə əmək pensiyası hüququ yaranmır. Halbuki, əmək kitabçası və təqdim etdiyi arxiv sənədlərinə əsasən tələb olunan 25 il iş stajı vardır. Buna görə də cavabdehin imtinasını əsassız hesab etmişdir.

7. Cavabdehin iddia ərizəsinə qarşı təqdim etdiyi etirazın dəlilləri yuxarıda qeyd olunan imtina məktubunda göstərilmiş pensiyanın təyinindən imtinanın əsasları ilə eynilik təşkil edir. 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3411/2019 nömrəli, 29 oktyabr 2019-cu il tarixli qərarı ilə (hakim E.M.Mustafayev) iddia tələbi təmin edilmiş, iddiaçının 1975-ci il tarixdən 1977-ci il tarixədək Ağcabədi rayonunun Ə.Bünyadov və Caparidze kolxozlarında işlədiyi dövr, 10 mart 1995-ci il tarixdən 30 dekabr 1999-cu il tarixədək “ASİST Daxili və Xarici Ticarət Əlaqələri şi rkətinin Bakı filialında əmtəəşünas vəzifəsində işlədiyi iş illəri və 1 fevral 2000-ci il tarixdən 7 fevral 2002-ci il tarixədək sahibkarlıq fəaliyyəti ilə məşğul olması məcburi dövlət sosial sığorta haqqı ödənişlərini sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

9. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, həm iddiaçının sığorta stajını əhatə edən dövrdə qüvvədə olan, həm də hazırkı qanunvericiliyə əsasən iş stajını müəyyən edən əsas sənəd əmək kitabçası hesab olunur.

10. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-185/2020 nö mrəli, 15 yanvar 2020-ci il tarixli qərarı ilə (hakimlər: A.B.Nuriyeva /sədrlik edən və məruzəçi/, V.M.Ağayev və A.C.Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin, 2-1(82)-3411/2019 nömrəli, 29 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1056/2020 nömrəli, 30 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: İ.Ə.Şəfiyev /sədr lik edən və məruzəçi/, Z.M.Quliyev və R.S.Nəbizadə) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-185/2020 nömrəli, 15 yanvar 2020-ci il tarixli qərarının ləğv edilərək işə təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmələr ümumiyyətlə iddiaçının pensiya kapitalını yoxlamamışdır, iddiaçının pensiya təyin olunmasına imkan verən sosial sığorta stajına malik olduğunu araşdırarkən, inzibati orqanın əmək kitabçasında və arxiv sənədlərində qeyd olunmuş çoxsaylı müəssisələrdən və müxtəlif dövrlərdən məhz hansı dövrü və nə səbəbdən staja daxil edilməsinə razı olmadığını araşdırmamışdır. Çünki, cavabdeh həm iddiaçıya pensiya təyin olunmasından imtina məktubund a, həm apellyasiya şikayətində iddiaçının 25 il stajının olmadığını mücərrəd şəkildə ifadə etmişdir, iddiaçının təqdim etdiyi sənədlərdəki stajının isə nəyə görə qəbul edilmədiyi aydın deyildir.

16. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi iddiaçının əmək fəaliyyətinin hansı dövrünü qəbul etmədiyi barədə inzibati orqanın nümayəndəsinin yazılı və ya şifahi izahatını almamış, iddiaçının əmək fəaliyyətinin təqdim etdiyi sənədlərdə əksini tapmış illəri qeyd etsə də, həmin müddətin cəmini (hər bir iş üzrə) müəyyən etməmişdir.

17. Eyni zamanda, əmək kitabçasında iddiaçının 1 fevral 1993-cü ildə Mərkəzi Univermaq üzrə 27 oktyabr 1992-ci il tarixli 63 saylı əmrə əsasən Razin qəsəbəsindəki 979 saylı mağazaya keçirildiyi göstərilmiş, bu qeyddən sonra isə "xxxx" Daxili və Xarici Ticarət Əlaqə ləri Şirkətində əmtəəşünas vəzifəsinə keçirildiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının Mərkəzi Univermaq üzrə 27 oktyabr 1992-ci il tarixli 63 saylı əmrə əsasən Razin qəsəbəsindəki 979 saylı mağazada 1 fevral 1993-cü il tarixdən hansı tarixədək işlədiyi müəyyən deyildir. Dövlət Arxivinin Bakı Filialından alınmış arayışda göstərilmişdir ki, MUM-un arxiv sənədlərinin əmr kitablarında 2 dekabr 1991-ci il tarixli 145 L/S saylı əmrlə həmin tarixdə komisyon mağazasının müdiri vəzifəsinə işə qəbul olunmuşdur. Lakin MUM arxiv sənədlərinin 1991 – 1993-cü illər üzrə əmr kitablarında işdən azad olunması barədə məlumat aşkar olunmamışdır, Bakıxanov qəsəbəsində yerləşən TH mağazanın arxiv sənədləri arxivə təhvil verilməmişdir. İşin bu vəziyyətində məhkəmə həmin dövrün iş stajına daxil edilməsi ni əsaslandırmalı idi.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının “1975 – 1977-ci illərdə kolxozda işləməsi Ağcabədi rayon Dövlər Arxivinin 17 iyul 2019-cu il tarixli 288 saylı arayışı ilə təsdiq edildiyindən” bu dövrün sosial sığorta stajına daxil edilməsini əsaslı hesab etmişdir. Lakin bu, məhkəmə tərəfindən arxiv arayışında olan məlumatlarla bağlı tam araşdırılmamış və lazımi qaydada əsaslandırılmamış nəticədir. İddiaçı 1973 – 1975-ci illərdə hərbi xidmətdə olmuş və hərbi xidmətdən qayıtdıqdan sonra kolxozda 252 adam günü işləmişdir. Lakin məhkəmə həmin dövrün staja daxil edilməməsini araşdırmamışdır.

19. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi «SSRİ-də vətəndaşların pensiya təminatı haqqında» 15 may 1990-cı il tarixli SSRİ Qanununun və «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun (6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunla qüvvədən düşmüşdür) müddəalarına əsasən iddiaçının kolxozda qazanılmış iş stajını hesablayarkən iş vaxtının həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasını nəzərə almaqla hesablamalı idi. Lakin məhkəmə bu cür araşdırma aparmamış, kolxozda minimum əmək iştirakı normasını müəyyən etmək üçün arxiv idarəsinə sorğu verməmişdir.

20. Eyni zamanda məhkəmənin iddiaçının “1 fevral 2000-ci il tarixdən 7 fevral 2002ci il tarixədək sahibkarlıq fəaliyyəti ilə məşğul olması təsdiq edildiyindən”, ona yaşa görə əmək pensiyasının təyin edilməsi əsaslıdır. İşin bu halı tam araşdırılmamışdır. İş materiallarında iddiaçının vergi ödəy icisi kimi uçota alınması barədə hər hansı sübut yoxdur. İş materiallarında iddiaçının 2000 və 2001-ci illər üçün müvafiq məbləğlərdə sosial sığorta haqları ödəməsi barədə qəbzlər var, eyni zamanda işdə olan “Elçin-Ə” firması ilə iddiaçı arasında bağlanmış 1 fevral 2001-ci il tarixli müqavilədən görünür ki, iddiaçı icarə verənə məxsus qeyri-yaşayış sahəsini icarəyə götürmüşdür, lakin bu müqavilədə də iddiaçının vergi ödəyicisi olması göstərilməmişdir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-528/2021 nömrəli, 8 fevral 2021-ci il tarixli qərardadı ilə (hakimlər: V.M.Məmmədov /sədrlik edən və məruzəçi/, E.E.Nağıyeva və X.A.Cəmilova) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqti sadi Məhkəməsinin, 2-1(82)-3411/2019 nömrəli, 29 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilərək, məhkəmə icraatının davam etdirilməsi üçün işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının göstərişlərinə əsasən işin əhəmiyyətli sayda sübutlarının yenidən və ətraflı araşdırılması üçün icraat birinci instansiya məhkəməsində davam etdirilməlidir. d) birinci instansiya məhkəməsində ikinci icraat

23. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5850/2021 nömrəli, 2 noyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsinə dair və inzibati icraat üzrə cavabdehin əsl cavabdehlə əvəz edilməsinə dair ərizələri icraata qəbul edilmişdir.

24. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5850/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim R.L.Kərimli) iddia tələbi təmin edilmiş, iddiaçıya 1972, 1975, 1976, 1977-ci illərdə Ağcabədi rayonunun Ə.Bünyadov və Caparidze kolxozlarında kolxozçu işlədiyi, 2 dekabr 1991-ci il tarixdən 1 fevral 1993-cü il tarixədək Bakı şəhərində X4 Bakıxanov qəsəbəsindəki komisyon mağazasının müdiri vəzifəsində işlədiyi, 10 mart 1995-ci il tarixdən 30 dekabr 1999-cu il tarixədək "xxxx" Daxili və Xarici Ticarət Əlaqələri Şirkətinin Bakı Filialında əmtəəşünas vəzifəsində işlədiyi dövrlər sosial sığorta stajına daxil edilməklə 9 aprel 2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

25. Məhkəmə apellyasiya instansiyası məh kəməsinin iş üzrə 8 fevral 2021-ci il tarixli qərardadındakı (Ali Məhkəmənin qərarında qeyd olunanlar təkrarlanmaqla) göstərişlərlə əlaqədar aşağıdakıları qeyd etmişdir: 1) (pensiya kapitalı) İddiaçının pensiya hüququ yarandığı tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 16.762,88 manat məbləğin qarşılığında 11.477 manat təşkil edir; 2) (iddiaçının mübahisələndirilməyən və mübahisələndirilən əmək fəaliyyəti dövrləri) İddiaçının əmək kitabçasında göstərilən və cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməyən sığorta stajı ümumilikdə 16 il 4 ay 10 gündür. Həmin staja onun 25 may 1973-cü il tarixdən 28 may 1975-ci il tarixədək (2 il 3 gün) olan hərbi xidmət dövrü və 24 mart 1977-ci il tarixdən 15 oktyabr 1991-ci il tarixədək Özbəkistan SSR-də müxtəlif t əşkilatlarda iş stajı (fasilələr nəzərə alınmaqla 14 il 4 ay 7 gün) daxildir. İddiaçının əmək kitabçasında və müvafiq arxiv arayışlarında əks olunan, lakin cavabdeh inzibati orqan tərəfindən sığorta stajına daxil edilməyən stajı ümumilikdə 9 il 19 gündür. Bu stajı onun 1972, 1975, 1976, 1977-ci illərdə Ağcabədi rayonunun Bünyadov və Caparidze adına kolxozlarda kolxozçu işlədiyi dövr, 2 dekabr 1991-ci il tarixdən 1 fevral 1993-cü il tarixədək Bakı şəhəri MUM-un Bakıxanov qəsəbəsindəki X7 komisyon şöbəsinin müdiri işlədiyi (1 il 1 ay 29 gün) və 10 mart 1995-ci il tarixdən 30 dekabr 1999-cu il tarixədək "xxxx" İç və Dış Ticaret Anonim Şirkətinin Bakı Filialında əmtəəşünas işlədiyi (4 il 9 ay 20 gün) dövrlər təşkil edir. Həmin 9 il 19 gün stajın sığorta stakı kimi qəbul edilməməsinə əsas kimi cavabdeh inzibati orqan bildirir ki, iddiaçının arxiv arayışında əks olunan 1972, 1975, 1976, 1977-ci illərdə kolxozlarda işlədiyi 3 il 1 ay dövr onun əmək kitabçasında göstərilməmişdir, 1991 – 1993-cü illərdə komissyon mağazada müdir vəzifəsində işlədiyi dövr əmək kitabçasında işdən azad olunma barədə əmr qeyd olunmamışdır, eləcə də 1995 – 1999-cu illərdə işlədiyi "xxxx" İç və Dış Ticaret Anonim Şirkətinin Bakı Filialı hazırda faəliyyət göstərmədiyindən, onun həmin müəssisədə işləməsinin yoxlanılması mümkün olmamışdır; 3) (iddiaçının topladığı ümumi sığorta stajı) Yuxarıda qeyd olunduğu kimi, iddiaçının mübahisələndirilməyən iş stajı 16 il 4 ay 10 gün, mübahisələndirilən iş stajı isə 9 il 19 gündür. Bu barədə yuxarıdakı bənddə daha geniş bildirilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı məcb uri dövlət sosial sığorta haqqı ödəniılməsi ilə əhatə olunan 1 fevral 2000-ci il tarixdən 7 fevral 2002-ci il tarixədək olan dövrün sığorta stajına daxil edilməsini tələbindən çıxartmışdır; 4) (1991 – 1993-cü illərdə iş stajının sığorta stajı kimi qəbul olunmasının əsaslandırılmaması) İddiaçının əmək kitabçasında onun 2 dekabr 1991-ci il tarixdə Ticarət Nazirliyinin tabeliyində olan Bakı şəhəri X5 Razin (indiki Bakıxanov) qəsəbəsindəki komisyon mağazasının müdiri təyin edilməsi və 1 fevral 1993- cü il tarixdə həmin vəzifədən başqa işə – Razin qəsəbəsində 979 saylı mağazaya keçirilməsi ilə bağlı qeydlər mövcuddur. Həmin qeydlər onun başqa işə keçirilməsi ilə əlaqədar olsa da, tutduğu şöbə müdiri vəzifəsindən azad olunmasını ehtiva edir. Mağazanın təsərrüfat hesabına keçirilənədək Ticarət Na zirliyinin tabeliyində olması isə, işin mübahisələ olunmayan hallarına daxildir. Əmək kitabçasındakı qeydlər üzrə məlumatlar, onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər sayılır. Odur ki, əmək kitabçasındakı bu qeydlər, arxiv materiallarında 1992 – 1993-cü illərə aid saxlanılan sənədlərdə iddiaçının işdən azad olunması barədə əmrə dair məlumat olmasa da, onun 2 dekabr 1991-ci il tarixdən 1 fevral 1993-cü il tarixədə başqa işə keçirilənədək komisyon mağazasının müdiri kimi işləməsini təsdiqləyir. Odur ki, iddiaçının 1 il 1 ay 29 gün həmin işdə işlədiyi müddətin sığorta stajına daxil edilməməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə (Vİİ hissəsinə), «İnzibati icraat haqqında» AR Qanununun 19-cu maddəsinə və «Vətənda şların pensiya təminatı haqqında» AR Qanununun 67-ci maddəsinə ziddir; 5) (iddiaçının kolxozda işlədiyi dövrün araşdırılmaması) İş apellyasiya instansiya məhkəməsinin icraatında olduğu dövrdə Ağcabədi rayon Dövlət Arxivindən alınmış 1 fevral 2021-ci il tarixli 19 nömrəli arayışda iddiaçının Ağcabədi rayonunun müvafiq kolxozlarında minimum adam günü (bütün illər üzrə) – 240 gün olmaqla faktiki olaraq 1972-ci ildə 252 gün, 1975-ci ildə 200 gün, 1976-cı ildə 267 gün, 1977-ci ildə 87 gün işlədiyi təsdiqini tapır. Göründüyü kimi, 1972 və 1976-cı illərdə iddiaçı kolxozda müəyyən edilmiş minimum adam normasını yerinə yetirmiş və həmin illər üzrə 2 il staja malikdir. 1975 və 1977-ci illərə gəldikdə isə, ayrılıqda həmin illər üzrə minimum normalar toplanmasa da, ümumilikdə bu iki il üzrə faktiki adam günü (287 gün) 1 il 1 ay sığorta stajı kimi hesablanmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının 1973-cü ilin may ayından 1975-ci ilin may ayınadək hərbi xidmət dövrü kolxozda işlədiyi faktiki dövrlə hər hansı hissədə üst-üstı düşmür. 6) (arxiv qurumuna iddiaçının kolxozda iş stajı ilə bağlı sorğu verilməməsi) Məhkəmənin 10 iyun 2021-ci il tarixli məktubu ilə Azərbaycan Respublikasının Dövlət Arxivinə və Ağcabədi Rayon Dövlət Arxivinə müvafiq məzmunda sorğular ünvanlanmış və sonuncudan müvafiq cavab alınmışdır. Məlum olmuşdur ki, iş materialları apellyasiya instansiya məhkəməsinin icraatında olduğu dövrdə Ağcabədi Rayon Dövlət Arxivinindən iddiaçının adına onun kolxozdakı fəaliyyəti ilə bağlı arayış alınmışdır. 7) (iddiaçının 2000 – 2001-ci illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub -olmaması halı araşdırılmamışdır) Hazırkı icraatda məhkəmənin 8 iyul 2021-ci il tarixli məktubu ilə Dövlət Vergi Xidmətinə iddiaçının sahibkarlıq fəaliyyəti üzrə uçota alınması ilə bağlı sorğu ünvanlanmış və onun vergi orqanında uçota alınmaması barədə müvafiq cavab alınmışdır. Lakin nəzərə alınmalıdır ki, iddiaçı məhkəmə icraatında iddiasını dəyişdirərək həmin dövrün sığorta stajına daxil edilməsini sonradan tələb etməmişdir.

26. Məhkəmə qeyd etmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində yetərli pensiya kapitalı toplanmasa da, o, 1972-ci ildən 1999-cu ilin 30 dekabr tarixədək ümumilikdə (müəyyən fasilələrlə) 25 il 4 ay 29 gün sığorta stajına malikdir. Bu qənaət ondan yaranır ki, iddiaçının cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməyən iş stajı 16 il 4 ay 10 gün, mü bahisələndirilən iş stajı isə 9 il 19 gündür. Bu müddətlərin cəmi 25 il 4 ay 29 gündür.

27. Bundan başqa, məhkəmə hesab etmişdir ki, iddiaçı 9 oktyabr 1954-cü il tarixdə doğulduğundan və 25 il sığorta stajı topladığından, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə əsasən 9 aprel 2018-ci il tarixdən onun yaşa görə əmək pensiyası hüququ yaranır. Odur ki, iddiaçıya həmin tarixdən yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdeh tərəfindən imtina olunması qanuna zidd və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilir.

28. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. e) apellyasiya instansiyası məhk əməsində üçüncü icraat

29. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1388/2022 nömrəli, 15 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5850/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

30. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

31. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

32. Kassasiya şikayə tinin dəlilləri 15 noyabr 2021-ci il tarixdə cavabdeh tərəfindən iddia ərizəsinə qarşı təqdim edilmiş etirazın dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

34. Azərbaycan Respublikasının Konstitusiyası:... Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİ. Yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İV. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. V. Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial sığortanın və sosial təminatın başqa növlərinin inkişafı üçün imkanlar yaradır 35. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu:.... M a d d ə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilm iş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.... -31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. -32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir

36. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdaf iəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür.

37. Qüvvəd ən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır.

38. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaql a 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.

39. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazir lər Kabineti müəyyənləşdirir.

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

41. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər.

42. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.

43. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraa t qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

44. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

45. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

46. Apellyasiya məh kəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvaf iq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

49. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

50. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1056/2020 nömrəli, 30 sentyabr 2020-ci il tarixli qərarında ifa də etdiyi hüquqi mövqeyinə uyğun olaraq ətraflı araşdırma aparmış və haqqlı olaraq bu nəticəyə gəlmişdir ki, iddiaçının 64 yaşı tamam olduğu dövrdə onun kolxozda işlədiyi dövr və əmək kitabçasına əsasən ümumilikdə 25 ildən artıq sığorta stajı olmuş, lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozaraq iddiaçının tələbini təmin etməkdən əsassız imtina etmişdir.

51. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya işlədiyi illər sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyas iya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

52. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1388/2022 nömrəli, 15 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar